Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1191/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X4 Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə) qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X32 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X24-Yusiflinin katibliyi, İddiaçının hüquq varisi (həyat yoldaşı) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə) qarşı “daşınmaz əmlaka dair mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6178/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İ seriyalı 253836 saylı 27.06.2007-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 08.05.2007-ci il tarixdə vəfat etmişdir. 09 fevral 1967-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı ev Rza İbad oğlu tərəfindən X1. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 24.05.2021-ci il tarixli və 12.08.2021-ci il tarixli məktublarınndan görünür ki, ünvan 3 ünvanında yerləşən evin qeydiyyatdan keçməsi haqqında məlumat nə İdarədə, nə də İdarənin arxivində aşkar edilməmişdir. İddiaçının vəkili tərəfindən sözügedən evin iddiaçının anasına məxsus olmasına dair arayış verilməsi barədə cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sonuncu tərəfindən ünvan 4 ünvanlanmış **********88 saylı 19.03.2021-ci il tarixli imtina məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda qeyd olunan hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ünvan 5 ünvanında yerləşən ev üzərində mərhum anası X8 mülkiyyət hüququnu təsdiq edən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, ünvan 3 ünvanında yerləşən ev ünvan 6ə 1/527 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Rza İbad oğlu tərəfindən X3, müqavilə 20 fevral 1967-ci il tarixdə 10 nömrə ilə qeydiyyata alınmışdır. X17 qeyd edilən alqı-satqı müqaviləsi imzalandıqdan sonra ailəsi ilə və daha sonra isə oğlu İddiaçı ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. X17 vəfat etdikdən sonra İddiaçı ailəsi ilə birlikdə bu günədək həmin evdə yaşayır. İddiaçı Almara Moqbilova vəfat etdikdən sonra miras əmlaka dair şəhadətnamə alınması üçün 20 saylı notariat kontoruna müraciət etmiş, bu müraciət üzrə notarius 15 fevral 2020-ci il tarixli 38 nömrəli məktubla cavabdeh orqana müraciət edərək, miras əmlakın tərkibinə daxil olan ünvan 3 ünvanına dair Çıxarışın verilməsini xahiş etmişdir. Sonradan mərhum iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan mərhum İddiaçı həyat yoldaşı Zərnisə Moqbilova tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçının hüquqi varisi (həyat yoldaşı) X9 iddia ərizəsini, apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. 18.05.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 11.05.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X33 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı İddiaçı 30.11.2021-ci il tarixdə vəfat etdiyi müəyyən olunduğundan iddiaçı onun hüquq varisi olan həyat yoldaşı X9 ilə əvəz olunmuş və sonuncu tərəfindən apellyasiya şikayətində yazılanlar müdafiə olunub imzalandığı üçün onun apellyasiya şikayəti mümkün sayılmışdır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə İddiaçı ünvan 3 ünvanında yerləşən evin üzərində mərhum anası Almara Moqbilovanın mülkiyyət hüququnu təsdiq edən arayışın verilməsi ilə bağlı iddia qaldırmışdır. İddiaçının anası X17 08.05.2007-ci il tarixdə vəfat etdikdən sonra Bakı şəhəri 20 saylı notariat ofisində təsdiq edilmiş V47/20 saylı 15.02.2020-ci il, 16.04.2022-ci il, 27.04.2022-ci il və 28.04.2022-ci il tarixli ərizələrin məzmunundan görünür ki, İddiaçı, X10, X18 və X15 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 11 saylı evdən ibarət olan miras paylarını qəbul etmiş, mirasın tərkibinə daxil olan əmlakdan onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Sonradan iddiaçı 30.11.2021-ci il tarixdə vəfat etmiş və buna görə də iddiaçı apellyasiya məhkəmə icraatı dövründə hüquqi varisi olan həyat yoldaşı Zərnisə Moqbilova ilə əvəz olunmuşdur. Bakı şəhəri 20 saylı Notariat Ofisinin 187 saylı 17.05.2022-ci il tarixli məktubundan görünür ki, mərhum İddiaçı ölümü ilə əlaqədar vərəsəlik işi açılmış, X9, X36, X19, X28 onun vərəsələridir, X9 ərizə ilə müraciət edərək vərəsəliyi qəbul etmiş, X36, X19, X28 isə miras payından imtina etmişlər. Həmçinin Bakı şəhəri 20 saylı notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 16.04.2022-ci il tarixli ərizələrin məzmunundan görünür ki, X16 və X2 Almara Mərfət qızının ölümündən sonra miras qalmış əmlakın onlara düşən əmlak payını faktiki qəbul etməmiş, etmək niyyətlərində deyil və gələcəkdə bu barədə hər hansı iddiaları və tələbləri olmayacaq. 11.05.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş X8 digər vərəsələri (vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariusa müraciət edən vərəsələr) X13, X14, X11 və X7 ifadələrində X8 ölümündən sonra miras qalmış əmlakdan (hazırki işdə mübahisəli yaşayış evindən) onlara düşən paydan imtina etdiklərini, gələcəkdə bu barədə hər hansı iddiaları və tələblərinin olmayacağını bildirmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi varisi (həyat yoldaşı) Zərnisə Moqbilovanın ünvan 5 ünvanında yerləşən evin mərhum X12 məxsus olması barədə arayış verilməsini tələb etməkdə subyektiv hüququ vardır. İddianın digər mümkünlük şərtləri ilə bağlı qeyd olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Qeyd olunanlarla bağlı iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, mərhum İddiaçı cavabdeh Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “yaşadığı ünvan 5 ünvanında yerləşən ev üzərində mərhum anası X8 mülkiyyət hüququnun təsdiqi barədə arayış verilməsi” ilə bağlı olsa da, hüquqi marağı əslində həmin evin mərhum anasına məxsus olması barədə arayışın verilməsi ilə bağlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, mərhum iddiaçının tələbi məhkəmə kollegiyası tərəfindən “yaşadığı ünvan 5 ünvanında yerləşən evin mərhum anası X12 məxsus olması barədə arayışın verilməsi” kimi qəbul olunur. Göründüyü kimi, mərhum iddiaçının hazırki iş üzrə verdiyi iddia ilə bağlı tələbinə münasibətdə cavabdeh inzibati orqan imtina etmişdir. Buna görə də mərhum iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evinin müqaviləyə qədər satıcının mülkiyyətində olmasının, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının sübuta yetirilməməsinə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz tikili barəsində müqavilənin notariat qaydasında təsdiqlənə bilinməməsinə, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmamasına, onların həyata keçirilməsinə maneə yaradılmamasına, imtinanın qanuni və əsaslı olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan (i.v. 25) 09 fevral 1967-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı ev Rza İbad oğlu tərəfindən X1. Həmin müqavilənin məzmunundan görünür ki, sözügedən evin hüquqmüəyyənedici sənədi qismində Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verilmiş 23 yanvar 1967-ci il tarixli 26 saylı arayış göstərilmişdir. Belə ki, işdə olan (i.v. 19) Bakı şəhəri X22 rayon Sovetinin İcraiyyə Komitəsi Kommunal Təsərrüfat Şöbəsinin 26 saylı 23 yanvar 1967-ci il tarixli arayışına əsasən Kirov rayon 11 saylı notariat kontorunda 6-2723 saylı 28.05.1957-ci il tarixli reyestrdə qeydə alınan Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı ev Rza İbad oğlu tərəfindən satın alınmışdır. Sözügedən evin sonuncuya məxsus olması iş materiallarında olan digər sənədlərlə də (i.v. 20, 21, 22, 23 və 24) öz təsliqini tapır. Bununla yanaşı, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən təqdim olunmuş sənədlərdən, o cümlədən 28.05.1957-ci il tarixli müqavilədən (i.v. 89) görünür ki, Rza İbad oğlu Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı evi vaxtilə X23 almışdır. Həmin müqavilədə də sözügedən evin Bakı şəhəri X22 rayon Sovetinin İcraiyyə Komitəsi Kommunal Təsərrüfat Şöbəsinin 25 may 1957-ci il tarixdə verdiyi arayışa əsasən X29 xüsusi mülkiyyətində olduğu qeyd olunmuşdur. Buna görə də mərhum İddiaçı Bakı şəhəri, Biləcəri qəsəbəsi, F.Əliyev küçəsində yerləşən, 2 otaqdan ibarət 11 saylı evin onun mərhum anası Almara Moqbilovaya məxsus olması barədə arayış verilməsini tələb etmişdir. Cavabdeh inzibati orqan isə mərhum iddiaçının müraciəti ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda qeyd olunan hüquqmüəyyənedici sənədlərin İdarəyə təqdim edilməməsinə istinad edərək tələbin təmin olunmasından imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinə münasibətdə cavabdeh inzibati orqanın imtina verməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, əvvəla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, mərhum iddiaçı tərəfindən anasına məxsus olduğunu iddia etdiyi evlə bağlı reyestrdən arayışın verilməsi üçün tələb olunan bütün sənədlər təqdim olunmuşdur. Hazırki işdə mərhum iddiaçının tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin müddəa eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.1-ci bəndində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.8-ci bəndində yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçının mərhum anasına məxsus olduğuna dair arayış verilməsini tələb etdiyi yaşayış evi onun mərhum anasına notariusda bağlanmış alqı-satqı müqaviləsi ilə satılarkən yuxarıda da qeyd olunduğu kimi, evin hüquqmüəyyənedici sənədi qismində alqı-satqı müqavilələrində göstərilən Bakı şəhəri X22 rayon Sovetinin İcraiyyə Komitəsi Kommunal Təsərrüfat Şöbəsinin 25 may 1957-ci il və 23 yanvar 1967-ci il tarixdə verdiyi arayışlar çıxış etmiş və müqavilədə həmin evin ilk dəfə X29 xüsusi mülkiyyətində olduğu qeyd olunmuşdur. Bu fakt Bakı şəhəri X22 rayon Sovetinin İcraiyyə Komitəsi Kommunal Təsərrüfat Şöbəsində sözügedən evlə bağlı müvafiq qeydlərin aparıldığına dəlalət edir. Belə olan halda sözügedən yaşayış evinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqan olan Bakı şəhəri X22 rayon Sovetinin İcraiyyə Komitəsi Kommunal Təsərrüfat Şöbəsi tərəfindən verildiyi və bu barədə səlahiyyətli orqanda müvafiq qeydlərin mövcudluğu onu deməyə əsas verir ki, iddiaçının mərhum anası Almara Moqbilova həmin yaşayış evi ilə bağlı hüquqlarını adı çəkilən Qanun qüvvəyə minənədək əldə etmişdir. Lakin iş materiallarından göründüyü kimi, mərhum Almara Moqbilova daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etmişdir. Bu səbəbdən onun vərərəsi kimi İddiaçı yaşayış evinin anasına məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana haqlı olaraq müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan yaşayış evinə dair hüququn ölmüş şəxsə - Almara Moqbilovaya məxsus olması barədə onun vərəsəsi İddiaçı arayış verməkdən imtina etməsi ilə iddiaçının (hazırki halda onun hüquq varisinin) Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüququ (gözlənilən) pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər (bax bu qərarın 18-ci bəndinə). Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 2113/2021 saylı, 2-1(102)-207/2022 saylı və 2-1(102)-2357/2019 saylı inzibati məhkəmə işləri). Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddiaçının hüquqi varisi (həyat yoldaşı) X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6178/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilərək, ünvan 7 ünvanında yerləşən evin X12 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının hüquqi varisi (həyat yoldaşı) X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2021 saylı 26 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. ünvan 8 ünvanında yerləşən evin mərhum X12 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1191/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1191/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver