Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1193/2023 10.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X4 Cavabdeh2nə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) qarşı “şəxsiyyət vəsiqəsi ilə təmin edilmə” tələbinə dair 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2014-cü il 28 noyabr tarixli, 2-1(81)-4436/2014 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X3 qanuni nümayəndəsi X8 Cavabdeh2nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək övladı X3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 28 noyabr tarixli, 2-1(81)- 4436/2014 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 1 aprel tarixli, 2-1(103)-449/2015 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 28 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015- ci il 25 iyun tarixli, 2-1 (102)-821/2015 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 1 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli, 13-1(102)-1(a)/2022 saylı Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015ci il 25 iyun tarixli, 2-1 (102)-821/2015 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili mübahisənin Ali Məhkəmənin göstərişlərinə uyğun həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin Ali Məhkəmənin göstərişlərinə uyğun həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. İş materialları ilə müəyyən edilir ki, X5 xx.xx.2004- cü il təvəllüdlüdür. Bu isə onun tam mülki prosessual fəaliyyət qabiliyyəti qazandığını təsdiq edir, işə yenidən baxılarkən işin bu halı da nəzərə alınmalı və ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi üzrə prosessual qanunvericiliyin tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, ilk iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən icra edilməli olan prosessual hərəkətdir. Odur ki, hazırki iş lazımi növbəti prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Beləliklə, yuxarıda sadalananları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyaisya şikayəti birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan, xx.xx.2014-cü il tarixli qərar ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. AR İPM-nin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2014-cü il 28 noyabr tarixli qərarı ləğv edilməli və inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2014-cü il 28 noyabr tarixli, 2-1(81)- 4436/2014 saylı qərarı ləğv edilsin. İddiaçı X4 Cavabdeh2nə (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) qarşı “şəxsiyyət vəsiqəsi ilə təmin edilmə” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1193/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1193/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver