Məhkəmə qərarları › İş №2-1(103)-1201/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1201/2022

27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1201/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X7, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) “sərəncamın ləğv edilməsi və s. tələbinə dair inzibati iş üzrə 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2108/2019 saylı, 10.09.2019-cu il tarixli qərarından üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MTK-nın nümayəndəsi Vəkil cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi göstərilməklə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3,8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 13.03.2017-ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 30.08.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraicət edərək, Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3,8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 13.03.2017- ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 30.08.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi, həmçinin həmin sərəncamla ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyətinin 13.03.2017-ci il tarixli 112 saylı sərəncamının, o cümlədən sənədləşdirmə işlərinin, yəni 13256 saylı inşaat pasportu, 27.03.2018-ci il tarixli, 18/03-8/761 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması və 20.04.2018-ci il tarixli 18/04-188 saylı məktubla razılaşdırılmış memarlıq-planlaşdırmasının eskiz layhəsinin hüquqi qüvvəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-768/2019 nömrəli, 27 fevral 2019-cu il tarixli qərardadı ilə həmin iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-768/2019 nömrəli, 19.04.2019cu il tarixli digər qərardadı ilə İddiaçı MTK-nın cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi işə cəlb edilməklə Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348-ci məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 13.03.2017- ci il tarixli 112 saylı sərəncamının ləğv edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 30.08.2018-ci il tarixli 414 saylı sərəncamının ləğv edilməsi, həmçinin həmin sərəncamla ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyətinin 13.03.2017-ci il tarixli 112 saylı sərəncamının, o cümlədən sənədləşdirmə işlərinin, yəni 13256 saylı inşaat pasportu, 27.03.2018-ci il tarixli, 18/03-8/761 saylı məktubla razılaşdırılmış şəhərsalma əsaslandırılması və 20.04.2018-ci il tarixli 18/04-188 saylı məktubla razılaşdırılmış memarlıq-planlaşdırmasının eskiz layhəsinin hüquqi qüvvəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair 2-1(81)-768/2019 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" kiçik müəssisəsinin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 8.0433 hektar olan torpaq sahəsinin geri qaytarılması məqsədilə məhkəməyə müraciət edilmiş, həmin mübahisənin nəticəsi olaraq Bakı şəhər İcra Hakimiyyəti ilə barışıq sazişi bağlanmış və həmin iş üzrə iddiaçı tərəfə dəymiş zərərin müqabilində Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllərində yerləşən 3.8 ha boş torpaq sahəsi cavabdeh tərəfindən təklif edilmiş, bundan əlavə gələcəkdə yerdə qalan 6.433 ha. boş torpaq sahəsinin hündürmərtəbəli binaların tikintisi məqsədilə veriləcəyinə dair öhdəlik götürülmüşdür. Belə ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 30.11.2016-cı il tarixli, 2-1(88)-3705/2016 saylı qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti ilə yaranmış mübahisənin nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilmiş, həmin barışıq sazişinin şərtlərinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti yuxarıda qeyd edilən torpaq sahəsinin ayrılması üçün 13.03.2017-ci il tarixli 112 saylı sərəncamı qəbul etmişdir. Həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti ilə 29.06.2017-ci il tarixli 1350 saylı icra müqaviləsi bağlanmış və torpaq sahəsi 49 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının inşasına başlamaq üçün bütün sənədləşmə işləri tamamlanmış, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 11.05.2017-ci il tarixli 13256 saylı inşaat pasportu, 17/38 saylı 21.04.2017-ci il tarixli 38 saylı ayrıc aktı, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 27.03.18-ci il tarixli 18/03-8/761 nömrəli məktubu və 02.03.18ci il tarixli 37/36-00278 saylı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintiyə X15 tərəfindən, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 20.04.2018-ci il tarixli 18/04-188 saylı məktubu ilə təsdiq olunmuş eskiz layihəsi əldə edilmişdir. Bundan sonra, yəni 2017-ci ildə 60% pay Səbinə Ağayevaya, yerdə qalan 40% pay isə Azərbaycan vətəndaşlarına məxsus olan İddiaçı MTK şirkəti təsis edilmiş və Bakı şəhərinin Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 23472348 məhəllələrində yerləşən 3.8 ha boş torpaq sahəsi üzərində çoxmərtəbəli binanın inşa edilməsi məqsədilə və bu istiqamətdə lazımi sənədlərin əldə edilməsi üçün külli miqdarda vəsait xərclənmişdir. Nəhayət, bütün sənədləşmələr başa çatdıqdan sonra tikintiyə başlanılmışdır. Lakin ərazini təhlükəsizlik qaydalarına müvafiq olaraq hasarladıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən işlərə müdaxilələr olunmuş, iddiaçı tərəfindən tikintiyə dair bütün sənədlərin nüsxələri komitənin səlahiyyətli şəxslərinə təqdim olunmasına baxmayaraq heç bir məhkəmə qərarı olmadan iddiaçı tərəfin inşa etdiyi hasarlar sökülməyə başlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 21.09.2018-ci il tarixdə iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış məktubda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin hündürmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında "xxxx" MTK-nın və İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 13.03.2017ci il tarixli 111 və 112 saylı sərəncamlarının müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyətinin 30.08.2018-ci il tarixli 415 və 414 saylı sərəncamları ilə ləğv edildiyi bildirilmişdir. Həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin 17.09.2018-ci il tarixli bildirişində də həmin sərəncamın ləğvi ilə əlaqədar 1350 saylı, 29.06.2017-ci il tarixli müqaviləyə xitam verildiyi qeyd edilmişdir. Hesab edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin 414 saylı sərəncam tamamilə əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, həmin sərəncamları qəbul edərkən Bakı şəhər İcra Hakimiyyəti iddiaçı tərəfin hüquqlarını pozmuş, bu barədə heç bir xəbərdarlıq etmədən və heç bir əsas olmadan, müvafiq barışıq sazişinin və məhkəmə qərarının şərtlərini pozaraq, əvvəlki sərəncamları ləğv etmişdir. Yuxarıda qeyd edilənlərdən də məlum olur ki, torpaq sahəsinə dair aparılmış hərəkətlərdən Bakı şəhər İcra Hakimiyyəti məlumatlı olmuş, ən əsası da həmin torpaq sahəsini sonuncunun razılığı ilə təqdim etmişdir. İddia ərizəsində iddia tələbinin maddi hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 109.8-ci maddəsinə, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə istinad edilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə hakim Mehriban Qarayevanın icraatına verilmişdir. Bakı İnzibati Məhkəməsinin 11.09.2020-ci il tarixli 2-1(112)-1276/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçınə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 30.08.2018-ci il tarixli sərəncamının ləğv edilməsi və həmin sərəncam əsasında ləğv edilmiş Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında” 13.07.2017-ci il tarixli 112 saylı sərəncamının icrası istiqamətində aparılmış digər sənədləşdirmə işlərinin bərpa edilməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 11.09.2020-ci il tarixli, 2-1(112)-1276/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, qərarında iddianın təmin edilməsi əsaslarından biri kimi, İddiaçı MTK ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında mövcud olmuş digər bir məhkəmə mübahisəsi üzrə qəbul edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.11.2016-cı il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən mübahisəli torpaq sahəsinin İddiaçı MTK-nın icarəsinə verildiyini qeyd etmişdir. Bakı şəhər İcra Hakimiyyəti mübahisəli torpaq sahəsini iddiaçının icarəsinə verməyə səlahiyyətli olmamış və bununla əlaqədar tərəflər arasında bağlanılmış barışıq sazişi də qanunsuz və əhəmiyyətsiz olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi iddiaçıya icarəyə verilərkən torpaq qanunvericiliyinin tələbləri pozulmuş, həmin vaxt Müdafiə Nazirliyinin balansında olmuş hərbi şəhərciyin ərazisindən torpaq sahəsi icarəyə verilmişdir. Halbuki, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan (istifadəsiz) torpaq sahəsini iddiaçının icarəsinə verə bilərdi. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən dövlət təşkilatının istifadəsində olan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair onunla bağlanmış barışıq sazişi digər şəxsin (Müdafiə Nazirliyinin) hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan qanunsuz olmuşdur. Bu baxımdan, Bakı şəhər İcra Hakimiyyətinin Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında öz əvvəlki sərəncamını ləğv etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə eyni zamanda “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti başçısının öz sərəncamlarını ləğv etmək səlahiyyətinin nəzərdə tutulmadığını qərarında qeyd etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv edilə bilər və məhkəmənin cavabdehin öz sərəncamını ləğv etmək səlahiyyətinə malik olmaması barədə qeyd etdiyi dəlil əsassızdır. Məhkəmə qərarında iş üzrə ekspertiza təyin edildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzindən 24.01.2020-ci il tarixində daxil olmuş 26257 nömrəli ekspert rəyinə əsasən İddiaçı MTK-ya icarəyə verilmiş torpaq sahəsinin "xxxx" hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşmədiyini qeyd etmişdir. Qeyd edilən ekspert rəyinə əsasən, Əmlak Məsələri Dövlət Xidməti tərəfindən məhkəməyə göndərilmiş 28.02.2020-ci il tarixli, **********33 nömrəli məktubla münasibət bildirilmiş, ekspert rəyi əsassız olduğundan onun sübut kimi nəzərə alınmaması xahiş edilmişdir. Qeyd edilən ekspert rəyində tədqiqatın "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinin əsasında aparıldığı qeyd edilmişdir. Rəydən görünür ki, ekspert onun qarşısında qoyulmuş sualların cavablandırılması üçün heç bir tədqiqat aparmamış, yalnız mütəxəssis rəyinin mətnini olduğu kimi rəyin tədqiqat və nəticə hissəsində qeyd etməklə kifayətlənmişdir. "xxxx" MMC tərəfindən isə tədqiqatın nə zaman, hansı qaydada, hansı texniki vasitələrdən istifadə edilməklə aparılmasına dair rəydə hər hansı məlumat yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi qanunvericiliyə əsasən mərzçəkmə işlərini həyata keçirməyə səlahiyyəti olan mütəxəssisi tədqiqata cəlb etməli olduğu halda bunu etməmiş, müvafiq sahədə səlahiyyəti olmayan "xxxx" MMC-nin rəyinə əsaslanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.05.2016-cı il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə müvafiq sertifikatın verilməsi, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həyata keçirilir. Qeyd edilən Qaydaların 3.10-cu, 3.12-ci, 3.13-cü və 4.1-ci bəndlərinə əsasən uyğunluğun qiymətləndirilməsi zamanı müraciət edən hüquqi şəxslərin kadastr mühəndislərinin və fiziki şəxslərin (kadastr mühəndislərinin) nəzəri və praktiki biliklərinin qiymətləndirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yaradılmış komissiya tərəfindən həyata keçirilir və Qaydaların 3.15-ci bəndi ilə müəyyən edilmiş əsaslar olmadığı halda sertifikat verilir. "xxxx" MMC-yə isə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən müvafiq sertifikat verilməmişdir. Bu səbəbdən "xxxx" MMC müvafiq mütəxəssis rəyinin verilməsi səlahiyyətinə malik olmamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi mütəxəssis rəyinin əsasında tərtib edildiyindən, həmin ekspert rəyinin əsaslılığına və mötəbərliyinə ciddi şübhələr olmuşdur. Buna baxmayaraq məhkəmə iş üzrə təkrar ekspertiza təyin etməmiş, qeyri-mötəbər sübut olan ekspert rəyinə əsasən mübahisəli torpaq sahələrinin üst-üstə düşmədiyini qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2- 1(103)-335/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardan kassasiya şikayəti və ona əlavə verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-7/2022 nömrəli, 11.01.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 22 aprel tarixli, 2-1(103)- 335/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarında qeyd olunmuşdur ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışa əsasən (İİ cild: iş v. 30) Müdafiə Nazirliyindən ƏMDK-nin İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş hərbi şəhərciyin ərazisi Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 35 qeyd edilmişdir (hazırda həmin torpaq sahəsi üçüncü şəxs X5 alğı-satqı qaydasında satılmışdır). Bundan əlavə, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə ƏMDK-nın İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi arasında bağlanmış təhvil-təslim aktında (İ cild: iş v. 44) “Qaraçuxur-1a” hərbi şəhərciyinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Anten meydançası ünvanında yerləşməsi qeyd olunmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsinin isə Bakı şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 iyul tarixli, 112 saylı sərəncamında Suraxanı və Xətai rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşməsi qeyd olunmuşdur. Yuxarıda qeyd edilən sənədlərdə ünvanların bir-birindən fərqlənməsi onların üstüstə düşməməsi barədə birmənalı nəticəyə gəlməsinə əsas vermir. Belə ki, torpaq sahələrinin üst-üstə düşməsi məsələsinə düzgün qiymət verilməsi üçün iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları (həmçinin iddiaçının faktiki istifadəsində olan sahənin koordinatları) ilə Əmlak Məsələləri Dövlət Xidmətinin, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan (vaxtilə Qaraçuxur-1a” hərbi şəhərciyinin ərazisi olmuş) torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb düşməməsi istiqamətində araşdırma aparılmalıdır. İş materiallarında olan və aşağı instansiya məhkəmələrinin istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2019-cu il 28 dekabr tarixli, 26257 saylı ekspert rəyində ("xxxx" MMC-nin mütəxəssis rəyinə istinad edilmişdir) sözügedən torpaq sahələrinin üst-üstə düşməməsi qeyd olunsa da, mütəxəssis rəyinin verilməsi zamanı torpaq sahələrinin koordinatlarının hansı qaydada müqayisə edilməsi və ya ümumiyyətlə müqayisə edilməsi məsələsinə toxunulmamış, gəlinən nəticə əsaslandırılmamışdır. Bundan əlavə, kassator tərəfindən məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzinin 10/5347 nömrəli, 2021-ci il 12 noyabr tarixli rəyi təqdim edilmiş, həmin rəydə torpaq sahələrinin üst-üstə düşdüyü qeyd olunmuşdur. Məhkəmə kollegiyası sözügedən ekspert rəyini əvvəllər işə baxılarkən tədqiq olunmamış yeni sübut olduğunu nəzərə alır və ona apellyasiya məhkəməsi tərəfindən təkrar baxışda qiymət verilməli olmasını hesab edir. Həmçinin, işə baxan apellyasiya instansiyası məhkəməsi iddiaçı barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğvi zamanı inzibati icraatın qaydalarına riayət edilməməsinə istinad edərək mübahisələndirilən sərəncamın qanunsuz olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi torpaq sahələrinin üst-üstə düşməsi məsələsini ətraflı araşdırmalı, əgər belə bir hal olarsa mübahisələndirilən sərəncamın qanuniliyinə, yəni sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı icra hakimiyyətinin səlahiyyətli olması məsələsinə kassatorun da istinad etdiyi Torpaq Məcəlləsinin 51.6-cı maddəsi, “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyaya aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın və sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Əsasnaməsinin 3.0.15-ci bəndinin tələbləri baxımından qiymət verilməlidir. İnzibati-Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2108/2019 saylı, 10.09.2019-cu il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2108/2019 saylı, 10.09.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Üçüncü şəxsin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan: - İddiaçıya məxsus təsis sənədlərindən müəyyən olunur ki, İddiaçı MTK Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X20 Qeydiyyatı İdarəsində 29.08.2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq ona ********** saylı VÖEN verilmiş, hüquqi ünvanı ünvan 3n qanuni təmsilçisi X10r. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, 30 noyabr 2016-cı il tarixli qərardadının surətindən müəyyən edilir ki, iddiaçılar X14 və "xxxx" Kiçik Müəssisəsinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 17 sentyabr 2009-cu il tarixli 355 nömrəli sərəncamının ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir: “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(82)-3705 nömrəli iddiaçılar X14 və "xxxx" kiçik müəssisəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 17 sentyabr 2009-cu il tarixli 355 nömrəli sərəncamının ləğv edilməsi" tələbinə dair inzibati işin tərəfləri (Bu sazişdə cəm halda “Tərəflər”, tək halda isə “Tərəf adlandırılacaq: İddiaçı - X22; İddiaçı "xxxx" kiçik müəssisəsinin direktoru X11 şəxsində; Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X16 şəxsində); İddiaçıların cavabdehə qarşı qaldırdığı “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2009-cu il tarixli 355 №-li Sərəncamının ləğv edilməsinə dair” iddiası üzrə inzibati işin məhkəmə araşdırmasını Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15 və 66-cı maddələrinə əsasən, barışıq sazişi ilə tamamlamaq niyyətində və qərarında olduqlarını bəyan edərək, aşağıdakı şərtlər barədə ümumi razılığa gəlirlər: Bakı şəhər İcra Hakimiyyəti hazırki iddia tələbinin predmeti olan hündür mərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən "R.A.N” kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllərində yerləşən 3.8 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində və yerdə qalan 6.433 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 6 (altı) ay ərzində X14 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam verməyi öz üzərinə öhdəlik götürür. X22 hazırki iddia tələbinin predmeti olan hündürmərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən “R.A.N" kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllərində yerləşən 3.8 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində və yerdə qalan 6.433 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 6 (altı) ay ərzində X14 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam veriləcəyini qəbul edir və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2009-cu il tarixli 355 №-li Sərəncamının mübahisələndirilməsindən imtina edir. “R.A.N" kiçik müəssisəsi hazırki iddia tələbinin predmeti olan hündür mərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən “R.A.N’’ kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha. olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə hazırki saziş qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay ərzində və yerdə qalan 6.433 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin (Bakı şəhər İcra Hakimiyyəti və X22) qarşılıqlı razılığı əsasında 6 (altı) ay ərzində X14 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam veriləcəyini qəbul edir. “R.A.N’’ kiçik müəssisəsi Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən "xxxx" kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin X14 müəssisənin 100% payçısı olduğu müddətdə ona məxsus olduğunu nəzərə alaraq həmin torpaq sahəsi ilə bağlı X17 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiadan imtina edir. X33 eyni zamanda Tərəflərin işin barışıq sazişi bağlanması yolu ilə tamamlanması haqqında məhkəməyə ərizələrini, o cümlədən barışıq sazişinin bütün şərtlərini ifadə edir. Hazırkı Saziş məhkəmə qərardadı ilə təsdiq olunduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Barışıq Saişi 4 (dörd) nüsxədə tərtib olunur, hər Tərəfdə bir nüsxə saxlanılır, bir nüsxə isə Məhkəməyə təqdim olunur." Qərardada əsasən İddiaçılar X14 və "xxxx" Kiçik Müəssisəsinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 17 sentyabr 2009-cu il tarixli 355 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 13.07.2017-ci il tarixli 112 saylı sərəncamı ilə İddiaçı MTK-ya ayrılmış Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsinin cizgisi 1:1500 miqyasda tərtib edilərək, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, Bakı şəhərinin baş memarı A.Abdullayev və şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin rəis əvəzi İ.Əliyev tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəis əvəzi, Bakı şəhərinin baş memarı A.Abdullayev və şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin rəis əvəzi İ.Əliyev tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 17/38 nömrəli, 21.04.2017-ci il tarixli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı”ndan müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 13.07.2017-ci il tarixli 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi cizgidə göstərilən sərhədlər daxilində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Akt 5 (beş) nüsxədən ibarət tərtib edilib. Onun 3 (üç) nüsxəsi torpaq sahəsinin istifadəçisi İddiaçı MTK-ya verilib. İki nüsxəsi isə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində saxlanılır. Ayrıc aktlarının qeydiyyatı kitabında 17/38 sayla qeydiyyata alınmışdır. - Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında “13.07.2017-ci il tarixli 112 saylı sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin sərəncama əsasən İddiaçı Mənzil-Tikinti Kooperativinin 21.02.2017-ci il tarixli, 03 saylı müraciəti nəzərə alınaraq, Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Sərəncamda, həmçinin, aşağıdakılar göstərilmişdir: “2. Sifarişçiyə tapşırılsın: 2.1. Ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etsin və razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3. Layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığını və memarlıq planlaşdırma göstərişlərini yerinə yetirsin. 2.4. Ərazinin və obyektin memarlıq planlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.5. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş idarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.6. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. 2.7. Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləriyalnız layihələndirmə üçün əsasdır. 3. Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti sifarişçi ilə torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasını təmin etməlidir. 4. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənməlidir. 5. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. 6. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti Azərbaycan Respublikasının «Torpaq Məcəlləsi»nin 73-cü maddəsi ilə tənzimlənir. 7. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınması və sanitar vəziyyətə nəzarət rayon icra hakimiyyətinə tapşırılsın”. - Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanmış 27.03.2018-ci il tarixli, 1122 nömrəli məktubda aşağıdakıları bildirilmişdir: “Müdafiə Nazirliyinin istifadəsi üçün ayrılmış hərbi şəhərciklərin bəzilərində xidməti zərurətlə əlaqədar hərbi hissələr dislokasiya olunmamışdır. Sözügedən hərbi şəhərciklərin gələcəkdə istifadəsinə ehtiyac olmadığından, onların təmiri və ya bərpası iqtisadi cəhətdən səmərəli deyil. Qeyd olunanları nəzərə alaraq həmin hərbi şəhərciklərin səmərəli istifadəsinin təşkil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı müvafiq tədbir görülməsi Sizdən xahiş edilir”. - Azərbaycan Respublikasının Müdafiə nazirinin 27.03.2018-ci il tarixli 1122 nömrəli məktubuna əlavə edilmiş siyahıda torpaq sahəsi 4,14 ha. təşkil edən “Qaraçuxur-1a” hərbi şəhərciyinin adı 17-ci sırada qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 15.08.2019-cu il tarixli, 0168 nömrəli məktubuna əlavə edilmiş “Qaraçuxur-1a” hərbi şəhərciyinin baş planının təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Qaraçuxur-1a” hərbi şəhərciyinin torpaq sahəsi 4,14 ha. təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktorunun “Təhvil-qəbul haqqında” 60 nömrəli, 29.03.2018-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən aydın olur ki, bu əmrə əlavə edilmiş siyahıda göstərilən 96 (doxsan altı) hərbi şəhərciyin İstehsal və Xidmət Müəssisələrinin idarəetmə Mərkəzinin balansına qəbul edilməsi üçün təhvil-qəbul işlərinin aparılması həmin obyektlərin yerləşdiyi ünvan nəzərə alınmaqla ƏMDK-nin aidiyyəti ərazi şöbələrinə həvalə edilmişdir. - 22 iyun 2018-ci il tarixli təhvil-qəbul aktı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktoru arasında aşağıdakı məzmunda təsdiq edilmişdir: “Biz aşağıda imza edənlər: Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 29.03.2018-ci il tarixli, 60 nömrəli əmri ilə yaradılmış komissiyanın üzvləri: İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Müəssisə və obyektlərin idarəedilməsi və özəlləşdirilməsinin təşkili şöbəsinin aparıcı mühəndisi X2, mütəxəssis X3, Əmlak Məsələləri Dövlət Komitəsinin 4 saylı Sabunçu ərazi şöbəsinin məsləhətçisi X18 bir tərəfdən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10.04.2018-ci il tarixli, X/01450 nömrəli məktubuna əsasən yaradılmış komissiyanın üzvləri: Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinin planlaşdirma bölməsinin rəisi vəzifəsini icra edən - X19, Abşeron rayon mənzil-istismar hissəsinin rəisi - mayor X12, Abşeron rayon mənzilistismar hissəsinin baş mühəndisi - X8, digər tərəfdən bu aktı tərtib edirik ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 28.03.2018-ci il tarixli, ********** nömrəli məktubunda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27.03.2018-ci il tarixli, 1122 nömrəli məktubuna əsasən nazirliyin istifadəsinə ayrılmış və məktuba əlavə edilmiş siyahıda göstərilən (17-ci sırada qeyd olunan “Qaraçuxur-1a”) hərbi şəhərciklərin gələçəkdə səmərəli istifadə edilməsi məqsədilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Anten meydançası ünvanında yerləşən Əmlak kompleksinin ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilməsi üçün təhvil-qəbul işləri aparıldı”. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 08.07.2019-cu il tarixli, 2909 nömrəli məktubuna əlavə edilmiş təhvil-qəbul sənədlərinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktoru arasında aparılmış təhvil qəbul zamanı aşağıdakı əsas vəsaitlər aşkar edilmişdir: “tikilialtı torpaq sahəsi 704.8 kv.metr olan 1969-cu ildə istismara verilmiş yeraltı tikili, tikilialtı torpaq sahəsi 28.1 kv.metr olan 1969-cu ildə istismara verilmiş tikanlı məftildən tor hasar, 732.9 kv.metr sahəsi olan ümumi tikilialtı sahə, 1969-cu ildə istismara verilmiş 1500.0 kv.metr yaşıllıq sahəsi, 39215.0 kv.metr ərazinin ümumi torpaq sahəsi. Qeyd: “1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 27.03.2018-ci il tarixli 1122 nömrəli məktubuna əlavə edilmiş siyahıda 17-ci sırada qeyd olunan “Qaraçuxur-1a” hərbi şəhərciyinin torpaq sahəsi 4,14 ha qeyd olunmuşdur, faktiki olaraq tərtib olunmuş baş plana əsasən ərazinin ümumi torpaq sahəsi 39215,0 kv.m təşkil edir. 0,2185 ha ərazi vətəndaşlar tərəfindən zəbt edilmiş və həmin ərazidə qəbirsanlıq salınmışdır. 2. Elektron kadastr məlumat bazasına əsasən baş plan çəkilən sahənin bir hissəsi 01.12.2008-ci il tarixli Komitə sifarişi kimi "xxxx" MMC adına qeydə alınıb. 3.Torpaq sahəsinin 1920 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşür”. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanlanmış 16.08.2018-ci il tarixli, **********88 saylı məktubda aşağıdakılar göstərilmişdir: “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edİlməsinə nəzarət məqsədilə komitənin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ünvan 7 ünvanında yerləşən, Müdafiə Nazirliyinin "Qaraçuxur-1” hərbi şəhərciyinin istifadəsində olmuş və Komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş 3.92 ha ərazinin hasara alınması faktı müəyyən edilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı sözügedən ərazinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017-ci il tarixli, 111 və 112 saylı sərəncamları və 21.04.2017-cı il tarixli, 38 saylı və 04.05.2017-ci il tarixli 49 saylı Ayrıc aktları əsasında hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə müvafiq olaraq “Caspian Construction" Mənzil-Tikinti Kooperativinə və “Mimar Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə əsasında ayrılması müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci yarımbəndinə əsasən, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlərin həyata keçirilməsi yerli icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilmir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən dövlətə məxsus torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MTK-ya və İddiaçı MMC-yə verilmiş müvafiq sərəncamların ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirik”. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikası Baş nazirinin müavininə ünvanlanmış 16.08.2018-ci il tarixli, **********90 saylı məktubda aşağıdakılar göstərilmişdir: “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edİlməsinə nəzarət məqsədilə komitənin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ünvan 7 ünvanında yerləşən, Müdafiə Nazirliyinin "Qaraçuxur-T” hərbi şəhərciyinin istifadəsində olmuş və komitənin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmiş 3.92 ha ərazinin hasara alınması faktı müəyyən edilmişdir. Bununla bağlı aparılan araşdırma zamanı sözügedən ərazinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017-ci il tarixli, 111 və 112 saylı sərəncamları və 21.04.2017-cı il tarixli, 38 saylı və 04.05.2017-ci il tarixli 49 saylı Ayrıc aktları əsasında hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə müvafiq olaraq “Caspian Construction" Mənzil-Tikinti Kooperativinə və “Mimar Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarə əsasında ayrılması müəyyən edilmişdir. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.16.1-ci yarımbəndinə əsasən, müvafiq ərazidə dövlət əmlakının qorunmasının təşkil edilməsi, dövlətin mülkiyyət hüququnun pozulması faktlarına qarşı tədbirlərin həyata keçirilməsi yerli icra hakimiyyətlərinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilmir. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, yuxarıda qeyd olunan ünvanda yerləşən dövlətə məxsus torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" MTK-ya və İddiaçı MMC-yə verilmiş müvafiq sərəncamların ləğv edilməsi ilə bağlı aidiyyəti üzrə göstəriş veriməyinizi xahiş edirik”. - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 13.07.2017-ci il tarixli 112 saylı sərəncamı ilə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair tərtib edilmiş 13256 saylı inşaat pasportunun surətindən müəyyən edilir ki, razılaşdırmalar və texniki şərtlər müvafiq ardıcıllıqla aşağıdakılardır: “1. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (03.04.2017, 04-30/27-25), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (04.04.2017, YTNƏŞ-0076), 3. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi (12.04.2017, ER-15/266), 4. "xxxx" ASC (30.03.2017, TMX-17/0366), 5. "xxxx" ASC (05.04.2017, 04/03-3/6/14630), 6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi (03.04.2017, 28076), 7. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (28.04.2017, BTRİB-T/Ş- 3/3153), "xxxx" ASC (31.03.2017, 0754-15). - Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının “Suraxanı və Xətai rayonları ərazisində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı MTK-ya torpaq sahəsinin icarə əsasında ayrılması haqqında“ 13.07.2017-ci il tarixli 112 saylı sərəncamı ilə İddiaçı MTK-ayrılmış Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 saylı məhəllələrdə yerləşən torpaq sahəsinin memarlıq-planlaşdırma göstərişləri cəmi 13, sahə qurğularının şəhər şəbəkə və mühəndisi qurğularına birləşməsinin texniki göstərişləri isə cəmi 7 bənddə tərtib edilməklə Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsinin baş mühəndisi, memar, mühəndisi təminat şöbəsinin rəisi, topogeodeziya şöbəsinin rəisi və mühəndis tərəfindən imzalanmışdır. - İddiaçı Mənzil-Tikinti Kooperativinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017-ci il tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 30.08.2018-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 16.08.2018-ci il tarixli, **********88 saylı məktubu nəzərə alınaraq, İddiaçınə Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347 və 2348 saylı məhəllələrdə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 13.03.2017-ci il tarixli, 112 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2017-ci il 13 mart tarixli, 112 saylı sərəncamının ləğv edilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 414 saylı, 2018-ci il 30 avqust tarixli sərəncamı qəbul edilərkən cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada inzibati icraat aparılmamış, sərəncam inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilməməklə qəbul olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktında göstərilən ümumi sahəsi 732 kv.m olan tikinti sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktına əsasən, “Qaraçuxur-1a” hərbi şəhərciyinin torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə verilmiş ayrıc aktı ilə göstərilən torpaq sahəsində yerləşmədiyi müəyyən olunmuşdur. "xxxx" MMCnin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 2018-ci il 22 iyun tarixli təhvil-qəbul aktına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş cizgidə göstərilən torpaq sahəsinin İddiaçı MTK-nın istifadəsinə ayrıc aktı ilə göstərilən torpaq sahəsinin ölçüləri və texniki göstəriciləri ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. Beləliklə, müvafiq ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26257 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, 2016-cı il 30 noyabr tarixli, Bakı şəhər İcra Hakimiyyəti hündür mərtəbəli binaların tikintisi məqsədilə nəzərdə tutulmuş Bakı şəhəri Xətai rayonu Nobel prospekti 2207-ci məhəllə ünvanında yerləşən "R.A.N” kiçik müəssisəsinə məxsus olmuş ümumi sahəsi 8.0433 ha olan torpaq sahəsinin müqabilində Bakı şəhəri Xətai və Suraxanı rayonlarının sərhədində Telnov və General Mehmandarov küçələrinin arasında olan 2347-2348 məhəllələrində yerləşən 3.8 ha. boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə və yerdə qalan 6.433 ha boş torpaq sahəsini hündür mərtəbəli binaların tikintisi məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında X14 və ya onun yazılı razılığı əsasında üçüncü şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada sərəncam verməyi öz üzərinə öhdəlik götürməsi barədə barışıq sazişinə əsasən iş üzrə icraata xitam verilməsinə dair qərardadda ondan apellyasiya şikayətinin verilməsi müddəti və qaydası haqqında tərəflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah verilmiş, “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən və iş materiallarından da göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3705/2016 nömrəli, 2016-cı il 30 noyabr tarixli qərardadından apellyasiya şikayəti verilməmiş, qərardad qanuni qüvvəsini almışdır. Lakin həmin iş üzrə cavabdeh tərəf qanuni qüvvəsini almış məhkəmə qərardadının şərtlərinə uyğun olaraq verdiyi sərəncamı bu barədə məhkəməyə müraciət etmədən qanunvericiliyin tələblərinə zidd olaraq ləğv etmişdir. Həmçinin mübahisələndirilən sərəncamda heç bir normaya istinad edilməmiş, sərəncamın hüquqi əsası göstərilməmiş, yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyətinin başçısına öz sərəncamlarını ləğv etmək səlahiyyəti verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 6-cı bəndinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsində qeyd olunmuşdur: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərinə uyğun araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı X14 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 17.09.2009-cu il tarixli, 355 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarının ləğv edilməsi, icraatın təzələnməsi və üçüncü şəxs qismində cəlb edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ərizəsinə baxarkən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3705/2016 saylı, 17.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Bakı Şəhər İcra Hakimiyyətinin 30.11.2016-cı il tarixli barışıq sazişinə əsasən X14 və "xxxx" kiçik müəssisəsinin yazılı razılığı əsasında 3-cü şəxslərin istifadəsinə verilməsini öhdəsinə götürdüyü və barışıq sazişinə uyğun olaraq 13.03.2017-ci il tarixli, 112 nömrəli sərəncamı ilə İddiaçı MMC-nin icarəsinə verilmiş Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan, 2347-2348 saylı məhəllələrdə yerləşən 2,30 ha torpaq sahəsi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmiş və daha sonra 26.10.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 “Qaraçuxur 1A” hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşürmü, düşürsə hansı hissədə? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12.11.2021-ci il tarixli, 10/5347 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 13.03.2017-ci il tarixli, 112 nömrəli sərəncamı ilə İddiaçı MMC-nin icarəsinə verilmiş Suraxanı və Xətai rayonlarının sərhəddində Telnov və General Mehmandarov küçələrinin arasında olan, 2347-2348 saylı məhəllələrdə yerləşən Ayrıc Aktında (İİ cild, 33-cü vərəq) göstərilmiş 2,30 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilmiş və daha sonra 26.10.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 (Baş planda (İİ cild, 7-ci vərəq) göstərilmiş) “Qaraçuxur 1A” hərbi şəhərciyinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilir. Eyni zamanda iş üzrə müəyyən edilmişdir ki, işin materiallarında olan 22.06.2018-ci il tarixli “Təhvil-qəbul Aktı”nda qeyd olunmuş “Anten meydançası” ifadəsi “Qaraçuxur-1A” hərbi şəhərciyin rəsmi ünvanını deyil, təyinatını bildirir. Bununla müəyyən olunur ki, hərbi şəhərciyin ünvanı - Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi 35”-dir. Beləliklə, məhkəmə kollegiyası tərəfindən torpaq sahələrinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi iddiaçıya icarəyə verilərkən torpaq qanunvericiliyinin tələbləri pozulmuş, həmin vaxt Müdafiə Nazirliyinin balansında olmuş hərbi şəhərciyin ərazisindən torpaq sahəsi icarəyə verilmişdir. Halbuki, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan (istifadəsiz) torpaq sahəsini iddiaçının icarəsinə verə bilərdi. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dövlət təşkilatının istifadəsində olan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair onunla bağlanmış barışıq sazişi digər şəxsin (Müdafiə Nazirliyinin) hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan qanunsuz olmuşdur. Bu baxımdan, Bakı şəhər İcra Hakimiyyətinin Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti əsasında öz əvvəlki sərəncamını ləğv etməsi qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2108/2019 saylı, 10.09.2019-cu il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2108/2019 saylı, 10.09.2019-cu il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı MTK-nın iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar