Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1185/2024 16.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı2 cavabdeh Bakı şəhəri İddiaçı1nə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla) “kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3055/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İlk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı1 cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı1 tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 3 ünvanında yerləşən evin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı2 51549 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı1 müəyyən edilib. Qərarın icrası məqsədi ilə İddiaçı1 “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbayan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması qrupu”nu təşkil edib və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. Cavabdeh ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehlərə danışıq (könüllü alğı-satqı) yolu ilə onun yaşadığı daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilmişdir. İddiaçı1 "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə 51549 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1798/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə sahibliyi alan orqan İddiaçı1 tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməsi, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdeh İddiaçı2 51549 (əlli bir min beş yüz qırx doqquz) manat məbləğində kompensasiya ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)- 1819/2021 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1798/2019 saylı 02 may 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qarşılıqlı iddia üzrə İddiaçı2 cavabdeh Bakı şəhəri İddiaçı1nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1-nın dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar ona ödənilməmiş 142.351 manat məbləğində kompensasiyanın ona ödənilməsi vəzifəsinin ünvan 6al Rayonu İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri İddiaçı1 ona qarşı kompensasiya ödənilməklə mənzilinin əldə olunması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində 51.549 manat məbləğində kompensasiya verməklə onun mülkiyyətində olan fərdi yaşayış evini almaq istədiyini bildirmişdir. Qeyd etmək istəyir ki, iddiaçının iddia ərizəsində göstərdiyi bu kompensasiya məbləği həm onun mülkiyyətində olan fərdi yaşayış evinin real bazar dəyərinə, həm də “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun deyildir. Nəzərə çatdırır ki, həmin bu sökünlü işləri gedən zaman Bakı şəhəri İddiaçı1 rəhbərliyi və digər nümayəndələri onunla söhbət zamanı onun faktiki istifadəsində olan sahəyə uyğun ədalətli kompensasiya ödəyəcəklərini bildirmişdilər. Ona görə də o, onlarla razılığa gəlməyə çalışmışdır. Lakin işin sonrakı gedişi göstərdi ki, İcra Hakimiyyətinin nümayəndələri onun etibarından suiistifadə edərək onu aldatmağa çalışırlar. Belə ki, onun mülkiyyətində olan fərdi yaşayış evində bir neçə dəfə əlavə tikinti işləri apanlmış və həmin işlərin hamısına dair Bakı şəhəri İddiaçı1 müvafiq razılıqları və sərəncamları da alınmışdır. Bunun nəticəsində də onun mülkiyyətində olan fərdi yaşayış evinin sahəsi 101.1 kv.m-dən artıq olmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına görə toıpaq sahələri dövlət ehtiyacları üçün alındıqda, torpaq sahəsinin faktiki ölçülərinə görə ödənilən kompensasiyadan əlavə toıpaq sahəsinin mülkiyyətçisi və istifadəçilərinə əlavə olaraq köçmə və digər xərclər üçün ümumi məbləğin 20%-i və əlavə olaraq məskunlaşmağa görə 10%-i həcmində kompensasiya ödənilir. Yəni onun faktiki istifadəsində olan 101,1 kvm. sahəyə görə 153.000 manat məbləğində pul və həmin əlavə 30%-ə görə 45.900 manat məbləğində əlavə kompensasiya olmaqla, ümumilikdə 198.900 manat məbləğində kompensasiya ödəməli olduğu halda, ona cəmi 56.549 manat kompensasiya ödənilmişdir. Bu da ona qanunvericiliklə nəzərdə tutulmuş 142.351 manat az məbləğ edir. Əfsuslar olsun ki, o, dəfələrlə cavabdeh orqana həmin kompensasiya məbləğinin ona ödənməsi ilə əlaqədar müraciət etsə də, cavabdeh orqan hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Qeyd elmək istəyir ki, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246-cı, həm də “Torpaqların dövlət ehtiyaclan üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə torpaq sahələri dövlət ehtiyacları üçün satın alınarkən onların real bazar dəyəri müəyyən edilməklə müvafiq kompensasiya ödənilir, həm də sadaladığı qanunlarda köçürməyə məruz qalmış vətəndaşların hüquqlarının maksimum dərəcədə müdafiə edilməsi və onların daha əlverişli şəraitə malik olan mənzillərlə təmin edilməsi öz əksini tapmışdır. Amma əfsuslar olsun ki, cavabdeh orqan tərəfindən ona verilən kompensasiya ilə Bakı şəhərində heç bir otaqlı mənzil də almaq mümkün deyildir. Ona görə də hesab edir ki, cavabdeh tərəfindən onun hüquqlarım pozulduğu üçün ona ödənilməmiş 142.351 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Daha sonra qarşılıqlı iddia üzrə İddiaçı2 tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evimin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona ödənməli olan 198.900 manatdan qalan 142.351 manat (İddiaçı1 xx.xx.2005-ci il tarixli 23 saylı sərəncamı ilə təsdiq olunmuş mənzilinə əlavə olaraq tikdiyi 67,91 kvm. əlavə sahəyə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarına görə əlavə ödənilməli olan kompensasiyalarla birlikdə) məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin İddiaçı1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Daha sonra ilkin iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, irəli sürülmüş ilkin iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İddianın geri götürülmə əsası kimi İddiaçı2 ilə ilkin İddiaçı1 arasında 22 iyun 2019-cu il tarixində bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka görə İddiaçı2 56.549 manat kompensasiya məbləği ödənilməsi qeyd edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3055/2022 nömrəli qərardadı ilə ilk iddia üzrə iddiaçı Bakı şəhəri İddiaçı1 cavabdeh İddiaçı2 qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla kompensasiya ödənilməklə daşınmaz əmlakın boşaldılması tələbinə dair iddiası üzrə inzibati iş üzrə iddia geri götürülmüş sayılmış və inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3055/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı2 iddiası qismən təmin edilmiş və ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 67,91 kvm. olan yaşayış evinin sökülməsi nəticəsində 101865 (bir yüz bir min səkkiz yüz altmış beş) manat dəymiş ziyan cavabdeh Bakı şəhəri İddiaçı1ndən tutularaq İddiaçı2 ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 iddia tələbində qeyd etdiyi əlavə sahələrə görə mülkiyyət və ya istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır, iş materiallarında olan evə dair xx.xx.2015-ci il tarixində verilmiş Texniki Pasportda isə əlavə sahələr öz əksini tapmamışdır. Halbu ki, iddiaçının tələbində əlavə sahələrin olmasını istinad etdiyi Bakı şəhəri İddiaçı1 Başçısının Sərəncamı bu tarixdən əvvəl, yəni xx.xx.2005-ci il tarixində verilmişdir.Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” xx.xx.2018-ci il tarixli 51 saylı qərarı qəbul edənədək iddiaçının qarşılıqlı iddia tələbində qeyd etdiyi ümumi 67,91 kv.m sahədən istifadə etməsini təsdiq edən kommunal xərclərə dair qəbzləri və həmin sahədə ümumiyyətlə yaşayışın olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, həmin ərazidə ölçü işləri aparılan zaman əlavə olaraq ümumi 67,91 kv.m sahənin olmasını təsdiq edən mötəbər sübutların olmadığı üçün əmlakın alıcısına qarşı iddiaçının yenidən kompensasiya tələb etmək üzrə subyektiv hüququ yoxdur.Eyni zamanda, artıq özgəninkiləşdirdiyi əmlakına görə yenidən həmin əmlakın alıcısına qarşı əlavə kompensasiya tələbinin irəli sürüldüyü, Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmiş olduğu, beləliklə, iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında kompensasiya tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.1-ci maddəsi belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istəlinən iddia izibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. məhkəmə bütün faktiki halları lazımınca araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” xx.xx.2018-ci il tarixli 51 saylı qərarı qəbul edənədək iddiaçının iddia tələbində qeyd etdiyi ümumi 67,91 kv.m sahədən istifadə etməsini təsdiq edən kommunal xərclərə dair qəbzlərin olub-olmamasını və həmin sahədə ümumiyyətlə yaşayışın olması barədə müvafiq araşdırılma aparmadan yalnış qərar qəbul etməklə alan orqan kimi İddiaçı1 üzərinə kompensasiya öhdəliyini qoymaqla cavabdehin hüqlarını pozmuşdur. Məhkəmə bu halları lazımi araşdırdığı və lazımi hüquqi qiymət verəcəyi halda iddiaçının əlavə tikililər üçün kompensasiya almaq hüququ yaranmadığı qənaətinə gəlmiş olardı. Belə ki, sözügedən evin söküldüyü səbəbindən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Halbuki evin sökülməsi iddiaçı ilə kompensasiya məbləği ilə razılaşdırıldıqdan sonra həyata keçirilmişdir. Məhkəmə ilk növbədə iddiaçının subyektiv hüquqlarının olub-olmaması ilə bağlı hüquqi qiymətləndirmə aparmalı idi. Subyektiv hüquq baxımından mövcud qanunvericiliyin tələblərinə görə iddiaçının subyektiv hüququ yaranmadığı üçün məhkəmə inzibati işin araşdırılmasının aparılmasından öncə iddianın mümkünlük şərtlərinə düzgün qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1227/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3055/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1898/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-1227/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qərarı ləğv edilmiş və cavabdeh Bakı Şəhəri İddiaçı1 kassasiya şikayəti təmin edilmiş, işin təkrar baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilmişdir ki, “məhkəmələr 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından İddiaçı2 apellyasiya şikayəti verməməsinin səbəblərini və həmin qərardan qısa müddət sonra, yəni xx.xx.2019-cu il tarixdə mülkiyyətində olan daşınmaz əmlakı alqı-satqı müqaviləsinə əsasən 56.549 manata cavabdeh RİH-ə satarkən hazırkı iddia ilə kompensasiyasını tələb etdiyi əlavə tikililəri də sonuncuya satıbsatmadığını araşdırmamışdır. İşin qeyd olunan halının araşdırılması həm də ona görə əhəmiyyət kəsb edir ki, İddiaçı2 eyni əsas və eyni predmetli iddiasının birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən mümkün sayılmaması barədə nəticə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış, iddianın mümkün sayılmamasının əsası kimi isə iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti verməməsi və xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlaması göstərilmiş, məhz bundan sonra Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdi.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №- li qərarına əsasən, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də mübahisənin inzibati hüquq münasibəti ilə bağlı olmasıdır (İPM-in 1.1-ci maddəsi). Başqa sözlə, inzibati orqanın mübahisə edilən hərəkəti inzibati hüquq normalarına əsaslanmalı və inzibati akt və ya inzibati hərəkət kimi fəaliyyət formalarında ifadə olunmalıdır. İPM-in 35-ci maddəsinin məzmunundan da göründüyü kimi, inzibati orqanın mübahisə edilən qərarı (mübahisə qərarla əlaqədar olduğu üçün) mütləq “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt olmalıdır, yəni həmin anlayışda sadalanan əlamətlərin hamısına eyni zamanda malik olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin anlayışa görə, inzibati akt həmişə konkret şəxsə münasibətdə müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilir. Başqa sözlə, inzibati akt hər bir halda fərdi xarakter daşıyır və konkret şəxsə və ya dairəsi müəyyən edilə bilən şəxslərə ünvanlanır. Bu mənada doktrinada inzibati akt həm də fərdi hüquq tətbiqetmə aktı kimi qiymətləndirilir. İnzibati akt məhz bu keyfiyyətləri ilə ümumi və abstrakt qaydalar müəyyən edən, qeyri-müəyyən sayda şəxslər və hallar üçün nəzərdə tutulan normativ hüquqi aktlardan fərqlənir. Qeyd olunan müddəalar onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Yasamal RİH iddiaçıya sonuncunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahəsi 29,18 kv.m. olan 2 otaqdan ibarət yaşayış sahəsinə görə tərəflərindən kompensasiyanın ödənildiyini bildirir. İddiaçı isə mənzilinə əlavə olaraq evin həyətindəki istifadəsiz xarabalıq sahədə təmir və bərpa işləri apararaq 18,01 kv.m. və 27,7 kv.m-dən ibarət iki yaşayış otağı, 16,2 kv.m-dən ibarət mətbəx, 6 kv.m. ön giriş inşa etdiyini, həmin faktın Yasamal RİH-in xx.xx.2005-ci il tarixli 23 nömrəli sərəncamı ilə təsdiq edildiyini, müəyyən səbəblərdən həmin sahələrin texniki pasporta əlavə edilmədiyini, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmadığını bildirərək, həmin sahəyə görə ona kompensasiya ödənilməsini tələb edir. İddiaçı2 iddiasının əsası kimi əsaslandığı Yasamal RİH-in xx.xx.2005-ci il tarixli 23 nömrəli sərəncamı hal-hazırda qüvvədə olduğundan, həmin inzibati aktla müəyyən edilmiş hallar da etibarlı sayılmalıdır. İddiaçı2 mülkiyyətində olan daşınmaz əmlakla yanaşı fakitki istifadəsində də yaşayış sahəsi olmuş və həmin sahə də söküldüyündən İddiaçı2 sökülmüş əmlakın əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, ünvan 6al rayonu Şahbazi küçəsi 53A nömrəli evin 87,08 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı mənzilinin 29,18 kv.m. 2 yaşayış otağı İddiaçı2, 27,3 kv.m. 1 yaşayış otağı X2, 18 kv.m. 1 yaşayış otağı X1, 12,6 kv.m. 1 yaşayış otağıı X4 adlarına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. İddiaçı2 yaşayış sahəsi 1 otaq 20,1 kv.m, 1 otaq 13,41 kv.m, daş pilləkən 0,71 kv.m, ümumi yaşayış sahəsi 33,51 kv.m, digər 0,71 kv.m, cəmi ümumi sahə 34,22 kv.m-dir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən ünvan 6al rayonunda “Sovetski" adlandırılan ərazidə vətəndaşların mülkiyyətlərində və faktiki istifadələrində olan bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı iddiaçı ilə Yasamal RİH arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alq-satqı müqaviləsinin surətiə görə, satıcı İddiaçı2 ünvan 6al rayonu Şahbazi küçəsi ev 53a mənzil ünvanda yerləşən ümumi sahəsi 113,25 kv.m, yaşayış sahəsi 87,06 kv.m. olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini alıcı Yasamal RİH-in mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 56.549 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. Həmçinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli MİHO/1.1-2-2022-4279 nömrəli məktubuna əsasən müəyyən edilir ki, həmin yaşayış sahəsi ilə əlaqədar İddiaçı2 aldığı kompensasiyadan əlavə olaraq 14.368 manat məbləğdə maddi yardım ödənilmişdir. İddiaçı hazırda İddiaçı1 xx.xx.2005-ci il tarixli 23 saylı sərəncamı ilə təsdiq olunmuş mənzilinə əlavə olaraq tikdiyi 67,91 kvm. əlavə sahəyə görə 142.351 manat kompensasiyanın ödənilməsini xahiş edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi mübahisəli daşınmaz əmlakla bağlı iddiaçı və cavabdeh arasında alqı-satqı müqavilə bağlanmış və iddiaçıya 56.549 manat kompensasiya ödənilmişdir. Qeyd edilməlidir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə sorğusuna əsasən tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və razılaşma aktının surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş İddiaçı2 ilə Yasamal RİH arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alq-satqı müqaviləsinin surətindən müəyyən edilir ki,, satıcı İddiaçı2 ünvan 6al rayonu Şahbazi küçəsi ev 53a mənzil ünvanda yerləşən ümumi sahəsi 113,25 kv.m, yaşayış sahəsi 87,06 kv.m. olan 5 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsini alıcı Yasamal RİH-in mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 56.549 manat qiymətinə satmış, alıcı isə həmin qiymətə almışdır. Həmin müqavilənin 9-cu bəndində qeyd edilmişdir ki, “satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir” Göründüyü kimi iddiaçı ünvan 6al rayonu Şahbazi küçəsi ev 53a mənzil ünvanda yerləşən mənzilin ona məxsus hissəsini 56.549 manata cavabdeh İcra Hakimiyyətinə sataraq, bundan sonra həmin əmlakla bağlı məhkəmə mübahisəsinin olmadığını qeyd etsə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2019-cu il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi,qüvvədən düşməsi və ya mübahisələndirilməsi ilə bağlı iş materiallarında hər hansı sənəd-sübut mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ünvan 6al rayonu Şahbazi küçəsi ev 53a ünvanında yerləşən mənzillə bağlı kompensasiyanın ödənilməsi barədə tələb irəli sürmək üçün subyektiv hüququ mövcud olmadığından hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-716/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı2 (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri İddiaçı1nə (bundan sonra cavabdeh) qarşı “ünvan 7-nın sökülməsi ilə əlaqədar ona ödənilməmiş olan 99.451 manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-385/2021 saylı, 3 fevral 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, iddiaçıya məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə görə ödənilməyən kompensasiyanın ödənilməsi barədə inzibati məhkəmə icraatı qaydasında məhkəmə mübahisəsi olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə məhkəmə icraatı bitmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3055/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı2 cavabdeh Bakı şəhəri İddiaçı1nə qarşı “ünvan 1 ünvanında yerləşmiş fərdi yaşayış evimin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ona ödənməli olan 198.900 manatdan qalan 142.351 manat (İddiaçı1 xx.xx.2005-ci il tarixli 23 saylı sərəncamı ilə təsdiq olunmuş mənzilinə əlavə olaraq tikdiyi 67,91 kvm. əlavə sahəyə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarına görə əlavə ödənilməli olan kompensasiyalarla birlikdə) məbləğində kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1185/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1185/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver