Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-12/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan, ölçünün və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4075/2018 saylı 12 oktyabr 201-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 saylı 30 dekabr 2000-ci il tarixli sərəncamı ilə X4 fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayonun ərazisində 600 kv.m torpaq sahəsi ayrılmışdır və iddiaçı orada ev inşa edərək yaşayır. İddaçı İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********36 saylı xx.xx.2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı elektron baza məlumatlarına əsasən sözügedən ərazinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmamış və göstərilən torpaq sahəsi yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşir. Buna görə də ərizənin təmin olunması mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ona ayrılmış ünvan 4 ünvanda yerləşən 600 kv.metr torpaq sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Binəqədi rayonu, Mir Cəlal küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində fərdi yaşayış evi tikmiş və həmin evə qeydiyyata da düşmüşdür. Artıq uzun müddətdir ki, həmin evdə yaşayır. Torpaq sahəsi də hazırda onun istifadəsindədir. Müvafiq qaydada sənədlərini toplayıb sözügedən torpaq sahəsinə dair çıxarış və kadastr planının verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2018-ci il tarixli məktubu ilə sözügedən ərazinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmadığını və torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşdiyini bildirərək, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin hərəkəti qanunaziddir və təqdim etdiyi sənədlər ona məxsus evin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, o, fərdi yaşayış evini Binəqədi rayon İcra Hakimiyyətinin sərəncamına əsasən inşa etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4075/2018 saylı 12 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən iddiaçıya ayrılmış ünvan 4 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın, plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4075/2018 saylı 12 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 12 oktyabr 2018-ci il tarixli məhkəmə iclası barədə İdarəyə bildiriş göndərilməmişdir. Həmçinin işin düzgün və ətraflı araşdırılması məqsədilə Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan "xxxx" ASC, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iş üzrə 3-cü şəxslər qismində cəlb edilməmiş və iş üzrə ekspertiza təyin edilməmişdir. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iş materiallarında olan sənədlərə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində qeyd edilmiş iş üzrə ekspertizanın keçirilməsini və müvafiq qurumların 3-cü şəxs qismində cəlb edilməsini əsassız hesab edir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-3024/2018 saylı 25 dekabr 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4075/2018 saylı 12 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1165/2019 saylı 03 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 3024/2018 saylı 25 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 37/2020 saylı 19 fevral 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4075/2018 saylı 12 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilərək iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1450/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-37/2020 saylı 19 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X10s apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2018-ci il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən alınması müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazisinə qarşı tələbi, “Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən ona ayrılmış ünvan 4 ünvanda yerləşən 600 kv.metr torpaq sahənin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın və plan və ölçünün verilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “elektron baza məlumatlarına əsasən sözügedən ərazinin fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmaması və göstərilən torpaq sahəsinin yaşayış binalarının qarşısında yaşıllıq ərazidə yerləşməsi” əsası ilə onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdur. Birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1450/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində yerli icra hakimiyyətləri üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək səlahiyyətiləri nəzərdə tutulduğu halda, Bakı şəhər İH başçısının 07 avqust 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Bakı şəhərində torpaq sahələrinin ayrılması və geri alınması, tikinti işlərinə icazə verilməsi barədə vəsatət qaldırılması və ona baxılması haqqında Əsasnamə»nin tətbiq olunmasını “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinə görə tətbiqinin mümkünlüyünü əsaslandırmamışdır. Ən əsası, baxılan iş üzrə Ali Məhkəmənin 03 aprel 2019-cu il tarixli qərarında göstərildiyi kimi, cavabdehin imtinasının əsasları yoxlanılmalıdır. Baxılan iş üzrə də həlledici hüquqi məsələ həm də iddiaçıya ayrılmış torpaq sahəsinin “məqsədli təyinatı”dır. Əgər həmin torpaq sahəsinin məqsədli təyinatı orada fərdi yaşayış evinin tikintisini istisna edirsə, bu hal cavabdehin imtina cavabının doğru olduğunu təsdiq edəcəkdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının istifadəsində olan torpaq sahəsinin “yaşıllıq ərazidə” yerləşməsini müəyyən etməmişdir. Belə ki, ekspert qoyulmuş suala rəyin nəticə hisəsində “mübahisələndirilən torpaq sahəsində meyvə ağaclarının olduğu müəyyən edilmişdir” cavabını vermişdir. Bu cavab yarımçıq cavabdır. İşin düzgün həlli üçün əhəmiyyətli olan cavab iddiaçının istifadə etdiyi torpaq sahəsində meyvə ağaclarının olması deyil, həmin torpaq sahəsinin baş planda “yaşıllıq ərazisi” olub-olmamasıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 22.2.3-cü maddəsinə görə baş planda parklar və başqa yaşıllıq əraziləri, çimərlik yerləri, qəbiristanlıqlar göstərilir). Buna görə də torpaq sahəsinin yaşllıq ərazisi olub-olmamasının müəyən olunması zamanı həm də baş plana istinad olunmalıdır. Bununla bağlı işə apellyasiya qaydsında tam və hərtərəfli baxılması üçün torpaq sahəsinin məqsədli təyinatının nədən ibarət olması, həmin sahənin yaşıllıq ərazisi olubolmaması barədə məhkəməyə məlumat verilməsi və bu barədə təfərrüatlı arayışın təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xx.xx.2021-ci il tarixdə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış keçiriləcəyi təqdirdə müvafiq münasibət bildiriləcəkdir. Həmçinin kollegiya tərəfindən torpaq sahəsinin həmin ərazinin baş planında yaşıllıq ərazisi kimi nəzərdə tutulub-tutulmadığı, tikinti işlərinin həmin ərazidə aparılmasının və iddiaçının həmin torpaq sahəsindən istifadəsinin yaşıllıq ərazisinin məhvi ilə nəticələnə bilinib-bilinməməsi barədə məhkəməyə məlumatın və təfərrüatlı arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məhkəmə sorğusu verilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Agentliyindən xx.xx.2021-ci il tarixdə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, 600 kv.m-lik ərazinin yer quruluşu planı təqdim olunmadığından həmin ərazinin yaşıllıq altına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin tikinti işləri və torpaq sahəsinin istifadəsinin yaşıllıqlara zərərin qiymətləndirilməsi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ərazidə icra olunması nəzərdə tutulan layihə təqdim olunduqdan sonra müəyyən oluna bilər. İşin təkrar apellyasiya baxışı zamanı Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2021-ci il tarixli məktuba əlavə edilmiş sərəncamdan müəyyən olundu ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2204 saylı 30 dekabr 2000-ci il tarixli sərəncamı 148 saylı xx.xx.2019-cu il tarixli sərəncamla ləğv edilmişdir. Həmçinin araşdırmalar zamanı məlum olmuşdu ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ünvan 5 ünvanda yerləşən ərazidə 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 2204 saylı xx.xx.2000-ci il tarixli sərəncamı Başçının 148 saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən ləğv edilmiş və sonuncu sərəncam iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Bu səbəbdən də məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraatın həmin işə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-203/2021 saylı 17 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-152/2022 saylı 22 aprel 2022-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1591/2022 saylı 04 oktyabr 2022-ci il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki işdə iddiaçının iddia tələbinin təmin edilməsi üçün hüquqmüəyyənedici sənədi- Binəqədi rayon İH-nin xx.xx.2000-ci il tarixli sərəncamı artıq ləğv edilmişdir. Bu barədə olan inzibati aktın ləğv edilməsi ilə bağlı iddiaçının verdiyi iddia isə məhkəmələr tərəfindən rədd edilmişdir. Odur ki, hazırki vəziyyətdə iddiaçı iddiasının hüquqi əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə cavabdehin imtinası qanuni olub, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin təmin olunması barədə gəldiyi nəticə düzgün olmamışdır. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “Binəqədi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan "xxxx" ASC-nin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iş üzrə 3cü şəxslər qismində cəlb edilməsi və iş üzrə ekspertizanın keçirilməsi” barədə dəlilinə, bu barədə dəlil cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunmasına zərurət olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4075/2018 saylı 12 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4075/2018 saylı 12 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-12/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-12/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver