Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1195/2023 12.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X33 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Ehsani X9 cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2014-ci il tarixli, 2-1(81)-4275/2014 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Ehsani X18 cavabdeh Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları Ehsani X16 və Ehsani X11 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4275/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4275/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaqları - İddiaçı1 xx.xx.2008-ci ildə, İddiaçı2 xx.xx.2010-cu ildə Azərbaycan Respublikasının ərazisində doğulmuşdur və hər ikisi Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Azərbaycan Respublikası Konsititusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 11-ci maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulmaq Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsaslarından biridir. Uşaqlar 30 may 2014-cü il tarixdən əvvəl doğulduqları üçün onlara “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 30 may 2014-cü il tarixədək qüvvədə olan normaları tətbiq edilməlidir. Həmin normalar şəxsin valideynlərinin vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində doğulan hər bir kəsi Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır və doğum haqqında şəhadətnaməni şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənəd hesab edir. Apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-356/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4275/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 851/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 356/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi 13 yanvar 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, yerli məhkəmələr 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılmaması barədə qərar çıxararkən hansı hüquqi əsasa istinad etdiklərini izah etməmişdir. Onlar, həmçinin aidiyyəti olan uşaqların hamısının Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə və bu sənədin 2014-cü il 30 may tarixədək qüvvədə olan 1998ci il 30 sentyabr tarixli Qanunun 6-cı maddəsinə və Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarına əsasən vətəndaşlığı təsdiq edən sənəd statusuna malik olmasını nəzərə almamışlar. Qərara əsasən “İnsan Hüquqlarının və X15 haqqında” Konvensiyasının 8-ci maddəsi pozulmuş hesab edilmiş, cavabdeh dövlət tərəfindən dəymiş mənəvi zərərə görə ərizəçilərin hər birinə 2100 avro kompensasiya ödənilməsi qərara alınmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarına əsasən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015ci il 25 iyun tarixli, 2-1(102)-821/2015 nömrəli; 2015-ci il 2 iyul tarixli, 2-1(102)-851/2015 nömrəli; 2016-cı il 30 iyun tarixli, 2-1(102)-10/2016 nömrəli; 2015-ci il 22 sentyabr tarixli, 2- 1(102)-1040/2015 nömrəli; 2016-cı il 17 fevral tarixli, 2-1(102)-12/2016 nömrəli; 2015-ci il 3 noyabr tarixli, 2-1(102)-1215/2015 nömrəli və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 1 aprel tarixli, 2-1(103)-449/2015 nömrəli; 2015-ci il 11 fevral tarixli, 2-1(103)-356/2015 nömrəli; 2015-ci il 5 may tarixli, 2- 1(103)-690/2015 nömrəli; 2015-ci il 21 aprel tarixli, 2-1(103)-512/2015 nömrəli, 2015-ci il 30 iyun tarixli, 2-1(103)-896/2015 nömrəli; 2015-ci il 14 iyul tarixli, 2-1(103)-968/2015 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçılar İddiaçı1 və Nəstaran Ehsaninin qanuni nümayəndəsi Ehsani X9; X4 və X5 qanuni nümayəndəsi Haidari X1; X7 və X13 qanuni nümayəndəsi X3; Qureshi X10 qanuni nümayəndəsi Qureshi X8; X28 qanuni nümayəndəsi X43; X29 və X17 qanuni nümayəndəsi X6 tələbləri üzrə işlər yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul olunmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-1(a)/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-851/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2nə qarşı “Azərbaycan Respublikası vətəndaşlığının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılıb-sayılmamasını Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun əsasında araşdırmalı, iddiaçıların Azərbaycan Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrinin mövcud olması faktını müəyyən etməli və qiymətləndirməli, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin faktiki hallarından görünür ki, Ehsani X18 2008-ci il tarixdə X2 ilə nikaha daxil olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən və Nərimanov rayon Qeydiyyat Şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023cü il tarixli 49 nömrəli məktubla məhkəməyə təqdim edilmiş doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətlərindən görünür ki, Azərbaycan Respublikasının ərazisində xx.xx.2008-ci il tarixdə İddiaçı1 adlı, xx.xx.2010-cü il tarixdə İddiaçı2 adlı qızları doğulmuşdur. Hər ikisi də Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin olunublar. Onlar Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün Cavabdeh2nə müraciət etsələr də, vətəndaşlıq məsələlərinin həllinin onların səlahiyyəti daxilində olmadığı üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi tövsiyə edilərək Ehsani X23 və Ehsani X14 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçının qanuni nümayəndəsi olduğu övladları Azərbaycan Respublikası vətəndaşı sayılmadıqlarından, Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi isə yalnız Azərbaycan Respublikası vətəndaşlarına verildiyindən iddia təmin edilə bilməz. İddiaçı tərəfindən onun övladlarının Azərbaycan Respublikası vətəndaşları sayılmasına dair sənəd Cavabdeh2nə təqdim edilmədiyindən, bununla da, cavabdehin imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşdə olan AZ-İİİ № 162315 və AZ-İİİ № 440942 saylı doğum haqqında şəhadətnamələrin notarial təsdiqlənmiş surətlərindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Ehsani X30, xx.xx.2010-cü il təvəllüdlü Ehsani X24 Azərbaycan Respublikasının ərazisində - Bakı şəhərində doğulmuşlar, valideynləri kimi atası Qanuni nümayəndə, anası Tavakkoli Fatemeh qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2014-cü il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyasında 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün 13 yanvar 2022-ci il tarixli qərarında göstərmişdir ki, “Konstitusiyanın 52-ci maddəsi və 1998-ci il 30 sentyabr tarixli Qanunun 11-ci maddəsi 2014-cü il 30 may tarixədək qüvvədə olan redaksiyada aydın şəkildə göstərilməklə və bu qaydaya əsasən hər hansı şərt və ya məhdudiyyət nəzərdə tutulmadan, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxsin Azərbaycan vətəndaşı olduğunu qəbul etmişdir. Doğulduğu yer (Jus soli) əsasında Azərbaycan vətəndaşlığının qeyd-şərtsiz verilməsi Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixil qərarında da öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin, hazırkı işlərdə daxili qanunvericiliyə verilən şərhin hökumət tərəfindən BMT qarşısında irəli sürülən Azərbaycan Respublikası ərazisində doğulan uşaqların heç bir əlavə şərt qoyulmadan Azərbaycan vətəndaşlığı almasına dair şərhinə zidd olduğunu qeyd edir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, yerli məhkəmələr 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılmaması barədə qərar çıxararkən hansı hüquqi əsasa istinad etdiklərini izah etməmişdir. Onlar, həmçinin aidiyyəti olan uşaqların hamısının Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə və bu sənədin 2014-cü il 30 may tarixədək qüvvədə olan 1998ci il 30 sentyabr tarixli Qanunun 6-cı maddəsinə və Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarına əsasən vətəndaşlığı təsdiq edən sənəd statusuna malik olmasını nəzərə almamışlar. Məhkəmə qeyd edir ki, daxili qanunvericiliyin müddəaları milli hakimiyyət orqanları tərəfindən düzgün şərh edilməmişdir və ərizəçilərin övladlarının Azərbaycan vətəndaşlığının rədd edilməsi nə qanuni, nə də zəruri prosessual təminatlara uyğun deyildir. Konvensiyanın 8-ci maddəsi pozulmuşdur”. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın Ehsani X9 onun övladlarına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi barədə müraciətini vətəndaşlıq məsələlərinin həllinin səlahiyyətləri daxilində olmadığını əsas götürərək təmin etməkdən imtinası qanunsuz olmuşdur. Beləliklə, işin hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü Ehsani X30 və xx.xx.2010-cü il təvəllüdlü Ehsani X14 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) tələbləri baxımından, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq belə nəticə hasil olunur ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-4275/2014 saylı, xx.xx.2014-ci il tarixli qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul olunmalı, iddia təmin edilməli, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Ehsani X9 övladları xx.xx.2008-ci il təvəllüdlü Ehsani X23 və xx.xx.2010-cü il təvəllüdlü Ehsani X14 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdeh2nə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4275/2014 saylı, xx.xx.2014-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddia təmin edilsin. İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Ehsani X9 övladları xx.xx.2008-ci il təvəllüdlü Ehsani X30 və xx.xx.2010-cü il təvəllüdlü Ehsani X14 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdeh2nə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1195/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1195/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver