Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-120/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakiml Sadıqov Vahid Nəriman oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə; Orucova Aysu Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2- 1(82)-2560/2018 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən et d i : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar ona ödənilməli olan 45.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 2560/2018 saylı qərarı ilə iddia tələbi təmin olunmamamışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onun həmin ünvanda qeydiyyatda olmağına baxmayaraq, həmin mənzildə yaşamamağını əsas göstərərək ona qeyd edilən yaşayış sahəsinə görə kompensasiya ödəməkdən imtina etmişdir. Halbuki, sakinlərin qeydiyyata alınması zamanı onun qonşuları xəstəxanada olmasını və qapının kilidli olmasını icra hakimiyyətinin nümayəndələrinə bildirmiş, buna baxmayaraq ona kompensasiya ödənilməmişdir. Xəstəxanadan çıxdığı vaxtlarda dəfələrlə otağının başqa şəxslər tərəfindən mənimsənildiyini görmüş, məcburi olaraq mətbəxdə qalmışdır. Dəfələrlə icra hakimiyyətinə müracit edilmiş lakin kompensasiya ödənilməsindən imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2-1(103)-98/2019 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)-2560/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilmişdir. Üçüncü şəxs kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respubikası Ali Məhkəməsinin 2-1(102)-201/2020 saylı, 03 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2- 1(103)-98/2019 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-1(103)-1480/2020 saylı qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)-2560/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respubikası Ali Məhkəməsinin 2-1(102)-47/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2-1(103)- 1480/2020 saylı saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs və cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki: - İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 1, ev 8 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, şəxsiyyət vəsiqəsi 25.02.2018-ci il tarixində ASAN 5 tərəfindən verilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Xətai rayon şöbəsi tərəfindən verilmiş 16.10.2018-ci il tarixli, 19/5665-03 nömrəli arayışa əsasən İddiaçı 05.09.1990-cı il tarixdən təqaüdçü olması və İİ qrup əlilliyə görə 141,16 manat pensiya aldığı qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli ambulator kitabçadan çıxarışa əsasən, iddiaçının xəstəliyinin başlanma tarixi 1980-ci il qeyd edilmişdir. - 09.09.2014-cü il tarixli, ********** saylı ödəniş tapşırığından görünür ki, 14.08.2014-cü il tarixli, 248 saylı sərəncama əsasən X4 tərəfindən Cavabdeh hesabına 495.000,0 (dörd yüz doxsan beş min) manat məbləğində kompensasiya ödənişi edilmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli 248s saylı sərəncamının icrasını təmin etmək məqsədi ilə Xətai rayonu, Cavanşir küçəsi 8 ünvanındakı 1 nömrəli yataqxana binasında məskunlaşmış məcburi köçkün olmayan 11 nəfər ailələrin hər birinə 45000 (qırx beş min) manat məbləğində birdəfəlik maddi yardım veriləcək ailələrin Siyahısı tərtib edilmiş və həmin siyahıda İddiaçı adı qeyd olunmamışdır. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı MKTD 1 saylı Xüsusi təyinatlı MKTB-nin 133 saylı MKİS-in 13.12.2016-cı il tarixli, 1637 saylı arayışına əsasən İddiaçı X2 8 saylı evin yataqxana 1-də 03.08.1989-cu il tarixdən qeydiyyatdadır. Bina qəzalı vəziyyətdə olduğu üçün Nazirlər Kabinetinin qərarı ilə sökülmüşdür. - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən vətəndaş İddiaçı ünvanlanmış M-475 saylı, 29.10.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh Başçısının 10.12.1992-ci il tarixli Sərəncamına əsasən, 2 nəfər (özü, oğlu) ailə tərkibi ilə ümumi əsaslarla mənzil növbəsindədirlər. - Azərbaycan Respublikası DİN Bakı şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22.02.2019-cu il tarixli, 101-7259-1219 nömrəli cavab məktubunda DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin Maps şöbəsindən əldə olunmuş arayışa əsasən müəyyən edilmişdir ki, İddiaçı 03.08.1989-cu il tarixdən ünvan 4 ünvanında qeyddiyyatda olduğu qeyd edilmişdir. Eyni zamanda İddiaçı şəxsiyyət vəsiqəsi ilə təmin olunmasına əsas verən sənədlər DİN-in normatv hüquqi aktına əsasən yandırılma yolu ilə məhv edildiyindən, onların məhkəməyə göndərilməsinin imkan xaricində olması da qeyd edilmişdir. - AR H.Z.Tağıyev adına “X6” ASC-nin 08.02.2019-cu il arayışına əsasən, İddiaçı 08.07.1972-ci ildə əyriçilik istehsalatına 5-ci dərəcəli əyriçi peşəsinə işə qəbul edilmiş( Əmr № 157, 10.07.1972) , 12.03.1977-ci ildə işdən azad edilmiş ( Əmr № 53 , 08.05.1977), 09.02.1978-ci ildə yeni əyrici fabrikinə xadimə işinə qəbul edilmiş(Əmr № 17, 09.02.1978), 16.11.1978-ci ildə işdən azad edilmiş ( Əmr № 16, 08.02.1979) , 25.08.1988-ci ildə əyrici fabrikinə didici-çırpıcı şagirdi peşəsinə işə qəbul edilmiş ( Əmr № 67, 26.08.1988), 01.10.1988-ci ildə 3-cü dərəcəli baraban təmizləyən işinə keçirilmiş ( Əmr № 80, 14.10.1988), 17.04.1989-cu ildə xadimə işinə keçirilmiş ( Əmr № 30, 19.04.1989), 01.08.1990-cu ildə əlilliyə görə işdən azad edilmişdir ( Əmr № 53, 03.08.1990). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Bakı şəhəri Cavabdehnə ünvanladığı 5881 nömrəli, 12.11.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, 1955-ci il təvəllüdlü Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 1, ev 8 ünvanda qeydiyyatda olan İddiaçı Məmməd Sevdim qızı 16.07.2004-cü il tarixdə yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının Bakı şəhəri Cavabdehnə ünvanladığı 20.12.2017-ci il tarixli, 7250 saylı məktubunda (surəti Xətai Rayon Mənzil-Kommunal İstismar İdarəsinə göndərilmişdir) qeyd olunmuşdur ki, xx.xx.1955-ci il təvəllüdlü Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 1, ev 8 ünvanda qeydiyyatda olan İddiaçı Məmməd Sevdim qızı 16.07.2004-cü il tarixdə adıçəkilən xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, xəstənin evə yazılması ilə əlaqədar ev ünvanına məktub göndərilmiş, qızı məktuba cavab olaraq bildirmişdir ki, anasının evi qəzalı vəziyyətdə olduğu üçün sökülmüş və bu səbəbdən İddiaçı Məmməd Sevdim qızının evinin olmaması ilə əlaqədar halhazırda xəstəxanadadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 07.03.2019-cu il tarixli, 1614 nömrəli məktubda qeyd edilmişdir ki, “... 1955-ci il təvəllüdlü, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, Yataqxana 1, ev 8 ünvanda qeydiyyatda olan İddiaçı 1988-ci ildən 2018-ci ilədək 26 dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Şizofreniya paranoid forma” diaqnozu ilə ştasionor müalicədə olmuşdur. Sonuncu dəfə İddiaçı 16.10.2018-ci i il tarixdə oğlunun müşayəti ilə evə yazılmışdır. Xəstə hal-hazırda xəstəxanada müalicədə olmadığı üçün hazırkı psixi vəziyyəti barədə və qəyyumunun olub olmaması haqqda məlumat yoxdur. Xəstəxanada müalicədə olduğu müddətlər: 26.10.1984-17.02.1988, 20.03.1988-29.07.1988, 30.11.1988-12.04.1989, 30.05.1989- 16.08.1989, 15.05.1990-16.07.1990, 05.08.1991-15.11.1991, 25.12.1991-16.03.1992, 01.06.1992-03.08.1992, 28.09.1992-28.11.1992, 30.01.1993-30.03.1993, 10.04.1993- 11.06.1993, 05.07.1993-13.09.1993, 03.11.1993-09.02.1994, 02.04.1994-31.05.1994, 23.07.1994-23.09.1994, 31.03.1995-02.06.1995, 18.08.1995-12.10.1995, 13.03.1996- 23.05.1996, 04.07.1996-27.09.1996, 05.11.1996-07.03.1997, 23.04.1997-16.07.1997, 23.08.1997-29.10.1997, 05.01.1998-22.03.2004, 16.07.2004-04.07.2018, 17.07.2018- 05.09.2018, 12.09.2018-16.10.2018.” - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı 774 saylı, 17.07.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bildiririk ki, Nazirlər Kabinetinin 14 avqust 2014cü il tarixli 248s saylı sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Xətai rayonu Cavanşir küçəsi 8 saylı mnda yerləşən 1 nömrəli yataqxana binasının qəzalı vəziyyətə düşməsi və istismara yararsız olduğunu nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisənin qarşısının alınması məqsədi ilə yataqxana binasında yaşayan 113 ailənin köçürülməsi üçün – həmin ailələrin ailə başçılarına dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım kimi 45 000 (qırx beş min) manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. İddiaçı göstərilən yataqxanada qeydiyyatda olmasını əsas tutaraq ona da maddi yardım ayrılmasını tələb edir. Belə ki, İddiaçı 1989-cu il tarixdən sözügedən Cavanşir küçəsi 8 saylı ünvanda yerləşən 1 nömrəli yataqxananın 1 12 saylı mənzilində qeydiyyatda olmuş, lakin 1998-ci ildən sonra həmin mənzildə уaşamamışdır. Cavanşir küçəsi, 8 saylı ünvanda yerləşən 1 nömrəli yataqxananın 112 saylı mənzili 26.01.2004-cü il tarixli, 563 saylı orderlə X14ma verilmiş və söküntü işləri aparılan zaman Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq B.Seyidovaya kompensasiya ödənilərək köçürülmüşdür. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Sərəncamı ilə müəyyən olunmuş maliyyə yardımının miqdarı və paylanma qaydasının dəyişdirilməsi Cavabdeh səlahiyyətində deyil. Odur ki, İddiaçı Cavanşir küçəsi 8 ünvanında yerləşən yataqxanada qeydiyyatda olduğuna görə maliyyə yardımı verilməsi barədə iddia ərizəsində qaldırdığı məsələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 248s saylı, 14 avqust 2014-cü il tarixli sərəncamına zidd olduğu üçün tələbini təmin etmək mümkün deyildir.” - Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 774 saylı, 17.07.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı 1989-cu il tarixdən sözügedən Cavanşir küçəsi 8 saylı ünvanda yerləşən 1 nömrəli yataqxananın 112 saylı mənzilində qeydiyyatda olmuş, lakin 1998-ci ildə sonra həmin mənzildə yaşamamışdır. Cavanşir küçəsi 8 saylı ünvanda yerləşən 1 nömrəli yataqxananın 112 saylı mənzili 26.01.2004-cü il tarixli, 563 saylı orderlə X9 verilmiş və söküntü işləri aparılan zaman Nazirlər Kabinetinin müvafiq Sərəncamına uyğun olaraq B.N.Seyidovaya kompensasiya ödənilərək köçürülmüşdür. - X1, X5, X12, X3 və X7 Bakı şəhəri Cavabdeh başçısına ünvanladıqları 11.11.2017-ci il tarixli ərizədən də görünür ki, İddiaçı Məmməd Sövdum qızı 1989-cu ildən 2014-cü il tarixinədək faktiki olaraq göstərilən ünvanda yaşamış, eyni zamanda o, 2-ci qrup əlil olmaqla oğlu X15 ilə birlikdə Cavabdehndə mənzil qeydiyyatında olmuşdur. X15 uzun illər həmin ünvanda qeydiyyatda olmuş və yaşamış, sonra qeydiyyatdan çıxaraq, daimi yaşayış məqsədilə xarici ölkəyə getmişdir. Qəzalı evin sökülməsi və kompensasiyanın verilməsi zamanı onlar tərəfindən İddiaçı 5-ci mərtəbədə yerləşən qəzalı vəziyyətdə olan otağının bağlı olması və onun müalicə üçün xəstəxanada olması haqqında Cavabdeh komissiyasına məlumat verilmişdir. - AR Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş , 184 № -li, 12.02.2019-cu il tarixli arayışa əsasən, İddiaçı X2, 8 saylı evin, yataqxana 1 mənzilində qeydiyyatdadır.Həqiqətən yuxarıda göstərilən ünvanda 03.08.1989-cu ildən bu günə qədər pasport qeydiyyatındadır. Bina qəzalı vəziyyətdə olduğu üçün Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2014-cü ildə sökülmüşdür. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli 248s saylı sərəncamının 1-ci bəndinə əsasən ünvan 9 ünvanda yerləşən 1 nömrəli yataqxana binasının qəzalı vəziyyətə düşməsi və istismara yararsız olduğunu nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisənin qarşısının alınması məqsədi ilə yataqxana binasında yaşayan 113 ailənin köçürülməsi üçün həmin ailələrin ailə başçılarına dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım kimi 45.000 (qırx beş min) manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, ünvan 10 ünvanında yerləşən yataqxanalarda faktiki yaşayan ailələrə (o cümlədən məcburi köçkünlərə) onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün verilən maliyyə yardımının miqdarı və paylanma qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli 248s saylı sərəncamına uyğun olaraq həyata keçirilmişdir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 1, ev 8 ünvanında qeydiyyatda olsa da faktiki olaraq 2005-ci ildən həmin ünvanda yaşamadığı səbəbindən kompensasiya verilməmişdir. İddiaçı cavabdeh orqana müraciət etmişdir. Bakı şəhəri Cavabdeh 30.03.2018-ci il tarixli, 292 saylı imtina məktubunda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli, 248S saylı sərəncamı ilə Cavanşir küçəsi 8 ünvanında yerləşən 1 saylı yataqxana binasında yaşayan 113 məcburi köçkün olmayan və 6 məcburi köçkün ailəsinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə ailə başçılarının hər birinə dövlət vəsaiti hesabına 45000 manat birdəfəlik maddi yardım ayrıldığını və qeyd olunan sərəncam əsasında Rayon İcra Hakimiyyəti tərəfindən komissiya yaradıldığını və göstərilən ünvanda faktiki yaşayan ailələrin siyahısı tərtib edilərək Nazirlər Kabinetinə təqdim edildiyi və həmin binada faktiki yaşayan ailələrə kompensasiya ödənilərək yataqxana binasından köçürüldüyü və müraciətdə iddiaçının qaldırdığı məsələ ilə əlaqədar onun faktiki olaraq həmin yataqxanada yaşamadığı üçün Nazirlər Kabinetinin müvafiq sərəncamının ona şamil olunmadığı qeyd olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, İddiaçı ünvan 11ünvanında qeydiyyatda olsa da, faktiki olaraq 2005-ci ildən həmin ünvanda yaşamadığı səbəbindən kompensasiya verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli, 248 s saylı Sərəncamı ilə həmin yataqxana binasında hüquqi statusu ilə yaşayan ailələrin ailə başçılarına birdəfəlik maddi yardım müəyyən edilmiş, lakin, Xətai rayonu, Cavanşir küçəsi, yataqxana 1, ev 8 ünvanında yerləşən yataqxanada daimi qeydiyyatda olmasından asılı olmayaraq orada faktiki yaşamayanlara birdəfəlik maddi yardım ödənilməsi nəzərdə tutulmadığından, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli 248 s saylı Sərəncamı ilə müəyyən olunmuş maliyyə yardımının miqdarı və paylanma qaydasının dəyişdirilməsi Cavabdeh səlahiyyətində olmadığından cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən “Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2014-cü il tarixli, 248 s saylı Sərəncamının icrasının məqsədi ünvan 12 ünvanında yerləşən 1 saylı yataqxana binası qəzalı vəziyyətfə olduğundan həmin binada yaşayan sakinlərin mənzil vəziyyətinin yaxşılaşdırılması olmuşdur. Belə olan halda, qeyd edilən məqsədlə yataqxana sakinlərinin siyahıya alınması zamanı nəzərə alınmalı olan əsas məqam, siyahıya alınanadək yataqxanada yaşayan şəxslərin qanuni əsaslarla qeydiyyatda olmaları və həmin ünvanda faktiki yaşamalarının mövcudluğudur. AR İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Təkrar apellyasiya baxışı zamanı məhkəmə tərəfindən yuxraıda qeyd edilən əsasların araşdırılması məqsədilə Bakı şəhəri Cavabdehnə, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinə, H.Z.Tağıyev adına “X21 Kombinatı” ASC-yə və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Təsərrüfat Departamentinə sorğular ünvanlanmışdır. ünvan 14inatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin məhkəməyə ünvanlanan 29.12.2021-ci il tarixli, 447 saylı məktubunda qeyd edilmişdir ki, “... Cavanşir küçəsi 8 saylı ünvanda qeydiyyatında olan İddiaçı qeydiyyata alınması barədə sorğunuzun icrası ilə əlaqədar olaraq bildiririk ki, Birliyin mühəndisləri tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı 03.08.1989-cu il tarixindən bina qeydiyyatında olduğu ona məxsus mənzil olmadığı aşkar edilmişdir.” Bakı şəhəri Cavabdeh 1326 saylı, 06.01.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Bakı şəhəri Cavabdeh başçısının 10.12.1992-ci il tarixli, 1919 saylı sərəncamında qeyd edilmişdir ki, İddiaçı 2 nəfər (özü, oğlu) 03.06.1989-cu ildən Cavanşir küçəsindəki 1 saylı yataqxanada qeydiyyatdadırlar və orada yaşayırlar. Hər ikisi ağır xəstə olduqlarından, xəstəxanada müalicə alırlar, mənzil sahəsi almaq hüququna malikdirlər. Göründüyü kimi, işin faktiki hallları ilə iddiaçının mübahisələndirilən ünvanda 03.08.1989-cu il tarixindən qeydiyyatda olması, 01.08.1990-cı ildə əliliyi səbəbindən işdən azad olunduqdan sonra da həmin yataqxanada qeydiyyatda olmaqla yaşaması təsdiq edilir. İddaçının işdən azad olunduqdan sonra mübahisəli ünvanda olan yataqxanadan çıxarılması və ya yaşayış yeri üzrə qeydiyyatının ləğv olunması iş materiallarından müəyyən edilməmişdir. İşin həqiqi hallarından müəyyən olunur ki, iddiaçının qeydiyyatda olduğu yataqxana sökülərkən o, həmin ünvanda qeydiyyatda olmuş, həmçinin sakinlər tərəfindən iddiaçının müalicə üçün xəstəxanada olması da icra hakimiyyətinə bildirilmişdir. 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı məktubundan da aydın olur ki, İddiaçı evə yazılmasına əsas olduğu halda, yaşayış ünvanı qəzalı vəziyyətdə olduğundan xəstəxanada saxlanılmalı olmuşdur. Eyni zamanda, iş materiallarından və şahid ifadələrindən müəyyən edilmişdir ki, göstərilən ünvanda iddiaçının qeydiyyatda olmasına və yaşayış yerində olmamasının müvəqqəti müalicə ilə bağlı olmasına baxmayaraq, müalicə aldığı müddətdə onun mənzili müxtəlif şəxslərin istifadəsinə verilmiş, bu səbəbdən müalicə müəssisəsindən buraxıldığı qısa müddətlərdə öz mənzilində deyil, yataqxananın dəhlizi və ya digər köməkçi otaqlarında yerləşdirilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçının yeganə yaşayış yeri qəzalı vəziyyətdə olduğu üçün sökülən, qeydiyyatda olduğu ünvan 15 ünvanındakı mənzili olmuşdur. 2004-cü ildə isə həmin mənzilə dair X9 order verilərək, bina sökülən zaman müvafiq kompensasiya haqqı sonuncuya ödənilmişdir. Yuxarıda sadalananlardan da göründüyü kimi, İddiaçı digər yaşayış sahəsi və ya hər hansı başqa yaşayış yeri olmamaqla, yeganə yaşayış yeri 03.08.1989-cu ildən qeydiyyatda olduğu ünvan 16 ünvanındakı mənzili olmuşdur. Lakin, müvafiq sərəncamın icrası ilə bağlı yaradılmış Komissiya tərəfindən sadalanan faktlar nəzərə alınmamış, İddiaçı adı kompensasiya ödənilməli olan şəxslərin siyahısına salınmamış və nəticədə iddiaçı qəzalı vəziyyətdə olan yeganə yaşayış yerinin sökülməsilə bağlı kompensasiya almaq hüququndan məhrum edilmişdir. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, iddiacı ilə eyni vəziyyətdə olan (onunla birlikdə yetimlər üçün internat məktəbdə oxumuş, işləmək üçün Bakı Toxuculuq Tikiş Kombinatına göndərilmış və mübahisəli yataqxanada yaşamış) adları siyahıya salınmamış Məmmədova Suraya Azərbaycan qızı və X13 müxtəlif orqanlara şikayət etdikdən sonra onlara kompensasiya ödənilmişdir. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur. Belə ki, cavabdeh tərəfindən imtinanın əsası kimi söküntü aparılan zaman iddiaçının qeyd edilən mənzildə yaşamaması göstərilsə də, iddiaçının orada yaşamaması başqa yaşayış sahəsi, mənzili olması ilə deyil, üzürlü səbəbdən mütəmadi olaraq müalicə alması ilə bağlı olmuşdur. Yəni iddiaçı qeydiyyatda olduğu yeganə yaşayış yerində müvəqqəti olaraq öz iradəsindən asılı olmayan səbəblərdən yaşaya bilməmişdir. İşdən göründüyü kimi, bu hal isə müvafiq icra hakimiyyətinin nümayəndələrinə aydın olsa da, nəzərə alınmamış, İddiaçı qeydiyyatda olduğu yaşayış yerinin sökülməsilə əlaqədar kompensasiya ödənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Qanunun 19-cu maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddia rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)-2560/2018 saylı qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 2560/2018 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin sökülməsi ilə əlaqədar ona 45.000 (qırx beş min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Mirzə Tağızadə Hakimlər Xəyalə Cəmilova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-120/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-120/2022
07.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver