Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1196/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 məruzəsi ilə, Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı3, İddiaçı5, İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Məhəmməd Əzəm qızının Cavabdeh2nə qarşı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 3cü şəxs qismində cəlb olunmaqla) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdeh2nə həvalə edilməsi tələbinə dair Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-531/2015 saylı qərarından İddiaçı3, İddiaçı5, İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Məhəmməd Əzəm qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı3, İddiaçı5, İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Məhəmməd Əzəm qızı Cavabdeh2nə qarşı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdeh2nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(81)-5106/2014 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 3-cü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-531/2015 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-975/2015 saylı qərarı ilə İddiaçı3, İddiaçı5, İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Məhəmməd Əzəm qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)- 531/2015 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-1177/2015 saylı qərarı ilə İddiaçı3, İddiaçı5, İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Məhəmməd Əzəm qızının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-975/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonradan ərizəçilər X41, X33, Ruhullah Rustami, X38 Alikozie, Nafisa Ahmadzadeh, Beheshta Ahmadzadeh, X42 və X28 milli səlahiyyətli orqanların onların övladlarına şəxsiyyət vəsiqəsi verməkdən və Azərbaycan vətəndaşı kimi tanımaqdan imtina etmələrinin onların Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi və ailə həyatına hörmət hüquqlarına müdaxilə təşkil etdiyinə dair şikayət vermişlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi ərizələrin hallarının və onların qaldırdıqları maddi məsələlərin oxşarlığını nəzərə alaraq İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Reqlamentinin 42-ci Qaydasının 1-ci bəndinə uyğun olaraq həmin ərizələrə birlikdə baxılmasını məqsədəuyğun hesab etmişdir. X15 nümayəndəsi 2018-ci il 8 noyabr tarixli məktubla Qeydiyyat şöbəsinə müraciət edərək Beheşta Əhmədzadənin öz ərizəsini məhkəmə qarşısında davam etdirmək istəmədiyini bildirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin a) bəndinə əsasən hesab etmişdir ki, artıq Beheşta Əhmədzadə ilə bağlı şikayətə baxmağa haqlı deyildir. Sonda Beheşta xanım Əhmədzadəyə aid olan 34491/16 saylı ərizə siyahıdan çıxarılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haşemi və başqaları Azərbaycana qarşı” xx.xx.2022-ci il tarixli qərarı ilə xanım Beheştə Əhmədzadənin barəsində olan 34491/16 saylı ərizənin siyahıdan çıxarılması, digər ərizəçilərin vəsatətlərinin mümkün elan edilməsi, “İnsan Hüquqlarının və X20 haqqında” Konvensiyanın 8-ci maddəsinin pozulmuş hesab edilməsi, cavabdeh dövlət tərəfindən dəymiş mənəvi ziyana görə ərizəçilərin hər birinə 2100 avro kompensasiya ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli, 13- 1(102)-1(a)/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-821/2015 nömrəli; xx.xx.2015-ci il tarixli, 2-1(102)-851/2015 nömrəli; xx.xx.2016-cı il tarixli, 2-1(102)-10/2016 nömrəli; xx.xx.2015-ci il tarixli, 2-1(102)-1040/2015 nömrəli; xx.xx.2016-cı il tarixli, 2-1(102)- 12/2016 nömrəli; xx.xx.2015-ci il tarixli, 2-1(102)-1215/2015 nömrəli və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)- 449/2015 nömrəli; xx.xx.2015-ci il tarixli, 2-1(103)-356/2015 nömrəli; xx.xx.2015-ci il tarixli, 2-1(103)-690/2015 nömrəli; xx.xx.2015-ci il tarixli, 2-1(103)-512/2015 nömrəli; xx.xx.2015ci il tarixli 2-1(103)-896/2015 nömrəli; xx.xx.2015-ci il tarixli, 2-1(103)-968/2015 nömrəli qərarları ləğv edilmiş və iddiaçılar Məryəm Ehsani və Nəstaran Ehsaninin qanuni nümayəndəsi Ehsani X9; X4 və X5 qanuni nümayəndəsi Haidari X1, X7 və X12 qanuni nümayəndəsi X3; Qureşhi X10 qanuni nümayəndəsi Qureshi X8; X22 qanuni nümayəndəsi X39; X23 və X14 qanuni nümayəndəsi X6 tələbləri üzrə işlər yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Haşemi və başqaları Azərbaycana qarşı” xx.xx.2022-ci il tarixli qərarı ilə Beheştə Əhmədzadənin barəsində olan ərizə siyahıdan çıxarılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli, 13-1(102)-1(a)/2022 saylı qərarında ləğv edilərək, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilən işlərin siyahısında İddiaçı3, İddiaçı5, İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Məhəmməd Əzəm qızının Cavabdeh2nə qarşı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 3-cü şəxs qismində cəlb olunmaqla) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdeh2nə həvalə edilməsi tələbinə dair inzibati iş (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(102)-1177/2015 nömrəli və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2-1(103)-975/2015 nömrəli qərarı) göstərilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş apellyasiya baxışından çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı3, İddiaçı5, İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə Məhəmməd Əzəm qızının Cavabdeh2nə qarşı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 3cü şəxs qismində cəlb olunmaqla) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdeh2nə həvalə edilməsi tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1196/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1196/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver