Məhkəmə qərarları › İş №2-1(103)-1191/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1191/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1191/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və XN ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1867/202N saylı, xx.xx.202N-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus EZ seriyalı, ******* nömrəli hərbi biletdə xx.xx.2015-ci ildə şərti adı “Palıdlı” postuna düşmən tərəfindən sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması, sağ gözaltı nahiyəsinin, təpə nahiyəsinin qəlpə yarası xəsarətləri aloması, “Qüsursuz xidmətə görə” N-cü dərəcəli medal ilə təltif olunması barədə müvafiq qeydlər mövcuddur.

2. N saylı hərbi hissənin xx.xx.2015-ci il tarixli 528 nömrəli travma haqqında arayışın surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” postuna düşmən diversiya qrupu tərəfindən basqın zamanı atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən qəlpə yaralanması, sağ gözaltı nahiyəsinin, təpə nahiyəsinin qəlpə yarası” xəsarətləri almışdır.

3. xx.xx.2016-cı il tarixli xəstəlik haqqında N67 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü ildən Silahlı Qüvvələrin N nömrəli hərbi hissənin kapitanı (motoatıcı) xx.xx.1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixli 27N nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir.

4. Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/N-692N nömrəli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş İddiaçı ərizəsinə cavab olaraq bildiririk ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Əməliyyat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/0425 nömrəli cədvəlinə əsasən N nömrəli hərbi hissə xx.xx.2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında N0 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

5. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.2022- ci il tarixli 1N68 nömrəli məktubuna ilə xx.xx.1987-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı xidmət kartasının surəti təqdim edilmişdir.

6. Məhkənin sorğusuna əsasən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2718 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2016- cı il tarixli 581 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 27N nömrəli göndərişi ilə xx.xx.2016-cı ildə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir.

7. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubu ilə İddiaçı dair tibbisosial ekspertiza sənədləri təqdim edilmişdir.

8. Məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.202N-cü il tarixli N-25-11/2-888/202N nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.202N-cü il tarixli 14/595 nömrəli arayışdan görünür ki, N nömrəli hərbi hissənin xx.xx.2015-ci il tarixdə döyüş şəraitində olması və hər hansı bir döyüş əməliyyatlarında iştirak etməsi barədə Təşkilati-ştat şöbədində aparılan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibindəki birlik və birləşmələrin, hərbi hissələrin, gəmilərin, xüsusi təyinatlı təhsil müəssisələrinin, baş idarə və idarələrin, təşkilat və müəssisələrin sülh və müharibə dövrlərindəki şərti adlarına görə qeydiyyat kitabı”nda heç bir məlumat yoxdur.

9. Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 011N nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatının aparması nəzərdə tutulması, müvafiq döyüş tapşırığına uyğun olaraq əsas müdafiə zolağı boyunca açılmış və düşmənə bilavasitə təmas şəraitində müdafiəsinə duran, Silahlı Qüvvələr növlərinin və qoşun qismlərinin birlik, birləşmə, hissə və bölmələri xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilməsi əmr edilmişdir: N-cü Ordu Korpusu (777, 065, N saylı hərbi hissələr istisna olmaqla).

10. Məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi Hüquq idarəsinin xx.xx.202N-cü il tarixli N-25-11/2-1421/202N nömrəli məktubu il təıqdim edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 28 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, 1-ci tabor 1-ci bölük komandiri kapitan İddiaçı Tohid oğlu hospitala Şəmkir şəhəri N saylı hərbi hissəyə göndərilmişdir; N saylı hərbi hissənin xx.xx.202N-cü il tarixli 4N2 nömrəli travma haqqında arayışının surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” döyüş mövqeyində düşmənin diversiya qrupu tərəfindən basqının qarşısı alarkən atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması” xəsarətini alaraq N nömrəli hərbi hissəyə təxliyyə olunmuşdur.

11. Məhkəmənin sorğusuna əsasən Müdafiə Nazirliyi Hüquq İdarəsininxx.xx.202N-cü il tarixliN-25-11/2-N211/202N nömrəli məktubu ilə təqdim edilmiş Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinin xx.xx.202N-cü il tarixli 4/2-N189 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 0161 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2015-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissənin 2014-2015-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2004-cü il tarixdən xx.xx.2016-cı il tarixədək bir neçə hərbi hissədə xidmət elmiş, xx.xx.2016-cı ildə döyüş tapşırığını icra edərkən ağır travma almışdır. xx.xx.2017-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburuyyətindədir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina məktubu əsassızdır, iddiaçı bununla razı deyil. Belə ki, onun xx.xx.2017-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlili olması nəzərə almaqla veteran vəsiqəsi qanuna müvafiq olaraq müdaxiləsiz verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarının 1-ci maddəsinə əsasən Müharibə veteranları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988- ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir). Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

14. İddia ərizəsinə yazılı etiraz daxil olmamışdır.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1867/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından da müəyyən edilir ki, iddiaçı döyüşən hərbi hissə olan N nömrəli hərbi hissədə xidmət etmiş, o, xidmət etdiyi hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı xəsarət almışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş və hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdiyinə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi və ya barəsində cinayət təqibinin bəraətverici əsaslar olmadan xitam verilməsinə və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir

17. Birinci instansiya məhkəməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnzibati icraat haqqında” Qanunua, Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad etmişdir.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1867/202N saylı, xx.xx.202N-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən iş materiallarını tam və hərtərəfli araşdırmamış, qanunvericilikdə iddiaçıya "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün kifayət qədər əsaslar olmadığı halda əsassız olaraq iddia tələbini təmin etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 Ns-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteram adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən 1994-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu .Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Beləliklə də Əsasnamənin tələbinə görə şəxsin hərbi xidməti 12 may 1994-cü ildən sonraya təsadüf edərsə “Müharibə veteranı" statusunun verilməsi üçün zəruri şərt şəxsin döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması göstərilir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Əməliyyat Baş İdarəsinin N1 mart 2021-ci il tarixli 1/0425 nömrəli məktubuna əsasən N yanvar 2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etməmişdir. Digər tərəfdən inzibati iş materiallarında olan N nömrəli hərbi hisə komandiri tərəfindən təqdim edilən 24 fevral 202N-cü il travma haqqında arayışda iddiaçının N yanvar 2015-ci il tarixdə xəsarətinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı qeyd edilmişdir. Beləliklə də N nömrəli hərbi hissə N yanvar 2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etməmiş, iddiaçı döyüş əməliyyatları ilə əlaqədar deyil xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq xəsarət aldığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi əsassız olaraq təmin edilmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.N-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

24. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeydində göstərilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddənin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 7N.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1N1.N-cü və 1N2.N-cü maddələrində nəzərdə tutulmuş hallarda N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

31. İşin hallarından müəyyən olunur ki, iddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq məktub ünvanlayaraq bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Əməliyyat Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 1/0425 nömrəli cədvəlinə əsasən N nömrəli hərbi hissə xx.xx.2015-ci il tarixdə döyüş əməliyyatlarında iştirak etmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İmtinadan razı qalmayan iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir.

32. Cavabdehin imtina dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsasən şəxsə müharibə veteranı statusu və vəsiqəsinin verilməsi üçün onun döyüş əməliyyatlarında iştirak etməsi və döyüş əməliyyatları ilə əlaqədar olaraq xəsarət alması şərtdir. İş materiallarından da görünür ki, iddiaçı qeyd edilən hər iki şərti ödəmişdir.

34. Belə ki, təqdim edilmiş və iş materiallarına əlavə edilən, N saylı hərbi hissənin xx.xx.202N-cü il tarixli 4N2 nömrəli “Travma haqqında arayışının” surətindən görünür ki, kapitan İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” döyüş mövqeyində düşmənin diversiya qrupu tərəfindən basqının qarşısı alarkən atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması” xəsarətini alaraq N nömrəli hərbi hissəyə təxliyyə olunmuşdur.

35. Həmçinin, Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 011N nömrəli Əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq “döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatının aparması nəzərdə tutulması, müvafiq döyüş tapşırığına uyğun olaraq əsas müdafiə zolağı boyunca açılmış və düşmənə bilavasitə təmas şəraitində müdafiəsinə duran, Silahlı Qüvvələr növlərinin və qoşun qismlərinin birlik, birləşmə, hissə və bölmələri xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilməsi əmr edilmişdir: N-cü Ordu Korpusu (777, 065, N saylı hərbi hissələr istisna olmaqla).

36. Məhkəmənin xx.xx.202N-cü il tarixli təkrar sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyi Mərkəzi Arxivinin xx.xx.202N-cü il tarixli 4/2- N189 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 0161 nömrəli əmrində N nömrəli hərbi hissənin xx.xx.2015-ci il tarixdən döyüş şəraitində hesab edilməsi barədə məlumat vardır. Qeyd edilir ki, N nömrəli hərbi hissənin 2014-2015-ci il tarixli sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.

37. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməməsi, digər tərəfdən iddiaçının N yanvar 2015-ci il tarixdə xəsarətinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması barədə dəlillərinə münasibətdə qeyd edir ki, Bu qərarın N5-N6-cı bəndində istinad olunmuş sübutlarla da təsdiq edilir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə xx.xx.2015-ci il tarixdən döyüş şəraitində hesab edilmişdir.

38. Həmçinin, Məhkəmə Kollegiyası qeyd edir ki, Bu qərarın N4-cü bəndində istinad olunmuş sübutlarla da təsdiq edilir ki, İddiaçı Tohid oğlu xx.xx.2015-ci il tarixdə şərti adı “Palıdlı” döyüş mövqeyində düşmənin diversiya qrupu tərəfindən basqının qarşısını alarkən atışma nəticəsində “Sağ almacıq sümüyünün dəlib-keçən güllə yaralanması” xəsarətini alaraq N nömrəli hərbi hissəyə təxliyyə olunmuşdur.

39. Anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati –İqtisadi kollegiyasının 2-1(N2)-2024 saylı, 11 iyun 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, “..Hazırkı iş üzrə iddiaçı xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasında düşmənin təxribat xarakterli qəfil hücumunun qarşısının alınması ilə bağlı aparılan döyüş əməliyyatları zamanı xidməti vəzifələrinin icrası ilə bağlı ona verilmiş tapşırıqları icra etdiyindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməli olmasına dair apellyasiya instansiya məhkəməsinin nəticəsi əsaslıdır.”

40. Konstitusiya Məhkəməsinin Plenumunun “X1” şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci tarixli Qərarında Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

41. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçı döyüşən hərbi hissə olan N nömrəli hərbi hissədə xidmət etmiş, o, xidmət etdiyi hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və düşmənin qəfil hücumunun qarşısının alınması ilə bağlı aparılan döyüş əməliyyatları zamanı xəsarət almışdır.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1867/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.N-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1867/202N saylı, xx.xx.202N-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar