Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1195/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəci X1 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Nəsimi rayon Şöbəsinə (bundan sonra mətndə -DSMF Nəsimi RŞ) qarşı pensiyanın bərpa olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-404/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X8 Məhkəmə Mübahisələri ilə İş İdarəsitərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh DSMF Nəsimi RŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun pensiya almasının təsdiq edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, sonradan iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək ona ölmüş əri Xalıqov X2 xx.xx.2001xx.xx.2005-ci ilə qədər «xxxxxxxxx» MMC-də işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona ailə başçısını itirməyə görə əmək pensiya təyin edilmişdir. Lakin, sonradan DSMF Nəsimi RŞ tərəfindən həmin pensiya dayandırılmışdır. Səbəb olaraq ərinin xx.xx.2001-xx.xx.2005-ci ilə qədər «xxxxxxxxx» MMC-də işlədiyi dövrün qarşılıqlı yoxlanılmasının mümkün olmadığı qeyd olunmuşdur. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır və onun pensiyası yenidən bərpa olunmalıdır. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-404/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ölmüş əri Xalıqov X2 xx.xx.2001-xx.xx.2005-ci ilə qədər «xxxxxxxxx» MMC-də işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir İşə apellyasiya instansiyasında baxılarkən, məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi N.Hüseynzadə apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarınınqanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını nəzərə alaraq, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-404/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan, Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İ-JQ 409842 №-li, xx.xx.1976-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Xalıkov X9 ilə Qasımova X10 arasında xx.xx.1976-cı ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Xalıkova soyadı verilmişdir. İş materiallarında olan, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 336598 №-li, xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Xalıqov X9 xx.xx.2008-ci ildə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan, Xalıqov X5 məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1982-ci ildən xx.xx.1990-cı ilə qədər Respublika Kliniki Xəstəxanada, xx.xx.2001-xx.xx.2005-ci ilə qədər «xxxxxxxxx» MMC-də fəhlə vəzifəsində işləmişdir. İş materiallarında olan, Xalıqov X5 məxsus NZ ******* №-li, Hərbi Biletin surətindən görünür ki, o, x xxxxxx 1973-cü ildən xx xxxxxx 1975-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İş materiallarında olan, DSMF Nəsimi rayon Şöbəsinin əmək pensiyası komissiyasının 1095 №-li qərarından görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən ömürlük olmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan, DSMF Nəsimi rayon Şöbəsinin əməkdaşları ilə «xxxxxxxxx» MMCnin baş mühasibi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli Aktdan görünür ki, Xalıqov X2 2001-2005-ci illər sığorta stajına daxil edilən əmək stajı qarşılıqlı olaraq yoxlanılmış və yoxlama zamanı müəyyən edilmişdir ki, o, həqiqətən də xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər «xxxxxxxxx» MMC-nin İdaş mebel mağazasına fəhlə işində işləmişdir. İş materiallarında olan, DSMF-nin Bakı şəhər üzrə X14 İdarəsinin DSMF-nin Nəsimi rayon Şöbəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli, 88/xx/xx-7432 №-li məktubdan görünür ki, «xxxxxxxxx» MMC-nin 2001-2005-ci illər üzrə hesablanıb-ödənilmiş sosial sığorta haqlarının dinamikası mövcuddur (sosial sığorta ödəmələri yoxdur). İş materiallarında olan, DSMF-nin Nəsimi rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli sərəncamından görünür ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası tələb olunan iş stajı olmadığına görə dayandırılmışdır. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının dayandırılmasının səbəbləri barədə ona məlumat verilməsini DSMF-nin Nəsimi rayon Şöbəsindən xahiş etmişdir. İş materiallarında olan, DSMF-nin Nəsimi rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, **********3 №-li məktubundan görünür ki, iddiaçının əmək pensiyası xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər «xxxxxxxxx» MMC-nin İdaş mebel mağazasında ərinin işlədiyi dövrün düzgünlüyünün yoxlanılması mümkün olmadığından dayandırılmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisə ilə əlaqədar iddianın əsaslı olduğundan təmin olunması nəticəsinə gələrkən aşağıdakı hüquq normalarına istinad etmişdir . Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; -1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; -6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. -17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Azərbaycan Respublikası ƏƏSMN Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən xx.xx.2006-cı ilədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan hüquq normalarına istinad etməklə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırda qüvvədə olan Qaydalarda da xx.xx.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi onu da düzgün olaraq qeyd etmişdir ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin1-dən qüvvəyə minir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır ki, qanunvericiliklə iddiaçının ərinin işlədiyi müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Belə ki, yuxarıda sadalanan hallardan görünür ki, iddiaçının əri əmək fəaliyyəti ilə məşğul olmuş və sonradan ölmüşdür. İlk öncə iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunsa da, sonradan ona təyin olunmuş pensiya ərinin tələb olununan iş stajının olmaması əsası ilə dayandırılmışdır. Bundan başqa, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddiaçıya məxsus pensiya işi tədqiq olunmuş və bu zaman müəyyən edilmişdir ki, dayandırılmaya səbəb kimi iddiaçının ölmüş ərinin xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər işlədiyi dövrün qarşılıqlı yoxlamasının aparılmasının mümkün olmaması qeyd olunmuşdur. Halbuki, pensiya işinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının ölmüş ərinin xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər işlədiyi dövrün qarşılıqlı yoxlaması DSMF-nin Nəsimi rayon Şöbəsinin əməkdaşları və işəgötürən müəssisənin baş mühasibi tərəfindən həyata keçirilmiş və şəxsin həmin dövrdə işləməsi faktı müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası tərəflər arasındakı mübahisə ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır ki, cavabdehin hərəkətləri qanuni və əsaslı olmamışdır və bununla əlaqədar iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı ölmüş əri Xalıqov X2 xx.xx.2001-xx.xx.2005-ci ilə qədər «xxxxxxxxx» MMC-də işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa olunması vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əassən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə tərəflər arasında mübahisəyə dair düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qərar qanunun normalarına uyğun əsaslandırılmışdır və apellyasiya şikayətinin dəlilləri həmin qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-404/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1195/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1195/2020
23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver