Məhkəmə qərarları › İş №2-1(103)-1199/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1199/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1199/2024 30.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “veteran adı və vəsiqəsinin verilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-867/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-785 tarixli imtinasını qanunsuz və əsassız hesab edərək iddiaçıya “Müharibə Veteranı adının və vəsiqəsinin” verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “... xx.xx.N974-cü ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.N993-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2- N223 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N5 nömrəli əmrilə bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuş, həmin hərbi hissə komandirinin: xx.xx.N993-cü il tarixli 89 nömrəli əmrində sıravi olaraq Prişkül rayonuna ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılmış, xx.xx.N993-cü il tarixli 97 nömrəli əmrində Müdafiə Nazirliyinə ezamiyyətə getməsi barədə məlumat vardır.Hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N nömrəli əmrində Zəngilan, Qubadlı rayonlarına ezamiyyətə getmiş hesab edilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. Hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 234 nömrəli əmrilə Zəngilan-Qubadlı rayonlarından ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. N7-ci maddənin “b” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyyata tərxis olunmuşdur (ağır ailə vəziyyəti ilə əlaqədar). N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 75 nömrəli əmrilə şəxsi heyyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov rayon Hərbi Kommisarlığına göndərilmişdir. Hərbi biletinin 7-ci səhifəsində göstərilənlərə əsasən N993-cü ildə Azərbaycan Respublikasının Dövlət Sərhədlrinin qorunması uğrunda gedən döyüşlərdə Qubadlı- Zəngilan rayonları ərazisində döyüşlərdə iştirak etmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı, döyüşlərdə iştirakını təsdiq edən hərbi biletini, cavabdeh Müdafiə Nazirliyinin tabeliyində olan İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.202N-ci il tarixli 4/2-N223 nömrəli arxiv arayışına əsasən cavabdeh Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh qurumun nümayəndəsi tərəfindən İ-ci qarabağ döyüşçülərinə göstərilən qərəzli mövqedən çıxış edilərək xx.xx.2022-ci il tarixdə 4/3-85 nömrəli məktubu ilə cavab verərək N və N nömrəli hərbi hissələrin döyüş sıralarına daxil olan hərbi hissələr olmadığı, habelə xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunmasını, döyüş tapşırığının icrası ilə bağlı olmadığı əsas götürərək, əsassız olaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur...” Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: "... İddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı gündən hərbi əməliyyat aparan hərbi hissələrin siyahısında N və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmədiyindən, xx.xx.N993-cü il tarixdə hərbi hissə komandirinin N nömrəli əmri ilə Zəngilan və Qubadlı rayonlarına ezam olunmağı döyüş tapşırığının icrası ilə bağlı olmadığından ona “Müharibə Veteranı’’ adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olmuşdur…” Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-867/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “… Qərar maddi və prosessual hüquq normalarının pozulması ilə onun tərəfindən təqdim olunmuş sübutlara hüquqi qiymət verilmədən qəbul edilmişmişdir. Məhkəmə onun hərbi xidmətə göndərilməsini, döyüş əməliyyatlarında iştirakını və qanununla müəyyən olunmuş qaydada hərbi xidmətdən tərxis olunması ilə bağlı təqdim etdiyi hüquqmüəyyənedici sənədləri araşdırmamış, təqdim etdiyi sübutları təmamilə başqa əsaslarla təhrif etmişdir. Hərbi hissəni tərk etmədən qanunla müəyyən olunmuş qaydada hərbi xidmətdən tərxis olunmuşdur. Məhkəmə qərar qəbul edərkən səhv nəticəyə gəlmiş, iddia tələbini əsassız olaraq rədd etmişdir...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı məcburetmə haqqında iddia ərizəsi ilə müraciət edərək 04 fevral 2022-ci il tarixli 4/3-785 nömrəli imtinasının qanunsuz hesab edilməklə ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması əsaslıdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, N nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir... Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, müharibə veteranı adının verilməsinə əsas olan sənədlər sadalanaraq müəyyən edilmişdir ki, müharibə veteranı adı - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. Konkret halda da iş materiallarına əsasən müəyyən olunan işin faktiki halları aşağıdakılardan ibarətdir: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sorğu əsasında birinci instansiya məhkəməsinə təqdim etdiyi, xx.xx.2022-ci il tarixli, 709 nömrəli məktubunda da qeyd edilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı xx.xx.N993cü il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmiş Müdafiə nazirinin Baş Qərargah rəisinin 3/4-NN20 nömrəli xx.xx.N994-cü il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Eyni zamanda, XN Arxivi tərəfindən iddiaçıya təqdim olunmuş xx.xx.202N-ci il tarixli 4/2- N223 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N5 nömrəli əmri ilə sıravi İddiaçı bütün növ təminatlarla təmin edilərək sürücü vəzifəsinə təyin olunmuş, o, həmin hərbi hissə komandirinin N may N993-cü il tarixli 89 №-li əmri ilə Pereşkül rayonuna , 04 oktyabr N993-cü il tarixli 2N6 №-li əmri ilə Zəngilan-Qubadlı rayonlarına ezamiyyətə getmiş, hərbi hissə komandirinin N mart N994cü il tarixli 75 №-li əmrilə isə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nərimanov RHK-na göndərilmişdir. Müdafiə Nazirliyiməhkəmənin başqa bir sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli,N/2-66 nömrəli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin yanvar-dekabr N993-cü il, yanvar-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və döyüşlərdə iştirakı barədə məlumat aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N və N №-li hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Eyni zamanda, Müdafiə Nazirliyi məhkəmənin digər bir sorğusuna əsasən təqdim etdiyi xx.xx.2023-cü il tarixli 678 nömrəli məktubunda da qeyd etmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş zonasında döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması, o cümlədən, ezam olunduğu dövrdə bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi barədə əlavə məlumat aşkar olunmamışdır. Həmçinin N №li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı döyüş əməliyyatları ilə bağlı xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumat da aşkar edilməmişdir. NN0 №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda da N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. Beləliklə də, tədqiq olunan sübutlara əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrininə hərbi əməliyyat aparan hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də, onun döyüş əməliyyatları ilə əlaqədar xəsarət, travma alması faktı və bunu təsdiq edən hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz təsdiqini tapmır. Başqa sözlə, Əsasnamənin müəyyən etdiyi onun döyüş əməliyyatlarında iştirak etdiyini təsdiq edən mötəbər sübutlar, o cümlədən, arxiv məlumatları mövcud olmaması iddiaçıya müharibə veteranı statusu verilməsini istisna edir. Belə olan halda, cavabdeh tərəfindən ona müharibə veteranı statusunun verilməsindən imtina olunması qanuni və əsaslıdır və onun qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.N-ci maddəsinin tələbinə görə o halda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanunazidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən işdə olan sübutlara maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət verilmiş, iddianın rədd olunması barədə düzgün nəticəyə gəlinmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş sübutlara hüquqi qiymət verilmədən qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-867/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-867/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar