Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1193/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11743/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, haqqında qəbul edilmiş qərarın ləğv edilməsi, müvafiq tibbi ekspertizalar təyin etməklə əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini iddiaçının əlilliyinin xx.xx.2023-cü il tarixindən bərpa edilməsi olaraq dəyişdirmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-11743/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Periton bitişmələri, Qarının ön divarının çoxsaylı qəlpə yaralanması (1992), laporotomiya nazik və yoğun bağırsaqların rezeksiyasi (1992), laporotomiya qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığına görə alloplastika (2014). Aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, Hər iki aşağı ətrafların varikoz xəstəliyi diaqnozu ilə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən müraciətindən imtina barədə qərar qəbul edilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 706 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmasından sonra qarının sağ ön səthində orta xətdən bir qədər sağda bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ budun yuxarı 1/3-nin arxa səthində bir ədəd, sağ budun yuxarı 1/3nin bayır səthində bir ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. M.A.Topçubaşov adına X4 xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz “Ateroskleroz: Hər iki aşağı ətrafın stenozu. Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası. Diabetik anqiopatiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 xx.xx.2022-ci il tarixli Mədə-duodenum müayinəsinin nəticəsi “Hipersekretor qastrit. Pilorospazm. Qastroduodenit. Xroniki kolit. Bağırsaqların bitişmə xəstəliyi kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Məlikov adına X7 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Qarının ön divarını deşib keçən güllə yaralanmasından sonrakı bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməzliyi. Xroniki kolit. Ürəyin işemik xəstəliyi. Hipertoniya İİ dərəcə, stabil stenokardiya ətraf arteriyaların aterosklerozu İİ dərəcə, xroniki venoz çatmazlığı. Diabetik neyropatiya. Astenonevrotik sindrom” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Cavabdeh qurumda xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq genişlənib (4,2 sm). Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu geyd olunmur. Sistolik funksiya azalmayıb. LVEF-62%, Aortal və mitral qapaqlar cüzi fibrotikdir. Min-MR, Min TR. Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş ekspert rəyində göstərilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “K66-periton bitişmələri, qarının ön divarının çoxsaylı qəlpə yaralanması (1992), laporatomiya, nazik və yoğun bağırsaqların rezeksiyası (1992), laporatomiya, qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığına görə alloplastika (2014). Ağırlaşma: Qəbizlik, mədə-bağırsaq traktının tranzitor funksiyasının pozulması, xroniki qəbizlik, Z90.4-həzm traktının digər şöbələrinin qazanılma olmaması, laporatomiya, nazik və yoğun bağırsaqların rezeksiyası (1992) və laporatomiya, qarının ön divarının əməliyyatlarından sonrakı vəziyyəti (2014). Yanaşı xəstəliklər: Eİ 1.5insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının poğunluğu ilə, şəkərli diabet İİ tip, orta ağır forma, diabetik angiopatiya, E74.1-fruktoza mübadiləsinin pozğunluqları, qlükoza 6 fosfat dehidrogenaza çatmamazlığı, İ70.2-ətraf arteriyalarının aterosklerozu, ateroskleroz, hər iki aşağı ətrafın baldır arteriyasının stenozu, aşağı ətrafların İİİ dərəcəli xroniki işemiyası, İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətrafların varikoz xəstəliyi, BDV ikincili varikozu, ətrafların İİ dərəcəli xroniki venoz çatmamazlığı” diaqnozdakı xəstəliklərdən, “İkitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə; sol İV dərəcə, sağ İİİ dərəcə” və “Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların zəifləməsi ilə F07.0; F06.7” xəstəliklərindən hazırda əziyyət çəkir. Məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. Məhkəmənin qeyd edilən halları ilə razılaşmır və eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Kəlbəcər rayonu, Xallanlı kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş Əlillik Altsistemindən çıxarışlardan görünür ki: - İddiaçı xx.xx.2014-cü il tarixdən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik. Diaqnoz: qarının ön divarının əmaliyyatdan sonrakı yırtığı, nazik və yoğun bağırsaqların rezeksiyasında s/v bitişmə xəstəliyi. - İddiaçı xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - ümumi xəstəlik. Diaqnoz: qarının ön divarının əmaliyyatdan sonrakı yırtığı, bitişmə xəstəliyi. - İddiaçı xx.xx.2015-ci il tarixdən bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qarın boşluğunu və hər iki aşağı ətrafı dəlib-keçən qəlpə yarasından sonrakı vəziyyət. Nazik və yoğun bağırsağın rezeksiyası. Bağırsaq bitişmələri, keçməməzlik ilə. Bitişmə xəstəliyi. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Laporotomiya, nazik və yoğun bağırsaqların rezeksiyası. Qarının ön divarının əmaliyyatdan sonrakı yırtığına görə inlay üsulu ilə alloplastikadan sonrakı vəziyyət. Vetebrobazilyar arterial sistem sindiromu. Vetebrobazilyar çatmamazlıq. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varrikoz genəlməsi. Hər iki aşağı ətraf vena damarlarının varikozu. - İddiaçı xx.xx.2016-cı il tarixdən beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Qarın boşluğunu və hər iki aşağı ətrafı dəlib-keçən qəlpə yarasından sonrakı vəziyyət. Nazik və yoğun bağırsağın rezeksiyası. Bağırsaq bitişmələri, keçməməzlik ilə. Bitişmə xəstəliyi. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Laporotomiya, nazik və yoğun bağırsaqların rezeksiyası. Qarının ön divarının əmaliyyatdan sonrakı yırtığına görə inlay üsulu ilə alloplastikadan sonrakı vəziyyət. Vetebrobazilyar arterial sistem sindiromu. Vetebrobazilyar çatmamazlıq. Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varrikoz genəlməsi. Hər iki aşağı ətraf vena damarlarının varikozu. - İddiaçı xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi əlavə müalicəyə ehtiyacın olması, ixtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. - İddiaçı xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 30 nəfər vətəndaşların müraciətləri əsasında əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 5. Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 706 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qəlpə yaralanmasından sonra qarının sağ ön səthində orta xətdən bir qədər sağda bir ədəd, sol baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ baldırın orta 1/3-nin ön səthində iki ədəd, sağ budun yuxarı 1/3-nin arxa səthində bir ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində bir ədəd çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı çoxsaylı somatik şikayətlər bildirmişdir. Hal-hazırda medikamentoz preparatlardan Amaril, Metparin, “Ekvador” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı sağ qarın nahiyəsində çapıq toxuma, keçirilmiş əməliyyata müvafiq (total laparotomiya) çapıq toxuma izlənilmişdir. Palpasiya zamanı qarnı yumşaq, ağrısız qeydə alınmış, boyu 172 sm, çəkisi 85 kq, BKİ=28.3 müəyyənləşdirilmişdir. M.A.Topçubaşov adına X4 xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz “Ateroskleroz: Hər iki aşağı ətrafın stenozu. Aşağı ətrafların İİİ dərəcə xroniki işemiyası. Diabetik angiopatiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X7 xx.xx.2022-ci il tarixli Mədə-duodenum müayinəsinin nəticəsi "Hipersekretor qastrit. Pilorospazm. Qastroduodenit. Xroniki kolit. Bağırsaqların bitişmə xəstəliyi" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Məlikov adına X7 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Qarının ön divarını deşib keçən güllə yaralanmasından sonrakı bitişmə xəstəliyi. Hissəvi bağırsaq keçməzliyi. Xroniki kolit. Ürəyin işemik xəstəliyi Hipertoniya İİ dərəcə, stabil stenokardiya ətraf arteriyaların aterosklerozu İİ dərəcə xroniki venoz çatmazlığı. Diabetik neyropatiya. Astenonevrotik sindrom” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol gulaqcıg genişlənib (4,2 sm). Sol mədəciyin sistola diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, segmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Sistolik funksiya azalmayıb. LVEF-62%, Aortal və mitral qapaqlar cüzi fibrotikdir. Min-MR, Min TİR Perikard təmizdir. Müayinə sinus taxikardiyası fonunda aparıldı” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli T649/2023 saylı ekspert rəyində qeyd edilir: vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “K66-periton bitişmələri, qarının ön divarının çoxsaylı qəlpə yaralanması (1992), laporatomiya, nazik və yoğun bağırsaqların rezeksiyası (1992), laporatomiya, qarının ön divarının əməliyyatdan sonrakı ventral yırtığına görə alloplastika (2014). Ağırlaşma: Qəbizlik, mədə-bağırsaq traktının tranzitor funksiyasının pozulması, xroniki qəbizlik, Z90.4-həzm traktının digər şöbələrinin qazanılma olmaması, laporatomiya, nazik və yoğun bağırsaqların rezeksiyası (1992) və laporatomiya, qarının ön divarının əməliyyatlarından sonrakı vəziyyəti (2014). Yanaşı xəstəliklər: E11.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının poğunluğu ilə, şəkərli diabet İİ tip, orta ağır forma, diabetik angiopatiya, E74.1-fruktoza mübadiləsinin pozğunluqları, qlükoza 6 fosfat dehidrogenaza çatmamazlığı, İ70.2-ətraf arteriyalarının aterosklerozu, ateroskleroz, hər iki aşağı ətrafın baldır arteriyasının stenozu, aşağı ətrafların İİİ dərəcəli xroniki işemiyası, İ83.9-aşağı ətraf venalarının xora və ya iltihabi proses müşahidə olunmadan varikoz genəlməsi, hər iki aşağı ətrafların varikoz xəstəliyi, BDV ikincili varikozu, ətrafların İİ dərəcəli xroniki venoz çatmamazlığı” diaqnozdakı xəstəliklərdən, “İkitərəfli koxlear nevrit, neyrosensor ağıreşitmə; sol İV dərəcə, sağ İİİ dərəcə” və “Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların zəifləməsi ilə F07.0; F06.7” xəstəliklərindən hazırda əziyyət çəkir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi» Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2015-ci il tarixdən ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2015-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar bir il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi - əlavə müalicəyə ehtiyacın olması, ixtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə isə əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi - diaqnoz əlillik əlaməti təyin etməməsi, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi həyata keçirilmiş və iddiaçının 15 mart 2023-cü il tarixdə əyani müayinəsi zamanı təqdim olunmuş epiqrizlərdəki diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır qeyd edilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması barədə məlumat qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertiza zamanı iddiaçı təkrar əyani müayinə olunmuş və müvafiq ekspert rəyi ilə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərdən iddiaçının hazırda əziyyət çəkməsi öz təsdiqini tapmışdır. Həmin xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə (Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti) 3-cü bənd Həzm sistemi orqanlarının xəstəlikləri - 3.4. Bağırsağın digər xəstəlikləri, 3.4.2. K66 periton bitişmələri; 3.4.1. Z90.4. mədə-bağırsaq sisteminin digər şöbələrinin qazanılmış olmaması (bağırsaqların hissəvi rezeksiyası); 11-cı bənd Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları - 11.2.1. E11 insulindən asılı olmayan şəkərli diabet; 2-ci bənd Qan dövranı sisteminin xəstəlikləri - 2.6.1. i70 ateroskleroz; 7-ci bənd Psixi və davranış pozuntuları - 7.6 Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular - 7.6.2. F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu səbəbdən də cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11743/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1193/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1193/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver