Məhkəmə qərarları › İş №2-1(103)-1200/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1200/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1200/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədova (sədirlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 və vəkili Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6432/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı (X6 3-cü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cabehden Bakı şəhəri Nəsimi RİH-in “icraatın dayandırılması barədə” vəsatəti təmin edilmiş, hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 saylı iş üzrə yekun qərar qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, cavabdehin vəsatətinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 03 avqust tarixli, 2- 1(103)-2513/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2022-ci il 12 may tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(102)-2017/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 03 avqust tarixli, 2-1(103)-2513/2022 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(102)-2017/2022 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6432/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(102)- 2017/2022 saylı qərarındakı hüquqi mövqeyə əsasən işin 8-ci səhifəsində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin İddiaçı sözügedən qeyri-yaşayış sahəsinə dair verdiyi 17 may 2016-cı il tarixli, seriya RX, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq olunur. Eyni zamanda, adıçəkilən çıxarışın hazırda qüvvədə olması Ali Məhkəmənin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(102)-3520/2021 nömrəli qərarı ilə də müəyyən olunur. Yəni, həmin məsələ işin təkzibolunmaz halını təşkil edir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının 33 nömrəli, 26 fevral 2016-cı il tarixli sərəncamı sözügedən qeyri-yaşayış sahəsinin vətəndaş X3 adına sənədləşdirilməsi barədədir. Yəni K.R.Əliyevanın mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışı yoxdur.Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ həmin əmlaka aid digər hər hansı bir inzibati aktdan daha yüksək hüquqi qüvvəyə malik olduğundan (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri) hazırkı iş üzrə icraat deyil, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-1556/2022 nömrəli iş üzrə icraatın dayandırılması məsələsi müzakirə edilməli, hazırkı iş üzrə icraat təzələnərək davam etdirilməlidir. Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 7.2. İnzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6432/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar