Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1199/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Baxışova Vüsalə Ələkbər qızı və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (hazırda: 1 saylı Bakı Ərazi İdarəsi) (3-cü şəxs: X9 və qeyr.) qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə” iddia tələbinə dair inzibati iş üzrə üçüncü şəxs X3 “qərarın icrasına dönüş edilməsi barədə” ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2-1(82)-13/2017 saylı qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Nəbiyev Rauf İzzət oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 7800 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı Binə bələdiyyəsinin 121 nömrəli 14.11.2006cı il iarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 7600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan sonra, 27.08.2014-cü il tarixində X9, X4, X2 vəsatətlə məhkəməyə müraciət edərək üçüncü şəxs kimi işə cəlb edilməsini və işin təzələnərək baxılmasını xahiş etmiş və onlar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 15.09.2014ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, ərizəçilələr üçüncü şəxs qismində işə cəlb olunmuş və məhkəmənin iş üzrə 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarı ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Daha sonra, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 18.11.2014-cü il tarixli qərardadı ilə həmin iş üzrə icraat Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin icraatında olan inzibati iş üzrə yekun məhkəmə qərarı qəbu qəbul olunub qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-13/2017 saylı 28.02.2017-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Daha sonra, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-13/2017 saylı 18.08.2017-ci il tarixli qərardadı ilə iddiaçı Nəbiyev Rauf İzzət oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair” iddia ərizəsi İPM-in 55.3-cü və 55.5-ci maddələrinə əsasən geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Üçüncü şəxs X9 05.11.2021-ci il tarixində ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarının icrasında dönüş edilməsini və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsinin cavabdehə həvalə edilməsini məhəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.11.2021-ci il tarixli qərardadı ilə Ə.Sadıxovun ərizəsi təmin edilmiş və “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarına dönüş edilməsi; daşınmaz əmlakın dövlət reyestrində İddiaçı Binə bələdiyyəsinin 121 nömrəli 14 noyabr 2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 7.800 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının ləğv edilməsi – qərara alınmışır. İddiaçı və cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 25.11.2021-ci il tarixli qərardadında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarına dönüş edilməsi qanunvericiliyə ziddir. Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2016-cı il tarixli qərarı isə ümumiyytlə, nəzərə alınmamışdır...” Cavabdehin apelyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, “...qərardad qəbul olunarkən prosessual hüquq normalarını düzgün tətbiq edilməmişdir. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarı cavabdneh tərəfindən icra edilərək iddiaçının İddiaçı adına 26.04.2014-cü il tarixində ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı torpaq sahəsinin (07722 ha) bir hissəsini (0,20ha) 30 iyun 2014-cü il tarixində alqı-satqı müqaviləsi il X1 ıə ona həmin torpaq sahəsi 18 iyul 2014-cü il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin 8(005)-1306/2018 nömrəli 31.10.2018-ci il tarixli qərardadına əsasən İddiaçı qalan torpaq sahəsinin (0,5722 ha) üzərinə həbs qoyulmuşdur. Qeyd edilən hallarla bağlı İdarənin nümayəndəsi tərəfindən məhkəmə iclasında məhkəməyə izahat verilmişdir. Lakin birinci instansiya məhkəməsi ərizənin təmin edərkən qeyd edilənlər nəzərə almamış, münasibət bildirməmişdir. Məhkəmə kollegiysının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiysının iclasında iştirak edən üçüncü şəxs Ə.Sadıxov apellyasiya şikayətləri ilə razılaşmamış, qərardadın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı və digər üçüncü şəxslər (səlahiyyətli nüayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materialları araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri qismən təmin edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İş materialarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarı 07 mart 2014-cü il tarixli məktubu ilə məlumat üçün 20 iyun 2014-cü il tarixli məktubu ilə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Cavabdehin hazırkı apellyasiya şikayətinin dəlillərinə və ona əlavə edilmiş sənədlərə (alqı-satqı müqavilələri, daşınmaz əmlakın dövlət reyestrindan çıxarışlara və s.) əsasən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarı cavabdneh tərəfindən icra edilərək, İddiaçı adına 26.04.2014cü il tarixində ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Konkret halda, birinci instansiya məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarınin icrasında dönüş edərkən, ətraflı araşdırma aparmamış, həmin dönüşün icrasını əngəlləyin halların mövcud olub-olması aydınlaşdırmamışdır. Belə ki, iş materiallarına, o cümlədən, cavabdehin apellyasiya şikayətinə və ona əlavə olunmuş alqı satqı müqaviləsi, çıxarış və məhkəmə aktına əsasən müəyyən olunur ki, məhkəmənin qeyd olunan qərarı qəbul olunduqdan və İddiaçı adına 07722 ha torpaq torpaq sahəsinə dair mülkiyyət hüququ 26.04.2014-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, o, 30 iyun 2014-cü il tarixində alqı-satqı müqaviləsi ilə 0,20 ha hissəsini X1, 18.07.2014-cü il tarixində (No:**********) 0,20 ha torpaq sahəsinə dair sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda, 18.07.2014-cü il tarixində də, qalan 0,5722 ha torpaq sahəsinə İddiaçı adına reyestrdə qeydiyyat aparılaraq ona çıxarış verilmişdir. Bundan sonra, Bakı şəhəri Nərimanov rayonu Məhkəməsinin icraatında olan 8(005)- 1306/2018 nömrəli mülki işə üzrə məhkəmənin 31.10.2018-ci il tarixli qərardadı ilə İddiaçı, qalan İddiaçı qalan 0,5722 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, ən azından, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin sözügedən qərardadı ilə mübahisəli torpaq sahəsinin 0,5722 ha ölçüdə olan hissəsinin üzərinə həbs qoyulması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1336/2014 saylı 07.03.2014-ci il tarixli qərarınin icrasında dönüş edilməsini imkansız edir. Çünki, həmin torpaq üzərində mövcud olan həbs qeydi, reyestrdə hər hansı bir əməliyyatın, o cümlədən, icrada dönüş qeydinin aparılmasının qarşısını alır. Torpağın sıtıldığı digər 0,20 ha hissəsinə gəldikdə, həmin hissədə xeyrinə qeydiyyat aparılan şəxs (X10) hazırkı işin iştirakçısı olmayan, kənar bir şəxsdir. Birinci instansiya məhkəməsi tərəfindən isə icrada dönüş barədə ərizəyə baxılarkən həmin sənədlər məhkəmə tədqiqatının predmetini təşkil etməmiş, işdə iştirak edən bütün şəxslərin iştirakı təmin olunmaqla hərtərəfli araşdırma aparılmamış, mübahisəli torpaq sahəsinə dair reyestrdə məhdudiyyətlərin olub-olmamasına aydınlıq gətirilməmişdir. İPM-in 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmadığını, qərardadın prosessual hüquq normalarının pozulması ilə qərardad qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2-1(82)-13/2017 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdudiyyətlər araşdırılıb müvafiq hüquqi qiymət verildikdən sonra, nəticəsindən asılı olaraq icrada dönüş məsələsi həll edilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Nəbiyev Rauf İzzət oğlunun və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2-2(82)-13/2017 saylı qərardadı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Vüsalə Baxışova Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1199/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1199/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver