Məhkəmə qərarları › İş №2-1(103)-1194/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1194/2020

10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1194/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, X13 və X5 ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli, **********181577 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2503/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********181577 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda istintaqı aparılan ********* №-li cinayət işi üzrə Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, istintaq qrupunun rəhbəri Eldar Əhmədovun xx xxx 2018-ci il tarixli qərarı ilə İddiaçı ASC və digər müəssisələrin fəaliyyət dövrləri üzrə gəlir mənbələrinin, fəaliyyətləri barədə dövlət orqanlarına hesabat təqdim edib-etməmələrinin, daxil olan vəsaitlərin hərəkətlərinin və başqa xüsusatların müəyyən edilməsi üçün Vergilər Nazirliyinin səlahiyyətli nümayəndələrinin mütəxəssis qismində cəlb edilməklə yoxlama aparılması Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergilər Nazirliyi yanında X6 xx.xx.2018ci il tarixli **********154022 saylı qərarı əsasında İddiaçı ASC-də X15 aparılmış, X15nın nəticələri haqqında xx.xx.2019-cu il tarixli **********154913 nömrəli akt tərtib edilmiş və həmin aktın nəticəsi olaraq xx.xx.2019-cu il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********181577 saylı qərar qəbul edilmişdir. Həmin Qərar ilə “xxxxxxxxxxx” ASC vergi məsuliyyətinə cəlb edilərək 1.273.092.51 manat məbləğində vergilərin və 150640.32 manat məbləğində maliyyə sanksiyasının dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qərarın surəti iddiaçı tərəfə dəfələrlə edilmiş müraciətlərdən sonra xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 saylı qərarı hətta cinayət işinin materiallarında da yoxdur. Belə ki, dəfələrlə edilmiş müraciətlərdən sonra yalnız xx xxxxxx 2019-cu il tarixli müraciətə cavab olaraq xx.xx.2020-ci il tarixdə təhvil verilmə aktı ilə qərarın surəti iddiaçı tərəfə təqdim edilmişdir və həmin qərarın təqdim edildiyi gündən 30 günlük iddia müddəti ötürülməmişdir. Bundan başqa iddiaçı tərəf xx.xx.2019-cu il tarixdə ərizə ilə Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək xx.xx.2019-cu il tarixli **********154913 nömrəli X15 aktının ləğv edilməsi və yeni yoxlama aparılmasını xahiş etsə də, hələ də müraciətə cavab verilməmişdir. İddiaçı ASC Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə edilmiş xx.xx.2019-cu il tarixli müraciətdən sonra xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən cəmiyyətin xx.xx.2019-cu il tarixinə şəxsi hesab vərəqəsində Hüquqi şəxslərin əmlak vergisi üzrə cəmi 1.436.993,5 manat, o cümlədən vergi orqanı tərəfindən hesablanmış 141.501,xx xxxxx 2018-ci il əmlak vergisi, müəssisədə keçirilmiş X15nın nəticələrinin rəsmiləşdirilməsi barədə xx.xx.2019-cu il tarixli **********154913 nömrəli X15 aktı nəticəsində hesablanmış 2011-2017-ci illər üzrə 1.239.627,38 manat əmlak vergisi, 56 600,xx xxxxx 2019-cu il üzrə əmlak vergisi üzrə cari hesablama borcu mövcuddur. Bundan başqa müəssisənin xx.xx.2019-cu il tarixinə şəxsi hesab vərəqəsində, ümumilikdə, 1.846.763,82 manat, o cümlədən vergilər üzrə 1.469.004,62 manat, maliyyə sanksiyası üzrə 150.640,32 manat, faizlər üzrə 283,52 manat ödənilməmiş borcu olduğu göstərilmişdir. Qeyd edilməlidir ki, İddiaçı ASC X15nın əhatə etdiyi dövrdə fəaliyyəti vergi ödəyicisi olaraq şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsindən ibarət olmuşdur. Bildirilməlidir ki, vergilərin hesablanması, dövlət büdcəsinə ödənilməsi, vergilərin əvəzləşdirilməsi İddiaçı ASC tərəfindən 2011-2017-ci illər ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş tələblərə tam uyğundur. 2011-ci ildən bu günə qədər İddiaçı ASC-nin faktiki gəlirləri müəssisənin xərclərini tam olaraq ödəməyib. Belə ki, müəssisənin xərcləri gəlirlərindən çox olub. Bundan başqa cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 saylı qərarının çıxarılması üçün əsas olmuş xx.xx.2019-cu il tarixli **********154913 nömrəli X15 aktı qanunsuz və əsassızdır. Belə ki, bu aktla vergi borcunun miqdarı düzgün hesablanmayıb. Müvafiq hesablamalar göstərir ki, vergi orqanı tərəfindən aparılmış hesablamalar tamamilə yanlış olduğundan qanunsuz və əsassızdır. Bundan başqa xx.xx.2019-cu il tarixli **********154913 nömrəli X15 aktı ilə əlavə dəyər vergisinin miqdarı da düzgün hesablanmamışdır. Bütün bunlar bir daha sübut edir ki, xx.xx.2019-cu il tarixli **********154913 nömrəli X15 aktı ilə əlavə dəyər vergisinin miqdarı da düzgün hesablanmamışdır. Həmçinin, xx.xx.2018-xx.xx.2019-cu il tarixdə aparılmış X15 zamanı İddiaçı ASC-nin direktoru X12 həbsdə olduğundan ASC-nin heç bir nümayəndəsi bu yoxlamada iştirak etməmişdir. Vergi orqanı ilə münasibətlərin günlük davam etdiyini, yəni bütün əməliyyatların elektron həyata keçirildiyini və bu əməliyyatlara vergi orqanının birbaşa nəzarət etdiyini, aylıq bəyannamələrə əsasən kameral yoxlamalar aparmaq səlahiyyətlərinin olduğunu və bu yoxlamaları apardıqlarını xatırladaraq bildirilir ki, kameral yoxlamalar zamanı aşkar edilmiş uyğunsuzluqlar barədə məlumatlar ASC-dən tələb edilib və bütün məlumatlar vergi orqanına təqdim edildiyindən hər hansı bir irad bildirilməmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinə vəsatət verərək bildirmişdir ki, iddiaçının iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün hesab edilməməlidir. İddiaçının mübahisələndirdiyi Baş idarənin xx.xx.2018-ci il tarixli **********154022 nömrəli “X15 keçirilməsi haqqında” Qərarın nəticələrinə dair qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx xxxxx 2019cu il tarixli **********181577 nömrəli qərar (inzibati akt) xx.xx.2019-cu il tarixdə cəmiyyətin qanuni təmsilçisinin saxlanıldığı təcridxanaya poçt vasitəsilə göndərilmiş və qəbul edilmişdir. Lakin vergi ödəyicisi yalnız xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Nümayəndə yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq iddiaçı “xxxxxxxxxxxx” ASC-nin iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-2503/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək, qərardadın ləğv edilərək inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X15 haqqında aktın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli qərar qəbul edilməmişdən əvvəl istintaq yekunlaşdırılmış, cinayət işinin materialları ilə tanış olma mərhələsi başa çatmış və xx xxxx 2019-cu il tarixdə cinayət işi üzrə ittiham aktı Baş Prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarı işlə tanış olma mərhələsində cinayət işinin materiallarında olmamış, işə Bakı Hərbi Məhkəməsi tərəfindən baxılarkən iş materiallarına əlavə edilməmişdir. Bakı Hərbi Məhkəməsinin Hökmü xx.xx.2019-cu il tarixdə çıxarılmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli qərarı cinayət işi məhkəməyə göndərildikdən sonra qəbul edilmişdir. “xxxxxxxxxxx” ASC-nin idarə heyətinin sədri X3 və idarə heyəti sədrinin müavini X12 cinayət məsuliyyətinə cəlb edildikdən və barələrində həbs qətimkan tədbiri seçildikdən sonra “xxxxxxxxxxx” ASC-də rəsmi olaraq heç bir fəaliyyət olmamış, həmin müddətdən sonra heç bir işçi fəaliyyət göstərməmişdir. “xxxxxxxxxxx” ASC-nin X15nın əhatə etdiyi dövrdə fəaliyyəti vergi ödəyicisi olaraq şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsindən ibarət olmuşdur. xx.xx.2019-cu il tarixli qərar cinayət işinin materiallarında olmadığı üçün həm Bakı Hərbi Məhkəməsində, həm də Bakı Apelyasiya Məhkəməsində məhkəmə baxışının predmetini təşkil etməmiş, məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmişdir. “xxxxxxxxxxx” ASC-nin qanuni təmsilçisi X12 xx.xx.2018-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuş və barəsində xx.xx.2018-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən o, “xxxxxxxxxxx” ASC-də keçirilmiş səyyar vergi yoxlamalarında iştirak etməmiş və keçirilmiş yoxlamaların nəticələri ilə bağlı ona heç bir rəsmi sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmənin İPM-in 78-ci maddəsinə əsaslanaraq iddianı mümkün saymaması barədə mövqeyi əsassızdır. Bundan başqa xx.xx.2019-cu il tarixli qərar dəfələrlə müraciət edildikdən sonra xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Həmin qərar cavabdehin hüquqi ünvanına göndərilməmiş, “xxxxxxxxxxx” ASC-nin hər hansı əməkdaşına təhvil verilməmiş, yalnız cavabdeh orqanın təqdim etdiyi “Speed express” sürətli poçt daşıma xidmətinin qəbzinin təsdiq edilmiş surətinə əsasən Bakı İstintaq Təcridxanasına göndərilmiş və Mirzəzadə soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə həmin qəbzin surətini sübut kimi qəbul etmişdir. Qəbz surətdir və həmin qəbzin X10 təqdim edilməsi barədə hər hansı bir sübut yoxdur. Bundan başqa X8 həmin sənədi qəbul etsəydi belə ondan şikayət vermək imkanının olmaması və “xxxxxxxxxxx” ASC-nin hüquqi ünvanına göndərilməməsi nəzərə alınmalıdır. Dəfələrlə vergi orqanına müraciət etsək də hələ də həmin qərarın əslı təqdim edilməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil şikayəti müdafiə edib təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddia ərizəsi 15 yanvarda məhkəmənin dəftərxanasına verilib. Vergi borcu 2011-2017-ci illəri əhatə edir. Hökm Ali Məhkəmənin icraatındadır. Qərar hökmdə araşdırılmayıb. X15 Aktı əsasında rəy verilib. Mütəxəssis gəlib X15 keçirib, vergi borcları müəyyən olunub. xx.xx.2019-cu il tarixli qərar iş materiallarında mövcud deyil. Avqustdan verginin nümayəndəsi ilə yazışmışdır. 7 yanvarda vergi müşaviri qərarı ona verib. Babayev Namiq həbsdə olub, onun şikayət vermə imkanı olmayıb. Rəsmi olaraq “xxxxxxxxxxx” ASC-yə göndərilməli idi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iki əsasla iddianı mümkün saymamışdır. İnzibati aktın mübahisələndirilməsi ilə bağlı müəyyən edilmiş müddətin ötürülməsi və mübahisə predmeti barədə qanuni qüvəyə minmiş məhkəmə qərarının olması. Birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən inzibati aktın mübahisələndirilməsi ilə bağlı müddətinə ötürülməsinə dair mövqeyi ondan ibarətdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 nömrəli qərar “xxxxxxxxxxx” ASC-nin qanuni təmsilçisi olan və həmin müddətdə Bakı İstintaq Təcridxanasında olan X10 göndərilmiş və xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. Həmçinin 2011-2018-ci illər üzrə vergi orqanı tərəfindən 1.273.092,51 manat məbləğində vergilərin hesablanması cəmiyyətin qanuni təmsilçisi X10 Bakı Hərbi Məhkəməsinin 1(093)-101/2019 saylı hökmünün çıxarıldığı tarixədək bəlli olmuşdur. Artıq vergilərin hesablandığı müvafiq dövrlə bağlı vergidən yayınma faktının müəyyən edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq hüquqazidd içtimai təhlükəli əməllərin törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin inzibati aktın mübahisələndirilməsi ilə bağlı müddətin ötürülməsinə dair gəldiyi nəticə ilə razılaşaraq həmin hissəyə dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 nömrəli qərarı iddiaçı “xxxxxxxxxxx” ASC-nin qanuni təmsilçisi olan X1 Bakı İstintaq Təcridxanasına göndərilmiş və sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir. İddiaçı həmin qərarın nə “xxxxxxxxxxx” ASC-nin hüquqi ünvanına göndərilmədiyini, nə də ki, “xxxxxxxxxxx” ASC-nin hər hansı əməkdaşına təhvil verilmədiyini bildirir. İddiaçı apelyasiya şikayətində həmçinin qeyd edir ki, “xxxxxxxxxxx” ASC-nin idarə heyətinin sədri X3 və idarə heyəti sədrinin müavini X12 cinayət məsuliyyətinə cəlb edildikdən və barələrində həbs qətimkan tədbiri seçildikdən sonra “xxxxxxxxxxx” ASC-də rəsmi olaraq heç bir fəaliyyət olmamış, həmin müddətdən sonra heç bir işçi fəaliyyət göstərməmişdir. Hər hansı fəaliyyəti olmayan müəssisənin hüquqi ünvanına məktubun göndərilməsi mənasız olduğu kimi, rəsmi işləməyən hər hansı işçiyə də qərarın təqdim edilməsi mümkünsüzdür ki, bu səbəbdən də cavabdeh tərəfindən qərar məhz “xxxxxxxxxxx” ASC-nin qanuni təmsilçisinin saxlanıldığı Bakı İstintaq Təcridxanasına göndərilmiş və bu barədə poçt qəbzinin təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər Beləliklə iddiaçının inzibati aktın mübahisələndirilməsi ilə bağlı müddətə riayət etməsinə dair mümkünlük şərti yerinə yetirilməmişdir. Birinci instaniya məhkəməsinin iddianın mümkün sayılmamasının digər - mübahisə predmeti barədə qanuni qüvəyə minmiş məhkəmə qərarının olması barədə gəldiyi nəticəni də əsaslı hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 15.5 və 15.6-cı bəndlərində qeyd olunur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Belə ki, iş materiallarına əlavə edilmiş həm Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(093)-101/2019 saylı hökmündən, həm də Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1-1(103)-2/2020 saylı qərarından görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 nömrəli qərarında öz əksini tapan “xxxxxxxxxxx” ASC-nin 1.273.092,51 manat vergi borcu, 3127,32 manat artıq ödəmə, cəmi 1.269.965,19 manat borc məbləği yuxarıda qeyd edilən hökm və qərarda da öz əksini tapmışdır. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Bakı şəhəri X11 tərəfindən təqsirləndirilən şəxslər X4, X2 və X7 vergiləri ödəməkdən yayındıqlarına görə “xxxxxxxxxxx” ASC üzrə 1.269.965,19 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Bakı Hərbi Məhkəməsinin 1(103)-101/2019 saylı hökmü ilə müəyyən edilmiş və Bakı Apelyasiya Məhkəməsinin qüvvədə saxladığı qərarı ilə hazırkı cavabdehin xeyrinə tutulan məbləğin elə məhz hazırda iddiaçının mübahisələndirdiyi məbləğ olması, mübahisələndirilən hallara məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verilməsi barədə mövqeyi ilə də razılaşır. Həmin hissəyə dair apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********181577 nömrəli qərarı iddiaçının dediyi kimi cinayət işi məhkəməyə göndərildikdən sonra qəbul edilmiş olsa belə, iş materiallarından görünür ki, “xxxxxxxxxxx” ASC-də X15 Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 xx.xx.2018-ci il tarixli **********154022 saylı qərarına əsasən başlanmış və xx.xx.2019-cu il tarixdə X15 aktı tərtib edilmişdir. Həmçinin məhkəmə hökmündə X15 aktı ilə müəyyən edilən dövrlər və vergi məbləğlərinə hüquqi qiymət verilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, hər iki əsas istinad edərək iddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-2503/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Hakim: Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar