Məhkəmə qərarları › İş №2-1(103)-1186/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1186/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1186/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X10, nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğvetmə prosesində olan) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3407/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğvetmə prosesində olan) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022- ci il tarixli **********159724 nömrəli qərarına əsasən iddiaçı "xxxx" ASC-də avqust 2019 - iyul 2022 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2022- ci il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə bitmiş, nəticəsi isə xx.xx.2023-cü il tarixli **********160218 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən: ƏDV vergisi ilə bağlı 2020-ci il üzrə 362 214.45 manat, 2021-ci il üzrə 332 414.71 manat, ümumilikdə 694 629.16 manat əlavə vergi məbləği hesablanmış və 347 314.59 manat maliyyə sanksiyası tətbiq edilmiş; əmlak vergisi ilə bağlı 2019-cu il üzrə 421.22 manat, 2020-ci illər üzrə 421.22 manat ümumilikdə 842.44 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş, əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləği hesablanmış və 0.50 manat maliyyə sanksiyası tətbiq edilmiş; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 634.37 manat əlavə vergi məbləği hesablanmış və 817.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 696 264.52 manat əlavə vergi məbləği hesablanmış, 348 132.56 manat maliyyə sanksiyası tətbiq edilmiş və 843.61 manat vergilərin artıq hesablandığı müəyyən edilmişdir. Aşağıda qeyd olunanlara əsasən xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə qanunsuzdur. Belə ki, səyyar vergi yoxlamasının 13-cü səhifəsində mənfəət vergisinə dair açıqlama hissəsində qeyd edilənlərə əsasən vergi orqanı Vergi Məcəlləsinin 14 və 142-ci maddələrinə istinad edərək cəmiyyət tərəfindən alınmış və daha sonra satılmış əmlakların bazar qiymətini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və alınmış ekspert rəyi nəticəsində qeyd olunan əmlakların alış və satış qiymətlərinin azaldılmasını müəyyən etmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki, vergi orqanı tərəfindən dəvət edilmiş "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə ilə tamamilə razı deyildir. Belə ki, ekspert rəyində əmlakların bazar qiymətinin necə müəyyən edildiyi tam şəkildə qeyrimüəyyəndir. Halbuki, bazar qiyməti müəyyən edilərkən mötəbər mənbələrə istinad edilməli və əmlaklara baxış həyata keçirilməli idi. Lakin, "xxxx" MMC əmlaklarla bağlı düzgün təhlil aparmadan, müvafiq ərazidə analoji əmlakların satışına dair konkret sübutlar (müqavilə və s.) toplamadan, mötəbərliyi bəlli olmayan öz baza məlumatlarına istinad edərək rəy vermişdir ki, bu halda həm rəy sübut kimi istifadə edilə bilməz. Həmçinin vergi orqanına müraciət edərək iddiaçı tərəfindən seçilmiş ekspert tərəfindən yenidən obyektiv şəkildə ekspertiza keçirilməsi xahiş edilsə də, vergi orqanı müraciəti təmin etmədən, "xxxx" MMCnin hər hansı mötəbər dəyəri olmayan rəyinə istinad etmişdir. Bundan başqa, vergi orqanının ümumiyyətlə VMnin 14-cü maddəsini tətbiq etmək və bazar qiymətini müəyyən etmək səlahiyyəti yaranmamışdır. Belə ki, vergi orqanı 142-ci maddəyə istinad edərək əmlakları güzəştli qiymətə satıldığını iddia edərək, bu əsasla bazar qiymətinə dair VM-nin 14-cü maddəsini tətbiq etmişdir. Lakin aktda satışın güzəştli qiymətə baş tutması barədə hər hansı sübut yoxdur. Əgər vergi orqanının “güzəşt” deyərkən nəzərdə tutduğu əmlakın bazar qiymətindən aşağı satılmasıdırsa, bu dəyərləndirmə tamamilə əsassızdır. Belə ki, cəmiyyət əmlakları müvafiq ixtisaslaşmış təşkilatlar tərəfindən qiymətləndirmiş və həmin qiymətlərə müvafiq olaraq satışını həyata keçirmişdir. Bu isə o deməkdir ki, satış zamanı hər hansı güzəştə yol verilməmişdir. Bundan başqa, bazar qiymətinin müəyyən edilməsi ilə bağlı VM-nin 14-cü maddəsində arıdıcıllıq müəyyən edilmişdir ki, vergi orqanı həmin ardıcıllığa riayət etmədən birbaşa ekspert dəvət etmişdir. Təsadüfi deyildir ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur”. Digər yandan, vergi orqanı aktda bazar qiymətini tətbiq etmək hüququnu əsaslandırmaq məqsədilə qeyd edir ki, ekspert rəyi nəticəsində 30 gün ərzində vergi ödəyicisinin eyni cinsli və ya eyni xüsusiyyətli mallara tətbiq etdiyi qiymətin 30 faizdən çox fərqləndiyi müəyyən edilmişdir. Halbuki, VM-nin 14.3-cü maddəsinə əsasən son 30 gün ərzində eyni cinsli və ya eyni xüsusiyyətli malların dəyəri arasında 30 faiz fərq aşkar edilərsə, bu halda vergi orqanı malların bazar qiymətini müəyyən etmək məqsədilə sonuncu mərhələ olaraq ekspert dəvət edə bilər. Hazırki halda isə vergi orqanı əvvəl ekspert dəvət edib, daha sonra həmin ekspertin rəyi nəticəsində 30 faizdən çox fərqin olması qənaətinə gəlmişdir ki, bu da qanunvericiliyin tələblərinin pozulduğunu göstərir. Vergi orqanı cəmiyyət tərəfindən satılmış 3 əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-nin 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat ƏDV hesablamışdır. Hesablamaya münasibətdə iddiaçı ilk öncə qeyd edir ki, "xxxx" ASC maliyyə institutu olduğu üçün fəaliyyəti ƏDV-yə cəlb edilmir. Belə ki, VM-nin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. "xxxx" ASC “Sığorta fəaliyyəti haqqında” AR Qanununa müvafiq olaraq öz vəsaitini investisiya etmək məqsədilə xx.xx.2017-ci il tarixdə 2 000 000.0 manat, xx.xx.2019-cu il tarixdə 811 800.0 manat və 3 876 840.0 manat dəyərində 3 əmlak almışdır. Daha sonra ləğv prosesində öhdəliklərini icra etmək və ləğv prosesini yekunlaşdırmaq məqsədilə həmin əmlakları xx.xx.2020-ci il tarixdə satmışdır. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2017 və xx.xx.2019-cu il tarixdə 3 əmlakın investisiya məqsədilə alınması və daha sonra həmin əmlakların satılaraq yenidən pul vəsaitinə çevrilməsi məhz sığorta fəaliyyəti məqsədləri üçün olmuşdur. Başqa sözlə dedikdə, həmin əmlakların alınması və satılması vergitutma məqsədləri üçün maliyyə xidməti hesab edilir və ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirilir. Digər yandan 3 əmlakın alışı ƏDV-dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Bundan başqa, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmin Məcəllənin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Sadalananlardan aydın olduğu kimi, vergi orqanı "xxxx" ASC-yə 3 əmlakın satışına görə ƏDV üzrə əlavə vergi məbləğini o halda hesablaya bilərdi ki, aktda göstərilən satış qiymətlərinin cəmiyyətə ödənilməsinə dair təsdiqedici sənəd olmuş olsun. Digər yandan, vergi orqanı 3 əmlakın bazar qiymətini müəyyən etmək məqsədilə VM-nin 142-ci maddəsinə istinad etmişdir ki, həmin norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-nə münasibətdə tətbiq edilə bilməz. Bundan başqa, "xxxx" ASC yuxarıda qeyd edildiyi kimi “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə müvafiq olaraq kredit təşkilatında olan bank hesabına 2,649,473.46 manat məbləğində pul vəsaitini investisiya məqsədilə yerləşdirmiş və həmin kredit təşkilatı (bank) ləğv edildiyindən, göstərilən pul vəsaiti ümidsiz borc qismində xərcə salınmışdır. Lakin yoxlamanı həyata keçirən vergi orqanı həmin ümidsiz borcu cəmiyyətin xərclərindən çıxarmışdır. Halbuki, Vergi Məcəlləsinin 111.1 -ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Vergi orqanı 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat, 2021-ci ildə ləğv edilmiş 12978.93 manat əsas vəsaitlərə görə VM-nin 159.5-ci maddəsinə müvafiq olaraq ƏDV hesablamışdır. İddiaçı qeyd edir ki, cəmiyyət tərəfindən 2020 və 2021-ci illərdə qeyd olunan əsas vəsaitlərin silinməsi həyata keçirilməmişdir. Sadəcə olaraq əsas vəsaitlərin yenidən qiymətləndirilməsi həyata keçirilmişdir və vergi orqanının aşkar etdiyi fərq məhz yenidən qiymətləndirmədən yaranan fərqdir. VM-nin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Normadan aydın olduğu kimi, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) aktivlərin dəyərinə aid edilmir və ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Vergi orqanı cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə aktivlərin səhmdarlar arasında bölgüsünə əsasən "xxxx" MMC-yə ötürülmüş 1 020 018.18 manat dəyərində “CİTY MALL” əmlakına görə 183603.27 manat ƏDV hesablamışdır. İddiaçı qeyd edir ki, cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.37ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin məqsədi əmlak təqdim edilməsindən mənfəət götürməkdir. Amma hazırkı halda "xxxx" ASC səhmdara əmlak verməklə hər hansı gəlir əldə etməmişdir. X22 də məhz sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan əməliyyatlara görə hesablandığını nəzərə alsaq, "xxxx" MMC-yə verilmiş əmlaka görə ƏDV üzrə hər hansı vergi öhdəliyi hesablana bilməzdi. Digər yandan, cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Bu isə o deməkdir ki, xx.xx.2021-ci tarixdə səhmdara verilmiş əmlak ƏDV məqsədləri üçün vergitutma obyekti olmamışdır. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********159724 nömrəli qərarına əsasən "xxxx" ASC-də (ləğv prosesindədir) Vergi Məcəlləsinin 38.3.8-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi olaraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********177269 nömrəli qərar qəbul edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə cəmiyyətin gəlirdən çıxılan xərclərinin 42 062.53 manat az göstərilməsi səbəbindən mənfəətinin 42 062.53 manat artıq göstərilməsi, 2020- ci ildə cəmiyyətin gəlirlərinin 2 006 370.34 manat az və gəlirdən çıxılan xərclərinin 5 028 108.66 manat artıq göstərilməsi, 2021-ci ildə cəmiyyətin gəlirdən çıxılan xərclərinin 2021- ci ildə 4 809.52 manat artıq göstərilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanların səbəbləri Vergi Məcəlləsinin 14.3-cü və 104-cü maddələrinə əsasən cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə istifadə olunmuş ekspert rəyinin məlumatlarına əsasən 2020-ci ildə əmlakların alış dəyərinin 2 332 001.0 manat və satış dəyərinin 2 006 370.34 manat azaldılması olmuşdur (Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən İbarətdir). Müvafiq qaydada alış və satış tarixləri nəzərə alınmaqla Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələbləri əsasında cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə dəvət edilmiş ekspertin rəyinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox fərqləndiyi üçün əmlakların alış dəyərinin 2 332 001,0 manat artırıldığı və satış dəyərinin 2 006 370.34 manat (ƏDV-siz) azaldıldığı, nəticədə əmlak satışından 2020-ci ilin zərərinin 4 338 371.34 manat artıq göstərildiyi müəyyən olunmuşdur), Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən sair və digər xərclərin tərkibində göstərilmiş 60 995.91 manat (o cümlədən 2019-cu il üzrə 41 759.25 manat, 2020-ci il üzrə 17 073.13 manat və 2021-ci il üzrə 2 163.53 manat) məbləğində depozit faizləri, qiymətli kağızların kupon ödənişləri üzrə ödəmə mənbəyində tutulan vergi və içməli suyun alınması xərclərinin gəlirin əldə edilməsi ilə bağlı olmaması, pul vəsaitlərinin nağdlaşdırılmasına görə 1% sadələşdirilmiş vergi və təmir xərcinin gəlirdən çıxılan xərclərə təkrar aid edilməsi, Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən binalar, tikililər və qurğular üzrə amortizasiyanın 2019-cu ildə 84 243.0 manat az hesablanması, 2020-ci ildə satılmış əmlaklara amortizasiyanın 29 098.52 manat artıq hesablanması, yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə 2020-ci ildə 41.35 manat, 2021-ci ildə 1 786.9 manat, maşınlar və avadanlıqlar üzrə 2021-ci ildə 860.08 manat məbləğində amortizasiyanın artıq hesablanması, Vergi Məcəlləsinin 108 və 111.1-ci maddələrinə əsasən ləğv olunmuş banklardakı bank hesablarında qalmış və tələb hüququ xx.xx.2021-ci ildə "xxxx" MMC-yə keçmiş 2 649 473.46 manat məbləğində pul vəsaitinin düzgün olmayaraq ümidsiz borc kimi xərcə aid edilməsi və Vergi Məcəlləsinin 201.6-cı maddəsinə əsasən 2019-cu ildə 84 243.0 manat az hesablanmış amortizasiyanın ilin sonuna qalıq dəyərini dəyişdirdiyinə görə artıq hesablanmış əmlak vergisinin xərclərə 2019-cu ildə 421.22 manat və 2020-ci ildə 421.22 manat artıq aid edilməsi və 2021-ci ildə 0.99 manat az aid edilməsi olmuşdur. Cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi nəticəsində gəlirlərin azaldılması və xərcin artıq göstərilməsinin səbəbləri aşağıdakılardan ibarət olmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2017-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-dən (VÖEN **********) 2 000 000.0 manata, xx.xx.2019-cu ildə ünvan 2 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyriyaşayış sahəsi X3 811 800.0 manata (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir) və xx.xx.2019-cu ildə ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X3 3 876 840.0 manata alınmışdır (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir). Cəmiyyət tərəfindən xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.metr sahəsi olan qeyriyaşayış sahəsi X6 265 230.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 224 307.0 manat hissəsi "xxxx" MMC-yə ötürülüb), xx.xx.2020-ci ildə ünvan 2 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyri- yaşayış sahəsi X6 139 400.0 manata (cəmiyyətin ləğv tarixinə dəyəri tam ödənilib) və xx.xx.2020-ci ildə ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X6 665 720.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 602 423.23 manat hissəsi debitor borc kimi "xxxx" MMC-yə ötürülüb) satılmışdır. Əmlakların alış və satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün təqdim olunmuş ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyəri 1 854 698.0 manat, satış dəyəri 1 401 930.00 manat (ƏDV-siz satış dəyəri 1 188 076.27 manat), ünvan 2 ünvanında yerləşən əmlakın alış dəyəri 287 082.0 manat, satış dəyəri 270 600.0 manat (ƏDV-siz satış dəyəri 229322.03 manat), ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən əmlakın alış dəyəri 2 153 800.0 manat, satış dəyəri 1 958 000.0 manat (ƏDV-siz satış dəyəri 1 659 322.03 manat) müəyyən edilmişdir. Ekspert rəyi nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyərində fərq olmamış, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 922 846.27 manat, ünvan 2 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 524 718.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 89 922.03 manat, ünvan 2, yeni qaydalarla Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi, 40 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 1 723 040.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 993 602.03 manat təşkil etmişdir. Beləliklə 3 əmlakın alış dəyərlərində fərq 2 247 758.0 manat, yoxlama ilə satılmış əmlaklar üzrə amortizasiyanın 2019-cu ildə 84 243.0 manat artırılmasını nəzərə alaraq əmlakın alış dəyərlərində fərq 2 332 001.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 2 006 370.34 manat təşkil etmişdir. Yoxlanılan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyünü yoxlayarkən X22 702 976.06 manat azaldıldığı müəyyən edilmişdir. Azalmanın səbəbi cəmiyyət tərəfindən satılmış 3 əmlakın dəyəri ilə əmlakların alış və satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün istifadə olunan ekspert rəyinin məlumatları (ƏDV nəzərə alınmadan) arasındakı 2 006 370.34 manat fərqdən Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən 2020-ci ilin iyun ayında 361 146.66 manat məbləğində X22 hesablanmaması, dəyəri xx.xx.2020-ci il tarixdə ödənilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5 932.2 manat məbləğdən 2020-ci ilin iyul ayında 1 067.79 manat məbləğində X22 hesablanmaması, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat əsas vəsaitlərin dəyərindən 2020-ci ilin dekabr ayında 6 010.69 manat və 2021-ci ildə ləğv edilmiş 12 978.93 manat əsas vəsaitlərin dəyərindən 2 336.21 manat məbləğində X22 hesablanmaması və xx.xx.2021-ci il tarixdə LPO "xxxx" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən "xxxx" MMC-yə ötürülmüş City Mail (262,4 kv m) əmlakın 1 020 018.18 manat dəyərindən 183 603.27 manat və cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "xxxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat məbləğində X22 hesablanmamasından ibarət olmuşdur. Beləliklə, X22 702 976.06 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 351 488.03 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı əmlak vergisinin 841.45 manat artıq hesablandığı müəyyən edilmişdir. Fərqin səbəbi Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən 2019-cu ildə 84 243.0 manat az hesablanmış amortizasiyanın (yoxlama ilə artırılmışdır) ilin sonuna qalıq dəyərini dəyişdirdiyinə görə əmlak vergisinin 2019-cu ildə 422.21 manat və 2020-ci ildə 422.21 manat artıq hesablanması və 2020-ci ildə yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya ayırmalarının 41.35 manat və cəmiyyət tərəfindən satılmış əmlaklara 29 098.52 manat amortizasiyanın artıq hesablanması, 2021 -ci ildə yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya ayırmalarının 1 786.9 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya ayırmalarının 860.08 manat artıq hesablandığı üçün əmlakın qalıq dəyərinin və əmlak vergisinin 0.99 manat azaldılması olmuşdur. Beləliklə, 2021-ci ilin əmlak vergisi 0.99 manat azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 0.5 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cəmiyyət tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının 1 633.76 manat az (1634.93 manat az və 1.17 manat artıq) hesablandığı müəyyən edilmişdir. Vergi və sığorta haqlarının az hesablanmasının səbəbi “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən cəmiyyət tərəfindən təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində göstərilmiş gəlirin məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş gəlir məbləğindən az olduğu üçün 1 462.76 manat məcburi dövlət sosial sığorta haqqı və 171.0 manat işsizlikdən sığorta haqqının hesablanması və texniki səbəblər olmuşdur. Beləliklə, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlan azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 817.47 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı ərizəsində vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət edilmədən birbaşa ekspert təyin edildiyini və ekspert təyin olunan zaman vergi ödəyicisinin müraciətinin nəzərə alınmadığını qeyd etmişdir. Vergi ödəyicisinin qeyd edilən dəlilinə münasibətdə bildiririk ki, vergi orqanı tərəfindən qeyd edilən əməliyyatlara Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsindən əvvəlki müddəaların tətbiq edilməsi mümkün olmadığı üçün Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsi tətbiq edilmişdir. Göstərilən səbəblərdən Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən təqdim edilmiş əmlakların təqdimetmə tarixlərinə alış və satışının bazar qiymətlərinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixli **********173064 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmış və "xxxx" MMC (VÖEN **********) tərəfindən X20 və X21 ekspert kimi dəvət edilmiş və müvafiq rəylərin verilməsi üçün sənədlər təqdim edilmişdir. Qərar xx.xx.2023-cü il tarixində vergi ödəyicisi ilə tanış edilmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə müvafiq qaydada təsdiqlənmiş **********690000 nömrəli ekspert rəyini vergi orqanına xx.xx.2023-cü ildə təqdim etmişdir. Təqdim edilmiş rəy ilə vergi ödəyicisi xx.xx.2023-cü ildə tanış edilmişdir. Əlavə olaraq bildiririlir ki, Vergi Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Göründüyü kimi qanunvericiliklə ekspertizanın vergi ödəyicisi tərəfindən seçilmiş ekspert tərəfindən həyata keçirilməsinin təmin edilməsi qismində vergi orqanının hər hansı bir öhdəliyi müəyyən edilməmişdir. Odur ki, yoxlama zamanı həyata keçirilmiş ekspertiza tamamilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı tərəfindən müəssisənin alqı-satqı əməliyyatları aparmış olduğu yuxarıda qeyd edilən 3 daşınmaz əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı fərqə ƏDV hesablanmasının müəssisənin maliyyə institutu olduğu və aparılmış əməliyyatların Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən maliyyə xidməti (sığorta fəaliyyəti) hesab olunduğu üçün əsassız olmasını bildirmişdir. Qeyd edilən hissəyə münasibətdə bildirilir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, Sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür. Aydın olduğu kimi, sığorta fəaliyyəti sığorta risklərinin sığortalanması üzrə bağlanmış sığorta müqavilələri üzrə həyata keçirilən fəaliyyətdir. Mübahisəli məsələyə baxdıqda isə aydın olur ki, adıçəkilən əmlakların alışı investisiya məqsədli, satışı isə ləğv prosesində olan müəssisənin kreditor öhdəliklərini yerinə yetirmək məqsədli olmuş, sığorta fəaliyyətinə aid edilən sığorta haqlarının (təkrarsığorta haqları) və ya sığorta ödənişlərinin həyata keçirilməsi ilə əlaqəli əməliyyatlar olmamışdır. Nəticə olaraq, daşınmaz əmlaklar üzrə həyata keçirilmiş müvafiq əməliyyatlar sığorta fəaliyyətinə aid edilən əməliyyatlar hesab edilmədiyindən, uyğun olaraq Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə nəzərdə tutulmuş maliyyə xidməti hesab edilmir. Odur ki, müvafiq əməliyyatların maliyyə xidmətləri olmadığı üçün Vergi Məcəlləsinin 164.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş əlavə dəyər vergisindən azad edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmçinin, iddiaçı tərəfindən yoxlama müddətində vergi ödəyicisinin investisiya məqsədilə kredit təşkilatında olan bank hesabına yerləşdirilmiş 2 649 473,46 manat məbləğində pul vəsaitinin kredit təşkilatının ləğv edilməsi səbəbilə ümidsiz borc kimi xərcə salınmasının düzgün olduğunu bildirilmişdir. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlərin gəlirdən çıxılır. Həmçinin, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Göründüyü kimi vergi ödəyicisi fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu apararkən gəlirdən çıxılan xərclərə yalnız həmin gəlirin əldə edilməsi ilə bağlı olan xərcləri aid edə bilər. Mübahisələndirilən iş üzrə vergi ödəyicisinin investisiya məqsədilə kredit təşkilatlarında olan bank hesablarına yerləşdirilmiş pul vəsaitlərinə mülkiyyət hüququnun itirilməsi fəaliyyəti üzrə hər hansı gəlirin əldə edilməsinə çəkilən xərc olmadığı (yəni pul vəsaitləri həmin hissədə xərc deyil, vergi ödəyicisinin mülkiyyətidir) üçün gəlirdən çıxılan xərclər hissəsinə aid edilə bilməz. Müvafiq hissədə vergi ödəyicisi investisiya məqsədilə qoyulmuş pul vəsaitlərinə görə hesablanmış faiz gəlirləri (əgər faiz gəlirləri Vergi Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq ümumi gəlirə daxil edilmişdirsə) əldən çıxdığı təqdirdə qoyulmuş pul vəsaitini deyil, yalnız faiz gəlirlərini gəlirdən çıxılan xərclər hissəsinə aid edə bilərdi. İddiaçı ərizəsində cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsinin əlavə dəyər vergisinə cəlb olunan əməliyyat hesab edilmədiyini bildirmişdir. Bununla bağlı bildiririlir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hər hansı hüquqi şəxs ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilirsə və bilavasitə ləğv etmədən əvvəl iştirakçıya hüquqi şəxsdə iştirak payının 100 faizi məxsus olmuşdursa, belə halda: aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır. Bundan başqa Məcəllənin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Əlavə olaraq bildiririlir ki, Vergi Məcəlləsinin ƏDV-ə cəlb edilməyən əməliyyatların siyahısı müəyyənləşdirilmişdir ki, həmin siyahıda vergi ödəyicisinin qeyd etdiyi əməliyyatlar siyahıda göstərilməmişdir. Əksinə vergi ödəyicisinin öz aktivlərinin səhmdarlarına təqdim edilməsi yalnız o halda təqdim etmə hesab edilməmişdir ki, ləğv edilən hüquqi şəxsin təsisçisi bir hüquqi şəxs olsun. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin etirazına münasibət məktubunda göstərilmişdir ki, 2019, 2020 və 2021-ci illər üzrə Cəmiyyətin gəlirlərinin az və gəlirdən çıxılan xərclərin artıq göstərilməsi ilə bağlı qeydə cavab olaraq aşağıdakılar bildirilir: “Ləğvetmə prosesində mövcud olan sığorta portfelinin digər sığortaçı olan AGroup ASC-yə ötürülməsi ilə bağlı sığorta haqlarının ödənilməsi, ləğv olunan sığorta müqavilələri üzrə sığorta haqlarının qaytarılması və baş vermiş sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi üçün Cəmiyyətin balansında olan əmlaklardan 3-ü satılmışdır. Bu əmlaklar satılmamışdan öncə müstəqil qiymətləndirmə şirkəti olan X23 MMC tərəfindən qiymətləndirilmiş, kənar auditor olan X7 tərəfindən audit rəyi verilmiş və Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası tərəfindən ekspert rəyi verilmişdir. Bu əmlakların alqı-satqısı notarial qaydada həyata keçirilmişdir. Bu da öz növbəsində əmlakların qiymətinin real olmasının göstəricisidir. Bütün bu qeyd olunanlara baxmayaraq vergi orqanı tərəfindən yoxlamaya başlanılarkən yuxarıda sadalanan əsaslar nəzərə alınmamış və əmlakların qiymətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə ekspertiza təyin edilmişdir. Belə ki, Yoxlamanın başlandığı tarixdən etibarən 27 mart 2023-cü il tarixinə qədər 266 gün ərzində yoxlama 7 dəfə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi əsas gətirilməklə dayandırılıb. 49 və 45 gün olmaqla 2 dəfə də uzadılıb. Vergi xidməti tərəfindən əmlakların təkrar qiymətləndirməsi aparılması səbəbi ilə LPO "xxxx" ASC-nin ləğvetmə prosesi əsassız şəkildə toplam olaraq 495 gün uzadılmasdır. Yoxlamanın 7 dəfə dayandırılmasına baxmayaraq faktiki olaraq yoxlama davam etmişdir, bu da vergi xidməti tərəfindən yoxlamanın aparılmasında vol verdiyi nöqsanların bariz nümunələrindən biridir. Yekunda tərtib edilmiş akta əsasən vergi xidməti tərəfindən təyin olunmuş ekspertin qeyd olunan əmlaklarla bağlı rəy verilməsinin mümkün olmadığı bildirilmişdir. Belə olduğu halda isə vergi xidməti tərəfindən öz baza məlumatlarına əsasən qeyd olunan əmlaklara qiymət qoyulmuşdur. Bütün bu qeyd olunanlar yoxlayıcılar tərəfindən tərtib edilmiş aktda öz əksini tapmışdır. Təbii ki, bu akt iddiaçı tərəfindən qəbul edilməmiş və Vergi Məcəlləsinin 44.7.1 və 44.7.2-ci maddələrinə əsasən akta etiraz vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən təyin edilmiş birinci ekspert olan "xxxx" MMC vergi orqanının istədiyi qiyməti yazmaqdan imtina etdiyi üçün məcbur olub təkrar ekspertiza üçün Real Prays MMC seçilmişdir. Etiraz əlaməti olaraq ekspertin dəyişdirilməsi ilə bağlı vergi orqanına "xxxx" ASC tərəfindən vəsatət verilmiş, lakin vəsatətlərin heç bir tutarlı əsas gətirilmədən rədd edilmişdir. Nəticədə də "xxxx" MMC tərəfindən qeyd olunan əmlaklara vergi orqanının istədiyi qiymət qoyulmuşdur. Belə ki, "xxxx" MMC-nin nümayəndələri tərəfindən nə əmlaklara baxış keçirilmiş, nə də ki, həmin dövrdə həmin parametrlərə uyğun real alqı-satqı müqaviləsi nümunələri təqdim edilməmişdir. Əvvəlki yanaşmaya uyğun olaraq "xxxx" MMC-nin baza məlumatları əsasında qiymət qoyulmuşdur. Bu absurd və şişirdilmiş qiymətlər "xxxx" ASC tərəfindən qəbul olunmayıb. Bundan başqa, "xxxx" ASC yuxarıda qeyd edilən “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə müvafiq olaraq kredit təşkilatında olan bank hesabına 2,649,473.46 manat məbləğində pul vəsaitini investisiya məqsədilə yerləşdirmiş və həmin kredit təşkilatı (bank) ləğv edildiyindən, göstərilən pul vəsaiti ümidsiz borc qismində xərcə salınmışdır. Həmin bankın müflis elan olunması ilə bağlı məhkəminin qərarı da vergi orqanına təqdim olunub. Lakin yoxlamanı həyata keçirən vergi orqanı həmin ümidsiz borcu cəmiyyətin xərclərindən çıxarmışdır. Halbuki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Ümidsiz borclar kimi silinən vəsaitlər sığorta haqlarından formalaşıb və onlar qazanılmış gəlir kimi balansda tanınıblar və onlara görə mənfəət vergisi ödənilib. Nəticədə həmin vəsaitlərin ümidsiz borc kimi silinməsi nəticəsində müvafiq zərər tanınıb. Vergi orqanı cəmiyyət tərəfindən satılmış 3 əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-nin 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat ƏDV hesablamışdır. Hesablamaya münasibətdə iddiaçı ilk öncə qeyd edir ki, "xxxx" ASC maliyyə institutu olduğu üçün fəaliyyəti ƏDV-yə cəlb edilmir. Belə ki, VM-nin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. İddiaçı qeyd edir ki, "xxxx" ASC “Sığorta fəaliyyəti haqqında” AR Qanununa müvafiq olaraq öz vəsaitini investisiya etmək məqsədilə xx.xx.2017-ci il tarixdə 2 000 000.0 manat, xx.xx.2019-cu il tarixdə 811 800.0 manat və 3 876 840.0 manat dəyərində 3 əmlak almışdır. Daha sonra ləğv prosesində sığorta portfelin ötürmək və ləğv prosesini yekunlaşdırmaq məqsədilə həmin əmlakları xx.xx.2020-ci il tarixdə satmışdır. Gördüyümüz kimi, "xxxx" ASC tərəfindən xx.xx.2017 və xx.xx.2019-cu il tarixdə 3 əmlakın investisiya məqsədilə alınması və daha sonra həmin əmlakların satılaraq yenidən pul vəsaitinə çevrilməsi məhz sığorta fəaliyyəti məqsədləri üçün olmuşdur. Başqa sözlə desək, həmin əmlakların alınması və satılması vergitutma məqsədləri üçün maliyyə xidməti hesab edilir və ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirilir. Digər tərəfdən 3 əmlakın alışı ƏDV- dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Bundan başqa, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmin Məcəllənin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Sadalananlardan aydın olduğu kimi, vergi orqanı "xxxx" ASC-yə 3 əmlakın satışına görə ƏDV üzrə əlavə vergi məbləğini o halda hesablaya bilərdi ki, aktda göstərilən satış qiymətlərinin cəmiyyətə ödənilməsinə dair təsdiqedici sənəd olmuş olsun. Digər tərəfdən, vergi orqanı 3 əmlakın bazar qiymətini müəyyən etmək məqsədilə VM-nin 142-ci maddəsinə istinad etmişdir ki, həmin norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-nə münasibətdə tətbiq edilə bilməz. Vergi orqanı cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə aktivlərin səhmdarlar arasında bölgüsünə əsasən “Nurgun Grup’’ MMC-yə ötürülmüş 1 020 018.18 manat dəyərində “CİTY MALL” əmlakına görə 183603.27 manat ƏDV hesablamışdır. Qeyd edilir ki, cəmiyyətin mülkiyyətində olan əmlakların ləğv zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin məqsədi əmlak təqdim edilməsindən mənfəət götürməkdir. Amma hazırkı halda "xxxx" ASC səhmdara əmlak verməklə hər hansı gəlir əldə etməmişdir. X22 də məhz sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan əməliyyatlara görə hesablandığını nəzərə alsaq, "xxxx" MMC-yə verilmiş əmlaka görə ƏDV üzrə hər hansı vergi öhdəliyi hesablana bilməzdi. Digər yandan, cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Bu isə o deməkdir ki, xx.xx.2021-ci tarixdə səhmdara verilmiş əmlak ƏDV məqsədləri üçün vergitutma obyekti olmamışdır. Vergi orqanı 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat, 2021-ci ildə ləğv edilmiş 12978.93 manat əsas vəsaitlərə görə VM-nin 159.5-ci maddəsinə müvafiq olaraq ƏDV hesablamışdır. İddiaçı qeyd edir ki, cəmiyyət tərəfindən 2020 və 2021-ci illərdə qeyd olunan əsas vəsaitlərin silinməsi həyata keçirilməmişdir. Sadəcə olaraq əsas vəsaitlərin yenidən qiymətləndirilməsi həyata keçirilmişdir və vergi orqanının aşkar etdiyi fərq məhz yenidən qiymətləndirmədən yaranan fərqdir. VM-nin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Normadan aydın olduğu kimi, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) aktivlərin dəyərinə aid edilmir və ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilə bilməz. Bilindiyi kimi əmlakların dəyəri bazar qiymətinə əsasən müəyən olunur. VM-nin 14.1-ci maddəsinə əsasən “bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir”. 14.2ci “bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Odur ki, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsindən əvvəlki müddəaların tədbiq edilməsi mümkündür. Ləğetmə zamanı əmlakların bölünməsi nəticəsində səhmdarlara ötürülən aktivlərlər təqdim etmə hesab olunmur. Vergi orqanı tərəfindən təqdim edilən etirazda göstərilmiş Vergi Məcəlləsinin 145-ci maddəsi mənfəət vergisinə aiddir. ƏDV ilə bağlı belə bir qanunvericilik tələbi mövcud deyil. Bundan başqa etirazda Vergi Orqanı tərəfindən istinad edilən 159.1-ci maddə kənd təsərrüfatı məhsullarına aiddir və Sığorta fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3407/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı (hakim T.Məlikov) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********177269 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı 2020-ci il üzrə 361146,66 manat məbləğində ƏDV və ona müvafiq maliyyə sanksiyası, 2021-ci il üzrə 332414,71 manat ƏDV və ona müvafiq maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları tam qiymətləndirməmiş və cavabdehin dəlilləri üzrə əsaslandırılmış münasibət bildirməmişdir. Belə ki, məhkəmə səthi araşdırma aparmaqla investisiya fəaliyyətini sığorta fəaliyyəti ilə eyniləşdirmiş, sığorta fəaliyyətinin yalnızca sığorta risklərinin qəbul edilməsi ilə bağlı olaraq sığorta müqavilələrinin bağlanması və sığorta əməliyyatlarının aparılmasından ibarət olması faktını nəzərə almamışdır. O cümlədən, məhkəmə yetərli araşdırma aparacağı təqdirdə müəyyən edəcəyi hallardan digəri isə cəmiyyətin ləğvi zamanı əmlakların səhmdarlar arasında bölüşdürülməsinin malların təqdim edilməsi hesab edilməsi halıdır. Məhkəmə müəyyən etməli idi ki, hüquqi baxımdan cəmiyyətin ləğv edilməsi zamanı əmlakların bölünmə balansına uyğun olaraq səhmdarlar arasında bölünməklə əmlakların təqdim edilməsi bir növ cəmiyyətin səhmdarlar qarşısında olan öhdəliklərin yerinə yetirilməsi hesab edilir. Bu da özlüyündə aktivlərin vergiyə cəlb edilən təqdim edilməsi sayılır. Beləliklə, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən bu hal üzrə kifayət qədər araşdırma aparmamış və yaxud da məlumu olduğu halda müvafiq faktı nəzərə almayaraq iddiaçı tərəfin əsassız olan tələbini təmin etmişdir. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Nəticə olaraq hesab edirik ki, məhkəmə qeyd olunan prosessual normaları pozmaqla və təqdim olunan sübutlara mahiyyəti üzrə baxmadan, işin faktiki tərəflərini nəzərə almadan əsassız qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X16 və nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilsə də, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qərardan apellyasiya şikayəti verilməmiş, qərar yalnız cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Odur ki, apellyasiya baxışının predmetini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində iddia tələbinin təmin edilən hissəsində qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-cü maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dıyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, prosessual müddətə əməl edilməklə iddia qaldırılmış, xx.xx.2023-cü il tarixli inzibati akt xx.xx.2023-cü il tarixdə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -3.2-ci maddəsinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. -3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. -13.2.14.7-ci maddəsinə əsasən, sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -24.0.1-ci maddəsinə görə, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. -24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. -24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. -38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -38.3.5-ci maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsi vergi orqanları tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi hallarından biri kimi nəzərdə tutulmuşdur. -58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: -10.1-ci maddəsinə əsasən, sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür. -63.1-ci maddəsinə əsasən, sığortaçının öz vəsaiti etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur: ... 63.1.3 daşınmaz əmlak ... -64.1-ci maddəsinə əsasən,sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur: ... 64.1.3. daşınmaz əmlak ... Məhkəmə kollegiyası iş materiallarında olan sübutları nəzərdən keçirir: -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamənin surətindən görünür ki, "xxxx" ASC xx.xx.1998-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. -xx.xx.2023-cü il tarixli, **********160218 №-li səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********159724 saylı qərarına əsasən X24 İdarəsinin Maliyyə sahəsi üzrə şöbəsi tərəfindən ləğv prosesində olan "xxxx" ASC (VÖEN **********) üzrə yol vergisi – 2019-2021; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2019-4-cü rüb 2019-cu il; əmlak vergisi-2019-2021-ci il; MDSS- muzdlu işləyənləri işə götürən sığortaedənlər-3-cü rüb 2019-4-cü rüb 2019; ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2019-3-cü rüb 2022; torpaq vergisi - 2019-cu il-2021-ci il; əlavə dəyər vergisi - avqust 2019–iyul 2022; mənfəət vergisi 2019-cu il–2021-ci il; sadələşdirilmiş vergi 3-cü rüb 2019–3-cü rüb 2022; muzdlu işləyənləri işə götürən sığortaedənlər 3-cü rüb 2019-4-cü rüb 2019; aksiz vergi avqust 2019-iyul 2022; mədən vergisi avqust 2019-iyul 2022; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 1-ci rüb 2020-3-cü rüb 2022-ci il məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyənnaməsi (hesabatı) üzrə Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. -“Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177269 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC-yə əlavə dəyər vergisi ilə bağlı 2020-ci il üzrə 362 214.45 manat əlavə dəyər vergisinə görə 181107,23 manat maliyyə sanksiyası, 2021- ci il üzrə 332 414.71 manat əlavə dəyər vergisinə görə 166207,36 manat maliyyə sanksiyası, əmlak vergisi ilə bağlı 2019-cu il üzrə 421.22 manat, 2020-ci illər üzrə 421.22 manat ümumilikdə 842.44 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilərək, əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləği hesablanmış və 0.50 manat maliyyə sanksiyası tətbiq edilmiş, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 634.37 manat əlavə vergi məbləği hesablanmış və 817.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 96, 98 (yeni qaydalarla: AZ 1072, ünvan 3 ünvanında yerləşən 391.60 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-28 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28 D ünvanında yerləşən, ümumi sahəsi 378.9 kv.metr olan qeyri-yaşayış sahəsini "xxxx" ASC-yə satmışdır. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-383 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 82 kv.metr olan qeyri-yaşayış sahəsinin özünə məxsus hissəsini "xxxx" ASC-yə satmışdır. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-384 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X5 AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019- cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 391.60 kv.metr olan qeyri-yaşayış sahəsini "xxxx" ASC-yə satmışdır. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-519 reyestr nömrəli qalıq daşınmaz əmlakla əlaqədar olan tələb hüququnun ləğv edilən hüquqi şəxsin iştirakçısına güzəşt edilməsi haqqında müqavilənin 1.1, 1.2, 1.3, 1.4 , 1.6 və 3-cü bəndlərinə əsasən birinci tərəf "xxxx" ASC qalıq əmlakının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 61-ci maddəsinin tələbləri nəzərə alınmaqla iştirakçılar arasında ləğvetmə balansı və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planın əks etdirən hesabata uyğun bölünməsi və bu bölgünün tərkib hissəsi kimi daşınmaz əmlakın (və ya daşınmaz əmlakın əsas öhdəlik müqavləsi üzrə ikinci tərəfə təqdim olunması nəticəsində yaranan tələb hüququnun) üçüncü şəxsə "xxxx" MMC-yə vermiş, üçüncü tərəf yeni kreditora çevrilməklə əsas öhdəliyin icrasını ikinci tərəfdən (X8) tələb etmək hüququnu əldə etmişdir. -54 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-28 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC AR ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətçisi olduğu ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 391.60 kv.metr olan qeyri-yaşayış sahəsini X1. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 8797.4 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsi "xxxx" ASC-nin adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28 D ünvanında yerləşən 378.9 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli, KY221752508 nömrəli çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciətini olması əsası ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qeydə alınmışdır. -Ekspertizanın təyin edilməsi haqqında 03 avqust 2022-ci il tarixli **********160716 saylı Qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Maliyyə İnstitutlarının auditi şöbəsi tərəfindən “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspert dəvət olunması zərurəti yaranması əsası ilə bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC- nin eksperti dəvət edilmiş, ekspertə “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) tərəfindən yoxlanılan dövr ərzində təqdim edilmiş əmlakların təqdimetmə tarixlərinə bazar qiymətlərinin müəyyənləşdirilməsi həvalə edilmişdir. -Ekspertizanın təyin edilməsi haqqında 31 avqust 2022-ci il tarixli **********161675 saylı Qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Maliyyə İnstitutlarının auditi şöbəsi tərəfindən “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspert dəvət olunması zərurəti yaranması əsası ilə bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC- nin eksperti dəvət edilmiş, ekspertə “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) tərəfindən yoxlanılan dövr ərzində təqdim edilmiş əmlakların təqdimetmə tarixlərinə bazar qiymətlərinin müəyyənləşdirilməsi həvalə edilmişdir. -Ekspertizanın təyin edilməsi haqqında 13 iyun 2023-cü il tarixli **********173064 saylı Qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit İdarəsinin Maliyyə İnstitutlarının auditi şöbəsi tərəfindən “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) üzrə keçirilən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspert dəvət olunması zərurəti yaranması əsası ilə bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC- nin ekspertləri dəvət edilmiş, ekspertə “Rəvan Sığorta" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) tərəfindən yoxlanılan dövr ərzində təqdim edilmiş əmlakların alış və satışının bazar qiymətlərinin müəyyən edilməsi həvalə edilmişdir. -“X14 və Sığorta Ekspertizası” tərəfindən verilmiş qiymətləndirmənin nəticəsinə dair yekun rəydən görünür ki, 16 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin adından "xxxx" MMC-yə müradət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi üzrə sifariş verilmiş, sifariş üzrə tərəflər arasında 16 iyun 2023-cü il tarixli FŞ müqavilə bağlanmışdır. Qiymətləndirmə xidməti xx.xx.2023xx.xx.2023-cü illər dövrünü əhatə etməklə aparılmışdır. Qeyd: Sifariş əsasında qiymətləndirilən əmlakın 21119 (sentyabr-noyabr ayı üzrə), 2020 (may-iyun ayı üzrə) və 2023-cü (avqust) ayları üzrə bazar dəyəri hesablanmış və bazar dəyəri ilə 2019-cu ilin sentyabr-noyabr ayları üzrə 287.082.00, 2020-ci ilin may-iyun ayları üzrə 270.600,00 manat, 2023-cü ilin iyun ayı üzrə 295.200,00 manat olaraq qiymətləndirmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında Müstəqil Məhkəmə Ekspertizası tərəfindən verilmiş 12 iyun 2020-ci il tarixli 191, 192, 193 nömrəli Ekspert Rəylərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 1998-ci il 774Ne-li Fərmanı ilə təsdiq edilmiş “Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq: -"xxxx" MMC-nin ekspertləri tərəfindən “Rəvan Sığorta" ASC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Babək prospeti, 28D ünvanında inşa edilmiş monolit dəmir-beton konstruksiyalı bir mərtəbəli qeyri-yaşayış binasının sərbəst bazar qiymətinin müəyyən edilməsi məqsədilə, 12 iyun 2020-ci il tarixdə qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, "xxxx" ASC-yə məxsus, Baki şəhəri, Xətai rayonu, Babək prospeti, 28D ünvaninda yerləşən 0,0457 ha torpaq sahənin 0,04245 ha tikintialtı sahəsinin üstündə inşa edilmiş ümumi sahəsinin 378.9 kv.metr olan orta təmirli qeyri-yaşayış binasının hazırki orta bazar likvid dəyərinin 265230 manat (iki yüz altmış beş min iki yüz otuz) müəyyən edildiyi barədə rəy verilmişdir. Rəyin qeyd hissəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospeti, 28D ünvanında yerləşən və ona yaxın ərazidə yerləşən, söküimə durumunda olan qeyriyaşayış binasının daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən, tələblə-təklifdən və eləcə də bazar qiymətinə təsir edən digər amillərdən (obyektin təmir səviyyəsindən, istifadə təyinatından, rentabellik səviyyəsindən və sair) asılı olaraq, müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmədiyi qeyd olunmuşdur. -"xxxx" MMC-nin ekspertləri tərəfindən “Rəvan Sığorta" ASC-yə məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 96/98 yeriəşən qeyriyaşayış sahəsinin sərbəst bazar qiymətinin müəyyən edilməsi məqsədilə, 12 iyun 2020-ci il tarixdə qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, "xxxx" ASC-yə məxsus, ünvan 9 ünvanında yerləşən, 2016-cı ildə inşa edilmiş monolit dəmir-beton konstruksiyalı on mərtəbəli binanın birinci mərtəbəsindəki ümumi sahəsi 82.0 kv.metr və xidmət sahəsi, yardımçı otaq, kassa otağından ibarət olan, orta təmirli qeyri-yaşayış sahəsinin hazırkı orta bazar dəyəri 139400 manat (yüz otuz doqquz min dörd yüz) müəyyən edildiyi barədə rəy verilmişdir. Rəyin qeyd hissəsində Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsində və ona yaxın ərazidə yerləşən qeyriyaşayış sahəsinin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən, tələblətəklifdən və eləcə də bazar qiymətinə təsir edən digər amillərdən {obyektin təmir səviyyəsindən, istifadə təyinatından, rentabellik səviyyəsindən və sair) asılı olaraq, müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmədiyi qeyd olunmuşdur. -"xxxx" MMC-nin ekspertləri tərəfindən “Rəvan Sığorta" ASC-yə məxsus, ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sərbəst bazar qiymətinin müəyyən edilməsi məqsədilə, 12 iyun 2020-cı il tarixdə qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, “Rəvan Sığorta" ASC-yə məxsus, ünvan 9 ünvanında yerləşən, 2016-cı ildə inşa edilmiş monolit dəmir-beton konstruksiyalı on mərtəbəli binanın birinci mərtəbəsindəki, sahəsi 391,6 kv.metr, xidmət sahəsi, yardımçı sahə və sanitar qovşaqdan ibarət olan, orta təmirli qeyriyaşyış sahəsinin hazırkı orta bazar dəyərinin 665720 manat (atı yüz altmış beş min yeddi yüz iyirmi) müəyyən edildiyi barədə rəy verilmiş, Rəyin qeyd hissəsində Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsində və ona yaxın ərazidə yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən, tələblə-təklifdən və eləcə də bazar qiymətinə təsir ədən digər amillərdən (obyektin təmir səviyyəsindən, istifadə təyinatından, rentabellik səviyyəsindən və sair) asılı olaraq, müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmədiyi qeyd olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İşin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli, **********159724 saylı qərarına əsasən ləğv prosesində olan "xxxx" ASC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. xx.xx.2023-cü il tarixli, **********160218 nömrəli səyyar vergi yoxlaması aktı əsasında - “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********177269 nömrəli Qərarı qəbul edilərək iddiaçıya: -ƏDV vergisi ilə bağlı 2020-ci il üzrə 362 214.45 manat, 2021-ci il üzrə 332 414.71 manat, ümumilikdə 694 629.16 manat əlavə vergi məbləği hesablanmış və 347 314.59 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Əmlak vergisi ilə bağlı 2019-cu il üzrə 421.22 manat, 2020-ci illər üzrə 421.22 manat ümumilikdə 842.44 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş, -Əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləği hesablanmış və 0.50 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 634.37 manat əlavə vergi məbləği hesablanmış və 817.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2023-cü il tarixli, **********177269 nömrəli qərarını mübahisələndirərək qərarın, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2020-ci il üzrə ƏDV bəyannamələrinin düzgünlüyünün yoxlanması nəticəsində iddiaçı “Rəvan Sığorta" ASC tərəfindən satılmış 3 əmlakın: Bakı şəhəri, Xətai rayonu, Babək prospeti, 28D ünvanındakı bir mərtəbəli qeyri-yaşayış binasının (ümumi sahəsi 378.9 kv.metr olan), Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 96/98 yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 82.0 kv.metr) və Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi 391,6 kv.metr olan) ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-nin 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat və dəyəri xx.xx.2020-ci il tarixdə ödənilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5 932.2 manat məbləğdən 2020-ci ilin iyul ayında 1067.79 manat, ümümilikdə 362214.45 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfindən satılmış yuxarıda qeyd olunan 3 ədəd daşınmaz əmlak obyektinin ekspert tərəfindən müəyyən edilmiş alış və satış fərqinə görə ƏDV hesablanmasına münasibətdə hesab edir ki, iddiaçının əsas fəaliyyəti sığorta xidmətlərinin göstərilməsi olduğundan qanunvericiliyə əsasən onun fəaliyyəti ƏDV-yə cəlb edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" ASC xx.xx.2017-ci il tarixdə 2 000 000.0 manat, xx.xx.2019-cu il tarixdə 811.800.0 manat və 3 876 840.0 manat dəyərində 3 əmlak almış, daha sonra ləğv prosesində öhdəliklərini icra etmək və ləğv prosesini yekunlaşdırmaq məqsədilə həmin əmlakları xx.xx.2020-ci il tarixdə satmışdır. Bu əmlaklar satılmamışdan öncə müstəqil qiymətləndirmə şirkəti olan X23 MMC tərəfindən qiymətləndirilmiş, kənar auditor olan X9 tərəfindən audit rəyi verilmiş və Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası tərəfindən ekspert rəyi verilmişdir. Bu əmlakların alqı-satqısı notarial qaydada həyata keçirilmişdir. Bu da öz növbəsində əmlakların qiymətinin real olmasının göstəricisidir. Bütün bu qeyd olunanlara baxmayaraq vergi orqanı tərəfindən əmlakların qiymətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə ekspertizalar təyin edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29- cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan qeyd olunan 3 əmlaka dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi olmasına baxmayaraq, əmlakların qiymətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə ekspertizalar təyin edilmiş, yekunda tərtib edilmiş akta əsasən vergi xidməti tərəfindən təyin olunmuş ekspertin qeyd olunan əmlaklarla bağlı rəy verilməsinin mümkün olmadığı bildirilmişdir. Daha sonra "xxxx" MMCnin tərəfindən baza məlumatları əsasında əmlaklara qiymət qoyulmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi qeyd olunan əmlakların qiymətləndirilməsi zamanı elanları əsas götürdüklərini bildirmiş, lakin Xətai və Nərimanov rayonunda qeyd olunan ərazilərdə ölçüləri yaxın və ya eyni olan qeyri-yaşayış binalarına dair alqı-satqı müqavilələri məhkəməyə təqdim edilə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müxtəlif əmlak saytlarında yerləşdirilmiş elanlar ümumi təklifi ifadə edərək, elanda əmlakın müəyyən qiymətlə satışa çıxarılması, hələ alqı-satqı müqaviləsinin həmin qiymətlə reallaşması anlamına gəlmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixdə 3 əmlakın investisiya məqsədilə alınması və daha sonra həmin əmlakların satılaraq yenidən pul vəsaitinə çevrilməsi məhz sığorta fəaliyyəti məqsədləri üçün olmuşdur. Başqa sözlə desək, həmin əmlakların alınması və satılması vergitutma məqsədləri üçün maliyyə xidməti hesab edilməli və ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirilməlidir. Qeyd edilən 3 əmlakın alışı ƏDV-dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı Cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Cavabdeh inzibati orqan "xxxx" ASC-yə 3 əmlakın satışına görə ƏDV üzrə əlavə vergi məbləğini o halda hesablaya bilərdi ki, aktda göstərilən satış qiymətlərinin Cəmiyyətə ödənilməsinə dair təsdiqedici sənəd olmuş olsun. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 3 əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-in 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat ƏDV hesablanması əsaslı deyildir. Apellyasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, məhkəmə tərəfindən sahibkarlıq subyekti qismində həyata keçirilən fəaliyyətə münasibət bildirilərkən qanunvericiliyin müddəaları kobud şəkildə pozulmaqla yanlış yanaşma irəli sürmüş, qanunverici “sığorta fəaliyyəti” anlayışını müəyyən edərkən bu anlayış üçün konkret sərhədlər müəyyən etdiyindən sığortaçının fəaliyyətinə onun digər mülki və sair münasibətlərini aid etmədən yalnız sığorta risklərinin qəbul edilməsi və həmin risklərlə bağlı olaraq sığorta müqavilələrinin bağlanması əməliyyatları ilə anlayışı məhdudlaşdırmışdır, məhkəmənin bu yanaşması haqlı hesab edilsə, o zaman sığorta şirkətinin istənilən əməliyyatı sığorta fəaliyyəti hesab edilməli və ƏDV-dən azad olunmalıdır, məhkəmə işə mahiyyəti üzrə araşdırmadan səthi yanaşma irəli sürmüş, Vergi məcəlləsinin 13.2.14.7-ci maddəsində qeyd olunan maliyyə xidmətləri anlayışına münasibətdə də yanlış fikir formalaşdırılmasına səbəb olmuşdur. Qanunvericilik sığortaçıya investisiya fəaliyyəti ilə məşğul olmağa imkan yaratsa da, bunu sığorta fəaliyyətinə aid etmir, məhkəmə nəzərə almamışdır ki, investisiya fəaliyyəti sığorta fəaliyyəti deyildir, mülki qanunvericilik baxımından iki ayrı sahədir, lakin məhkəmə onları eyniləşdirmişdir, investisiya fəaliyyəti sığorta fəaliyyəti olmadığından və ƏDV-də azad olunan maliyyə xidməti hesab edilmədiyindən vergi orqanı tərəfindən aparılan hesablamalar qanunvericiliyə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunverici tərəfindən sığorta fəaliyyətinin anlayışı üçün konkret sərhədlərin müəyyən edilməsi, sığortaçının fəaliyyətinə onun digər mülki və sair münasibətlərini aid etmədən yalnız sığorta risklərinin qəbul edilməsi və həmin risklərlə bağlı olaraq sığorta müqavilələrinin bağlanması əməliyyatları ilə məhdudlaşdırılması cavabdeh tərəfin mülahizələrini əks etdirir və bu sahədə qanunvericiliyin mövqeyini ifadə etmir. Belə ki, sığortaçının öz vəsaiti və sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. Apellyasiya şikayətinin investisiya fəaliyyətinin sığorta fəaliyyəti olmaması, qanunvericilik baxımından sığortaçıya investisiya fəaliyyəti ilə məşğul olmağa imkan yaradılsa da, bunun sığorta fəaliyyətinə aid edilməməsi dəlilləri ilə bağlı qeyd edilməlidir ki, sığorta fəaliyyətinin məqsədləri üçün həyata keçirilən investisiya fəaliyyəti qanunla tənzimlənir, cəmiyyətin sığorta ehtiyatlarını təmin edən vəsaitlərin investisiyası zamanı qanunamüvafiq olaraq əmsallar tətbiq edilmiş, diversifikasiya normaları nəzərə alınmış, investisiya əməliyyatları haqqında hesabatlar Azərbaycan Respublikasının Mərkəzi Bankının elektron sistemi vasitəsi ilə təqdim olunmuşdur. Sığortaçı tərəfindən əmlakın investisiya məqsədi ilə alınması, daha sonra satılaraq pul vəsaitinə çevirilməsi sığorta fəaliyyəti məqsədləri üçün edildiyindən əmlakın alınması, satılması maliyyə xidməti hesab edilir və ƏDV tutulmur. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, vergiyə cəlb olunan əməliyyatlar üzrə dövriyyə 200.000 manat məbləğini keçdiyi halda ƏDV qeydiyyatına alınan vergi ödəyicisinin həmin əməliyyatlar üzrə ƏDV-nin əvəzləşdirilməsi hüququ əməliyyatın dəyəri alıcının bank hesabına, ƏDV məbləği isə ƏDV depozit hesabına ödənildikdə yaranır, məhkəmə qeyd olunan faktları araşdırmadan Vergi məcəlləsinin 159.7-ci maddəsinə istinad etməklə əməliyyatların ƏDV-ə cəlb olunmamalı olduğunu vergi ödəyicisinin əvəzləşdirmə hüququnun olmaması ilə əlaqələndirmiş, lakin nəzərə almamışdır ki, ƏDV üzrə əvəzləşdirmə hüququnun yaranması üçün ilk növbədə vergi ödəyicisinin ƏDV qeydiyyatı olmalıdır, ƏDV qeydiyyatı olmadığı hal üçün əvəzləşdirmə hüququnun olub olmamasının mübahisələndirilməsi olduqca yanlışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsassız hesab edərək qeyd edir ki, Vergi qanunvericiliynə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Vergi qanunvericiliyinə görə qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. Konkret halda isə üç əmlakın alışı ƏDV-dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Həmçinin iş materiallarından görünür ki, 2021-ci il üzrə ƏDV bəyannamələrinin düzgüngünlüyünü yoxlanması nəticəsində cəmiyyət tərəfindən 06.09 2021-ci il tarixdə LPO “Rəvan Sığorta" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən "xxxx" MMC-yə ötürülmüş City Mall (262,4 kv m) əmlakın 1 020018 18 manat dəyərindən 183 603.27 manat və cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "xxxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat, ümumilikdə 2021-ci il üzrə 362214.45 manat əlavə vergi məbləği hesablanmışdır. Bu hesablamaya münasibətdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi əlavə dəyər vergisinə cəlb olunan əməliyyat hesab edilmir. Belə ki, Cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Qeyd olunan hissədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, AR MM-in 1077.1-ci maddəsinə uyğun olaraq səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Bu anlayışdan göründüyü kimi, səhm səhmdara qanunvericilikdə nəzərədə tutulmuş digər hüquqlarla yanaşı cəmiyyət ləğv edilərkən səhmdar cəmiyyətinin yerdə qalan əmlakının bir hissəsini almaq hüququ verir. Vergi Məcəlləsinin 6-cı maddəsində nəzərdə tutulmuş dövlət vergilərinin sırasında hüquqi şəxslərin mənfəət vergisi müəyyən edilmişdir. Vergi məcəlləsinin 9-cu fəsli hüquqi şəxslərin mənfəət vergisi, 10-cu fəsli isə gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Bu fəsilə fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr aiddir. Maliyyə xidmətləri mənfəət vergisindən azad olunmadığı üçün mənfəət vergisinə cəlb edilə bilər. Bu zaman ƏDV-dən fərqli olaraq müqavilə və onun subyektləri deyil, əməliyyatın mahiyyəti əsas götürülür. Vergi orqanı cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə aktivlərin səhmdarlar arasında bölgüsünə əsasən "xxxx" MMC-yə ötürülmüş 1 020 018.18 manat dəyərində “CİTY MALL” əmlakına görə 183603.27 manat ƏDV hesablamışdır. Cəmiyyətin mülkiyyətində olan əmlakların ləğv zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin məqsədi əmlak təqdim edilməsindən mənfəət götürməkdir. Lakin cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi ilə hər hansısa gəlir əldə edilməsi müəyyən edilməmişdir. X22 də məhz sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan əməliyyatlara görə hesablandığı nəzərə alındıqda, "xxxx" MMC-yə verilmiş əmlaka görə ƏDV üzrə hər hansı vergi öhdəliyi hesablana bilməzdi. Digər tərəfdən, Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2021-ci tarixdə səhmdara verilmiş əmlak ƏDV məqsədləri üçün vergitutma obyekti olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş etirazda və apellyasiya şikayətinin dəlillərində Vergi Məcələsinnin 145.2-ci bəndinə istinad edilərək bildirilmişdir ki, vergi ödəyicisinin öz aktivlərinin səhmdarlarına təqdim edilməsi yalnız o halda təqdim etmə hesab edilməmişdir ki, ləğv edilən hüquqi şəxsin təsisçisi bir hüquqi şəxs olsun. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, VMnin 145.2-ci maddəsinə nəzərdə tutulan norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-yə münasibətdə tətbiq edilə bilməz. Odur ki, 2021-ci il üzrə 362 214.45 manat əlavə vergi məbləğinin ( ƏDV) hesablanması əsaslı olmamışdır. Beləliklə, iddiaçıya 2020-ci ilin iyun ayına 361146.66 manat, 2021-ci il üzrə 362 214.45 manat ƏDV vergisi üzrə əlavə vergi məbləğinin hesablanması əsaslı hesab edilmədiyindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin hesablamalara müvafiq olaraq tətbiq edilmiş maliyyə sanksiyalarının da ləğv edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri) Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3407/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar