Məhkəmə qərarları › İş №2-1(103)-1185/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1185/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1185/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9562/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hüququnun yarandığı tarixdən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək 18 №-li X4 Məktəbində təhsil almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci ilədək Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Ona məxsus olan əmək kitabçasından görünür ki, xx.xx.1972-ci il tarixdən əmək fəaliyyətinə başlamış və xx.xx.1997-ci il tarixədək müxtəlif müəssisə və peşələrdə işləmişdir. Həqiqi hərbi xidmət müddəti, təhsil müddəti və əmək kitabçasında göstərilən iş stajı müddəti nəzərə alınmaqla onun ümumilikdə iş stajı 27 il 28 gün təşkil edir. O, əmək pensiyası təyin edilməsi üçün sənədlərini cavabdehə təqdim etsə də, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir.Cavabdeh iddiaçının müvafiq müraciətinə ünvanladığı 17 may 2022-ci il tarixli məktubunda imtinanın əsası kimi onuntəhsili, hərbi xidməti də nəzərə alınmaqla,cəmi stajı 24 il 5 ay təşkil edir. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçının tələb olunan 25 il sığorta stajının mövcud olmadığını əsas tutaraq, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9562/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı qanuna zidd və əsassızdır. Belə ki, Bakı İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır.Birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılması zamanı qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq isin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı ya, azı 25 il sığorta stajı olmalı, ya da fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.O, xx.xx.1956-cı ildə anadan olmuş, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşda, yəni, 11 dekabr 2021-ci il tarixdə ona pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmiş, onun müraciətinə aidiyyəti üzrə baxılaraq pensiya yaşına çatdığı tarixdə qanunvericiliyə müvafiq olaraq 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina cavabı verilmişdir. Çünki, onun təqdim etdiyi əmək kitabçası, attestatı və hərbi bileti nəzərə alınmaqla sığorta stajı 24 il 5 ay təşkil edir. Onun əmək kitabçasına əsasən mübahisə edilən dövrlərin cəmi 2 il 8 ay 10 (xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək) təşkil edir. Belə ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-dəki xx.xx.1983-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əmək fəaliyyəti zamanı xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək iddiaçının adma əmək haqqı hesablanmadığı aşkar olunmuşdur. Onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarix inədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Beləliklə də iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 24 il 5 ay təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından azdır. İddiaçı öz tələbini müvafiq sənədlərlə sübuta yetirə bilməmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini, İddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş edilmişlər. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əssən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının işə əlavə olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Belə olan halda 65 yaşı xx.xx.2021-ci il tarixində tamalanır. Qeyd olunan tarixə olan iş stajı iş materiallarına əlavə olunmuş attestatının və hərbi biletinin surətlərinə əmək kitabçasının surətlərinə əsasən aşağıdakı kimi sığorta stajı müəyyən olunur: xx.xx.1970 - xx.xx.1972. 18 №-li texniki-peşə məktəbində təhsil – 2il 6ay 16 gün; xx.xx.1972-xx.xx.1972. “tikinti təşkilatında rəncsaz- 6ay 26gün; xx.xx.1973-xx.xx.1973 Təmir-tikinti təşkilatında rəncsaz- 2 ay 1 gün; xx.xx.1973-xx.xx.1975. fabrikdə təmirçi- 1 il 9ay 16 gün; xx.xx.1975-xx.xx.1978. hərbi xidmət – 2 il 7 gün; xx.xx.1978-xx.xx.1979. kombinatda yükləyici- 10 ay11gün; xx.xx.1979-xx.xx.1980 tikinti-təmir müəsssində rəngsaz- 10 ay28 gün; xx.xx.1980-xx.xx.1983 tikinti idarsində rəncsaz- 2 il 5 ay 6 gün; xx.xx.1983-xx.xx.1997- yüngül sənaye sahəsində təmir tikinti təşkilatında rəngsaz, apartatçı, maşinist - 14 il 8 ay 6 gün; İddiaçının qeyd olunan dövlər üzrə iş stajı toplandıqda, onun ümumilikdə, 26 il 15 gün iş stajı müəyyən olunur. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1983-xx.xx.1997-ci illər üzrə əmək fəaliyətinin "xxxx" ASC-dəki xx.xx.1983-xx.xx.1997-ci illərə aid hissəsini, əmək haqqı almadığını əsas gətirərək, onun sığorta stajına daxil edilməsini mümkünsüz sayaraq, həmin əsasla onun 25 il sığorta stajı tammlanmadığından, müvafiq sığorta kapitalı da olmadığından pensiya təyinatından imtina edir. Məhkəmə kollegiyası cavabdehin iddiaçının mübahisələndirilən əhmin dövrün onun sığorta stajına daxil edilməsini mümkünsüz hesab edən dəlilləri ilə razılaşmır. Birincisi, ona görə ki, mübahisələndirilən dövr üzrə iddiaçının əmək kitabçasının qeydlərində, onun işə girməsi, əmək fəaliyyətində baş verən dəyişikliklər, işdən azad olunması müvafiq əmrlərlə təsbit olunmuş, qeydlərin həqiqiliyi işəgötürənin rəhbərinin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunmuş, onların həqiqliyini şübhə altına alan tutarlı qaralama və düzəlişlər mövcud deyil, müvafiq vərəqlərin tamlığı pozulmamışdır. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Digər tərəfdən, işdən görünür ki, birinci instansiya məhkəməsinin müvafiq sorğularına əsasən "xxxx" ASC xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş sənədləri (1995-ci il üzrə əmək haqqı cədvəlləri) əəsasən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 sentyabr 2022-ci il tarixli məktubunda qeyd edilənlərə əsasən müəyən eilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 755 nömrəli sərəncamı ilə “Sənaye Ticarət” Dövlət konserninin tabeliyində olmuş Məişət Malları zavodunun bazasında "xxxx" ASC yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2011-ci il tarixində tam başa çatdırılmışdır. cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən xx.xx.1997-ci il tarixinə hazırlanmış sənədlərə əsasən iddiaçı X1 adı əmək kollektivinin üzvü kimi (vəzifəsimaşinist, 1997-ci il tarixinə iş stajı-25 il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. Bundan əlavə, iddiaçının mübahisələndirilən dövrdə müəssisədə çalışarkən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqədar qeyd olunmalıdır ki, həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Eyni zamanda, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə iddiaçının əmək fəaliyyətinin sığorta stajı kimi nəzərə alınmaması əsassızdır, onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini işdə olan sübutlara və maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, cavabdehin apellyasiya şikayətinin qərarın qanunazidd və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9562/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9562/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar