Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-120/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, üçüncü şəxs X6, üçüncü şəxsin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə və üçüncü şəxslər X10 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı layihənin razılaşdırılmasına dair tərtib edilmiş sənədlərin ləğv edilməsi tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2- 1(81)-369/2019 saylı qərarından cavabdehin nümayəndəsi Y.Nəcəfli və üçüncü şəxs E.Qədirov tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 369/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri Cavabdeh ilə üçüncü şəxs X13 arasında layihənin razılaşdırılmasına dair tərtib edilmiş 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubun ləğv edilməsi qərara alınmışdır (hakim E.Məmmədov). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi Y.Nəcəfli və üçüncü şəxs E.Qədirov apellyasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə və maraqlı şəxs X10 qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh ilə maraqlı şəxs X13 arasında layihənin razılaşdırılmasına dair tərtib edilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonra ərizə təqdim edərək, iddia ərizəsində texniki səhv olaraq 3-cü şəxs X11, maraqlı şəxs kimi qeyd etdiyini, buna görə də X11 3-cü şəxs kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş və məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadına əsasən iş üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Bakı şəhəri Cavabdeh ilə üçüncü şəxs X13 arasında layihənin razılaşdırılmasına dair tərtib edilmiş 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubunun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Cavabdeh ilə X13 danışıqlara girərək sonuncu tərəfindən cavabdehə təqdim edilmiş layihənin razılaşdırılması prosesi getmişdir. Bu barədə cavabdeh tərəfindən E.Qədirova xx.xx.2017ci il tarixli 3/10-Q-56-151 saylı məktub verilmişdir. E.Qədirov cavabdeh tərəfindən ona verilmiş məktubu əlində əsas götürərək tərtib etdiyi layihə əsasında tikinti işlərinə başlamışdır. O, özünə məxsus olan ünvan 1 ünvanında rekonstruktiv işlər aparmaq əvəzində mənzilin 2-ci mərtəbəsində mənzilin sahəsindən 3 dəfə geniş mənzil inşa etməyə başlamışdır. Divarları bitişik olduğundan və ona məxsus olan mənzilin pəncərələri həmin divarda olduğundan pəncərələrin tamamilə bağlanması təhlükəsi yaranmışdır. E.Qədirov 2-ci mərtəbəni qaldırdığı halda ona məxsus mənzilin bütün pəncərələri bağlanır, mənzili işıqdan, havadan, görüntüdən tamamilə məhrum olur. Layihə razılaşdırılması tikintiyə sərəncam vermək deyildir. Tikintiyə sərəncam vermək səlahiyyətləri rayon icra hakimiyyətinə verilmədiyindən onlar layihə razılaşdırılmasını tikintiyə sərəncam kimi qiymətləndirirlər. Hesab edir ki, cavabdehlə E.Qədirov arasında layihə razılaşdırılması Səbail rayonu, Q.Əbdürəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanına şamil edilə bilməz. Çünki həmin mənzilin 2-ci mərtəbəsi tikilərsə, yalnız ona məxsus mənzilin deyil, eyni zamanda qonşu mənzillərin də dəniz görüntüsü, işığı və havası tamamilə bağlana bilər. Bu hal təyin edilmiş məhkəmə ekspertizası ilə də öz təsdiqini tapmışdır. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi Y.Nəcəfli verdiyi apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qüvvədə olan maddi və inzibati hüquq və inzibati prosessual hüquq normaların tələbləri və məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş işin həqiqi halları ilə ziddiyyət təşkil edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Cavabdeh ilə 3-cü şəxs X13 arasında 3/10-Q-56-151 saylı,xx.xx.2017-ci il tarixli akt əsasında razılaşdırılmış layihə ilə vətəndaş Qədirov Elçinin evinin üstündə ikinci mərtəbənin inşa edilməsi nəticəsində iddiaçıya məxsus yaşayış evinin bütün pəncərələrin görüntüsünün bağlanması təhlükəsi yaranacaq və bu tikili mənzilini işıqdan, görüntüdən məhrum edəcəkdir. Məhkəmə iddianın əsası olaraqqeyd edilmiş halları araşdırmaq əvəzinə ,qəbul etdiyi qərarında həmin hallarla bağlı iş üzrə verilmiş ekspert rəyinə istinad etsə də,rəydə müəyyən edilmiş hallara əhəmiyyət verməyərək düzgün hüquqi nəticəyə gəlməmiş, “İnzibati icraat haqqında” Azərbaycan Resublikasının Qanunun 65.1-ci maddəsinin tələblərinə uyğun təmin edilməsinin mümkün olub-olmadığına da diqqət yetirməmişdir.Həmçinin nümayəndə apellyasiya şikayətində qeyd etmişdir ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 1673 saylı,xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə 3-cü şəxs X6 evinin üstündə ikinci mərtəbənin inşa edilməsi nəticəsində iddiaçıya məxsus evin bütün pəncərələrin bağlanması təhlükəsinin yaranacağı,mənzilin işıqdan,havadan görüntüdən məhrum qalacağı öz əksini tapmamışdır.Birinci instansiya məhkəməsi iddia ilə bağlı araşdırmalar apararkən iş üzrə müvafiq mütəxəsis(ekspert) rəyi olmadan işin hallarına düzgün hüquqi qiymət verilməsinin mümkün olmadığını əsas gətirməklə iş üzrə məhkəmə -tikinti eksperizasının keçirilməsinə dair qərardad qəbul edərək ekspertin qarşısına müvafiq suallar qoymuş,lakin həmin sualların ekspertlər tərəfindən cavablandırılmasından sonra iddianın rədd edilməsi üçün kifayət qədər əsas yarandığına baxmayaraq iddianı təmin etmişdir.İş materiallarında mövcud olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktublavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 1673 saylı,xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş hallarməhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən ekspertin qarşısına qoyulduğu 1-ci suala cavab olaraq bildirilmişdir ki, AR FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli,xx/xx-02813 saylı məktubu ilə sözügedən ünvanlarda yerləşən fərdi yaşayış evləri arasında yanğına qarşı ara məsafələrinə riayət edilməmiş və bununla da 2.6-1 ’’Şəhər,qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti Normalarının 1 nömrəli məcburi əlavəsinin 6cı bəndinin tələbləri pozulması göstərilmiş olsa da, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2019-cu il tarixli 02 saylıqərarına əsasən “AzDTN 2.6- 1 Dövlət Şəhərsalma və Norma və Qaydaları "Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”AR Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.1961-ci il tarixli 5 saylı Kollegiya qərarında dəyişikliklər edilmiş,belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası Komitənin Əsasnamənin 17-ci bəndini rəhbər tutaraq kollegiya qərara almışdır ki,“AzDTN 2.6-1 Dövlət Şəhərsalma və Norma və Qaydaları ’’Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasın”nın “4.13-cü bənd AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilsin..Əlavə T’Yangın ələyhinə tələblər”in 1-ci hissəsində”yaşayış”sözündən sonra “AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş fərdi yaşayış evləri istisna olmaqla” sözləri əlavə edilsin ”Yuxarıda göstərilənləri nəzərə aldıqda,“AzDTN 2.6-1 Dövlət Şəhərsalma və Norma və Qaydaları ’’Şəhər,qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması “Azərbaycan Dövlət Tikinti Normalarında və 1 saylı məcburi əlavəsinin yanğına qarşı tələblərində fərdi yaşayış evləri arasında yanğına qarşı məsafə barədə məlumat göstərilməmişdir.Məhkəmə inzibati aktın qəbul edilməsinə əsas olmuş hallara da əhəmiyyət verməmişdir. Məlum inzibati aktın qəbul edilməsi 3-cü şəxs X6 bilavasitə mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilərək, iddiaçının hüquqlarına toxunmamışdır. Nümayəndə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Üçüncü şəxsin vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, cavabdehin nümayəndəsi Y.Nəcəflinin apellyasiya şikayətini qəbul edərək, çıxışında göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərindən kənara çıxaraq qərarında inzibati aktla evində rekonstruksiya və yenidən qurma işlərinin aparılması nəzərdə tutulduğunu, təqdim edilmiş eskiz layihəsinin məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihənin razılaşdırılması qanunla nəzərdə tutulmadığını, mülkiyyətimdə yalnız fərdi yaşayış evi olduğunu, evin yerləşdiyi torpaq sahəsi mülkiyyətində olmadığını və ya buna dair torpaqayırma sənədi verilmədiyinə istinad edir.Halbuki iddiaçının Cavabdehnə qarşı qaldırdığı iddianın əsası cavabdehlə razılaşdırılmış layihə ilə ona məxsus evin üstündə ikinci mərtəbənin inşa edilməsi nəticəsində ona məxsus evin bütün pəncərələrin bağlanması təhlükəsi yaranacağını, mənzil işıqdan,havadan və görüntüdən məhrum qalacağını göstərməsi olmuşdur. Buna baxmayaraq məhkəmə qaldırılmış iddianın mahiyyətinə əhəmiyyət vermədən öz təşəbbüsü ilə gəldiyi bu nəticə AR MM-nin 135.10-cu maddəsinin və AR “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinin tələblərinə ziddir. AR MM-nin 135.10-cu maddəsinin tələblərinə görə adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şəy əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissəsinin mülkiyyətçisidir. İstinad edilmiş maddi hüquq normaların tələbləri ilə müəyyən olunur ki, mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsi evin ayrılmaz hissəsi olduğundan evin mülkiyyətçisinin mülkiyyətində hesab edilir və cavabdehin bununla bağlı verdiyi eskiz layihəsinin razılaşdırılmasına dair məktub icra hakimiyyəti tərəfindən verilmiş inzibati akt həsab olunur. Belə olduğu halda məhkəmənin üçüncü şəxsin şəxsi mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsi mülkiyyətimdə olmadığını və ya buna dair torpaqayırma sənədi verilmədiyinə,o cümlətən inzibati aktla evdə rekonstruksiya və yenidənqurma işlərin aparılması nəzərdə tutulduğunu,təqdim edilmiş eskiz layihəsinin məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsinin razılaşdırılması qanunla nəzərdə tutulmadığını istinad etməsi kimi nəticəsi hakimin iddianın təmin edilməsində üçüncü şəxsə münasibətdə tam qərəzli mövqədə olmasını ehtiva edir. O ki,qaldı iddianın əsası olan tələblərinə iş materiallarından görünür ki, iddiaçı iddianın əsası olaraq Bakı şəhəri Cavabdeh ilə 3/10- Q-56-151 saylı,xx.xx.2017ci il tarixli akt əsasında razılaşdırılmış layihə ilə evin üstündə ikinci mərtəbənin inşa edilməsi nəticəsində ona məxsus evin bütün pəncərələrin bağlanması təhlükəsi yaranacağını,mənzili işıqdan,havadan görüntüdən məhrum qalacağını göstərmişdir. Məhkəmə iddianın əsası olan qeyd edilmiş halları ümümiyyətlə araşdırmamış,qərarında həmin hallarla bağlı iş üzrə verilmiş ekspert rəyinə istinad etsə də rəydə müəyyən edilmiş əsaslara əhəmiyyət və düzgün hüquqi qiymət verməmiş, iddiaçının cavabdehə qarşı qaldırdığı iddianın AR “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinin tələblərinə uyğun təmin edilməsinin mümkün olub-olmadığına da diqqət yetirməmişdir. Digər tərəfdən iddiaçının iddia ərizəsində evin üstündə ikinci mərtəbənin inşa edilməsi nəticəsində ona məxsus evin bütün pəncərələrin bağlanması təhlükəsi yaranacağını,mənzili işıqdan,havadan görüntüdən məhrum qalacağına dair tələbin əsassız olması iş üzrə verilmiş AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 1673 saylı,xx.xx.2019cu il tarixli ekspert rəyi ilə tam təkzib olunur. Bununla bağlı məhkəmə iddia ilə bağlı araşdırmalar apararkən iş üzrə müvafiq mütəxəsis(ekspert) rəyi olmadan işin hallarına düzgün hüquqi qiymət verilməsinin münkün olmadığını əsas götürməklə iş üzrə məhkəmə-tikinti eksperizasının keçirilməsinə dair qərardad qəbul edərək ekspertin qarşısına müvafiq suallar qoymuş,lakin həmin suallara ekspertlərin verdikləri cavablar iddianın rədd edilməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq,işin nəticəsini iddiaçının xeyrinə həll edilməsində maraqlı olan hakim nə iş üzrə verilmiş AR Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunu, nə də ki, AR ƏN Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 1673 saylı,xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmiş halları subut növü kimi qəbul etməmişdir. Halbuki istinad edilmiş ekspert rəyi ilə məhkəmənin ekspertin qarşısına qoyduğu 1-ci suala cavab olaraq bildirilmişdir ki, AR FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi İsrayıl Əliyevin xx.xx.2019-cu il tarixli,xx/xx-02813 saylı məktubu ilə sözü gedən ünvanlarda yerləşən ferdi yaşayış evləri arasında yanğına qarşı ara məsafələrinə riayət edilməmiş və bununla da 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti Normalarının 1 nömrəli məcburi əlavəsinin 6-cı bəndinin tələbləri pozulması göstərilmiş olsa da,Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 03.052019-cu il tarixli 02 saylı qərarına əsasən “AzDTN 2.4-1 Dövlət Şəhərsalma və Norma və Qaydaları ’’Şəhər,qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AR Dövlət Tikinti və Arxitektura Komitəsinin xx.xx.1961-ci il tarixli 5 saylı Kollegiya qərarında dəyişikliklər edilmiş.Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası Komitənin Əsasnamənin 17-ci bəndini rəhbər tutaraq qərara almışdır ki, “AzDTN 2.4-1 Dövlət Şəhərsalma və Norma və Qaydaları ’’Şəhər,qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılmasın ”nın “4.13-cü bənd AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilsin. Əlavə 1 “Yanğın ələyhinə tələblər”in 1-ci hissəsində “yaşayış” sözündən sonra “AR Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş ferdi yaşayış evləri istisna olmaqla” sözləri əlavə edilsin” Yuxarıda göstərilənləri nəzərə aldıqda, “AzDTN 2.4-1 Dövlət Şəhərsalma və Norma və Qaydaları ’’Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”Azərbaycan Dövlət Tikinti Normalarında və 1 saylı məcburi əlavəsinin yanğına qarşı tələblərində fərdi yaşayış evləri arasında yanğına qarşı məsafə nəzərdə tutulmadığı müəyyən edildiyi göstərilməmişdir. Ekspert məhkəmənin 2-ci sualına cavab olaraq bildirilmişdir ki, mülkiyyətdə olan yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasportunda evin bir mərtəbəli olmaqla 5 tikilidən ibarət olması və ümümi sahəsi 43,7 kv.m təşkil etdiyi göstərilsə də,texniki pasportun məlumatları və həmin yaşayış evinə dair tərtib edilmiş eskiz layihəsini müqayisə edərkən , eskiz layihədə əlavə olaraq birinci mərtəbədə sahəsi 8,55 kv.m dəhliz və 9,0 kv.m otaq,2-ci mərtəbədə isə sahəsi 21,24 kv.m,12,0 kv.m,12,0 kv.m,18,0 kv.m,11,22 kv.m olan yaşayış otaqları və yardımçı tikililər inşa olunması nəzərdə tutulduğu müəyyən edildiyi göstərilmişdir.İş materialları ilə müəyyən edilmişdir ki,eskiz layihədə göstərilmiş evin birinci mərtəbəsində sahəsi 8,55 kv.m dəhliz və 9,0 kv.m otaq evin texniki pasportunda göstərilməmiş olsa da,həmin tikililər uzun müddət istifadədə olan köhnə tikililər olmuş və həmin tikililər evin giriş hissəsində yerləşdiyindən iddiaçının hər hansı bir maraqlarına toxunmur.Eskiz layihədə isə həmin tikililərin mövcudluğu nəzərə alınmaqla evin ikinci mərtəbəsində əlavə tikilinin inşa edilməsi nəzərdə tutulmuşdur. Odur ki,məhkəmənin inşası nəzərdə tutulmuş evin eskiz layihəsində ikinci mərtəbədə tikiləcəyi evin ölçüləri evin sahəsindən artıq nəzərdə tutulduğunu,bu da iddiaçının maraqlarına toxunduğuna dair gəldiyi nəticə həqiqətə uyğun hesab edilə bilməz. Üçüncü şəxsə məxsus evə bitişik sağında iddiaçının,solunda və arxasında digər qonşuların evləri yerləşdiyindən 3-cü şəxs istəsə belə evinin üstündə inşa ediləcəyi tikililərin ölçülərini texniki cəhətdən artıq inşa edilməsi mümkün ola bilməzdi. Ekspertin üçüncü sualı üzrə verdiyi cavaba görə iddiaçının üçüncü şəxsə məxsus 5 saylı evə tərəf açılmış 3 pəncərə ilə inşa olunması nəzərdə tutulan tikili arasında məsafə 1,0 metrə qədər təşkil etdiyini və həmin tikili inşa edildiyi halda 48 saylı evin 3 ədəd pəncərəsinin qarşısı müəyyən dərəcədə tutulaçağı müəyyən edilsə də,lakin həmin tikilinin 48 saylı evə işığın düşməsi,görüntü,havalanması və sairə ilə bağlı nə qədər məhdudiyyət yaratması tikinti ekspertin səlahiyyətinə aid olmaması,həmin tikili inşa edildikdən sonra müvafiq təşkilatlar tərəfindən xüsusi ölçü aparatları vasitəsilə araşdırmalar aparılmaqla müəyyən oluna bilməsinin mümkün olduğunu göstərmişdir. Qeyd edilmiş sualın cavabına görə də inşa edilməsi nəzərdə tutulmuş tikilin iddiaçının evinin pəncərələrindən 1,0 metrə aralıda inşa edilməsi nəzərdə tutulduğundan,həmin tikilinin 48 saylı evə işığın düşməsi,görüntü,havalanması və sairə ilə bağlı nə qədər məhdudiyyət yaratması müəyyən edilməmişdir. Ekspertin 4-cü suala verdiyi cavaba görə iddiaçıya məxsus evin pəncərələrin ölçüləri texniki pasportda öz əksini tapmadığına görə həmin pəncərələrinin ölçülərin və yerinin texniki pasporta uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Əslində iddiaçının evinin üçüncü şəxsə məxsus evə münasibətdə 2012-ci ilədək cəmi 2 ədəd xırda həcmli pəncərəsi olmuş, iddiaçı 2012-ci ildə həmin pəncərələrin yerinə 3 ədəd iri həcmli qanunsuz pəncərələr quraşdırmış və bu gün qanunsuz quraşdırdığı pəncərələrin yaxınlığında qanuni əsaslarla tikilməsinə icazə verilmiş tikilinin inşasına maneələr törədir, hətta həmin tikilinin inşasına verilmiş cavabdehin razılıq məktubunu mübahisələndirir. Məhkəmə araşdırmaları və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırda üçüncü şəxs ailə üzvləri və 3 azyaşlı uşaqları ilə yaşadığı ev pəncərəsiz yarım zirzəmi olan bir tikilidir,cavabdeh məlum aktı verərkən həmin tikilin tam yaşayışa yararsız vəziyyətdə olması və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olmasını nəzərə almaqla verdiyinə də diqqət yetirməmişdir. Vəkil apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X13 verdiyi apellyasiya şikayətini müdafiə edərək, cavabdehin nümayəndəsi Y.Nəcəflinin apellyasiya şikayətini qəbul edərək, vəkillə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlkin məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi A.Pirəliyev izahat verərək, apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, onların təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və onun nümayəndəsi X7, cavabdeh Bakı şəhər Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən üçüncü şəxs və onun vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail ryonu, Aydın Məmmədov küçəsində yerləşən 48 saylı evin y/s 69,4 kv.metr, ü/s 101,9 kv.metr olan 3 otağı xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 1 mərtəbəli ümumi sahəsi 43,7 kv.metr olan 5 saylı mənzil xx.xx.2014-cü il tarixdə X6 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş **********68-05101-093002 reyestr nömrəli X10 məxsus ünvan 3 ünvanına dair texniki pasportdan görünür ki, mənzilin ümumi sahəsi 43,7 kv.metr təşkil edir. İşdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən verilmiş 2/549 saylı, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X13 2006cı ildən (4-cü Bayıl döngəsi) F.Q.Abdurəhmanov küçəsi, ev 9, mənzil 5-də qeydiyyatdadır. Həmin ev MKTB-nin balansındadır, 1 mərtəbəli həyət tipli evdir, bina evi deyil. İşdə olan Cavabdeh Başçısının X10 ünvanlanmış 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cü il tarixli, seriya RX ******* saylı çıxarışa əsasən Səbail rayonu, F.Əbdülrəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanda yaşayış evinin yenidən qurulmasına dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıqplanlaşdırma həlli layihəsinə (“xxxxxxxxx” MMC, lisenziya №İN/L-267/2017) baxıb onu razılaşdırmışlar. İşdə olan “xxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş ünvan 2, mənzil 5 ünvanında yerləşən X10 məxsus mənzilin eskiz layihəsi Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2017ci il tarixdə razılaşdırılmışdır. İşdə olan Cavabdeh Başçısının Aparatı tərəfindən Səbail Rayon Məhkəməsinə ünvanlanmış 8/10-269 saylı, xx xxxx 2018-ci il tarixli məktubda bildirilmişdir ki, X6 Cavabdehnə ərizə ilə müraciətinə əsasən mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanında istismara yararsız olan mənzilində rekonstruktiv və yenidənqurma işlərinin aparılması üçün təqdim edilmiş eskiz layihəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsi razılaşdırılmışdır. Məhkəmə araşdırması dövründə məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)- 4568/2018 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə (ekspertlərinə) həvalə edilmiş və iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğın Nəzarəti Xidmətindən mütəxəssis cəlb olunmaqla, ekspertin (ekspertlərin) qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. X12 məxsus Səbail rayonu, F.Əbdülrəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanında yaşayış evinin yenidən qurulmasına dair məlumatlandırma icraatı qaydasında razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun tikiləcək tikili ilə İddiaçı məxsus yaşayış evi arasında ara məsafəsi tikinti və şəhərsalma normalarına, “Dövlət şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarının 1 saylı məcburi əlavəsinin yanğına qarşı tələblərinə cavab verir ya yox? 2. Nəzərə alaraq ki, X8 mülkiyyətində olan evin ümumi sahəsi 43,7 kv.metrdir, razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsində göstərilən ölçülər X8 mülkiyyətində olan evin ümumi sahəsindən kənara çıxırmı? Çıxırsa hansı ölçüdə? 3. Layihəsi razılaşdırılmış tikili başa çatdıqdan sonra İddiaçı məxsus mənzilə hər hansı məhdudiyyət (işığın düşməsi, görüntü, havalanması və sairlə bağlı) yaradırmı? 4. İddiaçı məxsus evin texniki pasportundakı pəncərə yerləri həmin evin pəncərələrinin faktiki yerinə və ölçülərinə uyğundurmu? Həmin qərardadın icrası ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019cu il tarixli, xx/xx-02813 saylı məktubundan görünür ki, xidmətin əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, F.Əbdürrəhmanov küçəsindəki tədqiq edilən fərdi yaşayış evlərinə tərəflərin iştirakı ilə birlikdə baxış keçirilmişdir. Keçirilmiş baxışdan və təqdim olunmuş sənədlərin araşdırılmasından məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evləri arasında yanğına qarşı ara məsafələrinə riayət edilməmiş və 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti Normalarının 1 nömrəli məcburi əlavəsinin 6-cı bəndinin tələbləri pozulmuşdur. Həmin Qərardadın icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 1673 saylı, xx xxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1-ci sual üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2019-cu il tarixli, xx/xx-02813 saylı arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, F.Q.Əbdürəhmanov küçəsindəki tədqiq edilən fərdi yaşayış evləri arasında yanğına qarşı ara məsafələrinə riayət edilmədiyi və 2.6-1 “Şəhər, qəsəbə, və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti normalarının 1 nömrəli məcburi əlavəsinin 6-cı bəndinin tələblərinin pozulduğu göstərilmişdir. Bununla əlaqədar qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxx 2019-cu il tarixli 02 N-li qərarına əsasən, «AzDTN 2.6.-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması haqqında» Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 2061 -ci il 12 oktyabr tarixli 5 nömrəli Kollegiya qərarında dəyişiklik edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası Komitənin Əsasnaməsinin 17-ci bəndini rəhbər tutaraq kollegiya qərara almışdır ki, «AzDTN 2.6.-1. Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»nda aşağıdakı dəyişiklər edilmişdir: «4.13-cü bənd Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə zidd olduğu üçün qüvvədən düşmüş hesab edilsin. Əlavə 1 «Yanğın əleyhinə tələblər»in 1 -ci hissəsində «yaşayış» sözündən sonra «Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş fərdi yaşayış evləri istisna olmaqla» sözləri əlavə edilsin.». Yuxanda göstərilənləri nəzərə aldıqda, “AzDTN 2.6-1 Dövlət Şəhərsalma Norma və Qaydaları “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Dövlət Tikinti normalarında və 1 saylı məcburi əlavəsinin yanğına qarşı tələblərində fərdi yaşayış evləri arasında yanğına qarşı məsafə nəzərdə tutulmadığı müəyyən edilir. 2-ci sual üzrə: X8 mülkiyyətində olan yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasporta əsasən, həmin evin bir mərtəbəli olmaqla 5 tikilidən ibarət olduğu və ümumi sahəsi 43,7 kv.metr təşkil etdiyi göstərilmişdir. Texniki pasportun məlumatları ilə həmin yaşayış evinə dair tərtib edilmiş eskiz layihəsinin məlumatları müqayisə edilərkən, eskiz layihəsində əlavə olaraq 1-ci mərtəbədə sahəsi 8,55 kv.metr dəhliz və 9,0 kv.metr otaq, 2-ci mərtəbədə isə sahəsi 21,24 kv.metr, 12,0 kv.metr, 12,0 kv.metr, 18.0 kv.metr, 11,22 kv.metr olan yaşayış otaqları və yardımçı tikililər inşa olunması nəzərdə tutulduğu müəyyən edilmişdir. 3-cü sual üzrə: Tədqiq olunan 5 saylı mənzilin eskiz layihəsinə əsasən, yan divarlar boyunca hündürlüyü 6,2 metr nəzərdə tutulduğunu, 48 saylı evin iddiaçılara məxsus mənzillərinin otaqlarından 5 saylı mənzilə tərəf 3 ədəd pəncərə açıldığını, eləcə də iddiaçılara məxsus yaşayış evinin divarı ilə cavabdeh tərəfindən inşa olunması nəzərdə tutulan tikili arasındakı məsafə 1,0 metrə qədər təşkil etdiyini nəzərə alaraq, həmin tikili inşa edildiyi halda 48 saylı ünvanda yerləşən mənzillərin 3 ədəd pəncərələrinin qarşısı müəyyən dərəcədə tutulacağı müəyyən olunur. Lakin həmin tikilinin 48 saylı mənzillərə işığın düşməsi, görüntü, havalanması və sairlə ilə bağlı nə qədər məhdudiyyət yaratması (sanitar texniki normalara uyğun olması) tikinti ekspertinin səlahiyyətinə aid olmayıb, həmin tikili inşa edildikdən sonra müvafiq təşkilatlar tərəfindən xüsusi ölçmə aparatları vasitəsilə araşdırmalar aparılmaqla müəyyən oluna bilər. 4-cü sual üzrə: Tədqiq olunan 48 saylı ünvanda yerləşən mənzillərə dair tərtib edilmiş texniki pasportda İddiaçı məxsus evdə 23 saylı otağın 5 saylı mənzilə tərəf baxan hissəsində 2 pəncərə və 9 saylı otağın küçə tərəfə baxan hissəsində 1 ədəd pəncərə nəzərdə tutulduğu göstərilmişdir. Baxış zamanı həmin evdə 23 saylı otağın 5 saylı mənzilə baxan hissəsində 2 ədəd, 9 saylı otağın 5 saylı mənzilə tərəf baxan hissəsində əlavə 1 pəncərə, eləcə də həmin otağın küçə tərəfə baxan hissəsində 1 ədəd pəncərə olduğu və 9 saylı otaqdan 5 saylı mənzilə tərəf olan pəncərənin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Lakin pəncərələrin ölçüləri və divarlardan hansı məsafədə yerləşməsi barədə məlumat texniki pasportda əks olunmadığından, həmin pəncərələrin ölçülərinin və yerinin texniki pasporta uyğun olub-olmamasını (9 saylı otağın 5 saylı mənzilə tərəf olan pəncərəsi istisna olmaqla) müəyyən etmək mümkün olmadı. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1921/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İş yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmışdır. Həmin qərar üzrə müəyyən edilənlərdən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Rəhimov) İddiaçı, X2 cavabdeh X10, üçüncü şəxs Cavabdeh, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının bərpa edilməsi, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, qeyriqanuni tikilinin sökülməsi, əvvəlki vəziyyətə gətirilməsi barədə ilkin iddia rədd edilmiş, X6 İddiaçı, X3, üçüncü şəxs Cavabdehnə qarşı maneələrin aradan qaldırılması ilə evə baxan pəncərələrin cavabdehin hesabına sökülərək bağlanması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, X6 mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanında yerləşən mənzilində rekonstruktiv və yenidən qurma işlərinin aparılması ilə bağlı törədilə bilən maneələrin aradan qaldırılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin kollegiyası işin mübahisəsiz hallarına əsasən müəyyən etmişdir ki,X10 məxsus ev pilləvari qaydada olaraq İddiaçı və X3 məxsus mənzilə münasibətdə aşağı səviyyədə yerləşir. Yaşadıqları ərazi landşaft baxımından yüksəklik formasındadır. Buna görə relyef üzrə bir yaşayış sahəsi digərindən hündürdədir. Hazırda X13 bir mərtəbəli evin üstündə ikinci mərtəbə qaldırmaq niyyətindədir. İddiaçı və X5 isə buna etiraz edirlər. X13 öz növbəsində İddiaçı evinin pəncərələrinin onun evinə tərəf baxan hissəsini qanunsuz saydığından onların bağlanmasını tələb edir. İşin hallarından göründüyü kimi cavabdeh mülkiyyətində olan evin üzərində yeni tikili inşa edir və onun inşa etdiyi tikili tam başa çatacağı halda iddiaçıların evinə düşən təbii işığın, havalanmanın və görüntünün qarşısı alınacaqdır. İddia tələbi Cavabdeh ilə X13 arasında layihənin razılaşdırılmasına dair tərtib edilmiş sənədlərin ləğv edilməsi ilə bağlı olduğundan həmin razılaşdırmanın verilməsinə əsas olan sənədlər məhkəmə tərəfindən araşdırılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən sorğu əsasında məlumatlandırma icraatı qaydasında cavabdeh tərəfindən aparılmış inzibati icraat materiallarının (əraziyə baxış keçirilib aparılacaq tikintinin digər şəxslərin hüquqlarının pozulması halının olub-olmaması halının müəyyən edilməsi, aparılacaq tikintinin - tikinti norma və qaydalarına uyğunluğunu təsdiq edən sənədlər və s.) məhkəməyə göndərilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 3/10-1216 saylı, xx.xx.2018-ci il tarixli məktubunda Səbail rayonu, Bayıl qəsəbəsi, F.Əbülrəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanının vətəndaş X6 mülkiyyətində olduğu nəzərə alınaraq mülkiyyətçinin sözügedən yaşayış evinin yenidən qurulmasına dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə baxılıb Cavabdeh 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdıraraq təsdiq edildiyini göstərmişdir. Məktuba qoşma olaraq mənzilin mülkiyyət sənədi, texniki pasportu, təsdiq edilmiş eskiz layihə və razılaşdırma məktubu əlavə edilmişdir. Göründüyü kimi Cavabdeh X10 ünvanlandığı 3/10-Q-56-151 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə sonuncunun mülkiyyətində olan yaşayış evinin yenidən qurulmasına dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə (“xxxxxxxxx” MMC, lisenziya №İN/L-267/2017) baxıb onu razılaşdırmışdır. Lakin daha sonra Səbail Rayon Məhkəməsinin icraatında tərəflər arasında olan yuxarıda qeyd olunan mülki mübahisəyə baxılan zaman Cavabdeh məhkəməyə 8/10-269 saylı, xx xxxx 2018-ci il tarixli məktub ünvanlayaraq X6 ərizəsinə əsasən mülkiyyətində olan Bayıl qəsəbəsi, F.Əbdülrəhmanov küçəsi, ev 9, mənzil 5 ünvanında istismara yararsız olan mənzilində rekonstruktiv və yenidənqurma işlərinin aparılması üçün təqdim edilmiş eskiz layihəsini Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsi razılaşdırıldığını göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzildə rekonstruktiv və yenidən qurma işlərinin aparılması üçün təqdim edilmiş eskiz layihəsinin məlumatlandırma icraatı qaydasında memarlıq planlaşdırma həlli layihəsinin razılaşdırılması qanunda nəzərdə tutulmamışdır. Belə ki, mənzilində rekonstruktiv və yenidənqurma işlərinin aparılması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, məlumatlandırma icraatı isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən aparılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımqalarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Qanunvericliyin tələblərinə əsasən məlumatlandırma icraatı həyata keçirilməsi üçün ilkin olaraq torpaq sahəsinin mülkiyyətində, icarəsində və ya istifadədə olmasını təsdiq edən sənədin surətinin müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi zəruridir. Məhkəmə iclası zamanı üçüncü şəxs izahatında evin mənzil kimi qeydiyyata alınmasına baxmayaraq, fərdi yaşayış evi olduğunu, lakin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququnun olmadığını və buna dair torpaqayırma sənədinin olmadığını bildirmişdir. Həmçinin iş materialları əsasında evin yerləşdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına hər hansı sənədin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi üçüncü şəxs tərəfindən məlumatlandırma icraatı qaydasında tikintisinə icazə verilmiş evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə, icarədə və ya istifadədə olmasını təsdiq edən hər hansı sənəd cavabdehə təqdim edilməmişdir. Belə olan halda cavabdeh tərəfindən torpaq sahəsinin mülkiyyətində, icarəsində və ya istifadədə olmasını təsdiq edən sənəd təqdim edilmədən məlumatlandırma icraatı qaydasında təqdim edilmiş eskiz layihəsi təsdiq edilərək, evin istismara yarasız vəziyyətdə olmasını göstərərək, yenidən qurulması adı altında ölçülərinin dəyişdirilməsinə və ikinci mərtəbənin inşasına razılıq verilmişdir. Həmçinin tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı üçüncü şəxsə məxsus evin istismara yarasız vəziyyətdə olmadığı, hazırda həmin evdə yaşayışın olduğu müəyyən edildi. Cavabdeh qeyd olunan razılıq məktubunda evin yenidən qurulması ilə bağlı məlumatlandırma icraatı qaydasında təqdim edilən memarlıq-planlaşdırma həlli layihəsinə baxılıb, razılaşdırılaraq təsdiq edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, evin yenidən qurulması ilə bağlı razılıq verilməsinə məlumatlandırma icraatı qaydasında baxıla bilməz. Məlumatlandırma icraatı yalnız yuxarıda göstərilən tələblərə uyğun olan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılmasının həyata keçirilməsinin əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə ki, Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitartexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Mənzil Məcəlləsinin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Göründüyü kimi qanunvericilik yenidən qurulma adı altında 2-ci mərtəbədə tikintiyə icazə verilməsini istisna edir. Lakin Cavabdeh isə məlumatlandırma icraatı qaydasında yaşayış sahəsinin yenidən qurulması adı altında evdə əlavə tikililərin aparılmasına və ikinci mərtəbənin inşa edilməsinə dair qanunsuz akt qəbul etmişdir. Birinci instansiya məhkəməsi araşdırması dövründə iş üzrə təyin edilmiş ekspertizanın rəyinə əsasən X8 mülkiyyətində olan yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli texniki pasporta əsasən, həmin evin bir mərtəbəli olmaqla 5 tikilidən ibarət olduğu və ümumi sahəsi 43,7 kv.metr təşkil etdiyi göstərilmişdir. Texniki pasportun məlumatları ilə həmin yaşayış evinə dair tərtib edilmiş eskiz layihəsinin məlumatları müqayisə edilərkən, eskiz layihəsində əlavə olaraq 1-ci mərtəbədə sahəsi 8,55 kv.metr dəhliz və 9,0 kv.metr otaq, 2-ci mərtəbədə isə sahəsi 21,24 kv.metr, 12,0 kv.metr, 12,0 kv.metr, 18.0 kv.metr, 11,22 kv.metr olan yaşayış otaqları və yardımçı tikililər inşa olunması nəzərdə tutulduğu müəyyən edilmişdir. Üçüncü şəxs X8 mülkiyyətində olan evin ümumi sahəsi 43,7 kv.metr olsa da, razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsində göstərilən ölçülər həmin sahədən kənara çıxır və həmçinin həmin layihə üzrə ikinci mərtəbənin inşası da nəzərdə tutulmuşdur. Evdə əlavə tikililərin aparılması və ikinci mərtəbənin əlavə edilməsi mənzilin yenidən qurulması şərtlərinə uyğun deyildir və buna dair razılaşdırılmış eskiz layihə qanunvericiliyin tələblərinə ziddir. Həmçinin qanunvericiliyin tələblərindən də göründüyü kimi yaşayış sahəsinin yenidən qurulması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Qanunvericliyin tələblərindən göründüyü kimi Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada tikinti norma və qaydalarına riayət etməklə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması barədə qərar qəbul etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Həmçinin yenidən qurulma işləri aparılması ilə bağlı təqdim edilmiş eskiz layihəsinin məktub əsasında razılaşdırılması deyil, bununla bağlı müvafiq qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırki halda üçüncü şəxs tərəfindən layihə əsasında görüləcək işlər mənzilin yenidən qurulması ilə bağlı olmadığından,birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən səlahiyyətlərindən düzgün istifadə edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, cavabdehin nümayəndəsi Y.Nəcəfli və üçüncü şəxsin apellyasiya şikayətlərində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdehin nümayəndəsi Y.Nəcəfli və üçüncü şəxslər X13 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 369/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva