Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1188/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Quba Rayon Mərkəzi Xəstəxanası) “əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-228/2021 nömrəli 29 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3432/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2619/2019 nömrəli 29 oktyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3432/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-191/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə Quba Rayon Mərkəzi Xəstəxanasının üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-228/2021 nömrəli 29 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xəstəliyi nəzərə alınaraq onun əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-154/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2-1(112)-228/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Quba Rayon Mərkəzi Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə “əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və Bakı İnzibati Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1629/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 aprel 2022-ci il tarixli, 2-1(103)-154/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0244003AAHD4 saylı göndərişi əsasında baxılmış və “X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi... Diaqnozun mətni: idiopatik trombositopenik purpura, tez-tez burun və diş dibindən qanaxma ilə. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr böyrək çatmamazlığı İİ dər; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Həkimin xəstənin vəziyyəti barədə təqdim etdiyi rəy, laborator müayinənin nəticələri (hb-120) əlillik dərəcəsini təyin etmək üçün yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0244003AAHNU saylı göndərişi əsasında baxılmış və “X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi...; Diaqnozun mətni: İdiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura tez-tez. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş xroniki hepatit. Digər xroniki pankreatitlər.; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozu təsdiq edən laborator müayinələrin (trombositlərin miqdarı) nəticəsi qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Sözügedən xəstəxananın xx.xx.2018-ci il tarixli 0244003AAHVD saylı göndərişi əsasında baxılmış və “X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi...; Diaqnozun mətni: İdiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura. diş dibinden və burnundan qanaxmalarla. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, qan dövranı çatmamazlığı İİ dər. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr.böyrək çatmamazliğı İİ dər. Dəqiqləşdirilməmiş xroniki hepatit, xr.xolesistohepatit Şiddətlənən stenokardiya, ÜİX gərginlik stenokardiyasi İİ f.s; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış (Eyvazov ad. Hematologiya və Transfuzologiya ETİ) müalicəyə ehtiyac var” səbəbi ilə imtina verilmişdir. Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurətin yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, aidiyyəti ambulator və/və ya stasionar müayinə və/və ya müalicə aldıqdan sonra qanunvericiliklə müəyyənləşdirilmiş sənədləri tibb müəssisəsinə təqdim etməsi və sənədlərin normativlərə uyğun tam doldurulması məqsədə müvafiqdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışın surətindən görünür ki, göndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Forma 88 – 0244003AAHD4, qiymətləndirmə tarixi xx.xx.2018-ci il, diaqnoz - idiopatik trombositopenik purpura, tez-tez burun və diş dibindən qanaxma ilə. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr böyrək çatmamazlığı İİ dər. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışın surətindən görünür ki, əlavə müaliciyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Forma 88 – 0244003AAHVD, qiymətləndirmə tarixi xx.xx.2019-cu il, diaqnoz - idiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura. diş dibinden və burnundan qanaxmalarla. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, qan dövranı çatmamazlığı İİ dər. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr.böyrək çatmamazliğı İİ dər. Dəqiqləşdirilməmiş xroniki hepatit, xr.xolesistohepatit Şiddətlənən stenokardiya, ÜİX gərginlik stenokardiyasi İİ f.s. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanası məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli 583 nömrəli məktubla bildirmişdir ki, İddiaçı aid “forma 088” xx.xx.2018, xx.xx.2018 və xx.xx.2019-cu il tarixlərində tam formada doldurularaq, Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin “forma 088” arayışlar məktubla məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB PHŞ Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 02 nömrəli və xx.xx.2021-ci il tarixli 82 nömrəli məktublarından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində "Trombositopenik purpura" diaqnozu ilə dispanser qeydiyyatdadır və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tibbi yardım ilə tam təmin olunur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB PHŞ Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 82 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Rəydə qeyd olunur: Xəstə: İddiaçı Yarməmməd qızı, xx.xx.1965-ci il təvəllüdlü. Anamnez: Xəstə ilk dəfə xx.xx.2017-ci ildə Az.ETHTİ-na müraciət etmişdir. Xəstə ”İdiopatik Trombasitopenik purpura” diaqnozu ilə dispanser qeydiyyatdadır. 3 dəfə stasionar müalicədə olub. Xəstə mütəmadi olaraq müayinə və müalicə alır. Şikayətləri: Zəiflik, halsızlıq, mütəmadi olaraq burun və diş dibi qanaxması. Obyektiv: Xəstə orta boylu, düzgün bədən quruluşuna malikdir. Huşu aydındır. Dəri və görünən selikli qişaları normaldır. Dərisi quru, çox sayda hemorragiyalar qeyd olunur. Dərialtı piy təbəqəsi normal inkişaf etmişdir. Periferik limfa düyünləri əllənmir. Ürək tonları ritmik, karlaşmış, zirvədə sistolik küy eşidilir. Ağciyərlərdə vezikulyar tənəffüs eşidilir. Tənəffüsün dəqiqə sayı 18-dir. Udma sərbəst, ağızın selikli qişasında patologiya yoxdur. Qarnı palpasiyada yumşaq və ağrısızdır. Qaraciyər və dalaq əllənmir. Pasternatski simptomu hər 2 tərəfdə (-). Stul və diurez normaldır. Analizlər: QÜA: Hb-147.0 q/l, erit -5.38x10/l, trombosit-12x10/l/, leyko- 15.79x10/İ, limf-16%, mono-2%, EO-0%, seqmentnüvəli-80%, çubuqnüvəli-2%. Diaqnoz: idiopatik trombositopenik purpura. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 51497 saylı ambulator kartdan çıxarışın surətindən görünür ki, İddiaçı ilk dəfə xx.xx.2017-ci ildə Az.ETHTİ-na müraciət etmişdir. Xəstə “İdiopatik Trombositopenik purpura” diaqnozu ilə dispanser qeydiyyatdadır. 3 dəfə stasionar müalicədə olub. Xəstə mütəmadi olaraq müayinə və müalicə alır. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli 0244003AAHVD nömrəli Göndərişə (Forma 88) əsasən İddiaçı xəstəliyi xx.xx.2017-ci il tarixdə başlamış və o, xx.xx.2017-xx.xx.2017ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunda stasionar müalicə almış, 2017-ci ildən bu günə qədər isə Quba Rayon Mərkəzi Xəstəxanasında ambulator müalicə alır. Əsas diaqnoz: D69.3 idiopatik trombositopenik purpura idiopatik trombositopenik purpura. diş dibindən və burnundan qanaxmalarla. Ağırlaşma: 199 Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. qan dövranı çatmamazlığı İİ dər.; N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ xr. böyrək çatmamazlığı İİ dər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ-nin № T 177/2023 saylı xx.xx.2023-cü il tarixli Ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə tibbi müayinəsi zamanı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə göndərilmiş və ona “İdiopatik trombostepenik purpura” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır . 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) (1.5.2); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3); peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (1.5.4); əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.5). xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İş materiallarından göründüyü kimi, iddiaçının əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0244003AAHD4 saylı göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir (X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi... Diaqnozun mətni: idiopatik trombositopenik purpura, tez-tez burun və diş dibindən qanaxma ilə. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr böyrək çatmamazlığı İİ dər.). Daha sonra iddiaçının əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli 0244003AAHNU saylı göndərişi əsasında baxılmış və göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir (X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi...; Diaqnozun mətni: İdiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura tez-tez. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Durğunluq ürək çatmamazlığı. Dəqiqləşdirilməmiş xroniki hepatit. Digər xroniki pankreatitlər). Daha sonra iddiaçının əlillik vəziyyəti Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli 0244003AAHVD saylı göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina edilmişdir (X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D65-D69 - Qanın laxtalanma pozğunluqları, purpura və digər hemorragi...; Diaqnozun mətni: İdiopatik trombositopenik purpura, idiopatik trombositopenik purpura. diş dibinden və burnundan qanaxmalarla. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, qan dövranı çatmamazlığı İİ dər. Xroniki böyrək xəstəliyi İİ mərhələ, xr.böyrək çatmamazliğı İİ dər. Dəqiqləşdirilməmiş xroniki hepatit, xr.xolesistohepatit Şiddətlənən stenokardiya, ÜİX gərginlik stenokardiyasi İİ f.s). Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1629/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, apellyasiya məhkəməsi iddianı rədd etmiş və öz mövqeyini cavabdehin 03 fevral 2022-ci il tarixli, **********1 nömrəli məktubuna istinad edərək belə əsaslandırmışdır ki, iddiaçı 27 yanvar 2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur və təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq onun barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, cavabdehin 3 fevral 2022-ci il tarixli məktubunda iddiaçının 27 yanvar 2022-ci il tarixdə əyani müayinədə olduğu bildirilsə də, işdə olan (iş v. 292-294) protokola və ona əlavə edilmiş əyani müayinədən keçən şəxslərin siyahısına əsasən 13 nəfər şəxsin, o cümlədən iddiaçının 21 fevral 2022-ci il tarixdə əyani müayinədən keçdiyi müəyyən olunur. Cavabdeh tərəfindən 3 fevral 2022-ci il tarixdə apellyasiya məhkəməsinə məktub ünvanlanarkən iddiaçının 21 fevral 2022-ci il tarixdə əyani müayinədən keçməsi barədə məlumatı ziddiyyətli olmuşdur. İddiaçının 21 fevral 2022-ci il tarixdə əyani müayinədən keçməsini həmçinin cavabdehin nümayəndəsi işin apellyasiya məhkəməsində baxışı zamanı özü də təsdiq etmiş və bu məhkəmə iclasının protokolunda qeyd olunmuşdur (iş v. 296). Apellyasiya instansiyası məhkəməsi iddiaçının həqiqətən əyani müayinədən keçməsini, müayinənin hansı tarixdə aparılmasını və əyani müayinədən keçən zaman hansı qərarın qəbul edilməsini araşdırmamışdır. Eyni zamanda yuxarıda qeyd edilən 21 fevral 2022-ci il tarixli protokolda konkret olaraq iddiaçı barəsində hər hansı əsaslandırılmış qərarın qəbul edilməsi də əksini tapmamış, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini yoxlamamışdır. Qeyd olunanlarla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İşdə olan protokola və ona əlavə edilmiş əyani müayinədən keçən şəxslərin siyahısına əsasən isə 13 nəfər şəxsin, o cümlədən iddiaçının 21 fevral 2022-ci il tarixdə əyani müayinədən keçdiyi müəyyən olunur. Qeyd olunan ziddiyyətlə əlaqədar cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçı əvvəlki tarixdə müayinə olunsa da, qərar xx.xx.2022-ci ildə qəbul olunmuşdur, məktubun tarixi isə səhv yazılmışdır və iddiaçı barəsində məktubda qeyd olunduğu kimi “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Bununla əlaqədar məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********7 saylı əmri ilə yaradılmış 2 nömrəli komissiyanın xx.xx.2022-ci il tarixli iclas protokolundan çıxarış»dan görünür ki, əlilliyin müəyyən olunması məqsədi ilə aparılmış qiymətləndirmə üzrə Agentlikdə mütəxəssislərin iştirakı ilə baxılması zamanı 13 nəfər şəxsin təqdim etdikləri tibbi sənədlər, eləcə də sağlamlıqlarının mövcud vəziyyətinə əsasən onların əlillik vəziyyətinə yenidən baxılması zəruri hesab edilmişdir və əlavə olunmuş siyahıda 5-ci sırada İddiaçı adı qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1629/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarında həmçinin qeyd edilir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xəstəliyi ilə bağlı 3 dəfə stasionar müalicədə olmuş və cavabdeh sonuncu imtinasında onun əlavə müalicəyə ehtiyacı olmasını bildirmiş, bundan sonra iddiaçının əlavə müalicə olunub-olunmadığını, müalicənin hansı nəticə verdiyini məhkəmə müəyyən etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə düzgün qərar qəbul edilməsi (əlilliyin müəyyən edilməsi) üçün məhkəmə-tibbi ekspertizası təyin edilməsinin zəruriliyi apellyasiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Qeyd olunanlarla əlaqədar olaraq apellyasiya məhkəməsi tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ-nin № T 177/2023 saylı xx.xx.2023-cü il tarixli Ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə tibbi müayinəsi zamanı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinə göndərilmiş və “İdiopatik trombostepenik purpura” diaqnozu öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2017-ci il tarixindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində "İdiopatik trombositopenik purpura" diaqnozu ilə dispanser qeydiyyatdadır və "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tibbi yardım ilə tam təmin olunur. İddiaçı həmin tarixdən mütəmadi olaraq müayinə və müalicə alır. İş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 PHŞ-nin № T 177/2023 saylı xx.xx.2023-cü il tarixli Ekspert rəyi ilə iddiaçıda qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının əlavə müalicəyə ehtiyacının olması səbəbi ilə ona əlilliyin təyin edilməsindən imtina etsə də, iddiaçının xx.xx.2017-ci il tarixindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində qeydiyyatda olması, bu günə qədər mütəmadi olaraq stasionar və ambulator müalicə alması, iddiaçının müvafiq xəstəlikdən bu gün də əziyyət çəkməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Ona görə də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-228/2021 nömrəli 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1188/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1188/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver