Məhkəmə qərarları › İş №2-1(103)-1187/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1187/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1187/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «qərarların ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və xx.xx.2021-ci il tarixli **********910000 saylı qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və 30 iyul 2021-ci il tarixli **********910000 saylı qərarlarının ləğv edilməsi, 200 manat məbləğində ekspertiza xərcinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəssisənin kassa metodu ilə işlədiyini bildirirək əsas vəsaitlər üzrə çəkilmiş xərclərin birbaşa xərclərə aid edilməsini bildirmişdir. Vergi Məcəlləsinə əsasən təmir və əsas vəsaitlər üzrə çəkilmiş xərclərin xüsusi qayda ilə tənzimlənməsini və bütünlüklə hamı tərəfindən başqa cür yanaşmanın olmadığı vergi orqanı tərəfindən sübut edilmişdir. Həmçinin vergi ödəyicisinin özü tərəfindən də bu cür yanaşma tətbiq edilməmişdir. Nə kassa metodunda, nə də hesablama metodunda təmir və əsas vəsaitlər üzrə xərclərin hansı qaydada çıxılması ayrıca müəyyən edilməmişdir. Beynəlxalq mühasibat uçotu standartlarına istinad etməklə təmir xərclərininin əsaslı və cari təmir xərclərinə aid etməklə vergitutma baxımından birbaşa xərcə aid edilməsi qənaətinə gəlinmişdir. Halbuki vergitutma ilə bağlı qaydalar Vergi Məcəlləsi ilə tənzimlənir və Vergi Məcəlləsində də hər hansı təmir xərclərini cari və ya əsaslı hissələrə ayrılmamışdır. Hesablamalar aparılarkən 30 iş günü müddətini pozmaqla yoxlamanın həyata keçirilməsini bildirmişdir. Bu pozuntunun nədən ibarət olması məhkəmə qərarı ilə sübut edilməmişdir. Həmçinin məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Vergi Məcəlləsində 30 iş günü ərzində keçirilmə nəzərdə tutulmuşdur. Ekspert rəyinə əsasən 2019-cu il üzrə mənfəət vergisində xammal və materiallar üzrə xərclərin 25.716.618,67 (221.3) manat, maşınlar və avadanlıq üzrə hesablanmış təmir xərclərinin 384.679,63 manat (228.2), nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərclərinin 456.683,84 manat (228.3) olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə xammal və materiallar üzrə xərclərin 22.906.879,38 manat (221.3), maşınlar və avadanlıq üzrə hesablanmış təmir xərclərinin 231.847,40 manat (228.2), nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərclərinin 55.855,25 (228.3) manat olduğu müəyyən edilmişdir. Həmçinin səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən əlavə çıxarılmış 2.683.534,26 manat dövriyyənin mənfəət vergisinin hesablanması baxımından gəlirlərinə aid edilmişdir. Bundan başqa 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisində xammal və materiallar üzrə xərclərin 30.711.068,22 (221.3) manat, yanacaq xərclərinin 17.757.206,21 (221.9) manat, bilavasitə malların təqdim edilməsi üzrə xərclər (221.15) 3.112.694,32 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə xərclər 3.573.401,46 (227.3) manat (227.3), maşınlar və avadanlıq üzrə hesablanmış təmir xərclərinin 384.679,63 manat (228.2), nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərclərinin 456.683,84 manat (228.3), ödənilmiş sığorta haqları 276.693,94 manat (230.2), digər xərclər 86.896,31 manat (232) olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə 2020-ci il üzrə mənfəət vergisində xammal və materiallar üzrə xərclərin 27.438.017,45 manat (221.3), yanacaq xərclərinin 18.565.166,02 manat (221.9), bilavasitə malların təqdim edilməsi üzrə xərclər 89.652,67 manat (221.15), nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya üzrə xərclər 2.338.301,87 manat (227.3), maşınlar və avadanlıq üzrə hesablanmış təmir xərclərinin 307.743,70 manat (228.2), nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərclərinin 350.745,28 manat (228.3), ödənilmiş sığorta haqları 274.602,70 manat (230.2), digər xərclər 1.155.493,17 manat (232) olduğu müəyyən edilmişdir. Mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.2-ci (Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə hesablanmış təmir xərcləri) sətrində 152.832,23 manat və 228.3-cü (Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri) sətrində 400.828,59 manat məbləğlərində (öncəki dövrlərdən istifadə olunmamış təmir xərcləri nəzərə alınmaqla) təmir xərcləri göstərilməli olduğu müəyyən edilmişdir. Həmçinin, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlərinin və xərclərinin araşdırılması zamanı xx.xx.2021-ci il tarixli **********195760 nömrəli "Səyyar vergi yoxlaması AKTİ" üzrə Vergi Məcəlləsinin 159.5-ci maddəsi üzrə ƏDV bəyannaməsinə hesablama aparılmış məbləğdən 2.135.147,23 manat məbləğində hissəsi armatur və 548.387,03 manat məbləğində hissəsi dikt alışı üzrə olduğu və vergi ödəyicisinin xx.xx.2021-ci il tarixli **********345000 nömrəli cavab məktubunda həmin materialların bəyannamənin gəlirdən çıxılan xərclər hissəsində göstərildiyi nəzərə alınaraq eyni alış xərcləri qədər gəlirlərə 2.683.534,26 manat əlavə olunmuşdur. Bundan başqa, 2020-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı, 2020-ci il ərzində aparılmış əməliyyatlarından əldə edilmiş elektron qaimə-fakturaları üzrə 57.054.266,51 manat (o cümlədən, gəlirdən çıxılan xərclərə aid edilən 46.193.693,36 manat, sosial xərcləri 979.677,06 manat, yaşam sığortası 83.607,77 manat, əsas vəsaitin dəyərini artıran xərcləri 10.103.714,55 manat), yük gömrük bəyannamələri üzrə 1.170.690,51 manat (o cümlədən, gəlirdən çıxılan xərclərə aid edilən 306.426,23 manat, əsas vəsaitin dəyərini artıran xərcləri 864.264,28 manat) təşkil etmişdir. Beləliklə də, gəlirdən çıxılan xərclərə aid edilən 45.887.267,13 manat və 306.426,23 manat olmaqla, cəmi 46.193.693,36 manat olduğu halda, bəyannamənin müvafiq olaraq xammal və materiallar üzrə xərclərinin 30.711.068,22 (221.3) manat, enerji xərclərinin 121.977,54 (221.7 A4) manat, yanacaq xərclərinin 17.757.206,21 (221.9) manat, Rabitə xərcləri 24.508,91 (221.11 A4) manat, bilavasitə malların təqdim edilməsi üzrə xərclər (221.15) 3.112.694,32 manat, Nəqliyyat xərci 1.021.109,67 (229 A4) manat, Sığorta üzrə xərc 276.693,94 (230 A4) manat, digər xərclər 86.896,31 manat (232) göstərilməklə, ümumilikdə gəlirdən çıxılan xərcləri 53.112.155,12 manat göstərilmişdir ki, nəticədə 1.077.235,31 manat zərər nəzərə alınmaqla 6.081.034,13 manat xərcləri təsdiqini tapmamışdır. Hesablama zamanı 1.077.235,31 manat zərər silinməklə, 1.168.245,29 manat (=53.112.155,12- 46.127.074,81-1.077.235,31) əlavə vergi hesablanmışdır. Vergitutma məqsədləri üçün təmir məsrəflərinin cari təmir məsrəfləri və əsaslı təmir məsrəfləri olmasından asılı olmayaraq əsas vəsaitlərin təmirinə çəkilən xərclər Vergi Məcəlləsinin 115-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır. Nəqliyyat vasitələrinə quraşdırılan və tez xarab olan hissələri (təkər, akkumulyator, yağ filteri, hava filteri və s.) əsas vəsait hesab olunmur. Nəqliyyat vasitələrinin yararsız və tez xarab olan bu hissələrinin alınmasına çəkilən xərclər, eləcə də həmin hissələrin dəyişdirilməsi və texniki qulluğun göstərilməsi ilə bağlı xidmətlərin dəyəri təmir xərci olmaqla Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna həmin nəqliyyat vasitələrinin qalıq dəyərinə artmasına aid edilir. Vergi Məcəlləsində əsas vəsaitlər üzrə çəkilən xərclər təmir xərcləri kimi nəzərə alınmalı və onlar birbaşa mal material xərci kimi nəzərə alınmamalıdır. Lakin vergi ödəyicisi bu tip xərcləri birbaşa xərclərə aid etməklə Vergi Məcəlləsinin tələblərini pozmuşdur. 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisi tərəfindən xərc kimi nəzərə aldığı məbləğlər vergi uçotu baxımından təmir xərci kimi nəzərə almalı olduğu halda mal material kimi xərcə aid etdiyi məbləğlərdən, həmçinin sosial xarakterli xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsindən ibarət olmuşdur. Halbuki, Vergi Məcəlləsinin 109.1-ci maddəsinə uyğun olaraq əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1004/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2-1(112)-7913/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2-1(103)-1004/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş və şikayət qalan hissədə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 nömrəli qərarından görünür ki, 2019-cu ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 1.209.386,88 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********910000 nömrəli qərarından görünür ki, 2020-ci ilin mənfəət vergisi üzrə keçirilmiş kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 nömrəli ekspert rəyində qeyd edilir: “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındaki Filialı tərəfindən 2019-2020-ci illər üzrə vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq verilmişdir. O cümlədən, yoxlanılan dövr ərzində təmir xərcləri dərəcəsinin istifadə olunmamış hissəsi də mövcud deyil. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və xx.xx.2021-ci il tarixli **********910000 saylı qərarları ilə hər bir yoxlanılan dövrdə mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinin düzgün hesablanmadığı müəyyən olunur. İş materiallarında olan bank çıxarışları, ƏDV depozit hesabından çıxarış və “Aralıq Sertifikat”lara əsasən “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019-cu il üzrə bank hesabına 55.519.980,19 manat, ƏDV depozit hesabına isə 10.036.428,43 manat məbləğində vəsaitin daxil olduğu müəyyən olunur ki, bu dövriyyənin də iş materiallarında olan 2019-cu il üçün mənfəət vergisi bəyannaməsində əks etdirildiyi müəyyən edilir. Yəni təqdim edilmiş iş materiallarına əsasən Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019-cu il üzrə illik mənfəətinin 11.836.609,27 manat olması, eyni zamanda 2018-ci il üzrə xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin olması müəyyən olunur. 2020-ci il üzrə isə 1.077.235,31 manat məbləğində zərərin olması müəyyən olunur. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2019-cu il ərzində 1162 ədəd elektron qaimə-faktura əsasında 9170 adda müxtəlif növ mallar və xidmətlər, 106 ədəd yük-gömrük bəyannaməsi əsasında 122 növdə mallar alınmışdır. 2020-ci il üzrə isə 2816 ədəd elektron qaimə-faktura əsasında 17305 adda müxtəlif növ mallar, iş və xidmətlər və 12 ədəd yük-gömrük bəyannaməsi əsasında mallar alınmışdır. Yəni mənfəət vergisi üzrə mal-material və xidmətlərin göstərilməsi ilə bağlı xərclərin hamısı elektron-qaimə faktura, yük-gömrük bəyannamələri və buna uyğun olaraq bank hesabı üzərindən köçürmələr əsasında hesablanmışdır. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019 və 2020-ci illər üzrə gəlirdən çıxılmalı olan xərclərinin tərkibləri göstərilmiş, 2019-cı il üzrə cəmi xərcin - 43.687.402,97 manat, ödənilməli mənfəət verigisinin -1.650.074,26 manat; 2020-ci il üzrə cəmi xərcin - 63.599.312,64 manat olduğu göstərilmişdir. “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının 2019 və 2020-ci illər üzrə təqdim olunmuş mənfəət vergi bəyannamələrində əks olunmuş bütün xərclər elektronqaimə fakturalar, yük-gömrük bəyannamələri və bunlara əsasən aparılmış bank köçürmələri və s. ilə öz təsdiqi tapmışdır. Həmçinin qeyd olunur ki, təqdim edilmiş iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlərin ciddi hesabat sənədləri olması və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının iddaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, xərclərin tərkibi hər il üzrə ayrı-ayrılıqda hazırki rəyin tədqiqi hissəsinin birinci və beşinci suallarında göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, 2019-2020-ci illəri əhatə edən dövrlər üzrə iddiaçının bəyan etdiyi gəlir, gəlirdən çıxılan xərclər və zərər məbləğləri düzgün olaraq göstərilmişdir. Belə ki, qaimə-fakturalar və yük-gömrük bəyənnamələri əsasında məlum olmuşdur ki, iddiaçının 2019-cu il üzrə bank hesabına 55.519.980,19 manat, ƏDV depozit hesabına isə 10.036.428,43 manat daxil olmuşdur. Filialın 2019-cu il üzrə bəyan etdiyi gəlirdən çıxılan xərclər 43.687.402,97 manat təşkil edir. Göründüyü kimi, iddiaçının illik gəlirinin məbləği 55.519.980,19 manat, illik mənfəətinin 11.836.609,27 manat, gəlirdən çıxılan xərcləri isə 43.687.402,97 manat təşkil etmişdir. Eyni zamanda 2018-ci il üzrə xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin hesablanması müəyyən olunmuşdur. Başqa sözlə desək, cavabdeh tərəfindən iddiaçının əldə etdiyi illik gəlirinin azaldılması və 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissənin vergi orqanın uçot baza məlumatları ilə təsdiqini tapmadığına dair irəli sürülən mülahizələr təkzib olunmuşdur. 2020-ci ilin mənfəət vergisi üzrə kameral vergi yoxlamasının aparılmasının nəticəsində qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərar əsasında iddiaçıya 1.168.245,29 manat əlavə vergi məbləği hesablanmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, Filialın il üzrə çəkilmiş xərclərinin məbləği 63.599.312,64 manat təşkil etmiş, xərclərin tərkibində elektron qaimə-faktura və yük-gömrük bəyannamələri üzrə malların, işlərin və xidmətlərin alınması 53.169.706,16 manat digər xərclər amartizasiya, təmir, əmək haqqı və s. 10.429.606,48 manat təşkil etmişdir. Filial tərəfindən ümumilikdə 2020-ci il üzrə 1.077.235,31 manat məbləğində zərər müəyyən olunmuşdur. Göründüyü kimi, Filialın bəyan etdiyi illik gəlir məbləğləri ilə bağlı ziddiyyətli məqamlar olmamış, həmçinin Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır. İşə birinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Hazırki işə baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi yalnız məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad etməklə kifayətlənmiş, apellyasiya şikayətinin dəlillərinə hər hansı münasibət bildirməmişdir. Bundan başqa, cavabdehin apellyasiya şikayətində göstərilən faktiki halları məhkəmənin icraat iştirakçıları ilə müzakirə etdiyinə dair işdə məlumat yoxdur. Belə bir məlumat apellyasiya instansiyası məhkəməsinin qərarında da göstərilməmiş, qərarda yalnız bir dəlilə (ekspert rəyinə) istinad edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir. 115.6-1-ci maddəsinə əsasən icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər icarəçi tərəfindən kapitallaşdırılaraq təmir edilən əsas vəsaitin aid olduğu kateqoriya üzrə bu Məcəllənin 114.3-cü maddəsində müəyyən edilmiş amortizasiya dərəcəsi ilə amortizasiya olunur. Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır. 114.8-ci maddəsinə əsasən ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır. 115.1-ci maddəsinə əsasən hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinə müvafiq olaraq bu Məcəllənin 114.3.1-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 2 faizi, 114.3.2-ci, 114.3.2-1-ci və 114.3.3-cü maddələrində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 5 faizi, 114.3.7-ci maddəsində göstərilən əsas vəsaitlərin kateqoriyasının ilin sonuna qalıq dəyərinin 3 faizi və köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə sıfır (0) faizi həddi ilə məhdudlaşdırılır. Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 72.5-ci maddəsinə əsasən bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 114.3-cü maddəsinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir: 114.3.1. torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 faizədək; 114.3.2. maşınlar və avadanlıq – 20%-dək; 114.3.2-1. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək; 114.3.3. nəqliyyat vasitələri - 25 faizədək. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 23 sentyabr 2014-cü il tarixli Q-19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təmir məsrəflərinin mühasibatı uçotunda əks etdirilməsinə dair Qaydalar”ın müddəalarına əsasən təmir məsrəfləri əsaslı təmir məsrəflərindən və cari təmir məsrəflərindən ibarətdir. Əsaslı təmir məsrəfləri əsas fondların istismar müddətinin uzadılması və (və ya) istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir. Əsas fondların hər bir kateqoriyasının texniki və iqtisadi göstəricilərinin müəyyən edilmiş hədd daxilində saxlanılması üçün (onun ayrı-ayrı tez sıradan çıxan (tez köhnələn) hissələrinin vədetallarının dəyişdirilməsi, bərpası, rənglənməsi, sazlanması) həyata keçirilən təmir işləri üzrə məsrəflər isə cari təmir məsrəflərinə aid edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 79.3-cü maddəsinə əsasən şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4-cü maddəsinə əsasən şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə ********** (VÖEN) saylı, AZ1083, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nizamnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarətdir. Filial tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 saylı qərarlarının ləğv olunması barədə iddia qaldırılmışdır. İş materaillarında olan sənədlərdən müəyyən olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasıdakı filialı (icraçı) arasında 20 noyabr 2018-ci il tarixli 05/İCB/L1 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən filial Bakı-Qazax magistral yolunun 380 km - 423 km hissəsinin inşası həyat keçirmişdir. Eyni zamanda 03 dekabr 2020-ci il tarixli 04 saylı müqaviləyə əsasən filial Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun km 51-61 hissəsinin tikintisi layihəsi üzrə işlərinin görülməsini öhdəsini götürmüşdür. Qeyd olunan iki layihədən başqa filialın hər hansı digər fəaliyyətlə məşğul olması iş materialları ilə təsdiq edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaçı “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialında 2019-cu ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması keçirmişdir. Aparılmış yoxlama nəticəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı qərar qəbul edilərək iddiaçı tərəfindən bəyan olunmuş 1.650.074,26 manat mənfəət vergisi nəzərə alınmaqla, əlavə olaraq 1.209.386,88 manat əlavə mənfəət vergisi hesablamışdır. Kameral hesablama barədə qərarda qeyd edilmişdir ki: 1. 2019-cu il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 43.687.402,97 manat məbləğin gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən edilmişdir. 2. 2019-cu il üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin əsasən mənfəət vergisinə cəlb olunmalı gəlirin 58.203.514,45 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, 2019-cu il mənfəət vergisi bəyannaməsində gəlirlərin 55.519.980,19 manat göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 3. Mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.2-ci (Maşınlar, avaınlıqlar və hesablama texnikası üzrə hesablanmış təmir xərcləri) sətrindəki 384.679,63 manat məbləği, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.2-ci sətirinin (əsas vəsaitlərin Maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 1.012.422,62 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən (vurulmasından) yaranan 50.621,13 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Əvvəlki illərin normadan artıq müvafiq təmir xərcləri üzrə 181.226,27 manat nəzərə alınmışdır. 4. Mənfəət vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 228.3-cü (Nəqliyyat vasitələri üzrə hesablanmış təmir xərcləri) sətrindəki 456.683,84 manat məbləği, əvvəlki ilin mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinin 1.1.3-cü sətrinin (əsas vəsaitlərin Nəqliyyat vasitələri üzrə kateqoriyası) hesabat dövrünün sonuna sütunundakı 992.456,20 manat məbləğin Vergi Məcəlləsinin 115.1-ci maddəsində nəzərdə tutulmuş 5 faiz təmir xərci normasına hasilindən (vurulmasından) yaranan 49.622,81 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Əvvəlki illərin normadan artıq müvafiq təmir xərcləri üzrə 6.232,44 manat nəzərə alınmışdır. İş materiallarında olan 2019-cu il üzrə təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, filialı tərəfindən xx.xx.2020-ci il tarixində 2019-cü il üzrə cari mənfəət vergisi bəyənnaməsi təqdim edilmiş, xx.xx.2020-ci ildə dəqiqləşdirilmiş bəyənnamə verilmişdir. Sonradan xx.xx.2021-ci ildə filial tərəfindən səyyar vergi yoxlamasına əsasən müəyyən olunmuş zərərin əks etdirilməsi məqsədi ilə yenidən dövriyyə və xərclərin tərkibi dəyişdirilmədən texniki xarakterli dəqiqləşdirilmiş vergi bəyənnaməsi təqdim edilmişdir. Bundan sonra cavabdeh tərəfindən filiala “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” **********228600 nömrəli, xx.xx.2021ci il tarixli məktub göndərilmişdir. Həmin məktubda bildirilmişdir ki, “tərəfinizdən 2019-cu il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində göstərilmiş 51.291.584,81 manat məbləğində gəlirdən çıxılan xərclərin 13.390.786,63 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən edilmişdir”. Bundan sonra vergi orqanı tərəfindən yenidən xx.xx.2021-ci il tarixli **********896600 saylı “Kameral yoxlama üçün zəruri olan sənədlərin(məlumatların) tələb edilməsi haqqında məktub” göndərilərək filialın dövriyyəsinin mənfəət vergisi bəyənnaməsində 55.519.980,19 manat əks etdirilməsi, lakin təqdim edilmiş ƏDV bəyənnamələrinə əsasən dövriyyənin 62.498.470,17 manat olması və bununla da 6.978.489,98 manat dövriyyə kənarlaşması olması bildirilmişdir. Daha sonra vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********393300 saylı Kameral yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubda filialın 2019-cu ilin ƏDV bəyənnamələrində dövriyyəsinin 59.340.101,15 manat olması və 3.820.329,41 manat dövriyyəni azaltması qeyd edilmişdir. Sonuncu “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı qərarda isə filialın dövriyyəsinin 2.683.534,26 manat azaldılaraq, 58.203.514,45 manat olması qeyd olunmuş və bu hissə üzrə filiala azaldılmış məbləğin 20 faizi həcmində 536.706,85 manat mənfəət vergisi hesablamışdır. İş materiallarında mövcud olan bank hesablarından çıxarışlara, elektron qaimə fakturalara və avans ödənişlər üçün "xxxx" ASC-nə təqdim olunan “Aralıq ödəniş sertifikat”larına əsasən filialın dövriyyəsinin 55.519.980,19 manat olması müəyyən olunmuşdur. ƏDV bəyənnamələrinə əsasən 2019-cü ilin 1-ci ayında 0,00 manat + 2-ci ayında 17.280.555,52 manat + 3-cü ayında 0,00 manat + 4-cü ayında 0,00 manat + 5-ci ayında 6.134.748,28 manat + 6-cı ayında 6.551.055,50 manat + 7-ci ayında 0,00 manat + 8-ci ayında 5.319.424,39 manat + 9-cu ayında 5.829.825,50 manat + 10-cu ayında 7.999.353,78 manat + 11-ci ayında 0,00 manat + 12-ci ayında 6.405.017,22 manat məbləği olmaqla, cəmi 55.519.980,19 manat dövriyyə məbləği əks etdirilmişdir. Apellyasiya şikayətində bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli **********195760 nömrəli “Səyyar vergi yoxlaması AKTİ” üzrə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 2.135.147,23 manat məbləğində aramatur və 548.387,03 manat məbləğində olmaqla cəmi 2.683.534,26 manat məbləğində materiallar gəlirdən çıxılan xərclərə aid edildiyindən, həmin məbləğ gəlirlərə aid edilərək vergi hesablanılmışdır. Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 159.5-ci maddəsinin redaksiyasına əsasən “Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır”. Qeyd olunan səyyar vergi yoxlaması aktı məhkəmə prosesi zamanı araşdırılmış və səyyar vergi yoxlaması aktında 2.683.534,26 manat dəyərində malların qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması fakti ilə bağlı hər hansı qeyd olmaması müəyyən olunmuşdur. Buna görə də Vergi Məcəlləsinin 159.5-ci maddəsinə istinad edilməklə dövriyyə məbləğinin artırılması əsaslı hesab edilə bilməz. Eyni zamanda qeyd olunan hissə ilə bağlı vergi orqanından 2 dəfə fərqli (6.978.489,98 manat və 3.820.329,41 manat dövriyyə kənarlaşması) rəqəmlər əks etdirilmiş kameral uyğunsuzluq məktubları göndərilmiş, kameral hesablama barədə qərarda isə tamam fərqli dövriyyə (2.683.534,26 manat) göstərilmişdir. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. «İnzibatı İcraat haqqında» qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan tərəfindən inzibatı akt qəbul edilərkən maddi hüquq normalarının pozulması ilə bərabər, eyni zamanda prosessual pozuntulara da yol verilmiş, qəbul etdiyi inzibatı akt dəqiq və aydın şəkildə əsaslandırılmamış, 3 dəfə fərqli mövqe nümayiş etdirmiş, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə istinad edilməklə dövriyyə əsassız artırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, filialın dövriyyəsi yalnız həmin armatur və dikt məhsullarının Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən (Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.) 3-cü şəxslərə satılmasının və bununla gəlir əldə edilməsinin sübut olunduğu halda artırıla bilərdi ki, nə səyyar vergi yoxlaması aktında, nə də kameral vergi hesablaması barədə qərarda belə bir halın baş verməsi sübut edilməmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı qərarda qeyd olunur ki, 2019-cu il üzrə kassa metodu ilə təqdim olunmuş mənfəət vergisinin bəyənnaməsində göstərilmiş 43.687.402,97 manat gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmadığı müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2019-cu il üzrə filialın dövriyyəsi 55.519.980,19 manat təşkil etmişdir. Filial tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli mənfəət vergisi bəyənnaməsində 845.679,08 mənfəət vergisi büdcəyə hesablanılmışdır. xx.xx.2021-ci il tarixində dəqiqləşdirilmiş vergi bəyənnaməsi təqdim edilərək, səyyar vergi yoxlaması ilə təsdiq edilmiş əvvəlki illərdən qalan 3.582.205,9 manat zərər mənfəət vergisi bəyənnaməsində əks etdirilməklə, 129.237,90 manat mənfəət vergisi büdcəyə hesablanılmışdır. Bundan sonra cavabdeh tərəfindən filala yuxarıda qeyd olunmuş çoxsaylı kameral uyğunsuzluq məktubları göndərilmişdir. Filial tərəfindən son olaraq xx.xx.2021-ci il tarixi dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim edilərək, filialın 2019-cu ili 11.832 577,22 manat mənfəət əks etdirilmiş, əvvəlki illərdən qalan 3.582.205,9 manat zərər mənfəət vergisi bəyənnaməsində əks etdirilməklə, dövlət büdcəsinə 1.650.074,26 manat mənfəət vergisi hesablanılmışdır. Daha sonra cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********393300 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi barədə məktub göndərilmişdir. Qeyd olunan məktubda müxtəlif növ uyğunsuzluqlar əks etdirilsə də, gəlirdən çıxılan xərclərin 2.809.739,29 manat məbləğində olan hissəsi vergi orqanının uçot baza məlumatları ilə təsdiqini tapmaması ilə bağlı heç bir qeyd olmamışdır. Eyni zamandan sonuncu dəqiqləşdirilmiş bəyənnamədən sonra da bu hissə ilə bağlı vergi ödəyicisinə kameral uyğunsuzluq məktubu göndərilməmişdir. Gəlirdən çıxılan xərclərin uçot məlumat bazası ilə təsdiqini tapmaması ilə bağlı yalnız bir dəfə **********228600 nörməli, xx.xx.2021-ci il tarixli məktub göndərilərək 13.390.786,63 manat məbləğində olan hissəsi vergi orqanının uçot-baza məlumatları ilə təsdiqini tapmadığı bildirilmişdir. Həmin məktubdan sonra filial tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsində əks etdirilmiş məbləğ və hesablanmış kameral vergi məbləği (1.650.074,26 manat + 1.209.386,88 manat = 2.859.461,14 manat) uyğunsuzluq məktubunda qeyd edilmiş məbləğə münasibətdə hesablanmalı vergi məbləğindən (13.390.786,63 – 3.582.205,9 manat əvvəlki ilin zərəri = 9.808.580,7 manat xalis mənfəət*20%= 1.961.716,14 manat) çox olmuşdur. Bu da Vergi Məcəlləsinin 37.2-1ci maddəsinə (Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir) və “İnzibati icraat haqqında” qanunun 61.3-cü maddəsinə (İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır) ziddir. Eyni zamanda xx.xx.2020-ci il tarixli kameral hesablama barədə qərara əsasən tərtib edilmiş mənfəət vergisi bəyənnaməsində filialın vergitutma məqsədləri üçün mənfəətinin 17.879.511,59 manat olması qeyd olunmuşdur. Məhkəmə araşdırmasına təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2021ci il tarixli **********490100 nömrəli məktubla filial tərəfindən vergi orqanına izahat məktubu və 2019-cu il üzrə elektron qaimə faktura və yük gömrük bəyənnamələrinə əsasən müəyyən olunan xərclərin mənfəət vergisi bəyənnaməsində hansı sətrdə əks etdirilməsi ilə bağlı izahat vermiş, excel faylı şəklində hər bir alınmış malın açıqlamasını yazmış, eyni zamanda hansı xərclərin qəbul edilməməsi barədə xx.xx.2021-ci il tarixli məktubla sual ünvanlamışdır. Həmin məktuba kameral hesablama aparıldıqdan sonra xx.xx.2021-ci il tarixli **********454800 saylı məktubla cavab verilərək “2019-cu il ərzində e-QF və YGB üzrə əldə edilmiş əsas vəsait və təmir xərclərinin hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclərə aid edilməsi müəyyən edilmiş və nəticədə Sizə kameral vergi yoxlaması ilə əlavə vergi məbləği hesablanaraq xx.xx.2021-ci il tarixli **********299200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir” cavabı verilmiş, cavabdehə adlı siyahı üzrə hansı xərcləri qəbul etməməsi barədə məlumat verilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş izahata münasibət bildirilmədən, kameral hesablama aparılmış və 40 gün sonra ətraflı açıqlama verilmədən məktubun icrası bağlanılmışdır. Cavabdeh tərəfindən bildirilir ki, tərəflər arasında mübahisə yaradan 2.809.739,29 manat məbləği cavabdeh tərəfindən bəzi avtomobil ehtiyyat hissələrinin (təkər, akkumlyator, avtomobil yağı, yağ filtiri və hava filtiri) təmir xərclərinə aid edilərək amortizasiya qaydasında deyil, birbaşa xərclərə aid edilmişdir. Cavabdehin yanaşmasına görə həmin mallar təmir xərcləri şəklində əsas vəsaitlərin qalıq dəyərinin artırılmasına aid edilməklə, Vergi Məcəlləsinin 115-ci maddəsinə əsasən illik 5% norma həddi daxilində xərclərə aid edilməli, normadan artıq hissə isə əsas vəsaitlərin qalıq dəyərinin artırılmasına yönəldilməli idi. Bu səbəbdən də həmin malların dəyəri xərclərdən çıxılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qeyd olunmuş dəlil əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən “Əsas vəsaitlər istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər”dir. Eyni zamanda Vergi Məcəlləsinin 01 yanvar 2023-cü il tarixində qüvvəyə minmiş 115.6-1-ci maddəsinə əsasən “Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır”. Məhkəmə araşdırmasına təqdim edilmiş elektron-qaimə faktura və yük gömrük bəyənnamələrinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xərclərə aid edilmiş tərək, akkumlyator, avtombil yağı, yağ filtiri, hava filtirlərinin və servis xərclərinin hər bir kateqoriya üzrə dəyəri 500 manatdan azdır, bu malların istifadə müddəti xüsusiyyətlərindən və istifadə qaydalarından asılı olaraq 3-5 aydan çox ola bilməz. Ona görə də bu mallar əsas vəsaitlərə aid edilə bilməz. Eyni zamanda Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən həmin malların və xidmətlərin dəyəri 500 manatdan az olduğundan birbaşa gəlirdən çıxılmalıdır. Bununla da dəyəri 500 manatdan az olan təmir xərclərinə münasibətdə qanunvercilikdə mövcud olan boşluq aradan qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Məhkəmə araşdırmasına elektron və kağız faylı şəklində təqdim edilmiş 2019-cu il üzrə elektron qaimə fakturaların siyahısına əsasən müəyyən olunmuşdur ki, filial tərəfindən il ərzində 1162 elektron-qaimə faktura əsasında 9170 adda mallar alınmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/6578 saylı ekspert rəyi tərtib olunaraq məhkəməyə göndərilmişdir. Həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2019-2020ci illər üzrə vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələbinə uyğun olaraq verilmişdir. O cümlədən, yoxlanılan dövr ərzində təmir xərcləri dərəcəsinin istifadə olunmamış hissəsi də mövcud deyil. İddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********299200 saylı və xx.xx.2021-ci il tarixli **********910000 saylı qərarları ilə hər bir yoxlanılan dövrdə mənfəət vergisi üzrə hesablanmış əlavə vergi məbləğlərinin düzgün hesablanmadığı müəyyən olunur. İş materiallarında olan bank çıxarışları, ƏDV depozit hesabından çıxarış və “Aralıq Sertifikat”lara əsasən iddiaçının 2019-cu il üzrə bank hesabına 55.519.980,19 manat, ƏDV depozit hesabına isə 10.036.428,43 manat məbləğində vəsaitin daxil olduğu müəyyən olunur ki, bu dövriyyənin də iş materiallarında olan 2019-cu il üçün mənfəət vergisi bəyannaməsində əks etdirildiyi müəyyən edilir. Yəni təqdim edilmiş iş materiallarına əsasən Filial tərəfindən dövriyyə məbləğini artıran digər heç bir maliyyə əməliyyatı aparılmamışdır. İddiaçının 2019-cu il üzrə illik mənfəətinin 11.836.609,27 manat olması, eyni zamanda 2018-ci il üzrə xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin olması müəyyən olunur. 2020-ci il üzrə isə 1.077.235,31 manat məbləğində zərərin olması müəyyən olunur. İddiaçı tərəfindən 2019-cu il ərzində 1162 ədəd elektron qaimə-faktura əsasında 9170 adda müxtəlif növ mallar və xidmətlər, 106 ədəd yük-gömrük bəyannaməsi əsasında 122 növdə mallar alınmışdır. 2020-ci il üzrə isə 2816 ədəd elektron qaimə-faktura əsasında 17305 adda müxtəlif növ mallar, iş və xidmətlər və 12 ədəd yük-gömrük bəyannaməsi əsasında mallar alınmışdır. Yəni mənfəət vergisi üzrə mal-material və xidmətlərin göstərilməsi ilə bağlı xərclərin hamısı elektron-qaimə faktura, yük-gömrük bəyannamələri və buna uyğun olaraq bank hesabı üzərindən köçürmələr əsasında hesablanmışdır. İddiaçının 2019 və 2020-ci illər üzrə gəlirdən çıxılmalı olan xərclərinin tərkibləri göstərilmiş, 2019-cı il üzrə cəmi xərcin - 43.687.402,97 manat, ödənilməli mənfəət verigisinin - 1.650.074,26 manat; 2020-ci il üzrə cəmi xərcin - 63.599.312,64 manat olduğu göstərilmişdir. İddiaçının 2019 və 2020-ci illər üzrə təqdim olunmuş mənfəət vergi bəyannamələrində əks olunmuş bütün xərclər elektron-qaimə fakturalar, yük-gömrük bəyannamələri və bunlara əsasən aparılmış bank köçürmələri və s. ilə öz təsdiqi tapmışdır. Həmçinin təqdim edilmiş iş materiallarında olan gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlərin ciddi hesabat sənədləri olması və həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınmasının iddaçının tətbiq etdiyi kassa metodunun tələblərinə uyğun olması müəyyən olunur. Məhkəmə kollegiyası ekspert rəyi ilə əlaqədar qeyd edir ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununu qiymətləndirmək hüququnun olması kimi başa düşülür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi ekspert rəyi ilə bağlı dəlillər üzrə qeyd edir ki, cavabdeh ekspert rəyinin əsassız olmasına əsaslansa da, rəyin əsassızlığı ilə əlaqədar hər hansı sübutu məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. Hazırki iş üzrə keçirilmiş qeyd olunan ekspertiza rəyinə əsasən filialın 2019-cu il üzrə təqdim olunuş elektron qaimə faktura, yük gömrük bəyənnamələri və bank hesablarından çıxarışları əsasında mal-materiallar və xidmətlərin alınması üzrə çəkilmiş xərclər aşağıdakı kimi olmuşdur: E-QF üzrə YGB üzrə Digər s/s Xərclərin tərkibi (manat) (manat) (manat) Cəmi (manat) 1 digər xərc-221,15 2,911,071.83 2,911,071.83 2 digər xərc-232 142,317.52 85,000.00 227,317.52 3 Ezamiyyə xərcləri 82,257.85 51,000.00 133,257.85 4 Enerji 57,351.52 57,351.52 5 xammal və material 23,484,568.35 2,232,050.32 25,716,618.67 6 nəqliyyat icarəsi 192,440.58 192,440.58 7 rabitə 18,523.17 18,523.17 8 Sigorta 474,461.02 8199.98 482,661.00 9 Yanacaq-dizel 4,327,792.46 4,327,792.46 10 yanacaq-yağ 335,724.57 486,500.99 822,225.56 Cəmi 32,026,508.87 2,726,751.29 136,000.00 34,889,260.16 Ekspert rəyinə əsasən 21.322.433,34 manat məbləğində texnika, nəqliyyat vasitəsi və ehtiyyat hissələri əsas vəsaitlərin dəyərinin artırılmasına aid edilmiş və amartizasiya normalarına uyğun olaraq xərclərin tərkibinə aid edilmişdir: Əsas vəsaitlərin s/s tərkibi E-QF üzrə (manat) YGB üzrə (manat) Cəmi (manat) texnika və nəqliyyat 1 vasitəsi 548,135.50 13,434,577.22 13,982,712.72 2 Ehtiyat hissələri 6,476,215.73 863,504.89 7,339,720.62 CƏMİ 7,024,351.23 14,298,082.11 21,322,433.34 Ekspert rəyinə əsasən 21.322.433,34 manat məbləğində Bina tikili və qurğular, texnika, nəqliyyat vasitəsi və ehtiyat hissələri əsas vəsaitlərin amortizasiyası üzrə çəkilmiş xərclərin tərkibi isə aşağıdakı kimi olmuşdur: Amortizasiya Amartizasiya olunmuş əsas Dörv ərzində Əvvəlki ilin ayırmasının vəsaitlərin daxil olan sonuna məbləği tərkibi (manat) (manat) Cəmi (manat) (manat) Əsas vəsaitlər 21,322,433.34 2,004,878.82 23,327,312.16 5,075,203.13 Bina tikili və qurğular 1,532,085.40 1,532,085.40 107,245.98 Masin və avadanlıqlar 8,604,568.16 1,012,422.62 9,616,990.78 1,923,398.16 Nəqliyyat vasitələri 11,185,779.78 992,456.20 12,178,235.98 3,044,559.00 Eyni zamanda filial tərəfindən 2019-cu il ərzində 345.421,00 manat məbləğində sosial xərclər çəkilmişdir ki, bunun da mənfəət vergisi məqsədləri üçün xərclərin tərkibinə aid edilmədiyi ekspertiza rəyində bildirilmişdir. Ekspertiza rəyinə əsasən filialın 2019-cu il üzrə illik mənfəəti 11.836.609,27 manat təşkil etməsi, eyni zamanda 2018-ci il üzrə xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlaması aktı əsasında 3.582.205,90 manat məbləğində zərərinin olması və bunlara uyğun olaraq da 1.650.880,67 manat məbləğində mənfəət vergisinin hesablanılmalı olması müəyyən olunmuşdur. Ekspertiza rəyindən və iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə faktura və yük gömrük bəyənnamələrinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, 7.339.720,62 manat məbləğində dəyəri 500 manatdan və istifadə müddəti 1 ildən çox olan ehtiyyat hissələri əsas vəsaitlərin qalıq dəyərinin artırılmasına aid edilmiş və Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya qaydasında xərclərin tərkibinə aid edilmişdir. Birbaşa xərclərə aid edilmiş 2.809.739,29 manat məbləğində bəzi avtomobil ehtiyyat hissələrinin (təkər, akkumlyator, avtomobil yağı, yağ filtiri və hava filtiri) və servis xərclərinin dəyərinin 500 manatdan az olması və Vergi Məcəlləsinin 13.2.17 və 115.6-1-ci maddələrinə uyğun olaraq birbaşa xərclərə aid edilməsi müəyyən olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş apellyasiya şikayətində bildirilmişdir ki, ekspert rəyində həm 2019, həm də 2020-ci illər üzrə təmir xərclərinin məbləği eyni olmuşdur və buna görə də ekspert rəyi əsaslı deyildir. Məhkəmə araşdırması zamanı ekspert rəyində 2019-cü il üzrə 228-ci sətr üzrə təmir xərcinin 841.363,47 manat, 2020-ci il üzrə isə 869.860,25 manat təşkil etməsi və qeyd olunan iddianın əsassız olması müəyyən olunmuşdur. Apellyasiya şikayətində bildirilmişdir ki, “nəqliyyat vasitələrinə quraşdırılan və tez xarab olan ehtiyyat hissələri (təkər, akkumlyator, yağ filteri və s.) əsas vəsait hesab olunmur və Vergi Məcəlləsinin 115-ci maddəsinin müddəalarına uyğun olaraq norma daxilində gəlirdən çıxılan xərclərə aid edilməklə, normadan artıq olan məbləğ isə cari vergi ilinin sonuna nəqliyyat vasitələrinin qalıq dəyərinin artırılmasına aid edilir”. Məhkəmə kollegiyası qeyd olunan dəlil ilə razılaşmır. Belə ki, il ərzində bir neçə dəfə dəyişdirilən və dəyişdirildikdən sonra isitfadəyə yararsız olan mallar hər hansı texnika və nəqliyyat vasitəsinin dəyərini artıra bilməz. Digər tərəfdən Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən bu tipli malların əldə olunmasına çəkilmiş xərclər birbaşa xərclərə aid edilir. İddiaçı tərəfindən 7.339.720,62 manat məbləğində dəyərində ehtiyyat hissələri və təmir xərclərinin birbaşa xərclərə deyil, əsas vəsaitlərin dəyərinin artırılmasına yönəldərək amartizasiya qaydasında xərclərə aid etməsi bir daha filialın, xərclərini süni şəkildə artırmaq niyyətinin olmadığını göstərir. Eyni zamanda apellyasiya şikayətində bildirilmişdir ki, bir sıra yük gömrük bəyənnamələri üzrə 2.215.873,9 manat dəyərində idxal olunmuş mallar xx.xx.2021-ci il tarixli açıqlama cədvəlində material xərcləri kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, filial tərəfindən 2019-cu il ərzində 13.434.577,22 manat dəyərində əsas vəsait-texnika və nəqliyyat vasitələri və 863.504,89 ehtiyyat hissələri xərclərə deyil, əsas vəsaitlərə aid edilmişdir. Xərclər aid edilmiş digər idxal olunmuş mallar isə avtomobil yağları və digər carı təmirə aid olan digər mallar olmuşdur. xx.xx.2020-ci il tarixli, **********3207 saylı yük gömrük bəyənnaməsinin 2019-cu ilə aid edilməsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmişdir, excel fayl şəklində təqdim olunmuş siyahıda isə həmin bəyənnamə 2020-ci il bəyənnamələrinin tərkibində göstərilmişdir. Həmçinin apellyasiya şikayətində qeyd edilmiş dəyəri 325.067,81 manat olan **********4876, **********6352, **********2215 nömrəli yük gömrük bəyənnamələrinin də qarşısında 2019-cu il yox, 2020-ci il qeyd edilmiş və ekspertiza rəyinə əsasən 2020-ci ilin xərclərinə aid edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********910000 saylı qərara əsasən isə iddiaçının mənfəət vergisi bəyənnaməsində əks etdirilmiş 1.077.235,31 manat zərər silinməklə, əlavə 1.168.245,29 manat mənfəət vergisi hesablanılmışdır. Kameral hesablama barədə qərarda qeyd olunmuşdur ki, “Öncəki dövrə hesablanan vergi məbləğ: Kassa metodu ilə təqdim etdiyiniz 2020-ci il mənfəət vergisi bəyannaməsinin gəlirin əldə edilməsi ilə bağlı olan xərc hissəsində göstərilmiş cəmi xərc məbləğləri (63.599.312,64 manat) ilə müqayisədə kommunal xərclər (+) Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclərin cəmi ilə müqayisədə cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların və alış aktlarının məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin müvafiq sətirlərindəki göstəricilərin və baza üzrə təsdiqini tapan digər xərclərin cəmi 56.680.851 manat məbləği arasında 6.918.461,64 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir”. Müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixində filial tərəfindən 2020-ci il üzrə mənfəət vergisi bəyənnaməsi təqdim olunmuşdur və il üzrə təqdim edilim sonuncu dəqiqləşdirilmiş bəyənnamədə filialın illik 62.522.077,33 manat dövriyyəsinin, 63.599.312,64 manat (o cümədən malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə 56.060.181,92 manat, amartizasiya ayırmaları, əsas vəsaitlərin təqdim olunması və ləğv olunması üzrə 5.211.858,74 manat, təmir xərcləri üzrə 869.860,25 manat, sığorta xərcləri 276.693,94 manat, digər xərclər 86.896,31 manat, əmlak vergisi 72.711,81 manat) xərclərinin olması bəyan olunmaqla, ili 1.077.235,31 manat zərərlə başa vurmuşdur. Filial tərəfindən il üzrə 2619 elektron qaimə faktura əsasında 17305 çeşiddə, 58.244.115,34 manat dəyərində mallar, iş və xidmətlər alınmış, 12 yük gömrük bəyənnaməsi əsasında isə 1.215.155,54 manat dəyərində mallar idxal etmişdir. Qeyd olunan elektron qaimə faktura və yük gömrük bəyənnamələrinin elektron və kağız siyahısı məhkəmə araşdırmasına təqdim olunmuşdur. Cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən **********221800 nömrəli, xx.xx.2021-ci il tarixli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla təqdim edilmiş bəyənnamə üzrə “7.185.618,50 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək dəqiqləşdirilmiş bəyənnamə verilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən həmin 7.185.618,50 manat məbləğin haradan və necə müəyyən olunması ilə bağlı **********160200 nömrəli xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən isə məktuba cavab verilməyərək **********8207000 nömrəli xx.xx.2021-ci il tarixli yeni məktub göndərilərək “8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin” müəyyən olunması bildirilərək yenidən dəqiqləşdirilmiş bəyənnamə təqdim edilməsi tələb olunmuşdur. Filial tərəfindən **********841800 nömrəli xx.xx.2021-ci il tarixli məktubla qeyd olunan uyğunsuzluq məktublarına cavab verilmiş, eyni zamanda excel fayl şəklində elektron qaimə faktura və yük gömrük bəyənnamələrinin xərc maddələri üzrə açıqlaması verilmişdir. Lakin cavabdeh tərəfindən həmin gün xx.xx.2021-ci il **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etməklə filiala 1.168.245,29 manat məbləğində vergi məbləği hesablamışdır. İddiaçı yenidən eyni gündə dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim edilmiş, cavabdeh tərəfindən isə xx.xx.2021-ci il tarixli **********910000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən həmin vergilər yenidən hesablanılmışdır. Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən “Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubundan cəmi 2 iş günü sonra xx.xx.2021-ci il tarixli, **********804200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən inzibati qərar qəbul edilərkən maddı hüquq normalarının pozulması ilə bərabər prosesual hüquq normalarının da pozuntusuna yol verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubu ilə 7.185.618,50 manat, xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubu ilə 8.061.012,00 manat sənədlərlə təsdiq edilməyən xərclərin olması bildirilmiş, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kameral hesablama qərarları ilə isə 6.918.461,64 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin olması bildirilmişdir. Yuxarıda qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 37-ci və İnzibati İcraat haqqında qanunun 61-ci maddələrinini tələbləri pozulmuşdur. Ekspertiza rəyinə əsasən dövr ərzində Elektron qaimə fakturalar, yük gömrük bəyənnamələri və bank çıxarışlarına əsasən 2020-ci il üzrə Malların, iş və xidmətlərin alınması üzrə çəkilmiş xərclərin tərkibi aşağıdakı kimidir: E-QF üzrə YGB üzrə Digər s/s Xərclərin tərkibi (manat) (manat) (manat) Cəmi (manat) 1 digər xərc-221,15 3,112,694.32 3,112,694.32 2 digər xərc-232 86,896.31 86,896.31 3 Ezamiyyə xərcləri 5,551.04 52,000.00 57,551.04 4 enerji 121,977.54 121,977.54 5 xammal və material 30,453,234.38 257,833.84 30,711,068.22 6 nəqliyyat icarəsi 1,021,109.67 1,021,109.67 7 rabitə 24,508.91 24,508.91 8 Sigorta 268,493.96 8199.98 276,693.94 9 Yanacaq-dizel 17,757,206.21 17,757,206.21 Cəmi 52,851,672.34 266,033.82 52,000.00 53,169,706.16 Bundan əlavə olaraq bildiririk ki, müəssisə tərəfindən 2020-ci il üzrə elektron qaimə faktura və yük gömrük bəyənnamələri əsasında aşağıda qeyd olunmuş mallar alınaraq əsas vəsaitlərin dəyərinin artırılmasına aid edilmiş və amartizasiya normalarına uyğun olaraq xərclərin tərkibinə aid edilmişdir: Əsas vəsaitlərin E-QF üzrə s/s tərkibi (manat) YGB üzrə (manat) Cəmi (manat) Texnika və nəqliyyat 1 vasitəsi 187,288.14 362,570.00 549,858.14 2 Ehtiyyat hissələri 4,015,319.25 594,751.47 4,610,070.72 CƏMİ 4,202,607.39 957,321.47 5,159,928.86 Alınmış və əvvəldən möcvud olan əsas vəsaitlərin amortizasiyası üzrə çəkilmiş xərclərin tərkibi isə aşağıdakı kimi olmuşdur: Amortizasiya Dörv ərzində Əvvəlki ilin Amartizasiya olunmuş əsas daxil olan sonuna ayırmasının vəsaitlərin tərkibi (manat) (manat) Cəmi (manat) məbləği (manat) Əsas vəsaitlər 5 159 928.86 18 252 109.05 23 412 037.91 5 211 858.74 Bina tikili və qurğular 1 424 839.43 1 424 839.43 99 738.76 Masin və avadanlıqlar 7 693 592.63 7 693 592.63 1 538 718.52 Nəqliyyat vasitələri 5 159 928.86 9 133 676.99 14 293 605.85 3 573 401.46 Eyni zamanda filial tərəfindən 2020-ci il ərzində 841.775,10 manat məbləğində sosial xərclər çəkilmişdir ki, bu da mənfəət vergisi məqsədləri üçün xərclərin tərkibinə aid edilməmişdir. Apellyasiya şikayətində cavabdeh tərəfindən 6.918.461,64 manat sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin 2019-cu il bəyənnaməsində olduğu kimi avtomobil ehtiyyat hissələrinin (təkər, akkumlyator, yağ, yağ filtiri, hava filtiri) və servis xərcləri olduğunu bildirmiş və buna görə də həmin mallarıın norma daxilində 5% olmaqla gəlirdən çıxılmalı olduğunu, qalıq məbləğin isə əsas vəsaitlərin dəyərinin artırılmasına aid olduğunu bildirmişdir. Apellyasiya şikayətində həmçinin bildirilmişdir ki, kameral yoxlama ilə əsas vəsaitlərin dəyərini artıran xərclər 10.103.714,55 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən isə filialın dövlət əhəmiyyətli yol çəkilişi ilə məşğul olduğu, balansından 180-ə yaxın ağır tonnajlı nəqliyyat vasitələrinin olması və bunlardan yol çəkilişində istifadə edildiyi bildirilmişdir. Yük maşınları və texnikalar çətin relyef şəraitində işlədiyindən demək olar ki, ayda bir dəfə təkərləri dəyişdirilir, mütamadi olaraq carı təmir işləri aparılır. Məhkəmə kollegiyası qeyd olunan dəlil ilə razılaşmır. Belə ki, il ərzində bir neçə dəfə dəyişdirilən və dəyişdirilldikdən sonra isitfadəyə yararsız olan mallar (təkər, yağ, yağ filtiri, hava filtiri və s.) hər hansı texnika və nəqliyyat vasitəsinin dəyərini artıra bilməz. Digər tərəfdən Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən bu tipli malların əldə olunmasına çəkilmiş xərclər, dəyəri 500 manatdan az olduğundan birbaşa xərclərə aid edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 5.159.928,86 manat dəyərində istifadə müddəti 1 ildən və dəyəri 500 manatdan çox olan ehtiyyat hissələri əsas vəsaitlərin qalıq dəyərinin artırılamasına aid edilmişdir. Bu hal filial tərəfindən təmir xərcləri hesabına xərclərin süni şəkildə artırmaq niyyətinin olmadığını göstərir. Məhkəmə kollegiyası həmçinin malların alınması ilə bağlı olmayan nəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi ilə bağlı xərclərin də əsas vəsaitlərinin dəyərini artırması fikri ilə razılaşmır. Bu tip xərclər mütəmadi çəkilir və birbaşa xərclərə aid edilməlidir. Cavabdeh tərəfindən hesablanmış vergi məbləğləri apellyasiya şikayətində onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu mövqeyi Vergi Məcəlləsinin 13.2.17-ci (Əsas vəsaitlər - istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər) və 115.6-1-ci maddələrinin (Təqvim ilinin sonuna bu maddə ilə müəyyən edilmiş qaydada hər bir kateqoriya üzrə kapitallaşdırılmış təmir xərclərinin məbləği 500 manatdan az olduqda, həmin məbləğ gəlirdən çıxılır) tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən xərclərə aid edilmiş avtomobil ehtiyyat hissələrinin (təkər, akkumlyator, yağ filteri, hava filteri və s.) hər bir kateqoriya üzrə dəyərinin 500 manatdan çox olması və 1 ildən çox müddətə istifadə üçün nəzərdə tutulması sübut edilməmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7913/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar