Məhkəmə qərarları › İş №2-1(103)-1198/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1198/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1198/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8742/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2020-ci il tarixdən (60 yaş) yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...13 yanvar 2023-cü il tarixli 14-2-4/2-K-1- 42/2023-1 nömrəli arxiv arayışına əsasən o, həqiqətən “Xəzərneftqazgeofizikkəşfiyyat” trestinin (indiki X2) 1, 13, 12, 6 saylı X10 daxiliyanma mühərriklərinin maşinisti, Radiogeodeziya Partiyasında maşinist, Radiotopogeodeziya Partiyasında maşinist, 1 saylı X6 Seysmik yazıların qeydiyyatı partiyasında kompressor qurğularının maşinisti, X1 kompressor qurğularının maşinisti, 1 №-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə fəhlə, X7 kompressor qurğularının maşinisti vəzifələrində çalışmış, xx.xx.1981-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi cəmi 41 il 6 ay güzəştli iş stajı vardır Belə ki, çalışdığı maşinist, fəhlə vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısa’nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin 2130100a yarımbəndinin 13590 qazma qurğularının maşinistləri kodunda və 17531 kodunda göstərilmişdir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş,lakin sonuncu xx.xx.2023-cü il tarixli 3- 17-1/2-k-35395/2023 nömrəli cavab məktubunda imtina edərək bildirilir ki, həmin Siyahının Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) qazma bəndinin (İ) fəhlələr yarımbəndində (a) 2130100a-13590 kodu üzrə qazma qurğularının maşinistləri və 2130100a-l 7531 kodu üzrə quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri: karotaj çılar: özühərəkətedən karotaj stansiyasının motorçuları: partladıcılar vəzifələri nəzərdə tutulmuşdur. İşlədiyi vəzifə həmin vəzifələrə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur.…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən və yuxarıda qeyd olunan vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçı F.Kərimovun güzəştli iş stajı mövcud deyildir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8742/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, X5 xx.xx.2020-ci il tarixdən, yəni 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı mərkəzi filiala təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasında və Geofizika və Geologiya İdarəsinin güzəştli iş stajına dair arayışında onun xx.xx.1989-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərneftqazgeofizkəşfiyyat” testinin X10, xx.xx.1999xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində Radiogeodeziya partiyasında, xx.xx.2012xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Topogeodeziya və kartoqrafiya partiyasında, xx.xx.2013-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində və xx.xx.2014-cü il tarixindən bugünədək X7 kompressor qurğusunun maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçıının işlədiyi vəzifə arayışda istinad edilən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəriciləri”nin 1-cömrəli siyahısa’nda “ nəzərədə tutulan Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin (Xİİ) qazma bəndinin (!) fəhlələr yarımbəndində (а) 2130100а— 13590 kodu üzrə qazma qurğularının maşinistləri və 2130100а—17531 kodu üzrə quyularda geofiziki tədqiqat işlərini icra edən mədəngeofizikı partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri; Karotajçılar;özühərəkətedən karotaj stansiyasının motorçuları; partladıcılar” vəzifələrinə aid deyil. Bu səbəbdən də iddiaçı F.Kərimovun güzəştli iş stajı mövcud deyildir. Məhkəmə iş üzrə əhəmiyəti olan halları tam və obyektiv araşdırmamış, əsassız və qanunazidd qərar qəbul etmişdir.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayndəsi İ.Əlizadə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçının nümayəndəsi Vəkil isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının tələbindən göründüyü kimi, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən (şəxs.vəs. No 0*******) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddiaçının tələbini təmin edərəkən məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlər (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) sübuta yetirilir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının xx.xx.2021-ci il tarixdə 60 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiyası nəzərədə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmaqla, əmək kitabçasına və arxiv arayışına əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1981-xx.xx.1989:“Xəzərneftqazgeofızkəşfiyyat" trestində daxiliyanma mühərrikinin maşinisti – 7 il 5 ay 18 gün; xx.xx.1989-xx.xx.1995; xx.xx.1996-xx.xx.1998: həmin müəssisədə komressor qurğularının maşinisti – 9 il 13 gün (6 il 6 ay 10 gün+2 il 6 ay 3 gün); xx.xx.1998-xx.xx.2014 həmin müəssisədə radiogeofizika və kartoqrafiya partyalarında kompressor qurğularının maşinisti – 15 il 1 ay 4 gün; xx.xx.2014-xx.xx.2014: Geofizika və Geologiya İdarəsinin Kəşfiyyat geofizika istehsal bölüyündə kompressor qurğularının maşinisti – 7 ay 23 gün; xx.xx.2014 – xx.xx.2014: həmin qürumda fəhlə – 3 ay 15 gün xx.xx.2014-cü il tarixdən,o cümlədən, 60 yaşının tamam olduğu xx.xx.1920-cı il tarixinədək X7 kompressor qurğularının maşinisti - 5 il 11 ay 12 gün. Beləliklə də iddiaçının 60 yaşının tamam olduğu xx.xx.1920-cı il tarixinədək ümumilikdə, 38 il 5 ay 14 gün sığorta stajı mövcuddur və həmin stajı əksər hissəsini geofiziki, radiogeofizika və kartoqrafiya partyalarında neft kəşifiyyatı sahələrində işləmişdir. İddiaçının 2007-ci ilə qədər işlədiyi vaxt qüvvədə olumuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı 2130100a -a) fəhlələr; 2130100a— 13590 qazma qurğularının maşinistləri; 2130100a—17531 quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar – güzəştli pensiya hüquq olan şəxsələrə aid edilmişdir. Eyni zamanda, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 1010100q- q) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular; 1010100q— 11710 geoloji işlərdə dağ-mədən fəhlələri müəyyən edilmişdir. Eyni zamanda, qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3-cü bəndində də « Geologiya kəşfiyyat işləri (yerüstü) bölməsində - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiyageodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər –güzəştli pensiya hüquq olan şəxslər sırasına aid olunur. İşə surəti əlavə olunmuş, hazırkı mərəhələdə isə əsli məhkəməyə təqdim olunmuş ARDNŞ Geofizika və geologiya idarəsinin güzəştli arayışnıa əsasən iddiaçının qeyd olunan partiyalarda işlədiyi kompressor qurğularının maşinisti və çöl işləri müddətində geofiziki işlər üzrə fəhlə işlərinin Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş Siyahnın 2130100a, 21300000, 13590, 17531 kodlarına uyğun olduğu qeyd olunmuşdur. Bundan əlavə, birinci instansiya məhkəməsinin iddiaçının çalışdığı vəzifələrin güzəştli göstəricələrə aid olmasının dəqiqləşdirilməsi məqsədilə verdiyi sorğusuna SOCAR Geofizika və geologiya idarəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli 14-2-4/2- 323/2023 nömrəli arxiv arayışında aşağıdakılar qeyd olunur: - «…həqiqətən 'Xəzərneftqazgeofizkəşfiyyat" trestinin (indiki X3) arxiv sənədlərində İddiaçı trestin 1, 13, 12, 6 saylı X10 daxiliyanma mühərriklərinin maşinisti, Radiogeodeziya Partiyasında maşinist, Radiotopogeodeziya Partiyasında maşınist, 1 saylı X11 kompressor qurğularının maşinisti, 1 saylı X6 Seysmik yazıların qeydiyyatı partiyasında kompressor qurğularının maşinisti, X1 kompressor qurğularının maşinisti, 1№-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə fəhlə, X7 kompressor qurğularının maşinisti vəzifələrində çalışması haqqında məlumat vardır İşə qəbul olma: xx.xx.1981-ci il tarixli 113-k saylı əmrə əsasən “Xəzərneftqazgeofizkəşfiyyat” trestinin 6 saylı X11 daxiliyanma mühərriklərinin 3-cü dərəcəli maşinist vəzifəsinə işə qəbul olunub. xx.xx.1988-ci il tarixli 53-k saylı əmrə əsasən 12 saylı X11 kompressor qurğularının 5-ci dərəcəli maşınisti, xx.xx.1997-ci il tarixli 18-i saylı əmrə əsasən Radiotopogeodeziya Partiyasına 5-ci dərəcəli maşinist, Kəşfiyyatgeofzika İdarəsinin xx.xx.2006-cı il tarixli 18-k saylı əmrə əsasən Radiogeodeziya Dəstəsinə kompressor qurğularının 5-ci dərəcəli maşinisti, xx.xx.2013-cü il tarixli 47-k saylı əmrə əsasən 1 saylı X6 Seysmik yazıların qeydiyyatı partiyasın kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.2014-cü il tarixli 116-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. İşə qəbul olma: xx.xx.2014-cü il tarixli 477-k saylı əmrə əsasən X1 kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə işə qəbul olunub. xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1200/xx-xx-000044 saylı əmrə əsasən 1№-li çöl seysmik ekspedisiyasına çöl işləri müddətinə geofiziki işlər üzrə 4-cü dərəcəli fəhlə, xx.xx.2014-cü il tarixli ARDNŞ/14- 1200/xx-xx-0000384 saylı əmrə əsasən X7 kompressor qurğularının 5-ci dərəcəli maşinisti vəzifəsinə keçirilib. Hal-hazırda işləyir. Cəmi güzəştli iş stajı: xx.xx.1981-ci il tarixdən 13.01 2023-cü il tarixinə kimi 41 il 6 aydır. İddiaçı çalışdığı maşinist, fəhlə peşələrində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin sıyahısı’nda 1010100q yarımbəndinin 11710 kodunda çalışan işçilər ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin sıyahısında” 1.3 kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü)-ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-gedeziya, hidroqrafiya, meşə qurluşu və axtraış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat” və “Azərneftgeofizika” trestləri bırləşdirilərək onların maddi-texniki bazasında "xxxx" İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000- 01- SM-05-000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan Kəşfiyyatgeofizika" İdarəsi X3 adlandırılmışdır.» Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının 12 il 6 aydan da xeyli artıq güzəştli pensiya hüququ verən stajı mövcuddur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin onun güzəştli stajının mövcud olmadığını mübahisləndirən dəlilləri əsassızdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaışının tamamlandığı vaxt qüvvədə olan redaksiyasına əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının mövcudluğuna gəldikdə, cavabdehin işə əlavə olunmuş iddia ərizəsinə etirzına əlavəsində, 60 yaşının tamam olduğu tarixinə onun 66328,32 manat pensiya kapitalına malik olduğu, qanunvericilikdə tələb olunan pensiya kapitalının aşağı həddinin 34560 manat təşkil etdiiyi, yəni tələb olunandan dartıq pensiya kapitalına malik olduğu qeyd olunmuşdur. Hazırkı apellyasiya şikayətində isə ümumiyyətlə, iddiaçının müvafiq pensiya kapitalına malik olması mübahisələndirilmir. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını işin sübutlarla müəyyən edilən halarına, maddi və prsessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam və obyektiv araşdırılmadığını, əsassız və qanunazidd qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8742/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8742/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar