Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1195/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilovadan və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı X9 və Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “icarə müqaviləsinin dəyişdirilməsinə dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh2nə və Bakı şəhəri Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin anasının ölümü ilə əlaqədar onun adına Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi tərəfindən göndərilmiş qərar əsasında icarə müqaviləsinin dəyişdirilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayonu (keçmiş Oktyabr rayonu) İcra Hakimiyyəti başçısının 03 iyun 1977-ci il tarixli, 46 nömrəli qərarına əsasən anası X4 ailəsi ilə birlikdə (özü, qardaşları X9, X10 ) 15 iyun 1977-ci il tarixli, 145883 nömrəli order əsasında Müdafiə Nazirliyinin mənzil fonduna məxsus, qapalı hərbi şəhərciyə aid olmayan ünvan 4 ünvana köçmüşdür. Anası X4 29 iyul 2018-ci il tarixdə, qardaşı X10 isə 16 avqust 2010-cu il tarixdə (ölüm haqqında şəhadətnamələr AZ-1 №966555, AZ-1 № 417206) vəfat ediblər. Bakı Qarnizonu Mənzil İstismar hissəsi 5 №-li Mənzil İstismar - Sahəsinin 25 fevral 2020-ci il tarixli arayışına əsasən qardaşı X5 adı orderdə qeyd edilsə də, həmin ünvana qeydiyyata düşməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 20 iyun 2020-ci il tarixli 01/39-1031 nömrəli arayışına əsasən qardaşı X5 qeydiyyatda olduğu Bakı şəhəri, ünvan 5 ünvandan 01.06.2020-ci il tarixdə pasport qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli verdiyi arayışa əsasən hal-hazırda o, sözügedən mənzildə pasport qeydiyyatındadır. Həmin ünvanda tək yaşayır və mənzilin kirayə müqaviləsinin anasının ölümü ilə əlaqədər adına dəyişdirilməsi barədə mənzil Müdafiə Nazirliyinin mənzil fonduna aid olduğundan ərizə ilə müraciət etmişdir. Cavabdeh1 Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin qərarını sənədlərlə birlikdə geri qaytarmış və aidiyyəti üzrə yaşayış sahəsinin yerləşdiyi yer üzrə Cavabdeh2nə müraciət edilməsi tövsiyyə edilmişdir. İcarə müqaviləsi bağlanması ilə əlaqədar ona aid olan qərar və sənədlərlə birlikdə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Cavabdeh2nə göndərilmişdir. Cavabdeh2 qərarı icra etmədən geri qaytarmış və izah etmişdir ki, fond saxlayıcının baş idarəsi yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (baş idarəsi) Yasamal rayonu ərazisində yerləşir və Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, Bakı-52 h/ş, 112 nömrəli inzibati binada yerləşir. Sonradan iddiaçı ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Bakı şəhəri Cavabdeh1 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)- 5266/2021 saylı, 07.10.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasmal rayon İcra Hakimiyyəti cavabdehlər sırasından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2021 saylı, 18 noyabr 2021-ci il qərardadı (hakim A.Abdullayeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddianın mümkün sayılmamasını xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuzdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə Cavabdeh2nə müraciət etməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı həmin orqan tərəfindən müraciəti ilə bağlı imtina almamış, lakın buna baxmayaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə müvafiq ərizə ilə müraciət etmədiyindən, müraciətindən imtina olunması barədə yazılı imtina almadığından, bununla da hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Odur ki, icarə müqaviləsinin yox, sosial kirayə müqaviləsi İddiaçı adına dəyişdirilməsinə dair sərəncam verilməsi öhdəliyi məhkəmənin qərarın nəticə hissəsində göstərilməli idi. Apellyasiya baxışı zamanı qəbul edilən məhkəmə aktları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında əsl olmayan cavabdeh əsl Cavabdeh1 ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2022-ci il tarixli qərardadı ilə X9 inzibati iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının axırıncı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsininin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsi və digər 3-cü şəxs məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırki iddianın predmetini iddiaçının adına ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin icarə müqaviləsinin dəyişdirilməsinə dair sərəncam verilməsi təşkil edir. İş materiallarından göründüyü kimi, Yasamal rayonu (keçmiş Oktyabr rayonu) İcra Hakimiyyəti başçısının 03 iyun 1977-ci il tarixli, 46 nömrəli Qərarına əsasən 145883 nömrəli, 15.06.1977-ci il tarixli orderlə, X3 özü və ailə üzvləri - oğulları X9 və X7 birlikdə Müdafiə Nazirliyinin mənzil fonduna məxsus, qapalı hərbi şəhərciyə aid olmayan Bakı şəhəri, Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, ev 9 ünvanında yerləşən 9 saylı mənzil verilmişdir. X8 29.07.2018-ci il tarixdə, X10 isə 16.08.2010-cu il tarixdə vəfat etmişdir. X9 isə ümumiyyətlə sözügedən ünvanda qeydiyyatda olmamış, onun yaşayış yeri üzrə qeydiyyatı hazırda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, döngə 5, dalan – 1, ev 10 ünvanında qeydiyyatdadır. Hazırda mübahisə predmetini təşkil edən Nəsimi rayonu, 2-ci Bulvar Məmmədyarov küçəsi, 9 nömrəli, ev 9 nömrəli mənzildə yalnız X1, iddiaçı X13 qeydiyyatda olmaqla yaşayır. O, həmin ünvanda 2005-ci il tarixdən qeydiyyatdadır. İddiaçı anasının ölümü ilə əlaqədar sözügedən mənzilə dair icarə müqaviləsinin onun adına bağlanılmasına dair köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil–İstismar İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciəti nəzərə alınaraq, ilk öncə Bakı şəhəri Cavabdeh1nə müraciət edilmiş, Bakı şəhəri Cavabdeh1 tərəfindən bildirilmişdir ki, Cavabdeh1 başçısı rayonunun inzibati ərazi vahidində yerləşən və Cavabdeh1 tərəfindən xidməti order verilmiş mənzillərlə bağlı sərəncam verilə bilər. İddiaçı istifadəsində olan mənzil Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşdiyindən onunla daimi icarə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi barədə xahişinin yerinə yetirilməsi mümkün deyildir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil–İstismar İdarəsi tərəfindən Bakı şəhəri Cavabdeh2nə müraciət edilmiş, sonuncu tərəfindən bildirilmişdir ki, sözügedən mənzil Cavabdeh2 balansında olmadığından müraciətdə qeyd edilən məsələnin müsbət həlli rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, halhazırda mübahisəli mənzil Nəsimi rayonunun inzibati ərazisində yerləşdiyindən iddia üzrə cavabdehliyi mübahisəli daşınmaz əmlakın inzibati ərazisinə daxil olduğu Bakı şəhəri Cavabdeh2 daşımalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin fikri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (baş idarəsi) Yasamal rayonu ərazisində yerləşdiyi üçün cavabdehliyi Bakı şəhəri Cavabdeh1 daşımalıdır. Belə ki, iddia tələbinin əsası kimi istinad olunan mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd olan order Yasamal rayonu (keçmiş Oktyabr rayonu) İcra Hakimiyyəti başçısının 03 iyun 1977-ci il tarixli, 46 nömrəli Qərarına əsasən verilmişdir. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna əsasən, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinin 23.02.2022-ci il tarixli 175 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Balansındadır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08.07.2021-ci il tarixli 03/10-1591/3 nömrəli məktubunda bildirilmişdir ki, hərbi qulluqçuya verilmiş mənzillərin xidməti mənzillər siyahısından çıxarılması haqqında Cavabdeh1 başçısının sərəncamlarında müxtəlif inzibati ərazi vahidlərində yerləşən mənzillərə dair daimi icarə müqaviləsinin bağlanması barədə tapşırıq verildiyi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olan cavabdehlə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı, 17.03.2021-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iddiaçıya hüquqi yardım göstərilərək, cavabdehin əsl cavabdehlə əvəz olunması təklif edilmiş və iddiaçının ərizəsi əsasında Bakı şəhəri Cavabdeh1 cavabdeh qismində məhkəmə icraatına cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 87.7-ci maddəsinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibatiiqtisadi məhkəməyə göndərə bilər: 87.7.1. inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1195/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1195/2022
21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver