Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1198/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Ağayev Valeh Məmməd oğlundan ibarət tərkibdə, üçüncü şəxs “xxxxxxxxx” səhmdar cəmiyyətinin vəkili X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-96/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs “xxxxxxxxx” SC) məhkəməyə müraciət edərək, cavabdehin Apellyasiya şurasının xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarının ləğv edilməsini xahiş etmişlər. İddianın əsaslarına görə, iddiaçı sahibi olduğu “Птичка Карамель” əmtəə nişanının nömrəsi: 2016 1341, iddia sənədinin nömrəsi: 2016 00560, ilkinlik tarixi: xx.xx.2016-cı il, dövlət reyestrində qeyd olunma tarixi: xx.xx.2016-cı il, əmtəəə nişanının qeydiyyat müddətinin bitməsi tarixi: xx.xx.2026-cı il, siniflər: 30-cu sinif konfetlər, 35-ci sinif - 30-cu sinifdə göstərilən əmtəənin satışı üzrə xidmətlər, dövlət qeydiyyatına alınmışdır. Əmtəə nişanının rəngi: yaşıl, sarı, qırmızı, göy, tünd yaşıl, narıncı, ağ rənglərdən ibarətdir. Əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyil. Əmtəə nişanının təsviri verilmiş və qorunur. Cavabdeh Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Apellyasiya şurasının xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarı ilə “Птичка Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı (30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) üçüncü şəxs “xxxxxxxxx” SC tərəfindən Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsaslı hesab edilmiş və iddia təmin edilmiş, iddiaçıya məxsus “Птичка Карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının 2016 1341 nömrəli qeydiyyatı etibarsız hesab edilmişdir. İddiaçı hesab edir ki, aşağıdakılara əsasən cavabdehin Apellyasiya şurasının xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarı ləğv edilməlidir. Belə ki, 2017-ci ilin yanvar ayından başlayaraq “xxxx” MMC İddiaçı MMC-nin əmtəə nişanlarını təqlid etməklə, hər ay ölkə ərazisinə qənnadı məhsullarını idxal etməklə istehlakçıları aldatmış, İddiaçı MMC-nin əmtəə nişanlarından qanunsuz olaraq istifadə etmişdir. Buna görə İddiaçı MMC “xxxx” MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi və sair iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. “xxxx” MMC-nin xarici himayədarı “xxxxxxxxx” SC cavabdehin Apellyasiya Şurasına etiraz ərizəsi verərək İddiaçı MMC-nin sahib olduğu “Птичка Карамель” əmtəə nişanının ləğv edilməsini xahiş etmişdir. İddiaçıya görə yuxarıda qeyd olunanlara əsasən əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyil. Əmtəə nişanının təsviri verilmişdir və qorunur. Cavabdehin iddiaya qarşı xx.xx.2019-cu il tarixli 141-3-8/4 nömrəli etirazının dəlillərinə görə, xx.xx.2017-ci il tarixdə iddiaçıya məxsus “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı “xxxxxxxxx” SC tərəfindən Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. 2016 1341 nömrəli “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanı 30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflərin əmtəələri və xidmətləri üzrə iddiaçının adına qeydiyyata alınmışdır. “Золотая Птичка” adlı İR ******* nömrəli əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə “X11 Company” X4” adına qeydiyyata alınmışdır və onun qeydiyyatı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası ərazisinə şamil edilir. “Золотая Птичка” adlı əmtəə nişanına dair hüquqlar xx.xx.2016-cı il tarixdən “xxxxxxxxx” X12-yə verilmişdir. Bununla bağlı qeydiyyat ÜƏMT tərəfindən xx.xx.2016-cı ildə aparılmış və bu qeydiyyat 30-cü sinif əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində də qüvvədədir. “xxxxxxxxx” SC və iddiaçı arasında xx.xx.2010-cu il tarixdə imzalanmış, xx.xx.2012-ci il tarixədək qüvvədə olan 893 nömrəli və xx.xx.2016-cı il tarixdə imzalanmış, xx.xx.2016-cı ildədək qüvvədə olan 0184/8116 nömrəli müqavilələrə əsasən İddiaçı MMC üçüncü şəxs “xxxxxxxxx” SC-nin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edib. Satılan məmulatlar arasında “Золотая Птичка” adlı məmulat da olmuşdur. Apellyasiya şurası qərar qəbul edərkən “Золотая Птичка” adlı əmtəə nişanının ilkinlik tarixinin daha əvvəl olduğunu nəzərə almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya məxsus “Птичка Карамель” təsviri əmtəə nişanı 30-cu sinif konfetlər, 35-ci sinifin “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” xx.xx.2016-cı il tarixdə iddiaçının adına Azərbaycan Respublikasında 2016 1463 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016-cı il). Bundan başqa, iddiaçıya məxsus şəhadətnamədə əmtəə nişanının təsviri hissəsindən başqa qalan işarələr müstəqil mühafizə obyekti olmadığı qeyd olunduğu halda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hazırkı iş üzrə qərarında sözügedən əmtəə nişanı “Птичка Карамель” kombinasiya olunmuş əmtəə nişanı kimi qəbul etmiş və üçüncü şəxs “xxxxxxxxx” SC-yə məxsus olan “Золотая Птичка” söz işarəsi ilə eyniləşdirmiş və yanlış nəticəyə gəlmişdir. Hazırkı iş üzrə üçüncü şəxsə məxsus olan “Золотая Птичка” söz işarəsinin qeydiyyatı olduğu halda təsvirinin hal-hazırda da qeydiyyatı yoxdur. Lakin hazırkı iş üzrə mübahisə predmeti olan əmtəə nişanı təsvir ilkin olaraq Azərbaycan Respublikasında iddiaçının adına qeydiyyatdan keçmişdir. Qeyd olunan əmtəə nişanı təsvir nə üçüncü şəxsin qeydiyyatdan keçdiyi ölkədə, nə də başqa ölkədə hər hansı bir şəxsin adına qeydiyyatdan keçməmişdir. Qeyd olunan əmtəə nişanın təsviri cavabdehdə iddiaçının adına qeydiyyata alınan zaman müvafiq qaydada yoxlanılmış və ekspertizası aparılmışdır. Belə ki, əmtəə nişanı təsvirin başqa şəxsin adına qeydiyyatı olsaydı təbii ki, İddiaçı MMC-nin adına qeydiyyata alınmazdı. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarında “Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinə istinad edilməsi də əsassızdır. Bundan başqa, birinci instansiya məhkəməsinin qərarında “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyası”nın 2-ci maddəsinə və həmin maddənin 6-cı bəndinə istinadı da əsaslı hesab edilməməlidir. Belə ki, qeyd olunan maddə ədəbi və bədii əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarını bu konvensiyanın predmeti kimi nəzərdə tutmamışdır. Bundan başqa, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun 6cı maddəsi müəlliflik hüququ və əlaqəli hüquqların obyektləri hesab olunan əsərlərin dairəsini konkretləşdirmiş və əmtəə nişanlarının bu qanunun obyekti kimi nəzərdə tutmamışdır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2133/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-594/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İİK-nın xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən üçüncü şəxs “xxxxxxxxx” SC-nin vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Əmtəə nişanı haqqında N 2016 1341 nömrəli şəhadətnaməyə görə, “Птичкa-Кaрaмeль” əmtəə nişanının sahibi İddiaçı MMC-dir. İddia sənədinin nömrəsi 2016 00560, ilkinlik tarixi xx.xx.2016-cı il, dövlət reyestrində qeydə alınma tarixi xx.xx.2016-cı ildir. Qeyd olunan şəhadətnamə xx.xx.2026-cı ilədək qüvvədədir. Əmtəə nişanı 30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflər üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanında mühafizə olunmayan elementlər: əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyektləri deyil. Əmtəə nişanının rəngi yaşıl, sarı, qırmızı, göy, tünd yaşıl, narıncı və ağ rənglərdən ibarətdir. “Золотая Птичка” əmtəə nişanı isə Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən “xxxxxxxxx” SC tərəfindən 30-cu sinfin əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən beynəlxalq qeydiyyata alınmışdır. Bu beynəlxalq qeydiyyatın təyinat ölkələrinin siyahısında Azərbaycan Respublikası da göstərilmişdir. Həmin beynəlxalq qeydiyyata əsasən “Золотая Птичка” əmtəə nişanının Azərbaycan Respublikası ərazisində mühafizəsi xx.xx.2014-cü il tarixdən başlanmışdır. Azərbaycan Respublikası “Patent və X9” publik hüquqi şəxsin üçüncü şəxs “xxxxxxxxx” SC-nin nümayəndəsinə ünvanlanan xx.xx.2017-ci il tarixli **********01 nömrəli məktubunda da göstərilmişdir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq reyestrinin ROMARİN online məlumat bazasında olan məlumata əsasən “xxxxxxxxx” X12 adına İR ******* nömrəsi ilə qeydiyyata alınmış “Золотая Птичка” beynəlxalq əmtəə nişanı Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (Nitsa təsnifatı) 30-cu sinfi üzrə Azərbaycan Respublikası ərazisində xx.xx.2023-cü il tarixədək qüvvədədir. AR “Patent və X9” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli Əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildirişə görə, 2016 33117 nömrəli iddia ərizəsinin ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, “Птичка Карaмeль” əmtəə nişanı 30-cu sinif əmtəələri üzrə əmtəə nişanı kimi qeydə alına bilməz. Çünki ekspertiza zamanı ƏXBT-nin 30-cu sinfi üzrə Azərbaycan Respublikasında öncə qeydiyyatdan keçmiş oxşar əmtəə nişanı aşkar edilmişdir. Bundan sonra, üçüncü şəxs “xxxxxxxxx” SC hesab etmişdir ki, “Золотая Птичка” adlı əmtəə nişanı (İR ******* nömrəli beynəlxalq qeydiyyat) və “Птичка Кaрaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1341 nömrəli qeydiyyat) bənzər nişanlardır, müqayisə edilən əmtəə nişanlarının təsviri hissəsi qarışdırılacaq dərəcədə bənzərdir. Odur ki, İddiaçı MMC-yə məxsus “Птичка Кaрaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı üçüncü şəxs “xxxxxxxxx” SC cavabdehin Apellyasiya şurasına etiraz ərizəsi ilə müraciət etmişdir. Sonuncunun xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarı ilə etiraz ərizəsi əsaslı hesab edilmiş və iddiaçıya məxsus “Птичкa-Кaрaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının 2016 1341 nömrəli qeydiyyatı etibarsız sayılmışdır. Cavabdehin Apellyasiya şurasının xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, “xx.xx.2017 il tarixdə İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kömbinsiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı (30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflərin əmtəələri və xidmətləri 2016 1341 nömrəli qeydiyyat) “xxxxxxxxx” Səhmdar Cəmiyyətinin nümayəndəsi A.M.Kərimov tərəfindən Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur. Apellyasiya şurası təqdim edilən sənədləri və materialları (məlumatları) araşdıraraq müəyyən etdi ki: İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kombinsiya edilmiş əmtəə nişanı (30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflərin əmtəələri və xidmətləri üzrə xx.xx.2016 il tarixində İddiaçı MMC-nin adına Azərbaycan Respublikasında 2016 1341 nömrəli qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2016). Əmtəə nişanının qeydiyyatında qeyd edilmişdir ki, “əmtəə nişanında təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyekTləri deyil.”; “Золотая Птичка” adlı əmtəə nişanı 30-cu siniflərin əmtəələri üzrə xx.xx.2013-cü il tarixdə İR ******* nömrəsi altında “X11 Company “İndustrial Association “Konti” adına qeydiyyata alınmışdır. “Золотая Птичка” adlı əmtəə nişanının qeydiyyatı xx.xx.2014 il tarixdən Azərbaycan Respublikası ərazisinə şamil edilmişdir. “Золотая Птичка” adlı əmtəə nişanına dair hüquqlar xx.xx.2016-cı il tarixdən etibarən “xxxxxxxxx” SC-nin (“xxxxxxxxx” X12) adına keçirilmişdir. ÜƏMT qeydiyyatı xx.xx.2016 il tarixdə aparmışdır. Həmin qeydiyyat 30-cu siniflərin əmtəələri üzrə Azərbaycan Respublikası ərazisində qüvvədədir; “xxxxxxxxx” SC və İddiaçı MMC arasında xx.xx.2010-cu il tarixdə imzalanmış 893 nömrəli və xx.xx.2012-ci il tarixədək qüvvədə olan və xx.xx.2016-cı il tarixdə imzalanmış 0184/8/16 nömrəli və xx.xx.2016-cı il tarixədək qüvvədə olan qənnadı məmulatlarının təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, İddiaçı şirkəti “xxxxxxxxx” SC şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. 893 nömrəli müqaviləyə xx.xx.2011-ci il tarixdə imzalanmış və həmin müqavilə üzrə mal çatdırıldığı zaman yükün kim tərəfindən alınacağı barədə və xx.xx.2013-cü il tarixdə imzalanmış və xx.xx.2013-cü il tarixədək qüvvədə olan 893 nömrəli müqavilənin müddətinin uzadılması barədə əlavə razılaşmalar İddiaçı və “Konti” arasında bağlanmışdır; “xxxxxxxxx” SC (RU), “Torqovıy Dom “Konti” (UA) və İddiaçı arasındakı münasibətlərdən irəli gələn və bu etiraz ərizəsinə əlavə olunan sənədlərdən (bəyannamələr, hesab-fakturalar, qaimələr, spesifikasiyalar) görünür ki, “xxxxxxxxx” və “Torqovıy Dom “Konti” şirkətləri İddiaçı şirkətini qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin “Золотая Птичка” adlı məmulat mövcud idi. Apellyasiya şurasına təqdim edilən sənədlərdən görünür ki, İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1341 nömrəli qeydiyyat) tərkibində olan təsviri hissəsi mühafizə olunan element kimi sayılmışdır. Apellyasiya şurası müəyyən etdi ki: ““Konti” İstehsalat Birliyi” X5 (UA) marketinq departamentinin dizayn şöbəsinin kompyuter qrafikası üzrə mütəxəssisi vəzifəsində işləyən X3 (UA) onunla bağlanan əmək müqaviləsi və xx.xx.2006-cı il tarixli əqli mülkiyyət müstəsna əmlak müəllif hüquqlarının verilməsi haqqında razılaşmaya uyğun olaraq öz əmək öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində işəgötürənin tapşırığı ilə “Təsvir” yaratmışdır. İşəgötürənə “Təsvir”ə dair müstəsna müəllif əmlak hüquqları “Təsvir”in istənilən üsulla və istənilən formada dünyanın bütün ərazisində müstəsna hüququn qüvvədə olmasının bütün müddəti ərzində tam həcmdə məxsusdur, onları tam və ya qismən verə bilər, həmçinin işəgötürənin şəxsi istəyi ilə müəyyən etdiyi şərtlərlə istənilən şəxslərə müəllifə hər hansı bir əlavə mükafat vermədən lisenziya verə bilər. Müəllif işəgötürənə və onun razılığı ilə digər şəxslərə müəllifin adını göstərmədən “Təsvir”dən istifadə etmək. Əsərin yaradılması haqqında Akt xx.xx.2014-cü il tarixdə imzalanmışdır; “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1341 nömrəli qeydiyyat) tərkibində olan təsviri hissəsi X2 (UA) əqli mülkiyyət obyekti “Təsvir” əsəri adlanan fraqmentini təkrarlayır. Bu isə onun əqli mülkiyyət hüquqlarını pozulmasını göstərir. “Ədəbiyyat və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 2-ci maddəsinə uyğun olaraq, həmin maddədə nəzərdə tutulan əsərlər İttifaqın bütün ölkələrində mühafizə olunur. Bu qorunma müəllifin və onun varislərinin xeyrinə həyata keçirilir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun 5-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq “Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər: təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino, tele, video, yaxud fotokadr və s.). “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun 6-cı maddəsinin ikinci hissəsinin (b) bəndində göstərilir: “müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentlərini təkrar edən nişanlar, əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır.” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsində göstərilmişdir ki, “əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər.” Apellyasiya şurası müqayisə edilən əmtəə nişanlarının oxşarlığını müəyyən etmək üçün “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na istinad etmişdir. Qaydalar “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanuna uyğun işlənib hazırlanmışdır. Göründüyü kimi, Qaydalara uyğun olaraq ekspertiza öz işlərini aparmalıdır. Qaydaların 29.4-cü bəndinə uyğun olaraq ekspertiza tərəfindən iddia olunan nişanın başqa nişanlarla eynilik və oxşarlığı yoxlanılarkən aşağıdakı hərəkətlər həyata keçirilir: eyni və oxşar nişanların məlumat axtarışı aparılır; məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. İş materiallarından görünür ki, müqayisə edilən əmtəə nişanlarında mövcüd olan “Птичка” sözü üst-üstə düşür. İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1341 nömrəli qeydiyyat) qeydiyyatında qeyd edilmişdir ki, təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyekləri deyil. Yəni qeydiyyatdan görünür ki, “Kарамель” (əmtəənin növü sayılır) və “Птичка” sözü mühafizə olunmayan elementlər kimi sayılmışdır. “Золотая Птичка” adlı əmtəə nişanının qeydiyyatında (İR 1190281) isə “Золотая” və “Птичка” sözləri ayrı ayrılıqda da mühafizə olunan element kimi sayılmışdır. Belə olan halda, İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanında (2016 1341 nömrəli qeydiyyat) təsvir hissəsi X2 (UA) əqli mülkiyyət obyekti “Təsvir” əsəri adlanan fraqmentini təkrarlayır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 10-cu maddəsindən və təqdim edilən sənədlərdən görünür ki, İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” (2016 1341 nömrəli qeydiyyat) adlı kombinasiya edilmiş əmtəə nişanının ilkinlik tarixi xx.xx.2016; “xxxxxxxxx” SC-yə məxsus “Золотая Птичка” adlı əmtəə nişanının (İR ******* nömrəli beynəlxalq qeydiyyat) qeydiyyatı xx.xx.2014-cü il tarixdən Azərbaycan Respublikası ərazisində qüvvədir. Göründüyü kimi “Золотая Птичка” adlı əmtəə nişanının ilkinliyi üstündür. Qaydaların 29.9.1-ci və 29.9.2-ci bəndlərində göstərilmişdir ki, “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır” və “Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır” bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. Göründüyü kimi, “Птичка Kарамель” adlı əmtəə nişanının qeydiyyatına aid 30-cu sinifdə qeyd edilən (konfetlər) “Золотая Птичка” adlı əmtəə nişanının qeydiyyatında da mövcuddur. “Птичка Kарамель” adlı əmtəə nişanının xidmətləri isə “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətləri” ilə bağlıdır. Belə olan halda Qaydaların 29.9.2ci bəndi nəzərə alınmalıdır. Qeydiyyatdan görünür ki, “Птичка Карaмeль” adlı əmtəə nişanının adı altında İddiaçı MMC “konfetlər” əmtəələri istehsal edərək “Птичка Kарамель” adlı əmtəə nişanı vasitəsi ilə həmin əmtəələrin satışı üzrə xidmətlər göstərilməsi nəzərdə tutulmuşdur. Yəni 30-cu sinifdə göstərilən əmtəələrin istehsalı birbaşa 35-ci sinifdə göstərilən xidmətləri ilə sıx bağlıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin “a” bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları ilə eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Şərh edilənlərə əsasən, Apellyasiya şurası “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.4-cü, 29.6.1-29.6.4-cü, 29.9.1- 29.9.2-ci bəndlərini, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6cı maddəsinin birinci hissəsinin “a”, “b” və “ç” bəndlərini, 10-cu maddəsini, 29-cu maddəsinin birinci və altıncı hissələrini, “Ədəbiyyat və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 2-ci maddəsini, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci maddəsinin 2-ci bəndini, 3-cü maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara almışdır ki, “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatına qarşı (30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflərin əmtəələri və xidmətləri 2016 1341 nömrəli qeydiyyat) iddiaçının nümayəndəsi A.M.Kərimov tərəfindən verilmiş etiraz ərizəsi əsaslı hesab edilsin və iddia təmin edilsin, İddiaçı MMC-yə məxsus “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının 2016 1341 nömrəli qeydiyyatı etibarsız sayılsın.” Məhkəmə kollegiyası işdə olan, surətlərinin əsli ilə düzgünlüyü cavabdeh tərəfindən təsdiq edilərək Məhkəməyə təqdim olunan materiallardan, həmçinin, müəyyən etmişdir ki, “xxxxxxxxx” QSC (satıcı) və İddiaçı MMC (alıcı) arasında qənnadı məmulatlarının təchizatı üzrə xx.xx.2010-cu il tarixdə 893 nömrəli müqavilə bağlanmışdır (iş vərəqi-2-ci cild, 35- 47). Eyni tərəflər arasında xx.xx.2011-ci il tarixdə imzalanan “xx.xx.2010-cu il tarixli 893 nömrəli müqaviləyə əlavə razılaşma” ilə mal çatdırıldığı zaman yükün daha kimlər tərəfindən alına biləcəyi təsbit edilmişdir. Əlavə razılaşmaya əsasən, xx.xx.2010-cu il tarixdə 893 nömrəli müqavilə üzrə yük alan qismində “xxxxxxxxxxx” MMC və “xxxxxxxx” MMC də çıxış edə bilər (iş vərəqi-2-ci cild, 48-55). Eyni tərəflər arasında xx.xx.2013-cü il tarixdə imzalanan “xx.xx.2010-cu il tarixli 893 nömrəli müqaviləyə əlavə razılaşma” ilə xx.xx.2010-cu il tarixli 893 nömrəli müqavilənin müddəti xx.xx.2013-cü il tarixədək uzadılmışdır (iş vərəqi-1-ci cild, 210). Daha sonra, “xxxxxxxxx” SC və İddiaçı MMC arasında qənnadı məmulatlarının təchizatına dair xx.xx.2016-cı il tarixdə 0184/8/16 nömrəli müqavilə imzalanmış və xx.xx.2016-cı il tarixədək qüvvədə olmuşdur (iş vərəqi-1ci cild, 228-260). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1000-170/1xx-xx/000652 nömrəli məktubunda göstərilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən “xxxxxxxxx” Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası), “X7” (Ukrayna) və “X13” (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə İddiaçı MMC (VÖEN:**********) vasitəsilə 2016-cı il ərzində “Konti” nişanlı malların idxal olunması barədə məlumat təqdim edilir. Məktubda qeyd olunan “xxxxxxxx” (VÖEN:**********) MMC-nin 2010-2016-cı illər ərzində həmin şirkətlərlə xarici iqtisadi fəaliyyəti haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Məlumat üçün bildirirlər ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılması Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır. “xxxxxxxxx” SC (Rusiya Federasiyası) və “X7” XSC arasında xx.xx.2015 il tarixdə Xarici bazarlara məhsulların təchizatı zamanı əməkdaşlıq haqqında Razılaşma imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə, Məhsullar - qənnadı məmulatları, 5.2-ci bəndinə əsasən, tərəflər hər hansı bir tərəfin hüquqlarının xarici bazarlardan hər hansı birində üçüncü şəxs tərəfindən pozulması zamanı həmin hüquqların müdafiəsi üzrə öz hərəkətlərini koordinasiya edir. Surətlərinin əsli ilə düzgünlükləri notariat qaydada təsdiq olunmuş X1 Sistemi QOST R Texniki Tənzimlənmə və Metrologiya üzrə Federal Agentlik tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ******* nömrəli (ROSS RU.Aİ14.N01742) nömrəli və xx.xx.2016-cı il tarixli ******* nömrəli (ROSS RU.PŞ01.N06513) nömrəli uyğunluq sertifikatlarından, habelə onların ******* və ******* nömrəli qoşmalarından aydın olur ki, bu sertifikatlar “xxxxxxxxx” SC-nin istehsal etdiyi digər qənnadı məmulatları ilə yanaşı “Золотая Птичка” konfetlərinə də şamil olunur. Surətinin əsli ilə düzgünlüyü cavabdeh tərəfindən təsdiq edilərək Məhkəməyə təqdim olunan Etiketin hazırlanmasına xx.xx.2015-ci il tarixli 25 nömrəli spesifikasiyadan görünür ki, alıcı “xxxxxxxxx” SC təchizatçı “xxxxxxxxx” QSC-yə, xx.xx.2012-ci tarixdə bağladıqları 2012/DP-929 nömrəli müqaviləyə əsasən, başqa qənnadı məmulatları ilə yanaşı “Золотая Птичка” karamelinin də etiketinin (en, diametr, material, rəng və qutulaşdırmanın göstəriciləri qeyd olunmuşdur) hazırlanmasını sifariş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” AR Qanununun: 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir; 5-ci maddəsinə görə, aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları; 6-cı maddəsinə əsasən, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. 29-cu maddəsinə görə, əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. 31-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. “Haqsız rəqabət haqqında” AR Qanununun 4-cü maddəsinə görə, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin, onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun: 5-ci maddəsinə əsasən, 1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur;
2. Müəlliflik hüququnun şamil edildiyi həm açıqlanmış, həm də açıqlanmamış əsərlər aşağıdakı obyektiv formalarda mövcud ola bilər: yazılı (əlyazması, makina yazısı, not yazısı və s.); şifahi (kütləvi çıxış, kütləvi ifa və s.); səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.); təsviri (rəsm, eskiz, şəkil, plan, cizgi, kino, tele, video, yaxud fotokadr və s.); həcmli - fəzavi (heykəl, model, maket, tikili və s.); digər formalar. Əsərin hissələri (adı, personajı və s.) bu maddənin 1-ci hissəsində göstərilən əlamətlərə malik olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır;
3. Müəlliflik hüququ ilə qorunma öz-özlüyündə ideyalara, proseslərə, işləmə metodlarına və ya riyazi konsepsiyalara deyil, ifadə formasına şamil edilir;
4. Əsərə müəlliflik hüququ onun ifadə edildiyi maddi obyektə olan mülkiyyət hüququ ilə bağlı deyil. Maddi obyektə mülkiyyət hüququnun və ya maddi obyektə sahiblik hüququnun verilməsi qanunda xüsusi göstərilən hallardan başqa öz-özlüyündə bu obyektə ifadə edilmiş əsərə müəlliflik hüququnun verilməsinə səbəb olmur; 6-cı maddəsinin 1-ci hissəsinə görə, müəlliflik hüququnun obyektləri aşağıdakılardır: ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.); dram, musiqili-dram və başqa səhnə əsərləri; xoreoqrafiya əsərləri və pantomimalar; mətnli və ya mətnsiz musiqi əsərləri; audiovizual əsərlər (kino, tele, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər); heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri; dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar; memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər; coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər; törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi); toplular. AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın: 29.4-cü bəndinə əsasən, eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: eyni və oxşar nişanların məlumat axtarışı aparılır; məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir; 29.9.1-ci bəndinə görə, əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır; 29.9.2-ci bəndinə əsasən, əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın: 6 septies maddəsinə görə, Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxs müvəkkili və ya nümayəndəsi (distribyutoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiya”nın həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və əgər həmin müvəkkil və ya nümayəndə (distribyutor) öz hərəkətinə bəraət qazandırmazsa və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir; 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və bədii əsərlər” termininin anlayışı verilmişdir. Həmin anlayışa görə, “Ədəbi və bədii əsərlər” termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Eyni maddənin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.
İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, əmtəə nişanının qeydiyyatının əsaslılığı prezumpsiyası mövcuddur və qeydiyyatın etibarsızlığını sübut etmək etiraz verən şəxsin üzərinə düşür. Bu kontekstdə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsi və “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6 septies maddəsinin tələbləri baxımından ilk növbədə o hal müəyyən edilməlidir ki: 1. İddiaçı MMC üçüncü şəxs “xxxxxxxxx” SC ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxs, nümayəndə, agent olmuşdurmu? 2. İttifaqın üzv ölkələrinin hər hansı birində yaxud beynəlxalq qeydiyyat üzrə üçüncü şəxs “xxxxxxxxx” SC oxşar nişanın sahibidirmi? Bu suallar müsbət cavablandırıldıqda müəyyənləşdirilməlidir ki, 3. İddiaçı MMC-nin hərəkətlərinə bəraət qazandıran hallar mövcud olmuşdurmu? Birinci suala cavab olaraq, İddiaçı MMC ilə üçüncü şəxs “xxxxxxxxx” SC arasında münasibətlərin olması iş materiallarına əlavə edilmiş müqavilələrlə təsdiq edilir. İkinci suala cavab olaraq, təqdim edilmiş sənədlərə əsasən üçüncü şəxs “xxxxxxxxx” SC-yə məxsus oxşar “Золотая Птичка” əmtəə nişanının beynəlxalq qeydiyyatı mövcuddur. Üçüncü suala cavab olaraq isə, İddiaçı MMC ilə üçüncü şəxs “xxxxxxxxx” SC arasında müqavilə münasibətlərinin mövcud olduğu 2010-2016-cı illərdə “Золотая Птичка” əmtəə nişanlı qənnadı məmulatlarının İddiaçı MMC tərəfindən üçüncü şəxsin distribyutoru qismində Azərbaycan Respublikasına idxal olunması barədə məlumatlar iş materiallarında mövcuddur. Belə ki, surətlərinin əsli ilə düzgünlükləri notariat qaydada təsdiq olunmuş 10108090/200516/0001286 nömrəli gömrük bəyannaməsindən və ona əlavə edilmiş vərəqlərdən, 21555848 nömrəli daşıma sənədindən, “xxxxxxxxx” QSC və İddiaçı MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 0184/8/16 nömrəli müqaviləyə istinad edən xx.xx.2016-cı il tarixli 527/2 nömrəli hesab-fakturadan, İddiaçı MMC-nin səlahiyyətli imzası-möhürü ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli LE-354 nömrəli spesifikasiyadan müəyyən edilir ki, “xxxxxxxxx” SC-nin (mal göndərən, ixrac edən) İddiaçı MMC-yə (malın alıcısı) göndərdiyi və xx.xx.2016-cı il tarixdə Kursk gömrüyündən buraxılmasına icazə verilən şirniyyat məhsullarının arasında “Золотая Птичка” adlı qənnadı məmulatları da (karamelli konfetlər) olmuşdur (iş vərəqi - 3-cü cild, 113-128). Həmçinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli 1000-170/1xx-xx/000652 nömrəli məktubuna əlavə olunan 8 vərəqdə İddiaçı MMC-nin gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatda göstərilmişdir ki, İddiaçı MMC xx.xx.2016xx.xx.2016-cı il tarixlərdə xx.xx.2016-cı il tarixli **********2663 G/O-00100 nömrəli bəyannamə əsasında Rusiya Federasiyasının “xxxxxxxxx” SC-dən, digər çoxlu çeşiddə qənnadı məmumatları ilə yanaşı, 9.675,12 ABŞ dolları statik dəyərdə 5.350 kq miqdarda “xxxxxxxxx” nişanlı karamelli konfetlər idxal etmişdir. Göründüyü kimi, üçüncü şəxs “xxxxxxxxx” SC-nin Azərbaycanla onun bilavasitə distribyutoru qismində çıxış edən İddiaçı MMC vasitəsilə əlaqələri olmuş, “Золотая Птичка” əmtəə nişanlı qənnadı məmulatları sonuncu tərəfindən Azərbaycan Respublikasına idxal edilmişdir. Odur ki, “xxxxxxxxx” SC-nin həmin əmtəə nişanını Azərbaycanda istifadə etməməsi və ya qeydiyyatında maraqlı olmaması qənaətinə gəlməsi üçün İddiaçı MMC-nin əsası olmamışdır. Əmtəə nişanlarının müqayisəsini aparan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs “xxxxxxxxx” SC-yə məxsus “Золотая Птичка” əmtəə nişanı ilə İddiaçı MMCnin adına qeydiyyata alınmış “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanı qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır, “Золотая Птичка” əmtəə nişanı olaraq beynəlxalq qeydiyyata alındığı və Azərbaycan Respublikasının ərazisində qüvvədə olduğu üçün, “Золотая Птичка” əmtəə nişanının iddiaçı tərəfindən Azərbaycan Respublikasında eyni adla qeydə alınması ilə üçüncü şəxsin hüquqları pozulmuşdur. Belə ki, müqayisə edilən əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. Yəni, əmtəə nişanlarının təsviri hissəsində eyni quşun şəkli mövcuddur və onun forması üst-üstə düşür. Hər iki əmtəə nişanının sağ və sol tərəflərində dalğalı zolaqlar müşahidə olunur, onların forması, yerləşdirilməsi və rəngləri üst-üstə düşür. Əmtəə nişanlarında istifadə edilən sözlərin şrifti, yerləşdirilməsi üst-üstə düşür. Əmtəə nişanlarında istifadə olunan rənglər eynidir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən də, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Həmçinin, müqayisə edilən əmtəə nişanlarında mövcud olan “Птичка” sözü üst-üstə düşür. İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1341 nömrəli qeydiyyat) qeydiyyatında qeyd edilmişdir ki, təsviri hissədən başqa qalan işarələr müstəqil hüquqi mühafizə obyekləri deyil. Yəni, “Kарамель” (əmtəənin növü sayılır) və “Птичка” sözü mühafizə olunmayan elementlərdir. “Золотая Птичка” adlı əmtəə nişanının qeydiyyatında (İR 1190281) isə “Золотая” və “Птичка” sözləri ayrı ayrılıqda da mühafizə olunan element kimi sayılmışdır. Belə olan halda, İddiaçı MMC-yə məxsus “Птичка Kарамель” adlı kombinasiya edilmiş əmtəə nişanında (2016 1341 nömrəli qeydiyyat) təsvir hissəsi X2 (UA) əqli mülkiyyət obyekti “Təsvir” əsəri adlanan fraqmentini təkrarlayır. Qeydiyyatdan görünür ki, “Птичка Карaмeль” adlı əmtəə nişanı adı altında İddiaçı MMC “konfetlər” əmtəələri istehsal edərək həmin əmtəələrin satışı üzrə xidmətlərin göstərilməsini nəzərdə tutmuşdur. Yəni 30-cu sinifdə göstərilən əmtəələrin istehsalı birbaşa 35-ci sinifdə göstərilən xidmətlərlə sıx bağlıdır. Bütün bu göstərilənlər məhkəmə kollegiyasına iddiaçının adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının üçüncü şəxs “xxxxxxxxx” SC-yə məxsus xx.xx.2013-cü il tarixdə beynəlxalq qeydiyyata alınmış “Золотая Птичка” əmtəə nişanına əsasən yaradılması qənaətinə gəlməsinə əsas verir və məhz qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli 2016 1341 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair cavabdehin Apellyasiya şurasının xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarı qanuni olduğu üçün ləğv edilə bilməz. Çünki, İddiaçı MMC üçüncü şəxs “xxxxxxxxx” SC-yə məxsus olan və daha əvvəl qeydiyata alınmış “Золотая Птичка” əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “Птичка Карaмeль” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsi vermiş və bundan sonra həmin karamelli konfetin Azərbaycan Respublikasında satışını təşkil etmiş, istehlakçılar arasında yanlış təəssürat yaratmış və üçüncü şəxs “xxxxxxxxx” SC-nin nüfuzuna zərər vurmuş, bununla da “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6 və 29-cu maddələrinin tələblərini pozmuş, cavabdehin Apellyasiya şurası isə xx.xx.2017-ci il tarixli **********46 nömrəli qərarı ilə haqlı olaraq üçüncü şəxs “xxxxxxxxx” SC-nin etiraz ərizəsini təmin etmişdir.
Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçıya məxsus “Птичка Карамель” əmtəə nişanının təsviri hissəsi ilə oxşarlıq təşkil edən X3 tərəfindən yaradılmış “təsvir”in üzərində X2 Ukraynanın dövlətdaxili qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq qeydə alınmış və mühafizə olunan müəlliflik hüquqlarının olması və həmin hüquqlarının müdafiəsinin üçüncü şəxsə qanunla müəyyən edilmiş qaydada keçməsi istiqamətində məhkəmə araşdırması aparılmalı, həmin təsvir üzərində qeydə alınmış və mühafizə olunan müəlliflik hüququ öz təsdiqini taparsa, X3 tərəfindən yaradılmış “təsvir”in “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının normaları baxımından ədəbi və bədii əsər hesab edilib-edilməməsinə hüquqi qiymət verilməklə qərar qəbul edilməlidir.” İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası iş üzrə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinin icrası ilə bağlı apardığı tədqiqatın nəticəsi olaraq bildirir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun: 5-ci maddəsinin 1-ci bəndinə görə, müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur; 28-ci maddəsinə əsasən, müəllifin bu qanunla nəzərdə tutulan əmlak hüquqları müəllif müqavilələri üzrə verilir və vərəsəlik qaydasında keçir, 31-ci maddəsinə görə isə, müəllif müqaviləsi yazılı şəkildə bağlanmalıdır. Üçüncü şəxsin vəkilinin məhkəmə kollegiyasına təqdim etdiyi və tərcüməsi notariat qaydasında təsdiq edilmiş xx.xx.2003-cü il tarixdə qəbul olunan Ukrayna Mülki Məcəlləsinin 1107-ci maddəsinin 2-ci hissəsinə əsasən də əqli mülkiyyətə dair əmlak hüquqlarına sərəncam verilməsi haqqında müqavilə yazılı şəkildə bağlanır. “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində isə, ədəbi və bədii əsər termininin hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq rəsmləri, rəngkarlıq əsərlərini, qrafika işlərini əhatə etdiyi nəzərdə tutulmuş, 6-cı bəndi ilə bu maddədə göstərilən əsərlərin İttifaqın bütün ölkələrində qorunduğu bəyan edilmişdir. Bern Konvensiyasının 5-ci maddəsində göstərilmişdir ki, bu Konvensiyanın qüvvəsi ilə əsərlərinə münasibətdə qorunma təqdim olunan müəlliflər, əsərin mənşə ölkəsindən başqa istənilən İttifaq ölkəsində həmin ölkənin müvafiq qanunları ilə onun öz vətəndaşlarına hazırda təqdim olunan, yaxud gələcəkdə təqdim olunacaq hüquqlardan, həmçinin bu Konvensiya ilə xüsusi olaraq təqdim olunan hüquqlardan istifadə edir (1). Bu hüquqlardan istifadə və onların həyata keçirilməsi heç bir rəsmiyyətçiliyin yerinə yetirilməsi ilə bağlı deyildir; bu hüquqlardan istifadə və onların həyata keçirilməsi əsərin mənşə ölkəsində qorunmanın mövcud olmasından asılı deyildir. Deməli, bu Konvensiya ilə müəyyən edilən müddəalardan əlavə, müəllifin öz hüquqlarını qoruması üçün təmin edilən qorunmanın həcmi və eyni dərəcədə müdafiə vasitələri ancaq qorunma tələb olunan ölkənin qanunvericiliyi ilə tənzimlənir (2). Mənşə ölkəsində qorunma daxili qanunvericiliklə tənzimlənir. Bununla birlikdə, mənşə ölkəsinə münasibətdə bu Konvensiyanın qüvvəsi ilə qorunma təminatı verilən əsərin müəllifi həmin ölkənin vətəndaşı deyilsə, o bu ölkədə onun öz vətəndaşları - müəllifləri kimi eyni hüquqlardan istifadə edir (3). İşdən məlum olur ki, “Золотая Птичка” adlı əmtəə nişanının təsvir hissəsi 2014-cü ilin aprelin 8-də Ukraynanın Kiyev şəhərində X3 tərəfindən onun işəgötürəni Ukraynanın “X8” xüsusi səhmdar cəmiyyətinin tapşırığı ilə yaradılmışdır və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukraynanın qanunvericiliyinə uyğun olaraq müəlliflik hüquqları əvvəlcə “X8” XSC-yə, daha sonra isə aralarında olan razılaşmaya əsasən “Konti” SC-yə keçmişdir. xx.xx.2014-cü il tarixli müqaviləni, “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” AR Qanununun və Ukrayna Mülki Məcəlləsinin əqli mülkiyyətə dair əmlak hüquqlarını tənzimləyən normaların tələbləri baxımından qiymətləndirən məhkəmə kollegiyası həmin aktın mötəbər sayılmaması üçün hər hansı əsas müəyyən etmir. Belə ki, mübahisəli təsvir Bern Konvensiyasının 2-ci maddəsinin təsiri altına (qorunma sferasına) düşür və bu beynəlxalq müqavilə ilə təminat verilən hüquqlar Konvensiyanın 5-ci maddəsi ilə hamıya, o cümlədən “Konti” SC-yə də aid edilmişdir (... istənilən İttifaq ölkəsində həmin ölkənin müvafiq qanunları ilə onun öz vətəndaşlarına hazırda təqdim olunan, yaxud gələcəkdə təqdim olunacaq hüquqlardan, həmçinin bu Konvensiya ilə xüsusi olaraq təqdim olunan hüquqlardan istifadə edir), həm yerli qanunvericilik, həm də beynəlxalq hüquqla müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınmasının, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsinin tələb olunmadığı təsbit edilmişdir, təsvir üzərində müəlliflik hüquqlarının keçməsinə dair müqavilə yazılı şəkildə tərtib olunmuşdur, təsvir klassik rus-ukrayna qənnadı məmulatlarına xas ənənəvi xüsusiyyətlərdə yaradılmışdır və “Золотая Птичка” və “Карaмeль” sözləri Rusiya Federasiyası və Ukraynanın rəsmi əlifbasına uyğun qaydada kirill hərfləri ilə yazılmışdır. Odur ki, təsvirdə əks olunan quş şəkli və sözlər üzərində “Konti” SC-nin müəlliflik və əmtəə nişanı ilə bağlı hüquqlarının yaranması və mövcudluğu sual doğurmur. “Золотая Птичка” əmtəə nişanının məhz qeyd olunan təsvirdə və İddiaçı MMC-dən əvvəl tərtib edildiyini, sonuncunun xx.xx.2016-cı il tarixli 2016 1341 nömrəli “Птичка Карамель” kombinasiya olunmuş əmtəə nişanı da təsdiq edir. Belə ki, “Птичка Карамель” əmtəə nişanı kirill hərfləri ilə yaradılmışdır, rəsmi əlifbası latın qrafikalı olan bir dövlətin hüquqi şəxsinin isə qənnadı məmulatının adını kirill əlifbası ilə yazması ilk baxışdan düşündürücüdür. Çünki, müasir dünyada əksər inkişaf etmiş və etməkdə olan ölkələrin əlifbası latın qrafikalıdır. Bu yöndən, daha ağlabatan sayılardı ki, ixraca hesablanan məhsullar da həmin dövlətlərin bazarına hədəflənmiş olsun. Lakin, bütün bunların əksinə, İddiaçı MMC sözügedən əmtəə nişanında sözləri kirill əlifbası ilə yazaraq sanki əksər inkişaf etmiş və etməkdə olan ölkələrin geniş imkanlı bazarlarından könüllü imtina etmiş, dolayısıyla Rusiya Federasiyası və Ukraynanın onun əvvəllər distribütoru olduğu nəhəng qənnadı şirkətləri ilə rəqabətə girmək istəmişdir ki, bu da inandırıcı görünmür. Təhlildən irəli gələn nəticəyə görə, İddiaçı MMC həmin şirkətlərlə, amma bu dəfə Azərbaycan bazarı uğrunda rəqabət aparmaq niyyətindədir ki, bu niyyətin də həyata keçirilmə üsulları bir çox hallarda qanunun tələblərinə cavab verməmişdir. Belə ki, digər çoxsaylı əmtəə nişanı və sənaye nümunəsi (patent) ilə bağlı eyni tərəflər (İddiaçı MMC, AR Əqli Mülkiyyət Agentliyi, “Konti” şirkətləri) arasında meydana gələn onlarla mübahisələrdən yekunlaşmış işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə İddiaçı MMC tərəfindən eyni çoxsaylı qanunsuzluqlara yol verilməsi hallarının təsdiq olunması nəticədə ona münasibətdə tənqidi münasibət formalaşdırmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2- 1(102)-223/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2324/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2375/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2251/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)- 2233/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2263/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2684/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı, 2-1(102)-2653/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı). Bir sıra işlərdə isə, hazırkı işdə olduğu kimi, “Konti” şirkətləri tərəfindən verilmiş etiraz ərizələrinin Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının özü tərəfindən təmin edilməsi və əmtəə nişanlarının qeydiyyatının etibarsız hesab edilməsi hallarına rast gəlinir ki, bu da eyni qənaəti qüvvətləndirir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam birmənalıdır, qətidir, bu mövqe yalnız işdə tədqiq olunan mötəbər sübutlara əsaslanır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik müdəəalarının yanlış təfsirindən ibarət olan dəlilləri ilə razılaşmır. Apellyasiya şikayətinin “əmtəə nişanı təsvirin başqa şəxsin adına qeydiyyatı olsaydı təbii ki, İddiaçı MMC-nin adına qeydiyyata alınmazdı” məzmunlu dəlili də əsassızdır. Belə ki, belə bir təsvir qeydiyyata alınmasa da, “xxxxxxxxx” SC-nin ona məxsus olan və daha əvvəl qeydiyata alınmış “Золотая Птичка” əmtəə nişanı altında və bu təsvirdə istehsal etdiyi və Azərbaycan Respublikasına ixrac etdiyi qənnadı məmulatlarının idxalçısı və distribütoru qismində çıxış edən İddiaçı MMC-nin bu barədə bilavasitə məlumatlı olması iş materialları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli qərarı qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdeh inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmışdır, cavabdehin mübahisəli aktı qanuna uyğun olmuş və bu səbəbdən iddiaçının əqli mülkiyyət hüquqlarını pozmamışdır (İPM- 70.1), qərar mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-96/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Xəyalə Cəmilova Valeh Ağayev