Məhkəmə qərarları › İş №2-1(103)-1190/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1190/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1190/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6 X16nə qarşı (üçüncü şəxs X5) “hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7146/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X6 X16nə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti X6 X16 tərəfindən ünvan 1 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli hərracın və Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs X5 arasında daşınmaz əmlakın alqısatqısına dair bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli müqavilənin etibarsız hesab olunması, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsi tərəfindən qeydə alınmış daşınmaz əmlaka mülkiyyət hüququna dair müvafiq çıxarışın üçüncü şəxs X3 nisbətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X16nin cavabdehlər siyahısından çıxarılmasını və Əmlak Məsələləri Dövlət Xidmətinin X6 X16 tərəfindən ünvan 2 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolunun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsinin etibarsız hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 13 fevral 1995-ci ildə ünvan 1 ünvanda yerləşən 4 saylı “Gilavar” adlı kafedə bufetçi vəzifəsinə təyin edilmiş və qeyriyaşayış sahəsi həmin tarixdən etibarən İddiaçı istifadəsinə verilmişdir. İstifadədə olma faktı Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə təqdim olunmuş kassa mədaxil orderinin qəbzləri ilə sübut olunur. 15 noyabr 2016-cı ildə İddiaçı istifadəsində olan əmlakın 15 faizini "Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6-cı maddəsində müəyyən olunmuş qaydada, əmək kollektivinin üzvü kimi güzəştli şərtlə əldə etmiş, nəticədə həmin qeyri-yaşayış sahəsinin 15 faizinə münasibətdə mülkiyyət hüququ yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi (hal-hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin X6 X16) tərəfindən adı çəkilən əmlakın 15 faizinin mülkiyyətçisi İddiaçı əmlakın satın alınması barədə heç bir yazılı təklif və ya bildiriş təqdim edilmədən, əmlak, eləcə də həmin əmlakın yerləşdiyi 882 kv.m torpaq sahəsi ümumi hərraca çıxarılmış və xx.xx.2022ci il tarixində qanunsuz olaraq keçirilən hərracla X7ma satılmış, nəticədə Əmlak Məsələləri Dövlət Xidməti ilə X5 arasında daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli 85 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X13 Şəxsi tərəfindən X2 obyektin 85 faizinə, eləcə də əmlakın yerləşdiyi 882 kv.m torpaq sahəsinə olan mülkiyyət hüququ müvafiq çıxarışla qeydə alınmışdır. 15 noyabr 2016-cı ildə keçirilən hərrac nəticəsində dövlət müəssisəsinin ilkin start qiymətinin 15 faizi İddiaçı tərəfindən satın alınmış və həmin hissəyə münasibətdə mülkiyyət hüququ müvafiq dövlət orqanında qeydiyyata alınmışdır. Bundan sonra əmlakın 15 faizi İddiaçı, qalan 85 faizi isə dövlət mülkiyyəti olmaqla ümumi paylı mülkiyyət münasibətləri yaranmış və yenə 100 faiz həcmində İddiaçı istifadəsində olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmçinin həmin Məcəllə ilə müəyyən olunmuş qaydaya əsasən paylı mülkiyyətin ümumi hərraca çıxarılması yalnız bütün mülkiyyətçilərin razılığı və ya məhkəmə qərarı əsasında mümkündür. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. İddiaçı həmin əmlaka olan pay hüququ əmlakın üçüncü şəxsə satılması yolu ilə özəlləşdirilməsi və hərracların keçirilməsi zamanı nəzərə alınmalı idi. Lakin adı çəkilən obyekt Mülki Məcəllənin sadalanan normalarının kobud şəkildə pozulması ilə İddiaçı hər hansı bir yazılı bildiriş təqdim edilmədən, obyektin naturada bölünməsi və ya kompensasiya edilməsi məsələsi həll edilmədən, İddiaçı ilə razılaşdırılmadan və barəsində hər hansı bir məhkəmə qərarı olmadan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qanunsuz olaraq hərraca çıxarılmışdır. Eyni zamanda "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının” 4.6.2-ci maddəsinin “b” bəndinə əsasən kiçik müəssisələrin dəyərinin (obyektin start qiymətinin) 15%-i əmək kollektivinə güzəştli satışa yönəldilir, 85%-i isə ilkin start qiyməti ilə ilk növbədə icarəçiyə təklif olunur. Qeyd olunan “Gilavar” adlı kafenin istifadəsinə dair rəsmi icarə müqaviləsi mövcud olmasa belə həmin müəssisənin istifadəsinə dair yaranmış münasibətlər hüquqi baxımdan icarə münasibətlərinin xarakterinə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Buna görə də həmin münasibətlər icarə münasibətləri kimi qəbul olunmalı və obyektin müqavilə üzrə icarəçisi olmadığından müəssisənin start qiymətinin 85 faizi ilk növbədə obyektin bütünlükdə istifadəçisi və 15 faizinin mülkiyyətçisi olan İddiaçı təklif edilməli idi. İcarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır. Adı çəkilən Dövlət Proqramında əmlakın icarəçisinin, eləcə də əmək kollektivinin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı keçirilən hərracda iştirak hüququ da nəzərdə tutulmuşdur. X11 6.4-cü maddəsinə əsasən kiçik müəssisənin hərraca çıxarılan hissəsinin (müəssisənin nizamnamə kapitalının, obyektin start qiymətinin 85%nin) hərrac qalibi əmək kollektivi olduqda, bu hissə 100% hesab edilməklə, hərrac qiymətinin 30%-i müvafiq qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ən geci 5 (beş) bank günü ərzində vəkil olunmuş şəxs tərəfindən pulla ödənilir, hərrac qiymətinin 30%-i üzrə ödənişi həyata keçirən alıcılara hərrac qiymətinin 30%-i həcmində güzəşt edilir (bu hissə əmək kollektivi üzvləri arasında bərabər bölüşdürülməklə əvəzsiz verilir), 40%-i isə alqı-satqı müqaviləsində müəyyənləşən müddətdə, lakin 2 ildən gec olmayaraq vəkil olunmuş şəxs tərəfindən ödənilir. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramının 9.1-ci maddəsinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Xidməti tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Nəzərə alsaq ki, adı çəkilən əmlakın dövlətə məxsus olan 85 faizi özəlləşdirilməzdən əvvəl İddiaçı həmin əmlakın 15 faizinin mülkiyyətçisi idi, o zaman əmlakın yerləşdiyi torpaq sahəsi də İddiaçı təklif edilməli idi. Bundan əlavə, Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4.0.1-ci maddəsinə əsasən həmin qanun istisna hal kimi özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinə aid edilə bilər. Belə olan halda isə qanunun tələbinə əsasən adı çəkilən obyektin yerləşdiyi 882 kv.m torpaq sahəsi deyil, həmin obyektin altında yerləşən 324,8 kv.m torpaq sahəsi özəlləşdirilə bilərdi. 1995-ci ildə obyekt istifadəyə verilərkən obyektin 156,5 kv.m əsas sahə, 31,1 kv.m köməkçi sahə olmaqla ümumilikdə 187,6 kv.m ərazisi mövcud olmuşdur. Həmin fakt istifadəçi İddiaçı təqdim edilmiş 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportunda öz əksini tapmışdır. İstifadə dövründə İddiaçı tərəfindən tədricən xeyli miqdarda vəsait xərclənməsi hesabına obyektin sahəsi genişləndirilmiş və hazırda 324,8 kv.m təşkil edir. Əmlak Məsələləri Dövlət Xidməti isə obyektin sahəsinin istifadəçi tərəfindən genişləndirilməsini nəzərə almadan tam həcmdə, yəni 324,8 kv.m həcmində hərraca çıxarmış və özəlləşdirmişdir. Eyni zamanda 2-ci Dövlət Proqramının 9.2-ci maddəsinə əsasən üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Obyektin 1995-ci ildən indiyədək genişləndirilmiş 137,2 kv.m sahəsinin İddiaçı tərəfindən inşa edildiyini nəzərə alaraq həmin obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramının 9.2-ci maddəsində nəzərdə tutulan qaydada aparılmalı idi. Beləliklə, qeyd olunanlara əsasən ünvan 2 ünvanda yerləşən 4 saylı ‘’Gilavar” adlı kafeyə və həmin obyektin yerləşdiyi 882 kv.m torpaq sahəsinə münasibətdə, əmlakın digər mülkiyyətçisi eyni zamanda əmək kollektivinin üzvü olan İddiaçı əmlakı satın alması barədə hər hansı bir təklif edilmədən, əmlakın dövlət mülkiyyətində olan hissəsinin ümumi hərraca çıxarılması, eləcə də başqa şəxsə satılması mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə ziddir və həmin hərrac etibarsız hesab edilərək nəticələri ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-7146/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti X6 X16 tərəfindən ünvan 2 ünvanda yerləşən 4 saylı “Gilavar” kafe adlı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair keçirilmiş xx.xx.2022-ci il tarixli 01 saylı hərrac protokolu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə üçüncü şəxs X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 85 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda həmin qərardan üçüncü şəxs X5 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsassızdır, qərar ləğv edilməli, iddia rədd edilməlidir. Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 4 saylı kafenin (Gilavar) və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan sərəncama əsasən müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85%-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir. Müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-i əmək kollektivi üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmişdir. Daha sonra qeyd olunan sərəncama uyğun olaraq əmlakın qalan 85%-i və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi hərrac yolu ilə özəlləşdirməyə çıxarılmış və Xidmətin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Qeyd olunan əmlak və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu hərracda hərracın qalibi X5 tərəfindən özəlləşdirilmiş və bununla bağlı Komitə ilə Mətanət Məmmədova arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 6-cı hissəsinə uyğun olaraq, kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi zamanı müəssisənin nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir, 85%-i isə hərrac vasitəsilə satılır. İİ Dövlət Proqramının qeyd olunan tələblərinə uyğun olaraq, qeyd olunan sərəncamla mübahisə predmeti olan obyekt kiçik müəssisə kimi özəlləşdirilməklə ilkin (start) qiymətinin 15%-i işçilərə birbaşa güzəştli satışa yönəldilmiş, 85%-nin isə hərraca çıxarılması nəzərdə tutulmuşdur. Müəssisənin əmək kollektivinin üzvü – (İddiaçı) güzəştli satışda iştirak etmişdir və ona müəssisənin qiymətinin 15 faizi dəyərində əmlakın alınmasına dair mülkiyyət hüququnu təsdiq edən bildiriş verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin yalnız 15%-i üzərində iddiaçının mülkiyyət hüququ olmuşdur, Xidmət tərəfindən hərraca çıxarılmış qeyri-yaşayış sahəsinin 85 faiz hissəsi və onun yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmuş və ona dair iddiaçı heç bir hüquqa malik olmamışdır. Mülki Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Beləliklə, mübahisənin predmeti olan qeyri-yaşayış və onun yerləşdiyi torpaq sahəsinə dair keçirilmiş hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ olmuşdur. Qeyd olunan əmlakla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən rəsmi qaydada elan verilmiş, Xidmət hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımamışdır. Belə olan halda iddiaçının mübahisəli əmlakın yalnız əmək kollektivi üzvlərinə satışa yönəldilən 15% hissəsi ilə bağlı iddia qaldırmaq hüququ ola bilərdi ki, qeyd olunan hissə ilə bağlı Xidmət tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Mübahisəli əmlaka dair Əmlak Məsələləri Dövlət Xidməti ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, əmlakın özəlləşdirilməsi ilə bağlı Xidmət tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda iddiaçı mübahisəli əmlak üzərində hər hansı hüquqlara malik olmadığı halda, özəlləşdirmənin “Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.2-ci maddəsi uyğun olaraq “İcarəyə verilmiş dövlət əmlakının satışı” qaydalarına uyğun olaraq aparılması ilə bağlı mövqeyi əsassızdır. Bundan əlavə iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 85 faizinin özəlləşdirilməsindən qabaq həmin sahənin 15 faizinin ona məxsus olduğunu, bu səbəbdən də mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin özəlləşdirmədən qabaq ona təklif olunmalı olduğunu qeyd etmişdir. Qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 6-cı hissəsinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, qeyd olunan qaydalara uyğun olaraq kiçik müəssisələr özəlləşdirilərkən yalnız müəssisənin (obyektin) start qiymətinin 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli qaydada satışı nəzərdə tutulur. Məhz qeyd olunan qaydalara uyğun olaraq mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamı ilə müəssisənin (obyektin) 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli qaydada, əmlakın qalan 85 faizinin və müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərraclar vasitəsilə satışı yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Mübahisə predmeti olan əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə Xidmətin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, “www.emdk.gov.az” rəsmi internet saytında və “www.privatization.az” özəlləşdirmə portalında elan verilmiş, eyni zamanda əmək kollektivinin üzvü olan İddiaçı xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclar barəsində əvvəlcədən Komitə tərəfindən məlumatlandırılmış və ona bu barədə bildiriş təqdim edilmişdir, baxmayaraq ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə keçiriləcək hərrac barədə Komitə tərəfindən rəsmi elan verilməsi vəzifəsi istisna olmaqla, əlavə digər vasitələrlə fiziki və hüquqi şəxslərin məlumatlandırılması müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunan bildirişlərdə müəssisənin (obyektin) satılmadığı halda yenidən hərraca çıxarılacağı və təkrar hərrac barədə məlumatın bildirişdə qeyd olunan mətbu orqanında və Komitənin rəsmi internet səhifəsində əks olunacağı iddiaçıya bildirilmişdir. Beləliklə qanunvericilikdə Komitənin hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımadığı halda, Komitə tərəfindən iddiaçıya təqdim olunmuş bildirişlərdən görünür ki, iddiaçı mübahisəli əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərrac yolu ilə özəlləşdirilməsindən məlumatlı olmuş və mübahisə predmeti olan əmlaka və onun yerləşdiyi torpaq sahəsinə dair keçirilmiş hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ ona izah olunmuşdur. Göründüyü kimi qeyd edilən mübahisə predmeti olan qeyri-yaşayış və onun yerləşdiyi torpaq sahəsinin satışı ilə əlaqədar keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Xidmətin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Beləliklə, iddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsinə dair qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Hazırkı məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən dövlət əmlakının özəlləşdirilməsi sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarında və etirazda qeyd olunanları nəzərə almadan, iş materialları ilə uzlaşmayan bir neçə əsasa istinad etmişdir. Belə ki, məhkəmə ilk növbədə mübahisə predmeti olan əmlakın 85%-nin hərrac vasitəsilə satışa çıxarılması barədə iddiaçıya heç bir məlumat verilmədiyi bildirmişdir. Halbuki Xidmət tərəfindən tam əsaslı olaraq iddiaya dair etirazda Mülki Məcəllənin 415-cı və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 16.2-ci və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Proqramın 6.2-ci bəndinə əsaslanaraq dövlət əmlakın özəlləşdirilməsi üsulunu seçmək hüququnun Xidmətə məxsus olduğu bildirilmiş, buna uyğun olaraq mübahisə predmeti olan əmlakın 85% hissəsinin hərrac vasitəsilə keçirilməsinin qanunvericiliyin tələbindən irəli gəldiyi və Komitənin hərrac barədə rəsmi elan verilməsi vəzifəsi istisna olmaqla (hərraca çıxarılması barədə Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetindən çıxarışlar məhkəməyə təqdim olunmuşdur), əlavə digər vasitələrlə fiziki və hüquqi şəxslərin məlumatlandırılması müəyyən edilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, qanunvericiliklə vəzifəsi olmadığı halda əmək kollektivinin üzvü olan İddiaçı əmlakın 85%-nə dair xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclar barəsində əvvəlcədən Komitə tərəfindən məlumatlandırılmışdır. Bununla belə birinci instansiya məhkəməsi qeyd olunan bildirişlərin iddiaçıya çatdırılması barədə məhkəməyə hər hansı sübutun təqdim olunmadığını qeyd etsə də, nəzərə almamışdır ki, bildirişlərin üzərində iddiaçı tərəfindən “qəbul etdim” və “məktubu aldım” qeydləri qoyularaq imzalanmışdır. Məhkəmə tərəfindən araşdırılmış iş materialları ilə müəyyən olunur ki, Komitənin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamı ilə mübahisə predmeti olan müəssisənin (obyektin) əmlakının (324 kv.m qeyri-yaşayış binası) 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85%-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmiş və müəssisənin 15%-i əmək kollektivinin üzvü olmuş İddiaçı (qərarın 6-cı səhifəsinin 5 və 7-ci abzasları) tərəfindən satın alınmışdır. Göründüyü kimi, mübahisə predmeti olan əmlak Komitənin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı üsulu ilə həyata keçirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirmə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilmişdir. Bu səbəbdən mübahisə predmeti olan əmlakın 15% hissəsinin iddiaçının özü tərəfindən özəlləşdirildiyi halda, əmlakın qalan hissəsinin özəlləşdirilməsinin həyata keçirilməsindən xəbərsiz olması ilə bağlı iddia ərizəsində qeyd olunan və bununla bağlı hazırkı qərarda müəssisənin (obyektin) 85%-nin və onun yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışa çıxarılması barədə iddiaçıya məlumat verilməməsi barədə öz əksini tapmış əsası olmayan dəlillər istinad olunan qanunvericilik aktları ilə təkzib olunduğundan əsassız sayılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahisə predmeti olan əmlakın özəlləşdirməsi barədə Komitə tərəfindən qəbul edilmiş qərardan məlumatsız olması və özəlləşdirmənin mübahisələndirilməsi zamanı iddia müddətinin ötürülməməsi barədə qeyd olunanlar hazırkı işin halları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Qeyd edilən Əsasnamənin 15-ci bəndinə uyğun olaraq balanssaxlayıcı Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin təqdim etdiyi sənədlər əsasında mübahisə predmeti olan 324.8 kv.m olan qeyri-yaşayış sahəsinə (ümumi torpaq sahəsi 882 kv.m) dair Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının registrində müvafiq qeydiyyat aparılmışdır. Belə ki, mübahisə predmeti olan müəssisənin (obyektin) və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsinə dair Komitə tərəfindən qərar qəbul edilən zaman iddiaçının həmin sahə üzərində hər hansı hüququ mövcud olmamışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Belə ki, məhkəməyə təqdim olunmuş registrdən çıxarışdan görünür ki, mübahisə predmeti olan əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmaqla dövlət mülkiyyətində olmuşdur. Belə olan halda mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olduğundan, həmin hüququn qeydə alınmasına əsas olmuş sənədlərin etibarlılığına hər hansı şübhə ola bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan əmlakın registrə daxil edilməsi və həmin əmlakın qiymətləndirilməsi zamanı qanunsuzluğa yol verilməsi ilə bağlı qeyd edilənlər hazırkı işin araşdırma predmeti olmadığından, həmçinin qeyd olunan hallarla bağlı müvafiq məsələləri tənzimləyən qanunvericilik aktlarına uyğun olmadığından əsassız sayılmalıdır. Torpaq Məcəlləsinin 88ci maddəsinin ikinci hissəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı müvafiq münasibətləri tənzimləyən qanunvericilik aktlarını kifayət qədər araşdırmadan və onun tərəfindən istinad olunan maddi hüquq normalarını yanlış şərh edərək, dövlət mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən tikilinin eyni vaxta özəlləşdirilməsinin mümkün olmadığını və torpaq sahəsinə dair özəlləşdirmənin üzərindəki tikilinin özəlləşdirilməsindən sonra aparılmalı olduğunu bildirmişdir. Halbuki qeyd olunan maddənin tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan tikililərin onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə satılması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Qanunvericilikdən göründüyü kimi, iddiaçının yalnız mübahisə predmeti olmuş müəssisənin (obyektin) yalnız əmək kollektivi üzvlərinə satışa yönəldilən 15% hissəsinin özəlləşdirilməsində üstün hüquqları olmuşdur ki, qeyd olunan hissədə Xidmət tərəfindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Beləliklə, mübahisə predmeti olan müəssisənin 85%-i və onun yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının adına qeydə alınmış hər hansı hüquq mövcud olmadığından, o hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçı iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı bundan əvvəl mübahisə predmeti olan qeyri-yaşayış və onun yerlədiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq sərəncam qəbul edilməsindən və əmlaka dair keçirilmiş hərraclardan məlumatlı olmuşdur. Bundan əlavə, mübahisə predmeti olan əmlak Mətanət Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixində özəlləşdirilmiş və 1 il ərzində xüsusi mülkiyyətdə olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Üçüncü şəxs X5 tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisə açdığı hərracın nəticələri cavabdehin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamının icrası əsasında qəbul edildiyindən və sərəncam qüvvədə olmaqla etibarsız sayılmadığından, onun nəticələrinin etibarsız sayılması barədə iddia da əsaslı sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, həmin normaların mahiyyəti baxımından inzibati aktın hüquqi qüvvəsi onun etibarlılığına bağlıdır və yalnız etibarlı inzibati aktlar hüquqi qüvvəyə malik olur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Bu baxımdan inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində etibarsız inzibati aktların dairəsi müəyyən edilmişdir. Başqa sözlə, qanunverici tərəfindən inzibati aktın qəbul edildiyi andan etibarsız sayılmasını şərtləndirən hallar və bunun üzərindən qəbul edildiyi andan etibarsız sayılan inzibati aktlar əvvəlcədən həmin normada təsbit edilmişdir. İddiaçı bundan əvvəl mübahisə predmeti olan qeyriyaşayış və onun yerlədiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq sərəncam qəbul edilməsindən və əmlaka dair keçirilmiş hərraclardan məlumatlı olmuşdur. Bundan əlavə, mübahisə predmeti olan əmlak Mətanət Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixində özəlləşdirilmiş və 1 il ərzində xüsusi mülkiyyətdə olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsinə dair qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş bir illik müddət də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından çıxarışlardan görünür ki, sahəsi 324.8 kv.m olan ünvan 3 və onun yerləşdiyi 882 kv.m torpaq sahəsinin satışa çıxarılması ilə bağlı xx.xx.2017-ci il tarixdə saat 11:00-da, xx.xx.2019-cu il tarixdə saat 11:00-da, xx.xx.2021-ci il tarixdə saat 10:00-da, xx.xx.2021-ci il tarixdə saat 10:00-da hərracın elanları dərc edilmişdir. “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az - özəlləşdirmə portalında elan verilmişdir. Bu isə hərracın keçirilməsi şərtlərinə tam uyğun olan hal idi. Sözügedən əmlaka dair keçiriləcək hərrac barədə qanunvericiliklə müəyyən edilmiş qaydada qabaqcadan kütləvi informasiya vasitələrində məlumat dərc olunmuşdur və hazırkı iş üzrə cavabdeh tərəfindən hərracın keçirilməsi qaydalarının pozulma halları müəyyən olunmamışdır. Qeyd olunan əmlak və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu hərracda hərracın qalibi X5 tərəfindən özəlləşdirilmiş və bununla bağlı Komitə ilə Mətanət Məmmədova arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyd olunan maddədə müddətin başlanğıcı təyin edilərkən “bildiyi gün” ilə yanaşı “bilməli olduğu gün” ifadəsi təsbit olunmuşdur. İddiaçı hərracın keçirilməsi, satış protokolu və alqı-satqı müqaviləsinin mövcudluğunu qeyd olunan tarixlərdə bilməli idi. Müddət bitdiyinə görə isə iddiaçı hərracı və onun nəticəsinə dair protokolu mübahisələndirə bilməzdi. Lakin Məhkəmə tərəfindən qeyd olunan halların heç biri nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsi mübahisələndirilən qərarda işə baxan zaman etirazında göstərilən halların heç birinə münasibət bildirməmiş, ancaq iddiaçı tərəfin arqumentlərinə istinad etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən 4 saylı kafenin (Gilavar) və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan sərəncama əsasən müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85%-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir. Müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-i əmək kollektivi üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmişdir. Daha sonra qeyd olunan sərəncama uyğun olaraq əmlakın qalan 85%-i və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi hərrac yolu ilə özəlləşdirməyə çıxarılmış və Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında www.privatization.az - özəlləşdirmə portalında elan verilmişdir. Qeyd olunan əmlak və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu hərracda hərracın qalibi X5 tərəfindən özəlləşdirilmiş və bununla bağlı Komitə ilə Mətanət Məmmədova arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müəssisənin əmək kollektivinin üzvü İddiaçı güzəştli satışda iştirak etmişdir və onlara müəssisənin qiymətinin 15 faizi dəyərində əmlakın alınmasına dair mülkiyyət hüququnu təsdiq edən bildiriş verilmişdir. Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin yalnız 15%-i üzərində iddiaçının mülkiyyət hüququ olmuşdur, Komitə tərəfindən hərraca çıxarılmış qeyri-yaşayış sahəsinin 85 faiz hissəsi və onun yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olmuş və ona dair iddiaçı heç bir hüquqa malik olmamışdır. Beləliklə, mübahisənin predmeti olan qeyriyaşayış və onun yerləşdiyi torpaq sahəsinə dair keçirilmiş hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ olmuşdur. Qeyd olunan əmlakla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəsmi qaydada elan verilmiş, Komitə hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımamışdır. Belə olan halda iddiaçının mübahisəli əmlakın yalnız əmək kollektivi üzvlərinə satışa yönəldilən 15% hissəsi ilə bağlı iddia qaldırmaq hüququ ola bilərdi ki, qeyd olunan hissə ilə bağlı Komitə tərəfindən iddiaçının hər hansı hüququ pozulmamışdır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Mübahisəli əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, əmlakın özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda iddiaçı mübahisəli əmlak üzərində rəsmi reyestrdə qeydə alınmış hər hansı hüquqlara malik olmadığı halda, özəlləşdirmənin “Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.2-ci maddəsi uyğun olaraq “İcarəyə verilmiş dövlət əmlakının satışı” qaydalarına uyğun olaraq aparılması ilə bağlı mövqeyi əsassızdır. Bundan əlavə, iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin 85 faizinin özəlləşdirilməsindən qabaq həmin sahənin 15 faizinin ona məxsus olduğunu, bu səbəbdən də mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinin özəlləşdirmədən qabaq ona təklif olunmalı olduğunu qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə predmeti olan dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın altıncı hissəsinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, qeyd olunan qaydalara uyğun olaraq kiçik müəssisələr özəlləşdirilərkən yalnız müəssisənin (obyektin) start qiymətinin 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli qaydada satışı nəzərdə tutulur. Məhz qeyd olunan qaydalara uyğun olaraq mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli, 135 nömrəli sərəncamla müəssisənin (obyektin) 15 faizinin əmək kollektivi üzvlərinə güzəştli qaydada, əmlakın qalan 85 faizinin və müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərraclar vasitəsilə satışı yolu ilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Mübahisə predmeti olan əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, “www.emdk.gov.az” rəsmi internet saytında və “www.privatization.az” özəlləşdirmə portalında elan verilmiş, eyni zamanda əmək kollektivinin üzvü olan İddiaçı xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə keçirilmiş hərraclar barəsində əvvəlcədən Komitə tərəfindən məlumatlandırılmış və ona bu barədə bildiriş təqdim edilmişdir. Baxmayaraq ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” ilə keçiriləcək hərrac barədə Komitə tərəfindən rəsmi elan verilməsi vəzifəsi istisna olmaqla, əlavə digər vasitələrlə fiziki və hüquqi şəxslərin məlumatlandırılması müəyyən edilməmişdir. Eyni zamanda qeyd olunan bildirişlərdə müəssisənin (obyektin) satılmadığı halda yenidən hərraca çıxarılacağı və təkrar hərrac barədə məlumatın bildirişdə qeyd olunan mətbu orqanında və Komitənin rəsmi internet səhifəsində əks olunacağı iddiaçıya bildirilmişdir. Beləliklə, qanunvericilikdə Komitənin hərrac barədə hər hansı şəxsi fərdi qaydada məlumatlandırma öhdəliyi daşımadığı halda, Komitə tərəfindən iddiaçıya təqdim olunmuş bildirişlərdən görünür ki, iddiaçı mübahisəli əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərrac yolu ilə özəlləşdirilməsindən məlumatlı olmuş və mübahisə predmeti olan əmlaka və onun yerləşdiyi torpaq sahəsinə dair keçirilmiş hərracda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak etmək və obyekti ümumi əsaslarla (hərracda qalib gəlməklə) əldə etmək hüququ ona izah olunmuşdur. Göründüyü kimi, qeyd edilən mübahisə predmeti olan qeyri-yaşayış və onun yerləşdiyi torpaq sahəsinin satışı ilə əlaqədar keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun olmuşdur və Xidmətin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının hər hansı hüquqları pozulmamışdır. Eyni zamanda iddiaçı iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı bundan əvvəl mübahisə predmeti olan qeyri-yaşayış və onun yerlədiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq sərəncam qəbul edilməsindən və əmlaka dair keçirilmiş hərraclardan məlumatlı olmuşdur. Bundan əlavə, mübahisə predmeti olan əmlak Mətanət Məmmədova tərəfindən xx.xx.2022-ci il tarixində özəlləşdirilmiş və 1 il ərzində xüsusi mülkiyyətdə olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı mübahisə predmeti olan əmlakın özəlləşdirilməsinə dair qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın qanunsuz olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X14 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və iddiaçının nümayəndəsi X4 hər iki apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 60.1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. 60.2. Özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, yaxud xarici hüquqi şəxs olduqda isə o, müvafiq torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. 60.3. Müəssisə (obyekt) özəlləşdirilərkən, onun yerləşdiyi torpaq sahəsinin qiyməti həmin müəssisənin (obyektin) qiymətindən asılı olmayaraq ayrıca müəyyənləşdirilir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. 1.0.3. özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. 1.0.4. (müəssisənin, obyektin) start qiyməti - qanunvericiliklə nəzərdə tutulmuş qayda tətbiq edilməklə əmlakın hesablanmış və ilk hərraca çıxarılma qiymətidir. 5.1. Müəyyən dövr üçün dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsində öncüllüklər (prioritetlər), məhdudiyyətlər, dövlət mülkiyyətin fiziki və hüquqi şəxslər tərəfindən alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan Dövlət Proqramında müəyyən olunur. 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. 16.2. Dövlət əmlakının hansı üsulla özəlləşdirilməsi bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə:

2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.

4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.

6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.

10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.

12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Dövlət Xidməti aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”: 6.1. Kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kiçik müəssisənin nizamnamə kapitalı (obyektin start qiyməti) müəyyən olunur; kiçik müəssisənin nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i İİ Dövlət Proqramının 4.2-ci bölməsində nəzərdə tutulmuş qaydada əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir; kiçik müəssisənin nizamnamə kapitalının (obyektin satış qiymətinin) 85%-i İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulmuş satış üsuluna uyğun olaraq satılır. 9.1. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Xidməti tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 9.2. Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə:

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.

3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.

4. Azərbaycan Respublikasının dövlət əmlakının Registri Azərbaycan Respublikasının mülkiyyətidir.

7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.

8. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Dövlət Xidməti tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir.

18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən 01 №-li hərrac protokolundan görünür ki, X5 ünvan 2 ünvanında yerləşən 4 saylı kafe (Gilavar) (ümumi faydalı sahəsi-324,8 kv.m) və 882,0 kv.m torpaq sahəsinin hərracdan satış qiyməti ilə 166300,00-(bir yüz altmış altı min üç yüz) manata alması barədə hərracın qalibi olmuşdur. İş materiallarında olan Daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli, 85 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X5 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə keçirilən hərracın 01 №-li protokoluna əsasən ünvan 2 ünvanında yerləşən 4 saylı kafe (Gilavar) (ümumi faydalı sahəsi-324,8 kv.m) və 882,0 kv.m torpaq sahəsinin hərracdan satış qiyməti ilə 166300,00-(bir yüz altmış altı min üç yüz) manata Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən satın almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan əmlak kompleksinin 85%-i və onun yerləşdiyi 0,0882 ha torpaq sahəsi üzərində X2 mülkiyyət hüququ və ünvan 3 ünvanında yerləşən sahəsi 324.8 kv.m olan əmlak kompleksinin 15%-i üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin faktiki halları ondan ibarətdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2016cı il tarixli, 135 nömrəli “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” Sərəncamı ilə bu sərəncamda göstərilən müəssisələrin (obyektlərin) və onların yerləşdiyi torpaq sahələrinin (o cümlədən ünvan 2 ünvanında yerləşən 4 saylı kafenin (Gilavar) və onun yerləşdiyi torpaq sahəsi) özəlləşdirilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-nin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli qaydada, əmlakın qalan 85%-nin və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışı barədə qərar qəbul edilmişdir. Müəssisənin (obyektin) əmlakının (324.8 kv.m qeyri-yaşayış binası) ilkin start qiymətinin 15%-i əmək kollektivi üzvü olmuş İddiaçı tərəfindən özəlləşdirilmiş və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 15%-i üzərində iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daha sonra yuxarıda qeyd olunan sərəncama uyğun olaraq əmlakın qalan 85%-i və həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi hərrac yolu ilə özəlləşdirməyə çıxarılmış və xx.xx.2022-ci il tarixdə keçirilmiş sonuncu hərracda hərracın qalibi iş üzrə 3-cü şəxs olan X5 tərəfindən özəlləşdirilmiş, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti ilə Mətanət Məmmədova arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 324.8 kv.m 85%-i üzərində, habelə bütövlükdə onun yerləşdiyi 0,0882 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı hazırda 01 saylı xx.xx.2022-ci il tarixli hərrac protokolunu və onun əsasında bağlanmış xx.xx.2022-ci il tarixli 85 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin bir hissəsinin, çıxarışda qeyd edilən 324.8 kv.m olan sahənin 15%-nin paylı mülkiyyətçisi olsa da, mübahisələndirilən əmlak və altındakı torpaq sahəsi uzun illər onun istifadəsində olmuşdur. Dövlət mülkiyyətində olan torpaq sahəsi və üzərində yerləşən obyekt bir qayda olaraq eyni vaxtda özəlləşdirilmir. Dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən obyekt özəlləşdirildikdən sonra qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş fiziki və ya hüquqi şəxsin həmin əmlakın altındakı torpaq sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ vardır. İş materiallarından göründüyü kimi, iddiaçı hərraca cəlb edilməmişdir. Əmlak kompleksinin qalan 85%-nin və onun yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satışa çıxarılması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən hərracın keçirilməsi ilə bağlı iddiaçının xəbərdar edilməsi barədə müvafiq bildirişlər təqdim edilmiş, lakin onların lazımi qaydada iddiaçıya çatdırılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə də müəyyən olunur ki, üzərində özəlləşdirilmiş tikili olan, yəni boş olmayan, eyni zamanda dövlət mülkiyyətində olan 882,0 kv.m torpaq sahəsini cavabdeh mübahisələndirilən alqı-satqı müqaviləsi ilə üçüncü şəxsə satmışdır. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın tələblərinə əsasən isə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilməli, mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Həmçinin “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin tələblərindən də göründüyü kimi, Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir, əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Lakin qeyd olunan hallar hazırki işdə müəyyən edilmir, cavabdeh də bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən 4 saylı “Gilavar” kafesinin 156,5 kv.m əsas sahəsi, 31,1 kv.m köməkçi sahəsi olmaqla ümumilikdə 187,6 kv.m sahəsi və 201,8 kv.m torpaq sahəsi mövcud olmuşdur. Sonradan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəylə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən qeyri-yaşayış sahəsinin bazar dəyəri 324,8 kv.m olan qeyri-yaşayış sahəsi üzrə -156.000,0 (bir yüz əlli altı min) manat, 882,0 kv.m torpaq sahəsi üzrə - 200.000,0 (iki yüz min) manat qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 135 №-li xx.xx.2016-cı il tarixli sərəncamı ilə özəlləşdirməyə çıxarılmışdır. Göründüyü kimi, mübahisələndirilən hərracdan əvvəl əmlakın 85 faizi və bütövlükdə altında olan torpaq sahəsi dövlət fondunun qeyri-yaşayış sahəsi statusunda olmuş, balansaxlayıcı tərəfindən təqdim edilmiş məlumatlar əsasında (iddiaçı özəlləşdirdikdən sonra) həmin əmlak dövlət əmlakının registrinə yeni ölçülərlə daxil edilməmişdir. Bununla da 17 avqust 1999-cu il tarixli qeyri-yaşayış sahəsinin texniki pasportuna görə balansaxlayıcıda olmuş ölçülər, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəydəki ölçülər və 3-cü şəxs tərəfindən özəlləşdirmədən əvvəl əmlakın hansı ölçülərdə olması barədə qiymətləndirmə aparılmamış, əlavə tikili və yenidənqurma işlərinin aparılması, eləcə də əlavə torpaq sahəsinin zəbt edilməsi hallarının baş verib-verməməsi araşdırılmamışdır. Mübahisələndirilən qeyri-yaşayış və torpaq sahələri dövlət fonduna aid olmaqla dövlət əmlakı hesab edilir. Dövlət orqanlarının balansında olan dövlət əmlakı barədə dövlət əmlakının mərkəzi registrində qeydiyyat aparılır. Daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişiklik dövlət registrində qeydə alınır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7146/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar