Məhkəmə qərarları › İş №2-1(103)-1190/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1190/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1190/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2- 1(112)-1030/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin 24.04.2020-ci il tarixli, **********199202 nömrəli qərarının ləğv edilməsi, həmin qərarla İddiaçı MMC-yə əsassız hesablanmış 202.970,51 manat vergi borcunun və 102.645,27 manat maliyyə sanksiyasının silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 16.03.2020-ci il tarixli, **********189839 nömrəli akta əsasən 24.04.2020-ci il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199202 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən yoxlama dövrünə mənfəət vergisinə, ƏDV və hesabatların təqdim edilməməsinə görə cəmiyyətə ümumilikdə 303656,98 manat hesablama verilmiş və ödənilməsi tələb edilmişdir. Lakin, aşağıdakı əsaslara görə qeyd olunan qərarı əsassız və qanunsuz hesab edirlər. Müəyyən olunduğu kimi, Azərbaycan Respubikası Vergilər Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 01.07.2017-ci il tarixdən, 30.06.2019-ci il tarixədək dövrü əhatə edən "xxxx" MMC-də səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticələrinin əsasını müəssisədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndələri tərəfindən götürülmüş “qara mühasibatlıq” sənədləri təşkil etməsi məlum aktda vurğulanır. Yoxlama orqanı məhz həmin sənədlərə əsaslanaraq Cəmiyyətin 01.10.2017-ci il tarixdən artıq ƏDV məqsədləri üçün qeydiyyata alınması zərurətinin yarandığı bildirilmişdir. Belə ki, onların hesablamasına görə Cəmiyyətin 2016-cı ilin oktyabr - 2017-ci ilin sentyabr dövrdə vergi tutulan əməliyyatlarının həcmi 200000 manatı keçməsi baş tutmuşdur. Əsas kimi, yenə də, “qara mühasibatlıq” adlandırdıqları sənədlər olmuşdur. Yoxlayıcı həmin sənədləri rəhbər tutaraq, guya yoxlama dövrünü əhatə edən ümumi gəlirin həcmini müəyyən etmiş və şərti rentabellik səviyyəsi 20% götürülərək, mənfəət vergisi hesablamışdır. Bu zaman müəssisə tərəfindən xərc sənədləri təqdim edilmədiyindən mənfəət vergisi Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 67-ci maddəsinə əsasən hesablanmışdır. Hesablama Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı, 01.03.2011-ci il tarixli qərarı əsasında həyata keçirilmişdir. Burada vergi orqanı iki üsuldan birini, qeyd olunan qərarın 6.1.1-ci bəndində nəzərdə tutulan üsulu seçmişdir. Həmin bənddə təklif edilən qayda da vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir əsas kimi götürülür. Lakin, vergi orqanı müəssisədən götürdüyü şəxsi hesabat dəftərində qeyd edilən rəqəmləri rəhbər tutmuş və həmin rəqəmləri birmənalı olaraq gəlir kimi qəbul etmişdir. Hesab edirlər ki, bu tam əsassız bir mövqedir. Belə ki, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlirə malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir aid edilir. Malların təqdim edilməsinə gəldikdə isə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.10-cu maddəsinə müraciət etmək kifayət edər ki, yoxlayıcının tutduğu mövqenin əsaslı olmaması təsdiq edilsin. Həmin maddəyə əsasən malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri- yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Odur ki, yoxlayıcının götürdüyü guya “qara mühasibatlığı” əks etdirən dəftərdə qeyd olunan rəqəmləri gəlir kimi təqdim etməsinin heç bir hüquqi əsası yoxdur. Bəlli olduğu kimi, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən basga) arasındakı fərq mənfəətdir. Göründüyü kimi, yoxlayıcı aşkar etdiyi rəqəmləri artıq təqdim edilmiş malın dəyəri kimi götürmüşdür. Halbuki, burada fərdi məlumatlar əks olunmuş və qeyd edildiyi kimi heç bir təqdim edilmədən belə söhbət getmir. Ən azından, əgər vergi orqanı həmin rəqəmləri təqdim etmə kimi qəbul edirsə, nə üçün aktda qarşılıqlı əlaqələrin yoxlanılması zərurətinin yaranmadığını vurğulayır (Bax: Aktın 2.4 bəndi). Yəni, yoxlayıcı heç olmasa bir alıcının onların faktlarının təsdiq etdiyini belə qarşıya qoymur. Bunlar hamısı yoxlayıcının hesablamalarının mücərrəd olduğuna dəlalət edir. Eyni qaydada yoxlayıcı yoxlama dövrünü əhatə edən ƏDV hesablamışdır. Yenə də, mənfəət vergisi üçün müəyyənləşdirilmiş boş rəqəmlər əsas kimi götürülmüşdür. Digər tərəfdən yoxlayıcı tərəfindən götürülmüş dəftərin cəmiyyətə aid edilməsini və qarşıya qoyduğu rəqəmlərin həqiqəti əks etdirdiyini təsdiq edən heç bir dəlil sübuta yetirilmir. Vergi yoxlaması dövründə, İddiaçı MMC ilə qarşılıqlı ticarət əməliyyatlarının həqiqətən olub-olmamasını, bu əməliyyatların məbləği və həcmi barədə obyektiv məlumatları təsdiq edən mötəbər mühasibatlıq sənədləri əldə edilməmişdir. Beləliklə də, vergi müfəttişi tərəfindən vergilər Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə zidd olaraq hesablanmışdır. Vergi yoxlaması zamanı bu nüanslara diqqət yetirilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-1030/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” **********199202 saylı, 24.04.2020-ci il tarixli qərarı 1021.0 manat məbləğində əmlak vergisi və 252.0 manat məbləğində ÖVM istisna edilməklə ləğv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pulun İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır. (hakim: A.Abdullayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsində rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 12.09.2019-cu il tarixli **********189806 nömrəli qərara əsasən 01.07.2017-ci ildən 01.07.2019-cu ilədək olan dövr üzrə İddiaçı MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi (VCİABİ) tərəfindən götürülmüş və 10.07.2019-cu il tarixli **********9197 saylı Operativ vergi nəzarətinin keçirilməsi barədə qərarına əsasən səyyar vergi yoxlamasının aparılması üçün Bakı şəhəri Lокаl Gəlirlər Baş İdarəsinə (LGBİ) təhvil verilmiş müəssisəyə aid müxtəlif mühasibat sənədləri əsasında aparılmışdır. Yoxlama ilə bu məlumatlar əsasında 22141,05 manat mənfəət vergisinin, 1021,0 manat əmlak vergisinin, 2706,17 manat sadələşdirilmiş verginin, 252.0 manat ödəmə mənbəyində tutulan verginin və 176850,29 manat ƏDV-nin (cəmi 202970,51 manat) azaldılmasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 101485.25 manat, həmçinin, vergi hesabatının verilməməsinə görə 1160 manat olmaqla, cəmi 102645,27 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama zamanı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13.09.2019-cu il tarixli **********189837 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" qərarı ilə vergi ödəyicisinin fəaliyyət göstərdiyi Abşeron rayonu, Hökməli ŞTQ, Hökməli dairəsi, karton fabrikinin yaxınlığında yerləşən, vergi orqanında ”Popkom sexi" kimi qeydiyyata alınmış istehsalı obyektində baxış keçirilmişdir. Baxış 30.09.2019-cu il tarixdə keçirilmiş, baxış keçirilən zaman istehsal obyektinin daş hasarına alınmış ərazidən, ərazidə müəssisənin ofisindən, istehsal və hazır məhsulların qablaşdırma sexindən, hazır məhsulların anbarından ibarət olduğu müşahidə edilmişdir. Baxış zamanı istehsal avadanlığı işlək vəziyyətdə olmuş, müxtəlif məhsulların, o cümlədən, “Topsun" adlı kökəsinin, “Patron” adlı məktəbli kökəsinin, qarğıdalıdan hazırlanmış popkorn və müxtəlif növ peçenyaların istehsalı və qablaşdırılması prosesi gedirdi. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisənin Abşeron rayonu, Hökməli ŞTQ, Hökməli dairəsi, karton fabrikinin yaxınlığında yerləşən istehsal obyektində olan əsas vəsaitlər müəssisə tərəfindən uçota alınmamışdır. Həmin əsas vəsaitlərlərin alınması ilə bağlı yoxlamaya heç bir alış sənədi təqdim edilməmişdir. Yoxlama zamanı müəssisənin 2017-ci və 2018-ci illər üzrə əmlak vergisinin ödəyicisi olduğunu müəyyən edildiyindən, həmin verginin hesablanması məqsədi ilə əsas vəsaitlərinin qiymətləndirilməsi zərurəti yaranmışdır. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin 20.12.2019-cu il tarixli **********195041 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında" Qərar çıxarılmışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti tərəfindən verilmiş 25.12.2019-cu il tarixli ekspert rəyinə əsasən müəssisənin əsas vəsaitlərinin bazar qiyməti 51050,0 manat dəyərində müəyyənləşdirilmişdir. Yoxlama zamanı həmin rəydən əmlak vergisinin hesablanması üçün istifadə edilmişdir. X10 yoxlanılması üzrə: Yoxlamada vergilərin hesablanması üçün istifadə olunmuş və bütün yoxlanılan dövr üzrə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində müəssisənin yoxlanılan dövrdə real istehsal və satış həcminin vergi müəssisə tərəfindən təqdim edilmiş vergi bəyannamələrində əks etdirilmiş vergiyə cəlb edilən dövriyyələrdən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Yoxlama zamanı toplanmış materiallara, o cümlədən müəssisədən götürülmüş “qara mühasibatlıq” sənədlərinə əsasən vergi ödəyicisinin hazırki yoxlama ilə əhatə edilən 2017-ci ilin iyul-sentyabr ayları üzrə vergi tutulan əməliyyatların həcminin 160308,4 manat, hazırki yoxlama ilə əhatə edilən dövrdən əvvəlki 9 ayında, yəni oktyabr/2016-iyun/2017-ci il dövrdə vergi tutulan əməliyyatların həcminin 57130,0 manat, yəni ardıcıl 12 aylıq dövrdə vergi tutulan əməliyyatlarının həcmi 217438.4 manat təşkil etdiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı 01.10.2017-ci il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən və əlavə dəyər vergisi üzrə müqayisəli cədvəlindən göründüyü kimi, oktyabr/2017-iyun/2019-cu il dövr üzrə (yəni, ƏDV-nin ödəyicisi olduğu, lakin bu məqsədlər üçün qeydiyyatdan keçməmiş dövr üzrə) ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 982501,61 olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 176850,29 manat ƏDV hesablanmışdır. Ödəmə mənbəyində tutulan verginin yoxlanılması üzrə: Müəssisə bütün yoxlanılan dövr üzrə icarəyə görə fiziki şəxslərə ödənilən gəlirlər üzrə (aylıq icarə haqqının məbləği 150,0 manat təşkil etmişdir) ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Lakin yoxlanılan dövrdə müəssisə yalnız 2017-ci ilin İİİ, İV, 2019-cu ilin İ və İİ rübləri üzrə ödəmə mənbəyində tutulan vergi bəyannamələri təqdim edilmiş və ümumilikdə 168,0 manat vergi hesablanmışdır. Həmin bəyannamələrin kameral vergi yoxlaması zamanı əlavə olaraq 84,0 manat məbləğində əlavə vergi hesablanmış və buna səbəb kimi, hesabatlarda əks etdirilən göstəricilərin bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olmadığı göstərilmişdir. Yoxlama ilə kameral hesablamaların düzgünlüyü öz təsdiqini tapmışdır. Lakin yoxlama ilə müəssisənin 2018-ci ilin l-İV rübləri üzrə bu vergi növü üzrə öhdəliyin yaranmasına baxmayaraq, müəssisə tərəfindən həmin hesabat dövrləri üzrə bəyannamələrinin təqdim edilməməsi müəyyən edilmişdir. Beləliklə, yoxlama ilə ümumilikdə, ÖMV üzrə 252,0 manat (150+12) x 14%) əlavə vergi hesablanmışdır. 2017-ci il üzrə: Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi, 2017-ci ilin oktyabr-dekabr aylarında müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 148013,99 manat təşkil etmişdir. Lakin müəssisə tərəfindən yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2017-ci il üzrə mənfəətinin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən “Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır”. Göstərilənləri nəzərə alaraq müəssisənin 2016-cı il üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Göründüyü kimi, yoxlama ilə müəssisənin 2017ci il üzrə vergiyə cəlb edilən mənfəəti 24669,0 manat məbləğində müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 4933,8 manat mənfəət vergisi hesablanmışdır. 2018-ci il üzrə: Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi, 2018-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəliri 516217,37 manat təşkil etmişdir. Lakin müəssisə tərəfindən yoxlamaya xərc sənədləri təqdim edilmədiyindən yoxlama ilə 2018-ci il üzrə mənfəətinin birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq mənfəət vergisi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü maddəsində nəzərdə tutulmuş qaydada hesablanmışdır. Yoxlama ilə müəssisənin 2018-ci il üzrə vergiyə cəlb edilən mənfəəti 86036,23 manat məbləğində müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20% dərəcə ilə 17207,25 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama ilə müəssisənin 2017-2018-ci illər üzrə bəyannamə təqdim etməməklə 22141,05 manat məbləğində mənfəət vergisindən yayındırılması müəyyən edilmişdir. Əmlak vergisi üzrə: Belə ki, 01.01.2017-ci il tarixinə qədər qüvvədə olmuş Vergi Məcəlləsinin 219.5-çi maddəsinə əsasən, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil, 16 dekabr 2016-cı il tarixli 454-QD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş düzəlişə əsasən həmin maddədən “əmlak vergisi” sözləri çıxarılmışdır. Göründüyü kimi, 01.01.2017-ci ildən etibarən sadələşdirilmiş vergi ödəyiciləri də artıq əmlak vergisinin ödəyiciləri hesab edilirlər. Yuxanda qeyd edilənlərə əsasən, müəssisənin 2017-ci il tarixindən etibarən əmlak vergisinin ödəyicisi olduğu müəyyən edilmişdir. Müəssisənin Abşeron rayonu, Hökməli ŞTQ, Hökməli dairəsi, karton fabrikinin yaxınlığında yerləşən istehsal obyektində olan əsas vəsaitlər müəssisə tərəfindən uçota alınmamışdır. Həmin əsas vəsaitlərlərin alınması ilə bağlı yoxlamaya heç bir alış sənədi təqdim edilməmişdir. Bu səbəbdən 2017-ci və 2018-ci illər üzrə əmlak vergisinin hesablanması üçün müəssisənin əsas vəsaitlərinin qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 20.12.2019-cu il tarixli **********195041 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti tərəfindən verilmiş 25.12.2019-cu il tarixli ekspert rəyinə əsasən müəssisinin əsas vəsaitlərinin bazar qiyməti 51050,0 manat dəyərində müəyyənləşdirilmişdir Yoxlama zamanı həmin rəydən əmlak vergisinin hesablanması üçün istifadə edilmişdir. Yoxlama ilə müəssisənin 2017-ci il üzrə əmlak vergisi Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 01.01.2017-ci il tarixə vergiyə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 51050,0 manat məbləğində, 01.01.2018-ci il tarixə 51050,0 manat məbləğində, orta illik qalıq dəyəri 51050,0 manat ((51050,0 manat + 51050,0 manat) : 2) müəyyən edilərək 510,5 manat məbləğində əmlak vergisi hesablanmışdır (51050,0 manat x 1%). Yoxlama ilə müəssisənin 2018-ci il üzrə əmlak vergisi Vergi Məcəlləsinin 202.0.1-ci maddəsinə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 01.01.2018-ci il tarixə vergiyə cəlb edilən əsas vəsaitlərinin qalıq dəyəri 51050,0 manat məbləğində, 01.01.2019-ci il tarixə 51050,0 manat məbləğində, orta illik qalıq dəyəri 51050,0 manat ((51050*0 manat + 51050,0 manat) : 2) müəyyən edilərək 510,5 manat məbləğində əmlak vergisi hesablanmışdır (51050,0 manat x 1%). Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama ilə müəssisənin 2017-2018-ci illər üzrə bəyannamə təqdim etməməklə 1021.0 manat məbləğində əmlak vergisindən yayındırılması müəyyən edilmişdir. Sadələşdirilmiş vergi üzrə: Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən 2017-ci ilin lll- İV rübləri və 2018-ci ilin l-İV rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb edilən ümumi hasilat 122940,0 manat məbləğində göstərilmiş və həmin hasilatdan Vergi Məcəlləsinin 220.1-ci maddəsi ilə nəzərdə tutulmuş 2% dərəcə ilə 2458,0 manat məbləğində sadələşdirilmiş vergi hesablanmışdır. Yoxlama ilə yoxlanılan dövrdə müəssisənin yalnız 2017-ci ilin İİİ rübü üzrə sadələşdirilmiş verginin ödəyicisinin olması, bu vergi növü məqsədləri üçün ümumi hasilatın 160308,4 manat olduğu müəyyən edilmiş və ondan Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən 2% dərəcə ilə 3206,17 manat məbləğində vergi hesablanmışdır. Aktdan və əlavə olunmuş cədvəllərdən göründüyü kimi, yoxlama nəticəsində müəssisə tərəfindən 2017-ci ilin İİİ rübü üzrə təqdim edilmiş bəyannamədə sadələşdirilmiş verginin 2706,17 manat azaldılması müəyyən edilmişdir. Həmçinin, yoxlama ilə müəssisənin Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun 01.10.2017-ci il tarixdən itirildiyi müəyyən edildiyindən, müəssisə tərəfindən 2017-ci ilin İV rübü və 2018-ci ilin l-İV rübləri üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən hesablanmış 1958,8 manat vergi məbləği hazırki yoxlama ilə azaldılmış və müəssisə tərəfindən bu vergi növü üzrə 1958,8 manat artıq hesablanması müəyyən edilmişdir. Qeyd olunanlar əsasında növbədənkənar səyyar vergi yoxlamasının nəticəsi 16.03.2020-ci il tarixli **********189839 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Beləliklə, yoxlama ilə 22141,05 manat mənfəət vergisinin, 1021,0 manat əmlak vergisinin, 2706,17 manat sadələşdirilmiş verginin, 252.0 manat ödəmə mənbəyində tutulan verginin və 176850,29 manat ƏDV-nin (cəmi 202970,51 manat) azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 10148.25 manat, həmçinin, vergi hesabatının verilməməsinə görə 1160 manat olmaqla, cəmi 102645,27 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, səyyar vergi yoxlaması VCİABİ tərəfindən məhz vergi ödəyicisinin özündən götürülmüş sənədlər üzrə aparılmışdır. Həmin sənədlərin VCİABİ tərəfindən götürülməsi "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə” 11.07.2019-cu il tarixli protokolda vergi ödəyicisinin möhürü və qanuni təmsilçinin imzası ilə təsdiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni əsaslı olmayan qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsində rədd olunması barədə qərar qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin 24.04.2020-ci il tarixli, **********199202 nömrəli qərarının ləğv edilməsi və həmin qərarla İddiaçı MMC-yə əsassız hesablanmış 202.970,51 manat vergi borcunun və 102.645,27 manat maliyyə sanksiyasının silinməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, mühasibat uçotunun aparılması ilə bağlı qanunvericilikdə qara mühasibatlıq anlayışı mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilər Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun hesablanmadığından, iddiaçıya hesablanmış ƏDV, mənfəət və sadələşdirilmiş vergi məbləği düzgün qiymətləndirilə bilməz. Məhkəmə eləcə də qeyd etmişdir ki, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 9/2414 nömrəli, 11 avqust 2021-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 16 mart 2020-ci il tarixli, **********189839 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə İddiaçı MMC-nin vergi orqanına təqdim etdiyi hesabatlarda əksini tapmış dövriyyədən artıq dövriyyə müəyyən olunmadığından müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablamış ƏDV, mənfəət və sadələşdirilmmiş vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Hazırki ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1021.0 manat məbləğində əmlak vergisinin və 252.0 manat məbləğində ÖVM-nin az hesablanması müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, göstərilən ekspert rəyindəki məlumatları şübhə altına almağa əsas verən heç bir sübut olmadığından həmin rəylə razılaşmalı və o, sübut kimi qəbul edilməlidir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxslərə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs: alğı-satqı, təhvil - təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən 13.12.2011-ci il tarixli Çıxarışa əsasən İddiaçı MMC 13.12.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmış, ********** dövlət qeydiyyat nömrəsi verilmiş, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyəti, maliyyə ili 1 yanvar – 31 dekabr, təsisçilər və nizamnamə kapitalında mayaların miqdarı X6 – 100%, qanuni təmsilçi X4r. İş materiallarında olan 16.03.2020-ci il tarixli, **********189839 nömrəli “Səyyar Vergi yoxlaması” Aktı-na əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 12.09.2019-cu il tarixli, **********189806 saylı qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vergi xidməti müşaviri X9, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi Auditi İdarəsinin İstehsal sahələri üzrə şöbəsinin dövlət vergi müfəttişi 1-ci dərəcəli müfəttiş X7 tərəfindən İddiaçı MMC (VÖEN **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə sadələşdirilmiş vergi 3-cü rüb 2017 - 2-ci rüb 2019, ödəmə mənbəyindən tutulan vergi 3-cü rüb 2017- 2-ci rüb 2019, əmlak vergisi 2017-ci il – 2018-ci il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-ci il – 2018-ci il, torpaq vergisi 2017-ci il – 2018-ci il, mədən vergisi oktyabr 2017- iyun 2019, əlavə dəyər vergisi oktyabr 2017 – iyun 2019, aksiz vergisi oktyabr 2017 – iyun 2019, mənfəət vergisi 2017-ci il Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 13.09.2019-cu il tarixdə başlanılmış və 12.03.2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama aşağıdakı qərarlara əsasən müvəqqəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: müvəqqəti dayandırma – 15.10.2019-cu il tarixli, **********191545 nömrəli qərarla 31 gün müddətinə, müvəqqəti dayandırma – 14.11.2019-cu il tarixli, **********193240 nömrəli qərarla 30 gün müddətinə, müvəqqəti dayandırma - 13.12.2019-cu il tarixli, **********194729 nömrəli qərarla 32 gün müddətinə, müvəqqəti dayandırma - 24.12.2019-cu il tarixli, **********195180 nömrəli qərarla 31 gün müddətinə, müvəqqəti dayandırma – 23.01.2020-ci il tarixli, **********196496 nömrəli qərarla 33 gün müddətinə, müvəqqəti dayandırma – 24.02.2020-ci il tarixli, **********197570 nömrəli qərarla – 25 gün müddətinə. Yoxlamanın nəticəsinə əsasən 2017ci il üzrə azaldılmış mənfəət vergisi 4933.80 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 2466.90 manat, 2018-ci il üzrə mənfəət vergisi 17207.25 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 8603.63 manat, 2017-ci il üzrə əmlak vergisi 51.50 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 255.25 manat, 2018-ci il üzrə əmlak vergisi 510.50 manat, həmin məbləğ tətbiq edilmiş maliyyə sanksiyası 255.25 manat, 2017ci il üzrə sadələşdirilmiş vergi məbləği 2706.17 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 1353.089 manat, 2018-ci il üzrə sadələşdirilmiş vergi məbləği 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2018-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi 252.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 126.00 manat, 2017-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 200.00 manat, 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 72.00 manat, 2019-cu il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 240.00 manat, cəmi azaldılmış məbləğ 26120.22 manat, maliyyə sanksiyası 14220.12 manat; 2017-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 26642.51 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 13321.26 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 92919.14 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 46459.57 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 57288.64 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 28644.32 manat, 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, cəmi azaldılmış 176850,29 manat, tətbiq edilmiş maliyyə sanksiyasının məbləği isə 88425.15 manat müəyyən edilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********19202 nömrəli, 24.04.2020-ci il tarixli qərarına əsasən, iddiaçıya 2017-ci il üzrə azaldılmış mənfəət vergisi 4933.80 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 2466.90 manat, 2018-ci il üzrə mənfəət vergisi 17207.25 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 8603.63 manat, 2017-ci il üzrə əmlak vergisi 51.50 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 255.25 manat, 2018-ci il üzrə əmlak vergisi 510.50 manat, həmin məbləğ tətbiq edilmiş maliyyə sanksiyası 255.25 manat, 2017ci il üzrə sadələşdirilmiş vergi məbləği 2706.17 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 1353.089 manat, 2018-ci il üzrə sadələşdirilmiş vergi məbləği 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2018-ci il üzrə ödəmə mənbəyindən tutulan vergi 252.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 126.00 manat, 2017-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 200.00 manat, 2018-ci il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 72.00 manat, 2019-cu il üzrə vergi hesabatının və arayışın vaxtında verilməməsi 0.00 manat, tətbiq edilmiş maliyyə sanksiyası 240.00 manat, cəmi azaldılmış məbləğ 26120.22 manat, maliyyə sanksiyası 14220.12 manat; 2017-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 26642.51 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 13321.26 manat, 2018-ci il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 92919.14 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 46459.57 manat, 2019-cu il üzrə əlavə dəyər vergisi (qeydiyyatsız) 57288.64 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 28644.32 manat, 2017-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2018-ci il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (Əlavə dəyər vergisi bəyannaməsi tərkibində) (qeydiyyatsız) 0.00 manat, həmin məbləğə tətbiq edilmiş maliyyə sanksiyası 0.00 manat, cəmi azaldılmış 176850,29 manat, tətbiq edilmiş maliyyə sanksiyasının məbləği isə 88425.15 manat hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2414 nömrəli, 11 avqust 2021-ci il tarixli ekspert rəyin nəticə hissəsində göstərilmişdir ki, birinci, ikinci, üçüncü və dördüncü suallar üzrə: rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hazırki tədqiqatla 16 mart 2020-ci il tarixli, **********189839 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə İddiaçı MMC-nin vergi orqanına təqdim etdiyi hesabatlarda əksini tapmış dövriyyədən artıq dövriyyə müəyyən olunmadığından müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablamış ƏDV, mənfəət və sadələşdirilmmiş vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Hazırki ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1021.0 manat məbləğində əmlak vergisinin və 252.0 manat məbləğində ÖVM-nin az hesablanması müəyyən olunur. Eyni zamanda qeyd edilmişdir ki, **********189839 nömrəli Səyyar vergi yoxlaması Aktında 16.03.2020-ci il tarixinə (yəni yoxlama aktının tərtib olunma tarixinə) müəssisənin büdcəyə 2026.45 manat məbləğində artıq ödənişi olduğu qeyd edilmişdir. Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 38.7-ci maddəsinə görə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): (38.7.1) vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər; (38.7.2) səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək; (38.7.3) vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; (38.7.4) səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək; (38.7.5) bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalardan müəyyən olunur ki, İddiaçı MMC-də (VÖEN-**********) 01.10.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və nəticədə müəssisə tərəfindən 22141,05 manat məbləğində mənfəət vergisinin, 1021,0 manat məbləğində əmlak vergisinin, 2706,17 manat məbləğində sadələşdirilmiş verginin, 252,0 manat məbləğində ÖMV-nin və 176850,29 manat məbləğində ƏDV-nin az hesablanması faktı müəyyən olunmuşdur. Yoxlamanın nəticələri öz əksini 16 mart 2020-ci il tarixli, **********189839 səyyar vergi yoxlaması aktında tapmışdır. Vergilər Nazirliyin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 08.01.2019-cu il, **********6025 nömrəli “Operativ vergi nəzarəti tədbirlərinin Keçirilməsi haqqında” qərarı üzrə vergi ödeyicisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müəssisədən yoxlanılan dövr üzrə aparılmış əməliyyatları əks etdirən "qara mühasibatlıq” sənədləri götürülmüşdür. Yoxlama zamanı həmin sənədlər araşdınldıqda 2018-ci il üzrə real istehsal və satış həcminin vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində əks etdirilmiş göstəricilərdən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Göründüyü kimi səyyar vergi yoxlaması zamanı vergilər VCİAD-nin nümayəndələri tərəfindən götürülmüş "qara mühasibatlıq" sənədləri əsasında hesablanmışdır. İş üzrə çıxarılmış ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində göstərilmişdir ki, səyyar vergi yoxlaması aktında göstərilənlərlə bağlı bildirlir ki, məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Lakin vergi orqaril tərəfindən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyünün müəyyən edilməsi üçün iş materiallarında, mühasibat sənədləri (qaimə fakturalar, VHF-lər, elektron qaimə-faktura, kassa mədaxil-məxaric orderləri, ödəniş tapşırıqları, aktlar və s.) mövcud deyildir. Yuxarıda da göstərildiyi kimi, səyyar vergi yoxlaması ilə müəssisədən götürülmüş “qara mühasibatlıq” sənədləri nəzərə alınmaqla əlavə olaraq vergilər (ƏDV, mənfəət, sadələşdirilmiş vergi) hesablanmışdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır (“Mühasibat uçotu haqqında” AR Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmileşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ-hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Habelə, "Mühasibat uçotu haqqında" 29 iyun 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 07.02.2005-ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Prezidentinin 09.02.2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30.01.2017-ci tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib. Həmin sənəd 08.02.2017 tarixdə **********0001 nömrəsi ilə X12 Reyestrində qeydiyyata alınıb. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilib. Belə ki, ilkin uçot sənədləri - maliyyə təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1. Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3. İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4. Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtında mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvericilikdə “qara mühasibatıığa” dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Bununla yanaşı Azərbaycan Respublikasının Vergi Məcəlləsində də “qara mühasibatlıq” anlayışı verilməmişdir. O cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) və 83-cü (Vergi orqanları tərəfindən vergilərin hesablanması) maddələrinin tələblərində də “qara mühasibatlıq" sənədləri ilə bağlı hər-hansı bir qeyd və ya istinad nəzərdə tutulmamışdır. Vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 1.vergitutma obyekti;

2. vergitutma bazası; 3. vergi dövrü; 4. vergi dərəcəsi; 5. verginin hesablanması qaydası; 6. verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin), ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). Göründüyü kimi, səyyar vergi yoxlaması ile əlavə hesablanmış vergilər Vergi Məcəlləsinin 12-ci maddəsinə uyğun hesablanmamışdır. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən hazırki tədqiqatla 16 mart 2020-ci il tarixli, **********189839 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə İddiaçı MMC-nin vergi orqanına təqdim etdiyi hesabatlarda əksini tapmış dövriyyədən artıq dövriyyə müəyyən olunmadığından müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış ƏDV, mənfəət və sadələşdirilmiş vergi məbləğlərinin düzgünlüyü müəyyən olunmur. Hazırkı ekspertiza zamanı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan 1021,0 manat məbləğində əmlak vergisinin və 252,0 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, **********189839 nömrəli Səyyar vergi yoxlaması Aktında 16.03.2020-ci il tarixinə (yəni yoxlama aktının tərtib olunma tarixinə) müəssisənin büdcəyə 2026,45 manat məbləğində artıq ödənişi olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, qara mühasibatlıq” sənədlərə istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-1030/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar