Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1198/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X11 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə İddiaçı Qureshi X4 qanuni nümayəndəsi Qureshi X2 Cavabdeh2nə qarşı (üçüncü şəxs Dövlət Miqrasiya Xidməti) “şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-185/2015 saylı 24 fevral 2015-ci il tarixli qərarından iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə təkrar apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı Qureshi X4 qanuni nümayəndəsi Qureshi X6 Cavabdeh2nə qarşı iddia ərizəsi ilə müraciət edərək, qızı Fatimanın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına görə xx.xx.2010-cu il tarixdə iddiaçının qanuni nümayəndəsi Pakistan vətəndaşı Qureshi X6 digər Pakistan vətəndaşı X1 ilə birgə nikaha daxil olduqdan sonra 2012-ci ildə Azərbaycan gəlmiş və onlar BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmiş, xx.xx.2013-cü il tarixində isə onların birgə nikahdan Azərbaycan Respublikasının ərazisində övladı - Qureshi X7 doğulmuş və o, qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin olunmuşdur. Onun qanuni nümayəndəsi (atası) qızı Fatimanın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunması üçün cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş, lakin sonuncu xx.xx.2014-cü il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, müraciət olunan məsələ polis idarəsinin səlahiyyəndə olmadığından Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-185/2015 saylı 24 fevral 2015-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçının qanuni nümayəndəsi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti, onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün nəticəyə gəlməmiş, onun hüquqlarının pozulması ilə qərar qəbul etmişdir. Belə ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 30 may 2014-cü il tarixdə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunda dəyişikliklər edilməsi haqqında» Qanunun edilən dəyişikliyə qədər qüvvədə olan 6-cı və 11-ci maddələrinin redaksiyasına, habelə Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılırlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-896/2015 saylı 30 iyun 2015-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvədə saxlanılmışdır. Həmin qərardan iddiaçının qanuni nümayəndəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 17 fevral 2016-cı il 2-1(102)-12/16 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. «X21 Qureshi və qeyriləri» İnsan hüquqları üzrə Avropa Məhkəməsinə milli səlahiyyətli orqanların onların övladlvarına şəxsiyyət vəsiqəsi verməkdən və Azərbaycan vətəndaşı kimi tanımaqdan imtina etmələrinin onların Konvensiyanın 8-ci maddəsi ilə qorunan şəxsi və aidə həyatına hörmət hüquqlarına müdaxilə təşkil etdiyinə dair şikayət vermişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarı ilə «İnsan hüquqlarının və X10 haqqında» Konvensiyanın 8-ci maddəsi pozulmuş hesab edilmiş, cavabdeh dövlət tərəfindən dəymiş mənəvi ziyana görə ərizəçilərin hər birinə 2100 avro kompensasiya ödənilməsi qərara alınmışdır. Avropa Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, «yerli məhkəmələr 2014-cü il 30 may tarixinədək Azərbaycan ərazisində əcnəbi valideynlərindən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılmaması barədə qərar çıxararkən hansı hüquqi əsasa istinad etdiklərini izah etməmişdir. Onlar həmçinin aidiyyəti olan uşaqların hamısının Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə və bu sənədin 2014-cü il 30 may tarixədək qüvvədə olan 1998-ci il 30 sentyabr tarixli Qanunun 6-cı maddəsinə və Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarına əsasən vətəndaşlığı təsdiq edən sənəd statusuna malik olmasını nəzərə almamışdır.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli 13- 1(102)-1(a)2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-896/2015 saylı 30 iyun 2015-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçı Qureshi X4 qanuni nümayəndəsi Qureshi X2 tələbinə yenidən baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (və üçüncü şəxs) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia tələbindən göründüyü kimi, iddiaçının qanuni nümayəndəsi Qureshi X3 cavabdehə qarşı irəli sürdüyü iddia ərizəsində övladı - Qureshi X4 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Qureshi X4 hər iki valideyninin - atası (qanuni qümayəndəsi) Qureshi X6 və anası Nasreen Fozianın əcnəbidirlər (Pakistan vətəndaşlarıdır). İş materiallarının 94-97-ci vərəqlərindən (Dövlət Miqrasiya Xidmətinin xx.xx.2015-ci il tarixli1106-1107 saylı arayışlarından, BMT QAK tərəfindən verilmiş 29 iyun 2016-cı il tarixli himayə sənədindən) görünür ki, onların hər ikisinə BMT QAK tərəfindən onlara mandat qaçqın statutusu verilmiş və onlar ünvan 1 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışlar. Eyni zamanda işə əlavə olunmuş, Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən Qureshi X5 verilmiş 10 yanvar 2014-cü il tarixli tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, o, 06 iyul 2013-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, həmin tarixdə də doğum haqqında akt qeydləri kitabında 42 №-li qeyd aparılmış, atası Qureshi X6 və ana Nasreen Fozia kimi yazılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Əsas Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi ərazisində doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinin iddiaçının doğulduğu vaxt (1 iyul 2014-cü il tarixinə qədər) qüvvədə olan redaksiyası nəzərdə tuturdu: «Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 1) doğum haqqında şəhadətnamə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. Eyni zamanda, həmin Qanunun 1 iyul 2014-cü il tarixinədək) qüvvədə olan 11-ci maddəsinin redaksiyasına əsasən: «Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1)Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasınıni vətəndaşından doğulduqda; 2)Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından Qureshi X7 06 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində doğulmaqla və ona 10 yanvar 2014-cü il tarixdə doğum haqqında şəhadətnamə verilməklə, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur. Belə olan halda, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin 3-cü hissəsinin 20 dekabr 2021-ci il tarixinə qədər qüvvədə olan redaksiyasına əsasən «Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.» Göründüyü kimi, Qureshi X4 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin gəldiyi nəticə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının qanun qanuni nümayəndəsinin apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlmədiyini və onun hüquqlarının pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-185/2015 saylı 24 fevral 2015-ci il tarixli qərarı ləğv edilməli və iddianın təmin edilməsi və Qureshi X4 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdeh2nə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-185/2015 saylı 24 fevral 2015ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. Qureshi X4 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsi Cavabdeh2nə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1198/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1198/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver