Məhkəmə qərarları › İş №2-1(103)-12/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-12/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-12/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı “qərarın qismən etibarsız və onun hüquqi nəticələrinin həmin hissələrdə qanunsuz sayılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X36 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Mirzəyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X9 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı “qərarın qismən etibarsız və onun hüquqi nəticələrinin həmin hissələrdə qanunsuz sayılması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh və 3-cü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər XDS İK-nin 25/347 saylı xx.xx.1976-cı il tarixli «Torpaq sahəsinin ayrılması haqqında» qərarı ilə Azərbaycan SSR Sənaye və Tikinti Nazirliyinin Avtoekspedisiya trestinin xahşinin təmin edilməsi və Lenin rayonunun Bilgəh qəsəbəsində uşaq bağçasının tikintisi üçün “Çayka” pioner düşərgəsinə faktiki istifadəsi üzrə 5.0 ha sahə əlavə edilməsi qərara alınmışdır. Bakı şəhəri XDS İK-nin 1/14 saylı xx.xx.1980-ci il tarixli «Layihənin hazırlanamsı, tikinti və torpaq sahələrinin ayrılmasına icazə verilməsi barədə» qərar ilə Azərbaycan SSR Tikinti Nazirliyinin xahişinin (AA-01-031-21/377 saylı xx.xx.1988-ci il tarixli məktub) yerinə yetirilməsi və Bakı şəhəri Sovetinin İK-nin 25/347 saylı xx.xx.1976-cı il tarixli qərarı ilə Lenin rayonu Blgəh qəsəbəsində, “Çayka” pioner-düşərgəsinin şərqində, Avtoekspedisiya tresti, indiki Tikinti Avtonəqliyyat İB üçün ayrılmış sahədə kooperativ bağ evlərinin layihəsinin hazırlanmasına icazə verilməsi qərara alınmışdır. Bakı şəhər XDS İK-nin 1/14 saylı xx.xx.1989-cu il tarixli qərarı ilə keçmiş həmin icraiyyə komitəsinin xx.xx.1976-cı il tarixli qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış torpaq sahəsindən 4.0 ha kooperativ bağların tikintisi üçün ayrılmışdır. Abşeron rayon DTİ və MHQİ qeydiyyat vəsiqəsindən görünür ki, Sabunçu ayonu, Bilgəh qəsəbəsində Aslan Salahzadə küçəsində yerləşən 3 yaşayış otağı, yaşayış sahəsi 53.2 kv.m. köməkçi sahəsi 37.6 kv.m.-dən ibarət 6 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Bilgəh qəsəbəsi üzrə İcra hakimiyəti nümayəndəsinin 036 saylı xx.xx.1997-ci il tarixli sərəncamı ilə X16 adına qeydiyyata alınmışdır. 1998-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan göründüyü kimi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi kimi X2 adı qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X13, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Abşeron rayon 1 saylı DNKnın 4Ə/-1986 saylı xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 6367 nömrəli reyestr kitabında yazılmış qeydiyyat vəsiqəsindən göründüyü kimi, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində ev 35, yaşayış sahəsi-271.0 kv.m. köməkçi sahəsi 115.5 kv.m. 7 otaqdan ibarət yaşayış evi X14 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 041 saylı xx.xx.2005-ci il tarixli «vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə» qərarla Blgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 35 ünvanında yerləşən 52900 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2 bəndinə uyğun olaraq əvəzi ödənilməklə Camalova X1 qərara alınmış, X4 ayrılmış torpaq sahəsinin eskiz sxemi Sabunçu rayonu, Cavabdeh2 041 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. xx.xx.2005-ci il tarixli vəsiyyətnamədən görünür ki, X6 ünvan 4 ünvanında yerləşən evini nəticəsi Maraqlı şəxs vəsiyyət etmişdir. AZ-İ seriyalı 412779 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2010-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası DT və XK-nin xx.xx.2012-ci ildə 32649 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində Bakı şəhər XDS İK-nin xx.xx.1980-ci il tarixli 1/14 saylı qərarı ilə 40000 kv.m. kooperativ bağlarının tikintisi üçün Posat BTK-nın daimi istifadəsinə ayrılmış torpaq sahəsi ilə bağlı “plan və ölçü” sənədi tərtib edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış üzərində mülkiyyət hüquqları X14 adına hüquqi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixli **********63-10301 reyestr nömrəli texniki pasportundan göründüyü kimi, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın hüquq subyekti kimi X33 və torpağın faktiki sahəsi isə 5.29 ha qeyd olunmuşdur. xx.xx.2014-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 17-ci dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci ildə təsdiq edilən və reyestrdə 2V-92 nömrə ilə qeydə alınan vəziyyətnaməyə əsasən xx.xx.2010-cu ildə vəfat etmiş X2 vəziyyətnamədə göstərilən əmlakın vərəsəsi ünvan 6 ünvanda qeydiyyatda olan Maraqlı şəxs olduğu və şəhadətnamə verilən miras əmlakı Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********63-10301 nömrəli, ********** saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən 7 otaqlı ümumi sahəsi 387,0 kv.m, yaşayış sahəsi 271,0 kv.m. yaşayış sahəsi 116,0 kv.m. olan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarətdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 145 saylı xx.xx.2014-cü il tarixli «Bakı şəhər X30 “torpaq sahəsi ayrılması və tikintinin layihələşdirilməsi barədə” olan 1/14 saylı xx.xx.1989-cu il tarixli qərarının etibarsız sayılması barədə» sərəncamı ilə Bakı şəhər X30 “torpaq sahəsi ayrılması və tikintinin layihələşdirilməsi barədə” olan 1/14 saylı xx.xx.1989cu il tarixli qərarının xx.xx.1991-ci il tarixindən etibarsız sayılması və həmin qərar əsasında aparılmış hər hansı sənədləşmələr və verilmiş sənədlərin hüquqi qüvvəsini itirmiş hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2014-cü il tarixli çıxarış ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları Maraqlı şəxs adına hüquqi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin **********31 saylı xx.xx.2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən 0.265 ha torpaq sahəsi X8 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.265 ha torpaq sahəsi X17 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.32 ha torpaq sahəsi X22 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.265 ha torpaq sahəsi X10 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.32 ha torpaq sahəsi X7 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.22 ha torpaq sahəsi X23 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.22 ha torpaq shaəsi X26 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.235 ha torpaq sahəsi X11 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.235 ha torpaq sahəsi X5 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.28 ha torpaq sahəsi X18 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.28 ha torpaq sahəsi X28 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.63 ha torpaq sahəsi adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir, 0.46 ha torpaq sahəsi X29 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir və 065 ha torpaq sahəsi X15 adına qeydiyyatdan keçmiş və mülkiyyətindədir. Hazırda İddiaçı cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Cavabdeh2nə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Cavabdeh2 “vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsinin ayrılması barədə 041 saylı xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin 25/347 saylı xx.xx.1976-cı il tarixli qərarı ilə keçmiş Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 5.0 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhər XDS İKnin xx.xx.1989-cu il tarixli qərarı ilə keçmiş həmin icraiyyə komitəsinin xx.xx.1976-cı il tarixli qərarı ilə Azərbaycan SSR Tikinti Nazirliyinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış torpaq sahəsindən 4.0 ha kooperativ bağların tikintisi üçün ayrılmışdır. Bu məqsədlə qeyd olunan nazriliyin struktur bölməsi olmuş “Tikintiavtonəqliyyat” müəssisəsinin nəzdində İddiaçı BTK təsis edilmiş və keçmiş Şaumyan rayonu XDS İK-nin xx.xx.1989-cu il tarixli 81/58 saylı qərarı ilə İddiaçı BTK qeydiyyata alınmışdır. Eyni zamanda Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində kooperativ bağların tikintisi üçün ayrılmış 4.0 ha torpaq sahəsinə dair Bakı şəhərinin baş memarının müavini F.Cəfərov tərəfindən xx.xx.1989-cu il tarixdə təsdiqlənmiş inşaat pasportu və ayrıc aktı tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Posat BTK ona ayrılmış torpaq sahəsinə istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən plan və ölçüsünün alınması üçün müvafiq sənədlərlə xx.xx.2013-cü il tarixdə cavabdeh quruma müraciət etsə də, cavabdehin xx.xx.2013-cü il tarixli **********604 saylı məktubu ilə əsassız olaraq guya istifadədə olan 1.29 ha torpaq sahəsinin olması və həmin sahədə digər şəxlsərə aid iki mərtəbəli evin tikilməsi səbəbi ilə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina edilmişdir. Ayrılmış torpaq sahələrinin Posat BTK-nın istifadəsinə olması 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2012-ci il tarixli 2in(82)-372/2012 saylı qərarı ilə də təsdiq edilmiş və Azərbaycan Respublikası DT və XK Bakı şəhər şöbəsi tərəfindən Posat BTK-ya ayrılmış torpaq sahəsinə xx.xx.2012-ci il tarixdə A№420054 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.1-ci, 2.1-ci, 8.0.5-ci və 15.1-ci maddələrinə, Mülki Məcəllənin 158.1.2-ci maddəsinə, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci, 20.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 35.1-ci və 39.1-ci maddələrinə istinad edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X14 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməsinə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin İddiaçı BTK-ya Bakı şəhəri XDS İK-nin xx.xx.1989cu il tarixli qərarı ilə ayrılmış 4.0 ha torpaq sahəsinin istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan və ölçüsünün verilməsindən imtinasının qanunsuz hesab edilməsi və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin üzərinə İddiaçı BTK-ya Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə ayrılmış 4.0 ha torpaq sahəsinin istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 «vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsi ayrılması barədə» xx.xx.2005-ci il tarixli, 041 saylı qərarının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A seriyalı 420054 saylı «torpaq sahəsinin plan və ölçüsü»ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan üçüncü şəxslər tərəfindən də apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh və 3-cü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin məzmunu eynilik təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının əsaslandırma hissəsi uzun tərtib olunduğu halda həmin hissədə sadəcə maddi və prosessual qanunvericilik aktlarının tələbləri qərara köçürülmüş, iddianın təmin edilməsinin hüquqi əsaslandırılması sadəcə bu paraqrafda qeyd edilənlərlə aparılmış, işdə mövcud olan faktlara və sübutlara hansı əsaslardan qeyd olunan qanunvericilik aktlarının tətbiq edilməsi qeyd edilməmişdir. Məhkəmə tərəfindən bir sıra kobud qanun pozuntusuna da yol verilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X20 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, onların təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və 3-cü şəxslər xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətlərinə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2022-ci tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs X12 vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin xx.xx.2022-ci tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxslər X15 və X17 nümayəndəsi və vəkili X34 apellyasiya şikayətlərini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətlərin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2nə qarşı “vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsi ayrılması barədə 041 saylı xx.xx.2005-ci il tarixli qərarının İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması ilə bağlı iddia qaldırmaqda subyektiv hüququnun mövcudluğu onun iddiasının mümkün olduğuna dəlalət edir. Kollegiya bu baxımdan hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Cavabdeh2nə qarşı tələbi “Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 “vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsi ayrılması barədə 041 saylı xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması və həmin qərarın hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” barədədir. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 «vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə» Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, ev 35 ünvanında yerləşən 52900 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2 bəndinə uyğun olaraq əvəzi ödənilməklə Camalova X1 barədə 041 saylı xx.xx.2005-ci il tarixli qərarı yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 həmin qərarla Posat BTK-nın mülkiyyətinə aid olan torpaq sahəsini qeyd olunmuş vətəndaşın mülkiyyətinə ayırmaqla mülki və torpaq qanunvericiliyinin tələblərini pozmuş və torpaq sahəsini faktiki olaraq özgəninkiləşdirmişdir. Halbuki, mübahisəli torpaq sahələri iddiaçının mülkiyyətinə aid olmuş və həmin sahələrin Cavabdeh2 mülkiyyətinə verilməsi haqqında müvafiq icra hakimiyyətinin hər hansı bir qərarı mövcud olmamışdır. Nəticədə bələdiyyənin müvafiq qərarı İddiaçı BTK-nın istifadəsində olan torpaqlardan maneəsiz istifadə hüququnu məhdudlaşdırmışdır. Bununla bağlı məhkəmə iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-372/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə İddiaçı Bağ Tikinti Koperativinin cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş və Bakı şəhər X43 İcraiyyə Komitəsinin 15 fevral 1989-cu il tarixli qərarı ilə İddiaçınə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ayrılmış 4.0 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-450/15 saylı xx.xx.2015-ci il tarixli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 145 saylı xx.xx.2014-cü il tarixli sərəncamının ləğv edilməsi qərara alınmış, lakin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ləğv edilmiş və iddianın təmin edilməməsi qərara alınmışdır. Lakin həmin qərar kassasiya instansiyası məhkəməsinin adı çəkilən 2-1(102)-450/15 saylı xx.xx.2015-ci il tarixi qərarı ilə ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1563/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2804/2014 saylı 04 iyun 2014-cü il tarixli qərarının dəyişdirilmədən saxlanlması qərara alınmışdır. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-301/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-31/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, cavabdeh Bakı ŞİH-nin “Bakı şəhər XDS İKnin xx.xx.1989-cu il tarixli 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” xx.xx.2016-cı il tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin gələcəkdə Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncam qəbul edilməsindən və bu kimi hərəkətlərə yol verilməsindən çəkinməsi barədə iddia təmin edilmişdir. Hazırki işə apellyasiya qaydasında baxılarkən 3-cü şəxslər X24 və qeyriləri vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə icraatın İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 1/14 nömrəli qərarının etibarsız sayılması barədə» xx.xx.2016-cıil tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi, qərarın etibarsız sayılmasına yönələn hər hansı hərəkətlərin edilməsi və ya qərar (sərəncam) qəbul edilməsindən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(82)-31/2018 saylı inzibati iş üzrə yekun məhkəmə qərarının qanuni qüvvəyə minənə qədər dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-442/219 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2016-cı il tarixli sərəncamın etibarsız sayılması və s.” tələbləri ilə əlaqədar iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır. İş materiallarından görünür ki, sözügedən iddia tələbinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmış və məhkəmənin 2-1(82)-4035/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-108/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4035/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək, iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1222/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-108/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bundan sonra işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-202/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4035/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxslər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1430/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-202/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, İddiaçı BTK-nin cavabdeh Bakı ŞİH-nə qarşı “Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 1/14 nömrəli qərarının etibarsız sayılması barədə” xx.xx.2016-cı il tarixli 257 nömrəli sərəncamının ləğv edilməsi və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin gələcəkdə Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 1/14 nömrəli qərarının eyni əsaslarla etibarsız sayılması ilə bağlı sərəncam qəbul edilməsindən və hərəkətlərə yol verilməsindən çəkinməsi” barədə tələbi təmin edilmiş və həmin məhkəmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş maretiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********29 saylı xx.xx.2016-cı il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Kadastr və Yerquruluşu Layihə tədqiqat Mərkəzi MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən Posat BTK-ya keçmiş DT və XK tərəfindən verilmiş AN-420054 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış reyestr nömrəsi **********63 olan çıxarışla X14 mülkiyyətinə verilmiş torpaq sahəsi naturada üst-üstə düşür. Eyni zamanda mübahisələndirilən 5.3 ha əraziyə mülkiyyət hüquqları qeydiyyata alınmış, reyestr nömrəsi **********05 sahəsi 0.64 ha, reyestr nömrəsi **********14 sahəsi 0.46 ha, reyestr nömrəsi **********15 sahəsi 0.63 ha, reyestr nömrəli **********08 sahəsi 0.28 ha, reyest nömrəli **********09 sahəsi 0.28 ha, reyestr nömrəsi **********10 sahəsi 0.235 ha, reyestr nömrəsi **********11 sahəsi 0.235 ha, reyestr nömrəsi **********12 sahəsi 0.22 ha, reyestr nömrəsi **********13 sahəsi 0.22 ha, reyestr nömrəsi **********14 sahəsi 0.265 ha, reyestr nömrəsi **********15 sahəsi 0.265 ha, reyestr nömrəsi **********16 sahəsi 0.32 ha, reyestr nömrəsi **********17 sahəsi 0.32 ha, reyestr nömrəsi **********18 sahəsi 0.265 ha, reyestr nömrəsi **********8 sahəsi 0.265 ha, X3 0.34 ha olan torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14178 saylı xx.xx.2016-cı il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, aparılmış tədqiqatla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən mübahisəli 5.3 hektar torpaq sahəsinin əvvəllər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışına əsasən xüsusi mülkiyyət kimi X2 adına qeydiyyatdan keçdiyi, həmin ünvanda yerləşən yaşayış evi üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli texniki pasport tərtib edildiyi, faktiki olaraq isə həmin əraziyə mülkiyyət hüquqları (ayrı-ayrı şəxslərin adına) qeydiyyata alınaraq çıxarışlar verildiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının adına tərtib olunmuş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatlar daxilində olan 4 ha torpaq sahəsinin vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 tərəfindən 041 saylı xx.xx.2005-ci il tarixli qərarla ayrılmış 5,3 ha torpaq sahəsi ilə üst-üstə düşməsi faktı ekspert rəyi ilə təsdiq olunur. Belə olan halda iddiaçı sözügedən bələdiyyə qərarının ona məxsus torpaq sahəsinin hüdudları daxilində etibarsız sayılması barədə iddia qaldırmaqda haqlı olmuşdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən, birləşdirilərkən, ayrılarkən, yenidən təşkil edilərkən və ya ləğv olunarkən onların hüdudlarının müəyyənləşdirilməsi və dəyişdirilməsi onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri, müvafiq ərazi əhalisinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 48.4-cü maddəsinə əsasən Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci msddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 4.0.1 və 4.0.2-ci maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək vəmüəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləridir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən dövlətin müstəsna mülkiyyətində olan torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqlaralqı-satqı obyekti ola bilər. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə araşdırmaları nəticəsində müəyyən olundu ki, Cavabdeh2 “vətəndaş X4 fərdi yaşayış evinin tikintisi üçün 5.3 ha torpaq sahəsi ayrılması barədə 041 saylı xx.xx.2005-ci il tarixli qərarı yuxarıda adı çəkilən maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, Cavabdeh2 həmin qərarla İddiaçı BTK-nin mülkiyyətinə aid olan torpaq sahəsini qeyd olunmuş vətəndaşın mülkiyyətinə ayırmaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur. Halbuki istinad olunan maddi hüquq normalarının tələbləri baxımından mübahisəli torpaq sahələri iddiaçının mülkiyyətinə aid olmuş və həmin sahələrin Cavabdeh2 mülkiyyətinə verilməsi haqqında müvafiq icra hakimiyyətinin hər hansı bir qərarı mövcud olmamışdır. Hazırki vəziyyətdə isə Cavabdeh2 mübahisələndirilən qərarı iddiaçının mülkiyyət hüququnu pozur, onun həmin torpaq sahəsindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. “İnzibati İcraat haqında” Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olduğu halda cavabdeh orqan qanunla ona verilmiş səlahiyyətlərini aşaraq həmin torpaq sahəsini 3-cü şəxsə satmış və nəticədə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Kollegiya onu da nəzərə alır ki, yuxarıdakı qaydada əsaslandırma cavabdeh orqanın qəbul etdiyi qərarın hissəvi, yəni iddiaçının adına torpağa dair tərtib olunmuş plan və ölçü sənədində qeyd olunan koordinatlar daxilində etibarsız sayılması üçün əsasdır. Odur ki, iddiaçının tələbi “Cavabdeh2 041 saylı xx.xx.2005-ci il tarixli qərarının İddiaçı BTK-nin adına tərtib edilmiş xx.xx.2012-ci il tarixli A№420054 saylı “torpaq sahəsinin plan və ölçüsü”ndə göstərilən koordinatların hüdudları daxilindəki 4.0 ha torpaq sahəsi hissəsində etibarsızlığının tanınması” barədə olsa da, bu tərzdə ifadəni məhkəmə kollegiyası “inzibati aktın eibarsız sayılması” ifadəsi kimi qəbul edir və hesab edir ki, iddianın bu şəkildə birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsi İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan “məhkəmə baxışının hədləri” çərçivəsində olmuşdur. İddiaçının iddia tələbinin “bələdiyyə qərarının hüquqi nəticələrinin qeyd olunan 4.0 ha torpaq sahəsi hissəsində qanunsuz sayılması” hissəsinə münasibətdə isə Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırmaları zamanı mübahisələndirilən bələdiyyə qərarı əsasında ayrı-ayrı şəxslərin adına müvafiq hüquqmüəyyənedici sənədlərin- daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verildiyi müəyyən olunmuşdur. Hazırki işdə iddiaçının əsas iddia tələbi təmin olunduğu üçün məhkəmə kollegiyası hesab edir ki, həmin əsas tələbin davamı olaraq verilmiş əlavə tələb də təmin olunmalıdır. Bundan əlavə, iddiaçının əlavə tələbdə qanunsuz sayılmasını tələb etdiyi “bələdiyyə qərarının hüquqi nəticələri” özü-özlüyündə qeyri-müəyyənlik yaratmır və bu halın məhkəmə qərarının gələcəkdə icrasında hər hansı çətinliklər də yaratmayacağını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin ifadə- adı çəkilən bələdiyyə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar kimi başa düşülməli və bu zaman “qanunsuz sayılma” ifadəsi təkcə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlara münasibətdə deyil, həm də həmin çıxarışlarla aparılmış alqı-satqı müqavilələri olarsa, həm onlara, həm də sonrakı hərəkət olaraq verilmiş reyestrdən çıxarışlara da şamil olunur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırki işin faktiki halları yuxarıda qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-202/2022 saylı inzibati işin faktiki halları ilə eynilik təşkil edib, həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarında müəyyən edilmiş hallar bu işdə preyudisial əhəmiyyət daşıdığından, həmin iş üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi baxımından iş üzrə iddiaçı cavabdeh orqanın qəbul etdiyi qərarın ona aid olan 4 ha torpaq sahəsi hissəsində etibarsız sayılmasını tələb etməkdə haqlı olmuş və onun bu tələbi əsaslı olduğu üçün birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh və 3-cü şəxslər tərəfindən ayrı-ayrılıqda verilimiş apellyasiya şikayətləri təmin edilməməli və Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Cavabdeh2 və 3-cü şəxslər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-01/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar