Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1188/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi və vəkili X4iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı qərarların ləğv edilməsi tələbinə dair 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-368/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı «xx xxxx 2017-ci il tarixli **********087187 nömrəli qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində bildirilmişdir ki, İddiaçı (VÖEN **********) x xxxx 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 qərarı ilə şirkətin fəaliyyətində vergi qanunvericiliyinə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və həmin yoxlamanın nəticəsi xx xxxx 2017-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarla İddiaçınə 2015-cı ilə mənfəət vergisi üzrə 1.648,43 manat, 2015-ci ilin 1-ci rübünə ödəmə mənbəyində tutulan vergi üzrə 31.729,36 manat, 2016-cı ilin 1-ci və 2-ci rüblərinə ödəmə mənbəyində tutulan vergi üzrə birlikdə 252 manat əlavə vergi məbləğləri hesablanmış, həmin məbləğlərə müvafiq olaraq (50% həcmində) 824,22 manat, 15.864,68 manat, 126 manat maliyyə sanksiyaları və 2016-cı ilin 2-ci rübü üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıdakılara əsasən səyar vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğləri tamamilə qanunsuzdur və ləğv edilməlidir: aktın 1.11ci bəndəndən göründüyü kimi, müəssisə yoxlanılan dövrdə topdansatış fəaliyəti ilə məşğul olmuşdur. Aktın 1-ci səhifəsindən görünür ki, yoxlama xx xxxxxxx 2016-cı il tarixdə 36 gün müddətinə dayandırılmışdır. Yoxlamanın xx xxxxxxxx 2016-cı il tarixdən başlandığı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə uyğun olaraq 30 gün ərzində başa çatdırılmalı olmasına baxmayaraq, cavabdeh 36 gün sonra, yəni xx xxxxxxx 2016-cı il tarixdə yoxlamanın müvəqqəti dayandırılması barədə qərar qəbul etmişdir. Bundan əlavə yoxlama xx xxxxxx 2017-ci il tarixdə 30 gün müddətinə uzadılsa da, aktın 1.1-ci bəndindən göründüyü kimi, xx xxxx 2017-ci il tarixdə, yəni 43 gün ərzində başa çatdırılmışdır ki, bununla da növbəti prosessual pozuntuya yol verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, yoxlama müddətinin uzadılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə yalnız aşağıdakı hallarda həyata keçirilə bilər: nümunə kimi göstərilən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müraciətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Aktın 1.9.4-cü və 1.9.5-ci bəndlərindən göründüyü kimi, yoxlama zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət edilməmişdir. Həmçinin aktın 1.9.1-ci bəndinin son cümləsindən göründüyü kimi, sənədlər yoxlamaya təqdim edilmişdir. Bununla da, vergi orqanı qanunvericliklə müəyyən edilən əsaslar olmadan yoxlamanın müddətini uzatmaqla bir daha pozuntuya yol vermişdir. Aktın 9-cu səhifəsində 2015-ci ilin 1-ci rübü üzrə 31.981,36 manat məbləğində ödəmə mənbəyində tutulan verginin guya azaldılması qeyd edilmişdir. Yoxlayıcı isə həmin hesablamanın əks olunduğu cədvəlin aşağısında “ÖMV 31.729,36 manat az hesablanmışdır” qeydi ilə kifayətlənərək həmin məbləğin hansı formada az hesablandığını əsaslandırmamışdır. Qeyd olunan hesablama Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödəmə mənbəyində vergilərin tutulmasına görə alınır. Bir qayda olaraq, qeyd olunan formada aparılan yoxlamalar zamanı mütəxəssis cəlb edilərək görülən işlərin hansı sayda şəxslərlə yerinə yetirilə biləcəyi müəyyən edilir və ölkə üzrə statistik göstəricilər nəzərə alınmaqla həmin şəxslərə ödənilməli məbləğdən tutulmalı olan hissə əlavə vergi məbləği kimi hesablanır. Şirkət barəsində həyata keçirilən səyyar vergi yoxlaması zamanı isə heç bir ekspert və ya mütəxəssis cəlb edilməmiş, yoxlayıcı xəyali olaraq 31.729,36 manat məbləğində pul vəsaitinin az hesablandığını, başqa sözlə işlərin görülməsinə cəlb edilmiş şəxslərdən tutulmamasını qeyd etmişdir. Aktda 2015-ci ilin 1-ci rübü ərzində şirkət tərəfindən hansı işlərin görüldüyü, həmin işlərə kimlərin cəlb edildiyi, onlara ödənilən məbləğin miqdarı, ödəniş forması və qeyd olunan hesablama üçün əsas ola biləcək digər hallar (ekspert rəyi, mütəxəssis rəyi, şəxslərin izahatları və s.) barədə heç bir qeyd aparılmamışdır və bu da, qeyd olunanların mövcud olmadığını və həyata keçirilmədiyini sübut edir. Halbuki, İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, 31.729,36 manat məbləğində ödəmə mənbəyində tutulan verginin hansı əsasla hesablanmasını sübut edən heç bir fakt mövcud deyildir və həmin məbləğ tamamilə qanunsuz və əsassız tətbiq edilmişdir. Eyni zamanda, aktın 6-cı səhifəsində xərclərin uçotunun düzgün aparılmaması səbəbindən 2015-ci ilin mənfəət vergisinin 1.648,43 manat az hesablandığı qeyd olunmuşdur. Lakin xərclərin uçotunun düzgün aparılmadığının nədən ibarət olduğu izah edilməmiş, eyni zamanda həmin xərclərin hansı xərclər olduğu və hansı əsasla az hesablanmış vergi kimi qiymətləndirilməsi göstərilməmişdir. Göründüyü kimi, şirkət barəsində tərtib olunan xx xxxx 2017-ci il tarixli səyyar vergi yoxlaması aktında göstərilən hesablama məbləğləri heç bir sübutla öz təsdiqini tapmamış, eyni zamanda prosessual pozuntularla həyata keçirilmişdir. Bu səbıbdən yoxlama aktı əsasında qəbul olunmuş xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir. Göstərilənlərə və İPM-in 70.1-ci maddəsinə əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının (inzibati aktlnın) ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (həcmi artırılaraq) “xx xxxx 2017-ci il tarixli **********387197 nömrəli və xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli qərarların ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, yaranmış zərurətlə əlaqədar olaraq İddiaçı iddia tələbinin həcminin artırılmasında maraqlıdır. Belə ki, mübahisələndirilən xx xxxx 2017-ci il tarixli **********2387197 nömrəli inzibati aktla yanaşı, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 tərəfindən əlavə kameral vergi yoxlaması ilə xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərarla şirkət barəsində 2017-ci ilin may ayı üzrə 31.000 manat əlavə dəyər vergisi hesablanmışdır. Lakin həmin qərarda hesablamaya əsas olan heç bir hal göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü maddəsinə görə vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməlidir. Cavabdeh isə göstərilən inzibati aktın təsdiqedici məlumatlar hissəsində anlaşılmayan “sair: azalma cədvəli” kimi vergi orqanının daxili prosedurlarına aid olan qeydi etməklə hesablamanı sübut edən heç bir fakta istinad etməmişdir. Göründüyü kimi, şirkət barəsində tərtib olunan xx xxxx 2017-ci il tarixli səyyar vergi yoxlaması aktında qeyd olunan əsassız məbləğlərlə yanaşı, kameral vergi yoxlaması ilə qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrıli qərar da əsaslandırılmamışdır. Belə ki, 31.000 manat məbləğində əlavə dəyər vergisi üzrə hesablamanın hansı dövriyyədən formalaşdığı, həmin dövriyyənin nə zaman və hansı malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə təsdiq olunduğuna dair heç bir sübut göstərilməmiş, bununla da həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğuna istinad edilməmişdir. Bununla da xx xxxx 2017ci il tarixli səyyar vergi yoxlaması aktının nəticəsində qəbul edilmiş xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli qərarla yanaşı kameral vergi yoxlaması ilə qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublkası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 məhkəməyə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmiş və etirazını onunla əsaslandırmışdır ki, departament aşağıda göstərilənlərə əsasən iddia tələbi ilə razılaşmır və iddia tələbinin rədd olunmasına dair qərarın çıxarılmasını məhkəmədən xahiş edir. Departamentin xx xxxxxxxx 2016-ci il tarixli qərarı ilə hazırkı İddiaçındə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx xxxxxxxx 2016-cı il tarixdə başlanmış və xx xxxx 2017-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə faktiki olaraq topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlamanın nəticələri xx xxxx 2017-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən 1.648,43 manat məbləğində mənfəət vergisinin, 31.981,36 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10,78 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin büdcəyə az hesablanması müəyyən edilmişdir. Akt imzalanmaq üçün iddiaçıya təqdim edilmiş, müəssisənin direktoru X8 və baş mühasibi X7 tərəfindən heç bir qeyd aparılmadan imzalanmışdır. Həmin akt əsasında müəssisənin rəhbərinin iştirakı ilə xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yoxlama ilə iddiaçı tərəfindən yoxlanılan dövr üzrə xərclərin uçotunun düzgün aparılmaması müəyyən edilmiş, 2015-ci ilin mənfəət vergisi üzrə 1.648,43 manat, 2015-ci ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 31.729,36 manat, 2016-cı ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 252 manat, 2014-cü ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergisi üzrə 10,78 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırıldığı müəyyən edilmiş, iddiaçıya ümumiikdə 16.860,29 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı öz növbəsində yoxlama zamanı 50.500,86 manat məbləğində hesablanmış vergilər və maliyyə sanksiyası üzrə məbləğlərin ödənişini həyata keçirmişdir. Eyni zamanda, iddiaçı tərəfindən x xxxxxxxx 2017-ci l tarixdə vergi orqanına təqdim olunmuş 2017-ci ilin may ayı üzrə ƏDV bəyannaməsinin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsinə əsasən ilin sonuna 972.954,27 manat mal qalığının olduğu və həmin tarixdən sonra ümumilikdə 0 manat dövriyyə məbləğinin göstərildiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda vergi ödəyicisinin fəaliyyətinin dayandırılması, onun istifadəsində qalan malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidən yayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqdar vergi ödəyicisinə xx xxxx 2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə əlaqədar əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə ona Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 175.131,77 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx xxxxxxxx 2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Kameral hesablamadan sonra vergi ödəyicisi müraciət edərək həmin mallara görə ƏDV-nin 2014-cü ilin dekabr ayında və 2016-cı ildə ödədiyini, sonuncu idxalın 2015-ci ildə aparıldığını və həmin dövrün səyyar vergi yoxlaması ilə əhatə olunduğunu qeyd etmiş, hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2014-cü ilin dekabr ayı üzrə 105.000 manat ödəniş edilərək, bəyannamədə göstərdiyi, sonuncu səyyar vergi yoxlaması zamanı rentabellik cədvəlinə mal qalığının 278.300 manat olduğu, 2015-ci ilin mənfəət vergisi bəyannaməsində ilin sonuna 1.045.000 manat mal qalığının göstərildiyi və səyyar vergi yoxlaması ilə mal qalığına görə 50.000 manat ödəniş edildiyi, 2016-cı il ərzində şirkətin 106.100 manat dövriyyəsinin olduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən ödəyicinin mal qalığında qalmış mallara görə hesablanmış vergi məbləği azaldılmış ((278.300 – 106.100) x 18% = 31.000 manat), bu barədə vergi ödəyicisinə xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci, 24.0.1-ci, 37.4cü, 67.1-ci, 70.3-cü, 77.3-cü, 78-ci, 85.4-cü, 94.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-368/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli və “Vergilərin hesablanması barədə” xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli **********087197 saylı qərar və xx.xx.2017-ci il tarixli “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********513100 saylı Tələbnamə müəssisənin rəhbəri A.Qazıyev tərəfindən imzalanaraq və müəssisənin möhürü ilə təsdiq edilərək qəbul edilmişdir. Eyni zamanda tələbnamə elektron qaydada iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən həmin gün, yəni xx.xx.2017-ci il tarixdə oxunmuşdur. Qərarın iddiaçıya təqdim edilməsindən təxminən 1 il yarım müddət keçdiyindən, 30 günlük şikayət müddətini ötürməsini pərdələmək məqsədilə müəssisənin direktoru xx.xx.2018-ci il tarixdə ərizə ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 müraciət edərək qərarın surətinin cəmiyyətin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə cavab olaraq qərarın surəti iddiaçıya təkrarən təqdim edilmişdir. İddiaçı tərəfindən vergi orqanına ünvanlanmış həmin ərizədə də yoxlama aktının, həmçinin adı çəkilən qərarın tarixi, nömrəsi, həmin qərar əsasında cəmiyyətə hesablanmış məbləğlər barədə məlumatlar ətraflı qeyd olunmuşdur. Hətta təkrarən iddiaçıya təqdim edilmiş qərarda da müəssisənin rəhbərinin həmin qərarı imzaladığı və müəssisənin möhürü ilə təsdiq etdiyi müəyyən edilir ki, bunlar da iddiaçının həmin müraciətindən əvvəl mübahisələndirilən qərarın ona şəxsən təqdim edildiyini bir daha təsdiq edir. Eləcə də xx.xx.2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərar həmin tarixdə iddiaçıya göndərilmiş, qərar xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən oxunmuş və qəbul edilmişdir (vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat və elektron sənəd mübadiləsi haqqında müqavilənin surəti əlavə olunmuşdur). Qərarın iddiaçıya təqdim edilməsindən təxminən 1 ilə yaxın müddət keçdiyindən, müəssisənin direktoru xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 ərizə ilə müraciət edərək, “İddiaçı şirkəti" barəsində xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli "Vergilərin hesablanması barədə" qərarla 31000,0 manat məbləğində vergilərin hesablandığını, həmin hesablama qərarının təsdiq olunmuş surətinin “İddiaçı şirkəti”nin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir. 2016-cı ilin sonuna iddiaçının mal qalığı olmuşdur. Lakin iddiaçı tərəfindən 2016-cı ilin mənfəət vergisi bəyannaməsi təqdim edildikdən sonra bu günə qədər sahibliyində qalan malların təqdim edilməsinə dair hər hansı hesabat təqdim etməmiş, nə də həmin malların onun sahibliyində qalmasına dair hər hansı sənədi nə vergi orqanına nə də məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, məhkəmə iddiaçının sahibliyində qalmış və vergi uçotundan yayındırılmış malların təqdim olunub-olunmasına dair məsələni araşdırmadan əsassız qərar qəbul etmişdir. Hazırkı mübahisələndirilən qərar iddiaçı tərəfindən təqdim edilmiş bəyannamənin yoxlanılması nəticəsində deyil, iddiaçı tərəfindən inzibati qaydada vergi orqanına etdiyi müraciətin nəticəsi olaraq qəbul edilmişdir. Belə ki, iddiaçı xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət edib onun barəsində hesablanmış 175131,77 manat məbləğində vergilərin azaldılmasını xahiş etmişdir. İddiaçının müraciəti araşdırılmış, həmin müraciətin nəticəsi olaraq iddiaçının barəsində 2017-ci ilin may ayı üçün qəbul edilmiş əvvəlki qərar ləğv edilərək, əvvəl hesablanmış 175.131,77 manat məbləğində vergilər azaldılmış və hazırda mübahisələndirilən qərarla həmin hesabat dövrü üzrə 31.000 manat məbləğində ƏDV hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 xx.xx.2016-cı il tarixli **********040682 saylı qərarına əsasən, İddiaçındə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələri xx.xx.2017-ci il tarixli **********041010 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Akt imzalanmaq üçün iddiaçıya təqdim edilmiş, müəssisənin direktoru X8 və baş mühasibi X7 tərəfindən hər hansı qeyd aparılmadan imzalanmışdır Həmin akt əsasında müəssisənin rəhbərinin iştirakı ilə xx.xx.2017-ci il tarixli **********087197 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir Adı çəkilən qərar və xx.xx.2017-ci il tarixli “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********513100 saylı Tələbnamə müəssisənin rəhbəri A.Qazıyev tərəfindən imzalanaraq və müəssisənin möhürü ilə təsdiq edilərək qəbul edilmişdir. Eyni zamanda tələbnamə elektron qaydada iddiaçıya göndərilmiş, iddiaçı tərəfindən həmin gün, yəni xx.xx.2017-ci il tarixdə oxunmuşdur. Eyni zamanda keçirilmiş səyyar vergi yoxlaması ilə iddiaçıya 33640,57 manat məbləğində vergilər, 16860.29 manat məbləğində maliyyə sanksiyası olmaqla, ümumilikdə 50500,86 manat məbləğində hesablama aparılmış, iddiaçı müəssisə tərəfindən isə öz növbəsində qeyd edilən yoxlama zamanı 55172,71 manat məbləğində ödəniş həyata keçirilmişdir.Qərarın iddiaçıya təqdim edilməsindən təxminən 1 il yarım müddət keçdiyindən, 30 günlük şikayət müddətini ötürməsini pərdələmək məqsədilə müəssisənin direktoru xx.xx.2018-ci il tarixdə ərizə ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 müraciət edərək qərarın surətinin cəmiyyətin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə cavab olaraq qərarın surəti iddiaçıya təkrarən təqdim edilmişdir. Təsadüfi deyil ki, iddiaçı tərəfindən vergi orqanına ünvanlanmış həmin ərizədə də yoxlama aktının, həmçinin adı çəkilən qərarın tarixi, nömrəsi, həmin qərar əsasında cəmiyyətə hesablanmış məbləğlər barədə məlumatlar ətraflı qeyd olunmuşdur. Hətta təkrarən iddiaçıya təqdim edilmiş qərarda da müəssisənin rəhbərinin həmin qərarı imzaladığı və müəssisənin möhürü ilə təsdiq etdiyi müəyyən edilir ki, bunlar da iddiaçının həmin müraciətindən əvvəl mübahisələndirilən qərarın ona şəxsən təqdim edildiyini bir daha təsdiq edir. Buna baxmayaraq vergi ödəyicisi 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət edərək iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalıdır. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdehin xx xxxxxxxx 2016-ci il tarixli qərarı ilə hazırkı İddiaçındə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx xxxxxxxx 2016-cı il tarixdə başlanmış və xx xxxx 2017-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə faktiki olaraq topdansatış fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlamanın nəticələri xx xxxx 2017-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Vergi orqanının yoxlamasına görə yoxlama zamanı müəssisə tərəfindən 1.648,43 manat məbləğində mənfəət vergisinin, 31.981,36 manat məbləğində ödəmə mənbəyində tutulan verginin və 10,78 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin büdcəyə az hesablanması müəyyən edilmişdir. Həmin akt əsasında müəssisənin rəhbərinin iştirakı ilə xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Yoxlama ilə iddiaçı tərəfindən yoxlanılan dövr üzrə xərclərin uçotunun düzgün aparılmaması müəyyən edilmiş, 2015-ci ilin mənfəət vergisi üzrə 1.648,43 manat, 2015-ci ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 31.729,36 manat, 2016-cı ilin ödəmə mənbəyində tutulan vergisi üzrə 252 manat, 2014-cü ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergisi üzrə 10,78 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırıldığı müəyyən edilmiş, iddiaçıya ümumilikdə 16.860,29 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən x xxxxxxxx 2017-ci l tarixdə vergi orqanına təqdim olunmuş 2017-ci ilin may ayı üzrə ƏDV bəyannaməsinin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş sonuncu mənfəət vergisi bəyannaməsinə əsasən ilin sonuna 972.954,27 manat mal qalığının olduğu və həmin tarixdən sonra ümumilikdə 0 manat dövriyyə məbləğinin göstərildiyi məlum olmuşdur. Qeyd olunanlar, eyni zamanda vergi ödəyicisinin fəaliyyətinin dayandırılması, onun istifadəsində qalan malların satılaraq gəlirlərin vergidən gizlədilməsi kimi qiymətləndirilərək vergidənyayınma riski yaratmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqdar vergi ödəyicisinə xx xxxx 2017-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə əlaqədar əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə ona Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin may ayı üçün ƏDV bəyannaməsi üzrə 175.131,77 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx xxxxxxxx 2017-ci il tarixli “Vergilərin hesablanması barədə” qərar göndərilmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2014-cü ilin dekabr ayı üzrə 105.000 manat ödəniş edilərək, bəyannamədə göstərdiyi, sonuncu səyyar vergi yoxlaması zamanı rentabellik cədvəlinə mal qalığının 278.300 manat olduğu, 2015-ci ilin mənfəət vergisi bəyannaməsində ilin sonuna 1.045.000 manat mal qalığının göstərildiyi və səyyar vergi yoxlaması ilə mal qalığına görə 50.000 manat ödəniş edildiyi, 2016-cı il ərzində şirkətin 106.100 manat dövriyyəsinin olduğu məlum olmuşdur. Qeyd olunanlara əsasən ödəyicinin mal qalığında qalmış mallara görə hesablanmış vergi məbləği azaldılmış ((278.300 – 106.100) x 18% = 31.000 manat), bu barədə vergi ödəyicisinə xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı «xx xxxx 2017-ci il tarixli **********087187 nömrəli qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (həcmi artırılaraq) “xx xxxx 2017-ci il tarixli **********387197 nömrəli və xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli qərarların ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sübutetmə yükü daşıyan cavabdeh VN yanında Bakı şəhəri X5 tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxx 2017-ci il tarixli **********087197 nömrəli və “Vergilərin hesablanması barədə” xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli qərarlar qanuna zidd sayılmalıdır. Mübahisələndirilən xx xxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli inzibati aktlar qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) və tətbiq olunmuş maliyyə sanksiyalarını ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddianın mümkünlük şərtlərini yoxlamadan işə mahiyyəti üzrə baxaraq inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. Məhkəmə kollegiyası qanunveriliyin yuxarıda qeyd olunan tələblərinə əsasən qeyd edir ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin araşdırılan hallarından müəyyən olunur ki, vergi qərarının qəbul edilməsi ilə nəticələnmiş icraatda iştirak etmək üçün dəvət olunmuş iddiaçı şirkətin rəhbəri A.Qazıyev həmin iclasda iştirak etmiş, vergi orqanın xx.xx.2017-ci il tarixli **********087197 saylı qərarı və xx.xx.2017- ci il tarixli “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********513100 saylı Tələbnamə iddiaçı şirkətin rəhbəri tərəfindən imzalanaraq və şirkətin möhürü ilə təsdiq edilərək qəbul edilmişdir. Bundan başqa müvafiq tələbnamə elektron qaydada iddiaçı şirkətə göndərilmiş, şirkət tərəfindən həmin gün, yəni xx.xx.2017-ci il tarixdə oxunmuşdur. Eynilklə, vergi orqanın digər mübahisələndirilən, xx.xx.2017-ci il tarixli **********515900 nömrəli “Vergilərin hesablanması barədə” qərarı həmin tarixdə iddiaçı şirkətə göndərilmiş, qərar xx.xx.2017-ci il tarixdə iddiaçı tərəfindən oxunmuş və qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu faktların qiymətləndirilməsinə səthi yanaşmış, onlara lazımi hüquqi qiymət verməmişdir, cavabdeh vergi orqanının iddiaçı şirkət tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət edərkən iddia müddətinin ötürülməsi barədə ərizəsini rədd etmişdir. Halbuki, iş üzrə müəyyən edilir ki, “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli Qərarın iddiaçı şirkətə təqdim edilməsindən təxminən 1 ilə yaxın müddət keçdiyindən, şirkətin direktoru xx.xx.2018-ci il tarixdə cavabdeh Departamentə ərizə ilə müraciət edərək, şirkəti barəsində xx xxxxxx 2017-ci il tarixli **********515900 nömrəli "Vergilərin hesablanması barədə" qərarla 31.000,0 manat məbləğində vergilərin hesablandığını, həmin hesablama qərarının təsdiq olunmuş surətinin şirkətin hüquqi ünvanına göndərilməsini xahiş etmişdir (ərizənin surəti əlavə edilmişdir). Vergi ödəyicisinin müraciətinə əsasən, qərarın surəti təkrarən ona göndərilmişdir. Ərizədən göründüyü kimi, şirkət mübahisələndirdiyi qərardan məlumatlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, eyni zamanda öz hüququnun pozulduğunu bilməli olduğu an əsas götürülür. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları əsas götürərək hesab edir ki, 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-368/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə 02 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-368/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1rşı qərarların ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1188/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1188/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver