Məhkəmə qərarları › İş №2-1(103)-1188/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1188/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1188/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. X10 Sistemi məlumatlarına əsasən iddiaçıya: - xx.xx.2006-cı il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2ci dərəcə əlillik; - xx.xx.2014-cü il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2ci dərəcə əlillik; - xx.xx.2015-ci il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2ci dərəcə əlillik; - xx.xx.2016-cı il tarixdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2ci dərəcə əlillik; - xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 3cü dərəcə əlillik səbəbindən pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007- ci il tarixinə kimi 44,5 manat pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016- ci il tarixinə kimi 305,32 manat pensiya təyin edilmişdir. X10 Sistemindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən ailə başçısını itirməyə görə müddətsiz pensiya təyin edilmişdir. Aylıq pensiya məbləği 571.80 manat, tutulmanın məbləği 57.53, ödəniş məbləği 514.27 manat. Sonuncu əməliyyat tarixi: xx.xx.2023. İddiaçı xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “Dost” Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdə 63 yaşı tamam olduğu üçün ona təyin edilmiş ailə başçısını itirməyə görə pensiyasının bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-H-148058/2023 saylı qərarı ilə İddiaçı yenidən hesablanmış əmək pensiyası məbləği 571 manat 80 qəpik müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: 14.1.2 göstərilmişdir. Qərarın Qeyd hissəsində: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Sosial müavinət təyinatı üzrə xx.xx.2023-cü il tarixli, 3-17-1/1-H-148058/2023 saylı qərarı ilə İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək aylıq 110 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək aylıq 120 manat, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək aylıq 150 manat pensiya ödənisi müəyyən edilmişdir. Artıqvermənin səbəbi: qeyd edilən dövrdə ABİ əmək pensiyası hüququ olmadığı üçün. Artıqvermə dövrü: xx.xx.2021-xx.xx.2023 göstərilmişdir. Qərarın Qeyd hissəsində: “xx.xx.2021-xx.xx.2023-cü il tarixli dövr ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilərək ödənilsin. Vətəndaşa rəsmi məlumat verilsin” qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-H-228141/2023 saylı qərarı ilə isə İddiaçı yenidən hesablanmış əmək pensiyası məbləği 571 manat 80 qəpik müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: 14.1.2 göstərilmidşri. Qərarın Qeyd hissəsində: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277.14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin. Cavabdeh qurumun hesablamaları ilə razılaşmayan iddiaçı cavabdeh quruma müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-219401/2023 nömrəli əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması barədə məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq struktur qurumu tərəfindən aparılmış araşdırma zamanı əmək pensiyasının məbləğində artıqödəmə aşkar edilmişdir. Belə ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillilik” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin (3-cü qrup) müəyyən olunmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2 maddəsinin tələbləri pozularaq pensiya ödənişi davam etdirilmişdir. Nəticədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ailə başçısının itirilməsinə görə əmək pensiyası üzrə 8816,02 manat vəsaitin artıq ödənildiyi aşkar olunmuşdur. Artıqalma məbləğindən sosial müavinət üzrə alınmamış 2201,03 manat vəsait çıxıldıqdan sonra yekun olaraq artıqvermə 6614,99 manat müəyyən olunmuşdur. Bildirilmişdir ki, artıqvermə məbləği xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək aylıq 57,33 manat (10%) olmaqla pensiya məbləğindən tutulacaqdır. Həmçinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-225180/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş şəxsin atası, anası, əri, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilmişdir ki, ona xx.xx.2016-cı il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillilik” altsistemində olan məlumatlara əsasən bildirilir ki, xx.xx.2021-ci il tarixində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən olunmasına baxmayaraq, Qanunun 14.1.2-ci maddəsinin tələbləri pozularaq pensiya ödənişi davam etdirilib. Nəticədə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinə əsasən əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda əlilliyə görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 110 manat məbləğində, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 120 manat məbləğində. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək isə 150 manat məbləğində İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilib. Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qeyd olunan maddənin tələblərinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən (qanunvericiliklə tələb olunan pensiya yaş həddinə çatdığı tarixdən) 571,80 manat məbləğində olmaqla bərpa edilib (Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Eyni zamanda bildirilmişdir ki, sosial müavinət üzrə (xx.xx.2021-ci il tarixindən xx.xx.2021-cü il tarixinədək) hesablanmış məbləğ ona xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023- cü il tarixli 3-17-1/2-H-219401/2023 saylı artıq ödənilmiş vəsaitin bərpa olunması barədə qərarın ləğv edilməsi və həmin qərar üzrə ödənilməmiş, təyin edilmiş pensiya məbləğindən tutulmuş əmək pensiya məbləğinin hesablanaraq geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəyişdirilməsi barədə ərizəsi qəbul edilmiş, İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı və xx.xx.2023cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı qərarların ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi qəbul edilmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı, xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-228141/2023 saylı qərarlarının ləğv edilməsi və tutulmuş pensiya məbləğinin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onun mərhum həyat yoldaşı X7 xx.xx.2009-cu il tarixində dünyasını dəyişmişdir. Onun vəfatından sonra ailəsini dolandıra bilmək üçün ailə başçısını itirilməyə görə pensiyanın təyin edilməsi üçün aidiyyatı qurumlara müraciət etmiş, əlilliyi səbəbindən ona xx.xx.2016-cı il tarixində ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Həmin vaxtdan sonra o qanunun tələbinə müvafiq olaraq təyin edilmiş pensiya məbləğini aylıq olaraq qəbul etmiş və təyinatı üzrə ailəsi üçün sərf etmişdir. Bundan sonra isə pensiya yaşının çatması ilə o, yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin zaman ona məlum olmuşdur ki, ona pensiya təyin edilməsi zamanı xx.xx.2021-ci il tarixindən təyin edilmiş pensiya məbləğində guya yanlışlığa yol verilməsi səbəbindən ona ödəniləcək olan pensiya məbləğindən çıxılmalara yol veriləcəkdir. Belə ki, ilkin olaraq ona ödənilməli olan pensiya məbləğindən 2201,03 manat məbləğində pul vəsaiti çıxılmış, daha sonra isə ondan çıxılmalı olan 6614,99 manat məbləğində pul vəsaiti 10% miqdarında olmaqla hər ay 57,33 manat olmaqla pensiya məbləğindən tutulacağı bildirilmişdir. O, qanunla müəyyən edilmiş qaydada təyin edilməli olan ailə başçısını itirilməyə görə pensiyanın təyin edilməsi üçün müraciət etmiş və qanunun tələbinə müvafiq olaraq ailə başçısını itirilməyə görə ona pensiya təyin edilmişdir. Bu gün ondan bu qədər pul vəsaitinin pensiyasından tutulması onun qanunla müəyyən edilmiş hüquqlarına toxunur, hüquqlarını kobud surətdə pozur. Belə ki, o, ailə başçısını itirməyə görə pensiyanı təyin edən orqan deyil. Bütün qanuni sənədləri səlahiyyətli şəxslərə təqdim etmiş, bundan sonra ailə başçısını itirilməyə görə pensiyası təyin edilmişdir. Göründüyü kimi, hazırda onun pensiyasından pul vəsaitinin tutulması qanunsuzluğun bariz nümunəsidir. Sözügedən qərar onun hüquqlarına birbaşa toxunur və Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində öz əksini tapmış hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir normasının pozulması ilə nəticələnir. Belə ki, yanlışlığa yol verilməsi onun təqsiri, yanlış məlumat və sənədlərin verilməsi səbəbindən baş verməmişdir. Bu günədək ona bu barədə məlumat da verilməmişdir. O, qanuni şəkildə səlahiyyətli orqana yaxınlaşmış və qanunla təyin edilmiş pensiya məbləğini almışdır. Belə olan halda ondan qanunsuz olaraq tələb edilən xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ailə başçısını itirilməyə görə pensiyası üzrə 8816,02 manat pul vəsaitinin onun tərəfindən geri qaytarılması qanunaziddir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir. İddiaçı pensiya yaşına çatdıqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ailə başçısını itirməyə görə pensiyanın yaşa görə əmək pensiyası ilə əvəz edilməsini xahiş etmişdir. Müvafiq araşdırmalar aparılarkən İddiaçı 3-cü dərəcə əlil olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasında əlilliyə görə müavinat xx.xx.2023-cü il tarixdən isə İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Onu da qeyd etməliyik ki, sosial müavinətin ötən dövr üzrə hesablanmış fərq məbləği iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödənilmiş məbləğin bir hissəsi ilə əvəzləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı qərarı “Qeyd: İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” hissədə, xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı qərarı “Qeyd: “xx.xx.2021xx.xx.2023-cü il tarixli dövr ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilərək ödənilsin. Vətəndaşa rəsmi məlumat verilsin” hissədə, xx.xx.2023-cü il tarixli 3-17-1/1-H- 228141/2023 saylı qərarı “Qeyd: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” hissədə ləğv edilməsi və İddiaçı tutulmuş pensiya məbləğinin (əvəzləşdirilmiş məbləğ daxil olmaqla) iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” qanunun 14-cü maddəsinə əsasən, 14.1.Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış; 14.1.1.2.18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3.yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. 14.3 Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. 14.4.Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 - 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir. Yuxarıda qeyd olunan hüquq normalarının və işin faktiki hallarının qarşılıqlı təhlilindən aydın olur ki, cavabdeh orqanın iddiaçı barədə çıxarmış olduğu 3-17-1/1-H-148058/2023, 3-17-1/1-H-148058/2023, 3-17- 1/1-H-228141/2023 nömrəli qərarlar düzgündür. Belə ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən olunmasına baxmayaraq, Qanunun 14.1.2-ci maddəsinin tələbləri pozularaq pensiya ödənişi davam etdirilmişdir. Nəticədə, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ailə başçısının itirilməsinə görə əmək pensiyası üzrə 8816,02 manat vəsaitin artıq ödənildiyi aşkar olunmuşdur. Artıqalma məbləğindən sosial müavinət üzrə alınmamış 2201,03 manat vəsait çıxıldıqdan sonra yekun olaraq artıqvermə 6614,99 manat müəyyən olunmuşdur. Bildirilmişdir ki, artıqvermə məbləği 01,09.2023-cü il tarixdən 31,03.2033-cü il tarixədək aylıq 57,33 manat (10%) olmaqla pensiya məbləğindən tutulacaqdır. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/1-H- 148058/2023 saylı, xx.xx.2023-cü il tarixli 3-17-1/1 -H-148058/2023 saylı, xx.xx.2023-cü il tarixli 3-17-1/1 -H- 228141 /2023 saylı qərarları ilə İddiaçı xx.xx.2021-xx.xx.2023- cü il dövrlər üçün orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə ödənilməmiş sosial müavinətin məbləği ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği ilə əvəzləşdirilmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin gaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarından yalnız cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, X10 Sistemi məlumatlarına əsasən iddiaçıya xx.xx.2006-cı il, xx.xx.2014-cü il, xx.xx.2015-ci və xx.xx.2016-cı il tarixlərdə orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə 2-ci dərəcə əlillik və xx.xx.2021-ci il tarixdə orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə 3-cü dərəcə əlillik səbəbindən pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007ci il tarixinə kimi 44,5 manat pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, pensiyasının ailə başçısını itirməyə görə pensiya növünə keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-ci il tarixinə kimi 305,32 manat pensiya təyin edilmişdir. X10 Sistemindən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən ailə başçısını itirməyə görə müddətsiz pensiya təyin edilmişdir. Aylıq pensiya məbləği 571.80 manat, tutulmanın məbləği 57.53, ödəniş məbləği 514.27 manat. Sonuncu əməliyyat tarixi: xx.xx.2023. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı “Dost” Mərkəzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdə 63 yaşı tamam olduğu üçün ona təyin edilmiş ailə başçısını itirməyə görə pensiyasının bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-H- 148058/2023 saylı qərarı ilə İddiaçı yenidən hesablanmış əmək pensiyası məbləği 571 manat 80 qəpik müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: 14.1.2 göstərilmişdir. Qərarın Qeyd hissəsində: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277,14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin” qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Sosial müavinət təyinatı üzrə xx.xx.2023-cü il tarixli, 3-17-1/1-H-148058/2023 saylı qərarı ilə İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək aylıq 110 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək aylıq 120 manat, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək aylıq 150 manat pensiya ödənisi müəyyən edilmişdir. Artıqvermənin səbəbi: qeyd edilən dövrdə ABİ əmək pensiyası hüququ olmadığı üçün. Artıqvermə dövrü: xx.xx.2021-xx.xx.2023 göstərilmişdir. Qərarın Qeyd hissəsində: “xx.xx.2021-xx.xx.2023-cü il tarixli dövr ailə başçısını itirməyə görə əmək pensiyası ilə əvəzləşdirilərək ödənilsin. Vətəndaşa rəsmi məlumat verilsin” qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3- 17-1/1-H-228141/2023 saylı qərarı ilə isə İddiaçı yenidən hesablanmış əmək pensiyası məbləği 571 manat 80 qəpik müəyyən edilmişdir. Yenidən hesablanmanın səbəbi: 14.1.2 göstərilmidşri. Qərarın Qeyd hissəsində: “İddiaçı üçüncü dərəcə əlilliyi olduğu üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ABİ kimi aldığı 9277.14 manat artıqvermə, İİİ qrup əlilliyə görə almalı olduğu sosial müavinətin məbləği ilə (2201,03 manat) əvəzləşdirilsin. İddiaçı bundan sonra məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsinin qərarı ilə iddiası qismən təmin olunmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, icraat bilavasitə onun məlumatı və iştirakı olmadan aparılaraq barəsində əliverişsiz inzibati akt qəbul edilmişdir. Mübahisələndirilən inzibati aktlar həm “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” qanunun inzibati icraat haqqında hüquq normalarının tələblərini kobud surətdə pozmaqla qəbul edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından müəyyən olunur ki, iddiaçıya münasibətdə cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-148058/2023 saylı, xx.xx.2023-cü il tarixli 3- 17-1/1-H-148058/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1/1-H-228141/2023 saylı qərarlar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə ailə başçısını itirməyə görə pensiya təyin edilmiş və xx.xx.2023-cü il tarixinədək pensiya ödənişləri edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən 63 yaş həddinə çatması səbəbilə cavabdeh orqana müraciət edərək 63 yaşı tamam olduğu üçün ona təyin edilmiş ailə başçısını itirməyə görə pensiyasının bərpa edilməsini xahiş etmişdir. Yalnız bu zaman cavabdeh müəyyən etmişdir ki, iddiaçının “Əlillilik” altsistemində olan məlumatlara əsasən xx.xx.2021-ci il tarixində orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin (3-cü qrup) müəyyən olunmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinin tələbləri pozularaq pensiya ödənişi davam etdirilmişdir. Daha sonra cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları ilə ona artıq ödənilmiş hesab etdikləri məbləğin pensiyasından tutulacağı barədə məlumat verilmiş, lakin iddiaçının bununla bağlı razılığının olub-olmaması soruşulmamışdır. Bu hissədə iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edilmişdir. “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra – ƏPQ) 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub- olmamasını araşdırmamışdır. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması hərəkəti qanunsuz olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edildiyi hissələrdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarı mübahisələndirilən- “iddia tələbinin təmin edildiyi hissədə” dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qərarı mübahisələndirilən- “iddianın təmin edildiyi hissədə” dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar