Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1190/2025 12.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********077700 nömrəli Qərarının 173,52 manat əlavə hesablanmış vergi hissəsində ləğv edilməsi və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6160/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********077700 nömrəli Qərarının 173,52 manat əlavə hesablanmış vergi hissəsində ləğv edilməsi və həmin məbləğin İddiaçı şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6160/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı (VÖEN:**********) barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********077700 nömrəli Qərarı 173,52 manat əlavə hesablanmış vergi hissəsində ləğv edilməsi və həmin məbləğin İddiaçı şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasınadək məhkəməyə ərizə ünvanlamış və bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il **********077700 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərar ləğv olunduğundan, yəni mübahisələndirilən iddia predmeti mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, eyni zamanda cavabdeh tərəfindən təqdim olunmuş müvafiq sənədlərlə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə tanış olmaq imkanı olsa da, mövqeyini hər hansı formada məhkəməyə ifadə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-179424/2025 nömrəli iş üzrə icraata xitam verilməsinə dair vəsatətdən görünür ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025ci il tarixli, 3-21-2-3/2-78170/2025 saylı “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı ilə "xxxx" MMC-yə 2023-cü ilin iyun ayı üçün ƏDV bəyannaməsi üzrə hesablanmış 173,52 manat vergi məbləği azaldılmış və şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər olunmuş - iddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il **********077700 saylı nömrəli qərar ləğv olunmuşdur. Vəsatətə əlavə edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-78170/2025 saylı qərarı və iddiaçının şəxsi hesab vərəqəsi ilə vəsatətdə qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 67.2-ci maddəsinə müvafiq olaraq, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu, (yəni istəyinə nail olduğu) işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı və bunun üzərindən iddiaçının hüquqi marağına və məqsədinə çatdığı nəzərə alınmalı, yuxarıda istinad olunan normalara əsasən iş üzrə məhkəmə icraatına xitam verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********077700 nömrəli Qərarının 173,52 manat əlavə hesablanmış vergi hissəsində ləğv edilməsi və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1190/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1190/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver