Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1201/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxs: Maraqlı şəxs Aydın oğlu) “çıxarışın verilməsi və s.” tələblərinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-5/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X10 iştirakı ilə) qarşı X7 və İstismarı Birliyinin onunla bağladığı müqaviləni nəzərə alaraq, digər şəxsin adına verilmiş əsası olmayan sənədin ləğv edilməsi və bağın adına özəlləşdirilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayonu, Ləhiş bağ massivində sahəsi 0.25 ha olan 1462 saylı bağ Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1968-cıil tarixli 16 saylı sərəncamına əsasən iddiaçıya məxsusdur. Həmin tarixdən etibarən hər il torpaq vergilərini ödəmiş və qəbzləri təqdim etmişdir. X9 və İstismarı Birliyinin iddiaçı ilə bağladığı xx.xx.2007-ci il tarixli sonuncu müqavilədə həmin bağ 1335 saylı bağ kimi göstərilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə bağını özəlləşdirmək məqsədilə müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Azərbaycan respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş Dövlət Kadastr kitabında xx.xx.2014cü il tarixində 41041 nömrə ilə uçota alınmış A №528949 saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsiylə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi üzərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-öçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)- 5/2019 saylıqərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-5/2019 saylı qərarının ləğv edilməsi, iddiaçının tələblərinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2044/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-5/2019 saylı qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməməsiqərara alınmışdır. İddiaçının kassasiya şikayətinə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-947/20 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş və iş baxılması üçün yenidən həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********49 saylı imtina məktubunda qeyd olunmuşdur ki, sözügedən bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında xx.xx.1979-ci il tarixli 16480 nömrəli müqavilə ilə Bakı şəhər ZDS İK-nin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 16 saylı prokola əsasən Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi İddiaçı icarəsinə verilmişdir. - “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1990-cı il tarixli, 16480 saylı müqavilə ilə Bakı şəhəri, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi İddiaçı icarəsinə verilmişdir. - “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” haqqında xx.xx.1968-ci il tarixli 16250 nömrəli müqavilə ilə Bakı şəhər ZDS İK-nin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq xx.xx.1968-ci il tarixli, 10 saylı prokola əsasən Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1462 saylı bağ sahəsi Bayramov X11 icarəsinə verilmişdir. - AZ-İ seriyalı, 295311 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən Bayramov X23 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası DT və XK-nın A №528948 saylı dövlət kadastr kitabında xx.xx.2014-cü il tarixində 41041 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünə əsasən Bakı şəhər İH BTİ və İB-nin xx.xx.1968-ci il tarixli 16250 saylı müqaviiləsi ilə Sabunçu rayonu ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi Bayramov X11 adına 1462 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ shaəsi, 1462 saylı bağ sahəsi X1 adına hüquqi qeydiyyata alınmışdır. - xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2001-ci ildə ölmüş X1 vərəsəi Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Əzizbəyov küçəsi, ev 35-də yaşayan oğlu Maraqlı şəxs olduğu və şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilmiş, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 552 nömrəli reyestr kitabının 52261 nömrəli vərəqində qeydiyyata alınmış RX 056419 seriya nömrəli çıxarışa və real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx xxxxxx 2015-ci il tarixli, ********* arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1462 saylı bağ sahəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsindən ibarətdir. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X9 və X17 ərazisindəki 1335 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 16480 saylı müqavilə ilə Baı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.25 ha torpaq sahəsi olan 1335 nömrəli bağlı İddiaçı istifadəsinə verilmişdir. - xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli plan-ölçüyə əsasən torpağın sənəd üzrə və faktiki sahəsi 0.25 ha kimi qeyd olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2015-ci il tarixli, RX seriyalı, 571142 saylı çıxarış ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1462 saylı bağ sahəsi üzərinə mülkiyyət hüquqları Maraqlı şəxs adına hüquqi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2016-cı il tarixli, **********49 saylı mütəxəssis rəyində X6 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə Bayramov X15 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0.25 ha olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağıdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli, 21403 saylı rəyində X6 iddia etdiyi və naturada göstərdiyi 0.25 ha torpaq sahəsinə Bayramov X15 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0.25 ha olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, **********23 saylı mütəxəssis rəyində X6 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə Bayramov X15 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0.25 ha olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 8638 saylı rəyində X6 iddia etdiyi və naturada göstərdiyi 0.25 ha torpaq sahəsinə Bayramov X15 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********1740, sahəsi 0.25 ha olan çıxarış verildiyi və bağlar üçün ayrılmış Dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanəında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, **********83 saylı mütəxəssis rəyində X6 iddia etdiyi və naturada göstərdiyi torpaq shaəsinə Bayramov X16 1462 saylı bağ evi tikmək üçün reyestr nömrəsi **********40 sahəsi 0.25 ha olan çıxarış verildiyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məlumatına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında əvvəlki nömrəsi 1462, yeni nöməsi 1335 saylı bağ sahəsi olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara əsasən mərhum X11 adına qeydiyyata alındığı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” xx.xx.1972-ci il tarixində tərtib olunmuş yerləşmə cizgisi və bağların sxematik xəritəsinə uyğun olduğu, bağ sahəsi şimaldan 1461/1334, cənubdan 1463/1336 saylı bağlarla əhatə olunduğu və X6 iddia etiyi və göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Bakı şəhər Ərazi İdarəsindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli planölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, 23915 saylı rəyində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və 0.25 ha torpaq sahəsindən ibarət olan üzərində mükiyyət hüquqlaerı X3 adına RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışla qeydiyyata alınmış 1462 saylı bağ sahəsinin natirada müəyyəne dilmiş koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli plan-ölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşdüyü qeyd olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2018- ci il tarixli, 7245 saylı rəyində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən, iş üzrə iddiaçı X6 iddia etdiyi və göstərdiyi torpaq shaəsinin naturada müəyyəne edilmiş koordinatları ilə Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015ci il tarixli, **********40 reyestr nömrəli plan-ölçüdə qeyd olunmuş koordinatlarla üstüstə düşdüyü müəyyən edildiyi qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli yerli baxış aktından gğründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********70 saylı məktubunda göstərilən əraziyə texniki baxış keçirildiyi, torpaq shaəsinin sərhədləri şərti və üzərində tikili olmadığı, iddiaçı X22 oğllu tərəfindən təqdim etdiyi 1335 saylı bağ müqaviləsinin uyğun yerləşməsi, qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və bağların sxematik xəritəsinə gösrə göstərilən yerə uyğun gəldiyi, 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən göstərilən sahə 1462/1335 saylı bağ shaəsi kimi **********40 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********76 saylı məktubunda torpaq sahəsinə texniki baxış keçirildiyi, bağ sahəsi bağların bölügüsünə dair sxematik xəritəyə uyğun olaraq vətəndaş Maraqlı şəxs Aydsın Əli ğlunun adına **********40 reyestr nömrəsi ilə 1462 saylı bağ kimi qeydiyyatdan keçdiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********38 saylı məktubunda ərizəyə texniki baxış keçirildiyi, torpaq sahəsinin sərhədləri şərti və üzərində tikili olmadığı, iddiaçı R.idov Əbdülheseyn Qasım oğlunun təqdim etdiyi 1335 saylı bağ müqaviləsinin yerləşməsi qeydiyyatdan keçmiş bağların nömrə ardıcıllığına və bağların sxematik xəritəsinə görə göstərilən yerə uyğun olduğu, lakin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatına əsasən göstərilən sahə 1462/1335 saylı bağ sahəsi kimi **********40 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyatdan keşdiyi qeyd olunmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********81 saylı məktubunda 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatlarına əsasən verilmiş koordinatların əks etdirdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında, əvvəlki nömrəsi 1462, yeni nömrəsi 1335 saylı bağ sahəsi olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlara əsasən mərhum X11 adına qeydiyyata alındığı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” xx.xx.1972-ci il tarixində tərtib olunmuş yerləşmə cizgii və bağların sxematik xəritəsinə uyğun olduğu, bağ shaəsi şimaldan 1461/1334, cənubdan 1463/1336 saylı bağlarla əhatə olunmuşdur. İddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı Azərbaycan respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mərhum X2 adına verilmiş Dövlət Kadastr kitabında xx.xx.2014-cü il tarixində 41041 nömrə ilə uçota alınmış A №528949 saylı torpaq sahəsinin plan-ölçüsünün tərtib edilməsiylə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı elektron kadastra daxil edilmiş məlumatların silinməsi və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 1335 saylı bağ sahəsi üzərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-öçünün verilməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlərkollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin,başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 16.5-cimaddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X9 və X17 ərazisindəki 1335 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 16480 saylı müqavilə ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.25 ha torpaq sahəsi olan 1335 nömrəli bağlı İddiaçı istifadəsinə verilmiş, iddiaçının bağ sahəsinə naturada yerinə görə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş texniki səhv olaraq yanlış koordinatlara əsasən mərhum X11 adına qeydiyyata alınmış və nəticədə X6 iddia etiyi və göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Bakı şəhər Ərazi İdarəsindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli, **********40 reyestr nömrəli plan-ölçüdə qeyd olunmuş koordinatlarla üst-üstə düşmüşdür. İşin araşdırılan hallarından müəyyən olunur ki, inzibati oranlar tərəfindən texniki səhvə yol verilmiş və iddiaçıya məxsus torpaq sahəsi naturada yerinə üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları verilməklə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir və nəticədə iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Ali Məhkəmənin göstərişlərini nəzərə alan məhkəmə kollegiyası sorğu göndərərək 1461/1334 və 1461/1336 say bağ sahəsinin arxiv sənədlərinin məhkəməyə təqdim edilməsini təmin etmişdir. Arxiv sənədlərindən aydın olur ki, 1461/1334 saylı bağ sahəsi iddiaçının qardaşının adına, 1461/1336 saylı bağ sahəsi isə iddiaçının bacısının adına rəsmiləşdirilmişdir. Qeyd olunan dəlillərdən göründüyü kimi iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının qanununa zidd hərəkətlərə yol verməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki iddia məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkəsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarı ilə inzibati aktın qəbulindan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunmalıdır ki, həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarından İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun ümumi müddəalarında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)- 5/2019 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1201/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1201/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver