Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-120/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında» 29 aprel 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Firmasının “cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 apel 2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarının, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi” barədə iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-1009/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1009/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddiaçının iddia tələbi təmin edilməlidir. Məhkəmə belə qənaətə gəlmişdir ki, “iddiaçıya 02 may 2016-cı il tarixli **********197500 saylı qərar üzrə yaranmış borca hesablanmış 57372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə təkrarən silindiyi üçün şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz”. Hazırkı iş üzrə məhkəmənin mövqeyi tamamilə əsassızdır. Bakı İnzibati Məhkəməsi tərəfindən hazırki mübahisəyə bir ildən çox müddətdə baxılmasına baxmayaraq, sonda heç bir hüquqi əsaslandırma ilə əsaslandırılmamış məhkəmə qərarı qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinə (hüquqi varisi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməsə müraciət edərək, İddiaçı Firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372,00 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsim xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57372,06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3409/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1823/2019 saylı, 02 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən 21 fevral 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının 13 mart 2020-ci il tarixədək icra olunması göstərilmişdir. Lakın məhkəmə qərarı icra olunmadığından Bakı İnzibati Məhkəməsi tərəfindən təkrarən 27 aprel 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2- 1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının icra edilməsi üçün təyin edilmiş müddətin başa çatmasına baxmayaraq, müvafiq qərarın icrası istiqamətində tədbirlər görülməmiş, qərar icra olunmadığı halda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə olunması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli müraciətə baxılması barədə məktubuna əsasən, “İnzibatı aktın təmin edilməsi haqqında” qərara əsasən 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. İddiaçı firmasının şəxsi hesab vərəqəsindən də görünür ki, 29 aprel 2020-ci il tarixdə vergi borcunun 57.372,06 manat məbləğində azalması aparılmışdır. Lakin həmin gündə də yenidən heç bir əsas olmadan yeni qərarla hesablama aparılaraq həmin vergi borcu şəxsi vərəqəyə işlənmişdir. Vergi borcunun yenidən hesablanmasına əsas olmuş qərar İddiaçı Firmasına təqdim edilməmiş, Firmanın şəxsi elektron kabinetinə yerləşdirilməmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq, 57372,06 manat faiz borcunun hesablanmasına əsas olmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 29 aprel 2020-ci il tarixli Qərarın onlara təqdim edilməsi xahiş olunsa da, hal-hazıradək qərar təqdim edilməmişdir. Məhkəmə qərarında göstərir ki, guya vergi orqanı Ali Məhkəmənin qərarının icrası məqsədi ilə xx.xx.2020-ci il tarixli qərar qəbul edərək iddiaçıya 57.372,06 manat faiz borcu hesablamışdır. Halbuki, bu, tamamilə qanunsuzdur. Belə ki, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında vergiyə borc hesablamaq göstərilməmiş, əksinə əsassız hesablanmış borcun silinməsi göstərilmişdir. Vergi Məcəlləsinə əsasən vergi orqanının məhkəmə qərarına əsasən borc hesablamaq səlahiyyəti yoxdur. Bundan əlavə, vergi orqanı bu borcu ya kameral qərar, ya səyyar yoxlaması əsasında məsuliyyətə cəlb etmə qərarı, ya da operativ yoxlama nəticəsində hesablaya bilərdi. Hazırkı iş üzrə isə belə qərar mövcud deyil. Cavabdehin xx.xx.2020-ci il tarixli qərarı Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Bundan əlavə, iş materiallarında olan şəxsi vərəqədən görünür ki, iddiaçıya 57372,06 manat borc xx.xx.2020-ci ildə hesablanmışdır. xx.xx.2020-ci ildə iddiaçıya heç bir borc hesablanmamış və şəxsi vərəqədə də xx.xx.2020-ci il tarixli qərar işlənməmişdir. İddiaçı ərizə ilə vergi orqanına, həm də məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli qərarı cavabdeh orqandan tələb etsə də, qərar ona verilməmişdir. Çünki belə qərar mövcud deyil. Cavabdeh orqan iddiaçının tələbi əsasında əsassız bir sənəd olan xx.xx.2020-ci il tarixli qərarı məhkəməyə təqdim etmişdir. Bu qərar mötəbər sübut hesab oluna bilməz. Əvvəla ona görə ki, vergi orqanının qərarlarının hamısı, bütün borcların hesablanması bildirişləri, qərarları AVİS proqramı vasitəsilə vergi ödəyicisinin şəxsi vərəqəsinə işlənməlidir. xx.xx.2020-ci il tarixli qərar iddiaçının şəxsi vərəqəsində yoxdur, çünki bu sənəd həmin tarixdə olmamışdır. Hətta hesab olunsa ki, bu xx.xx.2020-ci il tarixli qərar həqiqətən olmuşdur, o zaman həmin qərar Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Belə ki, kameral vergi hesablanması yalnız 30 gün müddətində mümkündür. Vergi orqanı isə 2020-ci ilin aprelində 2016-cı ilə borc (faiz borcu) hesablayır ki, bu da 4 ildən artıq vaxt edir. Göründüyü kimi, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli qərarı (bu qərar nə şəxsi vərəqədə, nə də elektron kargüzarlıqda mövcud deyil) qanunaziddir və ləğv edilməlidir. Məhkəmə öz qərarında iddia tələblərinin digər hissələrinə qiymət verməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə əlavədə qeyd edilir: Məhkəmə tərəfindən işə baxılarkən məhkəmə mühasibatlıq eskpertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2022-ci il tarixli, 9/309 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan İddiaçı Firmasının şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdə və bundan sonrakı tarixlərdə 57372,06 manat faiz məbləğinin vergi orqanı tərəfindən silinməsi müəyyən olunmur. Ekspert rəyi ilə də müəyyən edilir ki, vergi orqanı məhkəmə qərarını icra etməmiş, silinməli olan və əsassız hesablanmış 57.372,06 manat vergini şəxsi hesab vərəqəsindən silməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə daxil olmuş etirazda qeyd edilir: xx.xx.2016-cı il tarixdə cəmiyyətin 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləğinə görə xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu hesablanmışdır. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 83923,88 manat borcu 14 yanvar 2017-ci il tarixdə qeyd-şərtsiz silinmişdir. Bundan sonra Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarına əsasən müəssisəyə xx.xx.2016-cı il tarixdə hesablanmış MV/2014 üzrə 156.780,85 manat vergilər xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqədən azaldılarkən şəxsi hesab vərəqəsinin texniki xüsusiyyətindən asılı olaraq texniki xəta baş vermiş (faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə borc məbləği 156780,85 manat əvəzinə 218967,71 manat, yəni 62186,86 daha artıq azaldılmışdır. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin xx.xx.2018-ci il tarixli xidməti məruzəsinə əsasən xx.xx.2018-ci il tarixdə düzəliş edilərək 156780,85 manat məbləğin azalması zamanı artıq silinmiş 57372,06 manat məbləğ müəssisənin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bununla əlaqədar iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hesablanmış cəmi 57372,06 vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-223/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-1823/2019 saylı qərarı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmə qərarın əsaslandırılmasına dair bildirir ki, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində “Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə” adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, Vergi Məcəlləsinin 3.7-ci və “İnzibati İcraat haqqında” qanunun 21, 28, 38, 61 maddələrinin tələblərinə zidd olaraq, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmiş və vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olunmuşdur. Ali Məhkəmənin qərarının icrası məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “İnzibati aktın təmin edilməsi haqqında” Qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati aktın ləğv edilməsi haqqında” Qərara əsasən İddiaçı Firmasına 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işçizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1009/2021 nömrəli qərarına əsasən müəyyən olunmuşdur ki, iddiaçıya 02 may 2016-cı il tarixli qərar üzrə yaranmış borca hesablanmış 57372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə təkrarən silindiyi üçün şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilməsi işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. İddiaçının apellyasiya şikayətində qeyd etdiklərinə əsasən məhkəmə qərarında göstərilir ki, vergi orqanı Ali Məhkəmənin qərarının icrası məqsədilə xx.xx.2020-ci ilı tarixli qərar qəbul edərək iddiaçıya 57372,06 manat faiz borcu hesablamışdır. Bu isə qanunsuzdur, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarında vergi orqanına hesablanmış borcun silinməsi tapşırılmışdır. Vergi orqanı borcu ya kameral qərar, ya səyyar vergi yoxlaması əsasında məsuliyyətə cəlbetmə qərarı, ya da operativ yoxlama nəticəsində hesablaya bilərdi. Ali Məhkəmənin qərarının icrası məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “İnzibati aktın təmin edilməsi haqqında” Qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati aktın ləğv edilməsi haqqında” Qərara əsasən İddiaçı Firmasına 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işçizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. Yəni, Ali Məhkəmənin qərarının icrası tam şəkildə yerinə yetirilmiş, kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmişdir, lakin iddiaçıya 02 may 2016-cı il tarixli qərar üzrə yaranmış borca hesablanmış 57372,06 manat məbləğində faiz borcu həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə təkrarən silindiyi üçün şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq həmin məbləğ şəxsi vərəqəyə bərpa edilmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, xx.xx.2020-cİ il tarixli “İnzibati aktın təmin edilməsi haqqında” Qərar Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Konstitusiyasına ziddir, çünki kameral vergi hesablanması yalnız 30 gün müddətində mümkündür. Bu dəlilə münasibətdə bildirilik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadının 52-ci bəndinə əsasən “dürüstləşmə” əməliyyatı “hesablama" əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir. Bu zaman müəyyən edilməli olan əsas məsələ ondan ibarətdir ki, bu əməliyyat həqiqətən yol verilmiş hansısa proqram təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üçün edilmişdir, yoxsa texniki xətanın düzəldilməsi adı altında faktiki olaraq vergilərin hesablanması aparılmışdır? Vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalıdırlar. Əgər “dürüstləşmə” əməliyyatı adı altında həyata keçirilən şəxsi hesab vərəqəsindəki əməliyyatlar verginin hesablanması (yeni vergi öhdəliyi müəyyən edən, eləcə də mövcud vergi öhdəliyinin həcmini dəyişdirən əməliyyatlar) əməliyyatı kimi qəbul edilə bilməzsə, bu halda həmin əməliyyatların aparılması üçün ayrıca inzibati aktın qəbul edilməsi tələb olunmur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadına əsasən bir daha aydın olur ki, vergi orqanı tərəfindən xx.xx.2018-ci il tarixdə düzəliş edilərək 156.780,85 manat məbləğin azalması zamanı artıq silinmiş 57.372,06 manat məbləğin müəssisənin şəxsi hesab vərəqəsinə işlənməsi vergi ödəyicisi üçün yeni vergi öhdəliyi müəyyən etmədiyindən, həmçinin mövcud vergi öhdəliyinin həcmini dəyişdirmədiyindən “hesablama” deyil, “dürüstləşmə” əməliyyatıdır. Müvafiq Qərardadın nəticə hissəsində qeyd edilmişdir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqədar olmayan əməliyyatların (o cümlədən yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul edilməsi tələb olunmur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-292/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1009/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarı, xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarı, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarı, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcu və xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcu iddiaçının şəxsi hesab vərəqəsindən silinmişdir. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-210/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 2-1(103)-292/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə «cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarının, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi» hissəsində iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, qərarın qismən ləğv edildiyi hissədə iddianın mümkün sayılmaması nəzərə alınmalı, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməyən digər hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-210/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarında qeyd edilir: 34. İşə baxan apellyasiya instansiya məhkəməsi ekspert rəyinə istinadən 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası ilə bağlı inzibati aktı ləğv etsə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya icraatı zamanı işin hallarına düzgün qiymət verilməmişdir. 35. Belə ki, hazırkı halda qiymət verilməli və araşdırılmalı olan hallar aşağıdakılardır. 36. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən: xx.xx.2017-ci il tarixdə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə iddiaçının 2017-ci ilin 1 yanvar tarixə mövcud olan faizlər üzrə 83.923,88 manat borcu, o cümlədən xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156.780,85 manat mənfəət vergisi üzrə yaranmış 57.372,06 manat faiz borcu silinmişdir; - xx.xx.2018-ci il tarixinə iddiaçının 187.652,05 manat vergilər üzrə, 4.815,00 manat faiz üzrə borcu olmuş, məhkəmə qərarlarına əsasən, iddiaçıya xx.xx.2016-cı il tarixdə hesablanmış 2014-cü ilin mənfəət vergisi üzrə 156.780,85 manat vergilər xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılarkən iddiaçıda 26.500,86 manat artıq ödəmə yaranmışdır. 37. Halbuki, qeyd edildiyi kimi, xx.xx.2018-ci il tarixinə iddiaçının 187.652,05 manat vergilər üzrə, 4.815,00 manat isə faiz üzrə borcu olmuşdur. Yəni, sadə riyazi hesablama ilə 156.780,85 manat vergilərin şəxsi hesab vərəqəsindən azaldılması zamanı 26.500,86 manat artıq ödəmə yaranması mümkünsüzdür. Başqa sözlə, texniki xəta nəticəsində iddiaçıdan əsassız olaraq əlavə məbləğlərin silinməsi şəxsi hesab vərəqəsindən aydın görünür (iş v. 183- 185). 38. Cavabdeh vergi orqanı ilk dəfə bu xətanın aradan qaldırılması məqsədi ilə “dürüstləşmə” adlı əməliyyatla artıq silinmiş məbləği şəxsi hesab vərəqəsinə bərpa etmiş, həmin bərpa əməliyyatı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(102)-3409/2019 saylı qərarı ilə qanunsuz hesab edilmiş, lakin qərarda da göstərildiyi kimi, bərpa əməliyyatının müvafiq inzibati akt qəbul etmədən həyata keçirilməsi qanunsuz olmuşdur. 39. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarı ilə ona həvalə edilmiş öhdəliyi (57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı) icra etməli olsa da, bu hal onun inzibati akt qəbul etməklə 57.372,06 manat məbləğin yenidən şəxsi hesab vərəqəsinə bərpa olunması imkanını istisna etmir.
40. Belə olan halda isə hazırkı iş üzrə məhkəmə araşdırmasının predmetini 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa olunmasına dair inzibati akt təşkil etməli və həmin inzibati aktın qanuniliyinə yenidən qiymət verilməli idi. Başqa sözlə, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarı sözügedən inzibati aktın qiymətləndirilməsinə mane təşkil etmir. 41. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi inzibati aktın qanuniliyinə qiymət verməmiş, məhkəmə araşdırmasını Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)- 3409/2019 saylı qərarının icrası ilə əlaqələndirmiş və məhdudlaşdırmış, işin hallarını (xüsusilə, iddiaçının şəxsi hesab vərəqəsindəki əməliyyatları) hərtərəfli araşdırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində “cavabdehin 03 apel 2020ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarının, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarının ləğv edilməsini və cavabdeh tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini” xahiş edir. Bununla əlaqədar qeyd olunmalıdır ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında" Qərarı ilə:
1. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati aktın ləğv edilməsi haqqında" Qərarına əsasən "xxxx" Firmasına (VÖEN: **********) 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmişdir (Bu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)- 3409/2019 saylı qərarının icrası ilə əlaqədar - 57.372,06 manat məbləğin bərpası zamanı cavabdeh vergi orqanı tərəfindən inzibati icraatın düzgün aparılmaması və bərpa əməliyyatı zamanı inzibati aktın qəbul edilməməsi halının aradan qaldırılması məqsədi ilə qəbul edilmişdir).
2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında" Qərarı ilə 2 qərar qəbul edilmişdir - “İnzibati aktın ləğv edilməsi haqqında" Qərarına əsasən 57372,06 manat faiz borcu ləğv edilmişdir və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesaba bərpa edilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan da görünür ki, xx.xx.2020-ci il tarixli qərar xx.xx.2020-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsinə işlənildiyindən texniki səhvə yol verilərək «xx.xx.2020-ci il tarixli qərar» kimi anlaşılmışdır. Beləliklə, məhkəmə kollegiyası iddia tələbinin «cavabdehin 03 apel 2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarının ləğv edilməsi və cavabdeh tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı əslində Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərarını mübahisələndirir və həmin qərarla cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmiş 57.372,06 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsini xahiş edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan göstərişlərinə uyğun olaraq qeyd edir ki, Vergilərin hesablanması barədə xx.xx.2016-cı il tarixli **********197500 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində iddiaçıya 2014-cü ilin mənfəət vergisi üzrə 156.780,85 manat əlavə vergi məbləği və həmin vergi məbləğinə görə iddiaçıya xx.xx.2017-ci il tarixə 57.372,06 manat faiz borcu hesablanmışdır. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə iddiaçının xx.xx.2017-ci il tarixinə mövcud olan faizlər üzrə 83.923,88 manat borcu (o cümlədən qeyd olunan 57.372,06 manat faiz borcu) xx.xx.2017-ci ildə silinmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdə hesablanmış 2014-cü ilin mənfəət vergisi üzrə 156.780,85 manat vergilər xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Lakin bu zaman texniki xəta baş vermiş (xx.xx.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərar ilə hesablanmış 156.780,85 manat mənfəət vergisi üzrə yaranmış 57.372,06 manat faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə faiz borcu yenidən silinmişdir. Həmin texniki səhvin düzəldilməsi məqsədi ilə xx.xx.2018-ci ildə cavabdeh tərəfindən artıq silinmiş 57.372,06 manat məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilmişdir (“dürüstləşmə” adlı əməliyyat ilə). Bununla əlaqədar iddiaçı "xxxx" Firması cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" Firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372,06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)- 223/2019 saylı qərarı ilə iddia təmin edilmiş, "xxxx" Firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372,06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-1823/2019 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-223/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(102)- 3409/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1823/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının əsaslandırılmasında qeyd olunur ki, xx.xx.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində “AR xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə" adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, Vergi Məcəlləsinin 3.7-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 21, 28, 38, 61 maddələrinin tələblərinə zidd olaraq, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt (qərar) qəbul edilməmiş, bununla da vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarında 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən ikinci dəfə silinməsi məsələsinin mövcudluğu araşdırılmanın predmeti olmamış, sözügedən məbləğin bərpası zamanı cavabdeh vergi orqanı tərəfindən inzibati icraatın düzgün aparılmamasına və bərpa əməliyyatı zamanı inzibati aktın qəbul edilməməsinə istinad edilmiş, bu əsaslarla 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası qanunsuz hesab edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəmənin qərarının icrası məqsədi ilə cavabdehin xx.xx.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında" Qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati aktın ləğv edilməsi haqqında" Qərara əsasən "xxxx" Firmasına (VÖEN: **********) 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, xx.xx.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. Həmin qərarla borcun silinməsi və hesablanması xx.xx.2020-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, xx.xx.2020-ci il tarixli qərar xx.xx.2020-ci il tarixində iddiaçının şəxsi hesab vərəqəsinə işlənildiyindən texniki səhvə yol verilərək «xx.xx.2020-ci il tarixli qərar» kimi anlaşılmışdır. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarının icrası edilməməsi ilə bağlı iddiaçının dəlilləri əsassızdır. Belə ki, cavabdeh vergi orqanı həmin qərarla ona həvalə edilmiş öhdəliyi (57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən silinməsi ilə bağlı) icra etməli olsa da, bu hal onun inzibati akt qəbul etməklə 57.372,06 manat məbləğin yenidən şəxsi hesab vərəqəsinə bərpa olunması imkanını istisna etmir. Belə ki, qeyd olunduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarında 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsindən ikinci dəfə silinməsi məsələsinin mövcudluğu araşdırılmanın predmeti olmamış, sözügedən məbləğin bərpası zamanı cavabdeh vergi orqanı tərəfindən inzibati icraatın düzgün aparılmamasına və bərpa əməliyyatı zamanı inzibati aktın qəbul edilməməsinə istinad edilmiş, bu əsaslarla 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpası qanunsuz hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 02 may 2016-cı il tarixli **********197500 saylı qərara əsasən hesablanmış 57.372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı ilə, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə təkrarən silindiyi və bu səbəbdən də şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapır. O da qeyd olunmalıdır ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası məqsədilə iddiaçının xx.xx.2017-ci il tarixinə mövcud olan faizlər üzrə 57.372,06 manat faiz borcu xx.xx.2017-ci ildə silindikdən sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdə hesablanmış 2014-cü ilin mənfəət vergisi üzrə 156.780,85 manat vergilər xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılarkən xx.xx.2018-ci il tarixinə iddiaçının 187.652,05 manat vergilər üzrə, 4.815,00 manat faiz üzrə borcu olmuş, həmin 156.780,85 manat vergilər şəxsi hesab vərəqəsindən azaldılarkən iddiaçıda 26.500,86 manat artıq ödəmə yaranmışdır. Lakin sadə riyazi hesablama ilə 156.780,85 manat vergilərin şəxsi hesab vərəqəsindən azaldılması zamanı 26.500,86 manat artıq ödəmə yaranması mümkünsüzdür (187.652,05 + 4.815,00 = 192.467,05 - 156.780,85 = 35.686,20). Lakin qeyd olunan dövrdə artıq ödəmə məbləği yalnız 156.780,85 manat borcdan əlavə 57.732,06 manat borcun da silindiyi halda mümkündür. Bu zaman şəxsi hesab vərəqəsində göstərilən artıq ödəmə 57.732,06 manat borcun da silindiyi zaman yaranır. Qeyd olunan hal da 57.732,06 manat borc məbləğinin iddiaçının şəxsi hesab vərəqəsindən texniki xəta nəticəsində təkrar silindiyini təsdiq edir. Məhkəmə kollegiyası xx.xx.2020-ci il tarixli qərarın Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olması, belə ki, kameral vergi hesablanmasının yalnız 30 gün müddətində mümkün olması ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, texniki xəta nəticəsində təkrar silinmiş məbləğlərin hesaba bərpa edilməsi hesablama əməliyyatı deyil, dürüstləşmə əməliyyatıdır. Dürüstləşmə əməliyyatı hesablama əməliyyatından fərqli olaraq vergi ödəyicisi üçün yeni vergi öhdəliyi yaratmır, mövcud vergi öhdəliyinin həcmini dəyişmir. Burada məqsəd qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdən ibarətdir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-210/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarında həmçinin qeyd edilir: 42. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbini “xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarın, xx.xx.2020ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarın, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsinə dair” hissələrdə təmin etsə də, iş materiallarında yalnız xx.xx.2020-ci il tarixli qərar mövcuddur, digər qərarlar isə iş materiallarında mövcud deyil. Bununla yanaşı, iddia tələbində bəzi qərarların tarixi göstərilmiş, lakin nömrəsi göstərilməmişdir. 43. Həmçinin, məhkəmə iddia tələbini tam təmin etsə də, qərarın əsaslandırmasında yuxarıda qeyd olunan qərarların məzmununun nədən ibarət olması göstərilməmiş, həmin qərarların inzibati akt olub-olmaması qiymətləndirilməmiş, bundan əlavə, qərarların hansı əsasla qanunsuz sayılaraq ləğv edildiyi əsaslandırılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız 57.372,06 manat məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsi ilə bağlı əsaslandırılmışdır. 44. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi iş materiallarında olmayan, məhkəmə araşdırmasının predmetini təşkil etməyən qərarları da ləğv etmişdir. Məhkəmə kollegiyası iddia tələbinin digər hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarı ilə iddiaçının 2019-cu il üçün mənfəət vergisi hesablanmış, hər hansı əlavə vergi məbləği hesablanmamışdır. Qeyd olunan qərarla bağlı tərəflər arasında inzibati mübahisə mövcud deyildir. Bundan başqa, cavabdehin xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarı inzibati akt hesab edilmir. Eləcə də xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hər hansı borc məbləği, o cümlədən 64.857,34 manat borc məbləği hesablanmamışdır. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Qeyd olunanlara əsasən həmin qərarların ləğv edilməsi və həmin borcun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi hissələrində iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi «cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarının, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi» hissəsində mümkün sayılmamalıdır. Bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin hissədə iddia mümkün sayılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - “cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarının, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi tələblərinin təmin edilməməsi” hissəsində ləğv edilməli, birinci instansiya məhkəməsinin qərarı digər hissədə - “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi tələblərinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı Firması tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı qismən - “cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********801000 saylı qərarının, xx.xx.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının ləğv edilməsi, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarla hesablanmış 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi tələblərinin təmin edilməməsi” hissəsində ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı digər hissədə - “Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi tələblərinin təmin edilməməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.