Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1202/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı sənədlərin verilməsindən imtinanın qanunsuz hesab edilməsi, sənədlərin təqdim edilməsi vəzifəsinin qoyulması tələbi barədə inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1975/2018 saylı qərardadından cavabdeh və Nəsimi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi E.Qulubəyli tərəfindən verilmiş şikayətlərə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 1975/2018 nömrəli qərardadına əsasən, Bakı şəhər Nəsimi rayon İcra və Probasiya şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1975/2018 nömrəli iş üzrə verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhər Nəsimi rayon İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 1975/2018 nömrəli qərardadından cavabdeh və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinin tələbinə uyğun olaraq kommersiya hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Bu baxımdan, Palatada toplanmayan məlumatların təqdim edilməsi yolu ilə məhkəmə qərarının icrası mümkün olmamışdır. Həmçinin nümayəndə qeyd etmişdir ki, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75.3-cü maddəsinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi öz əksini tapmalıdırlar. Həmin Qanunun 75.12-ci maddəsinə əsasən idarəetmə hesabatına dair tələblər Palata tərəfindən müəyyən edilir. Ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli 10-q nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Emitentin idarəetmə hesabatlarına dair tələblər haqqında Qaydalar”ın (Qaydalar) 2.1.1-ci - 2.1.14-cü yarımbəndlərində emitent tərəfindən illik təqdim edilməli olan məlumatların siyahısı müəyyən edilmişdir. Belə ki, emitentin olduğu yer, emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı illik hesabatın tərkibində təqdim edilməli məlumatlar sırasına daxil edilmişdir. “Qiymətli kağızlar bazarı haqqında” Qanunun və Qaydaların tələblərindən göründüyü kimi illik hesabatların təqdim edilməsi emitentin vəzifəsi kimi müəyyənləşdirilmişdir. Lakin bu vəzifə Cəmiyyət tərəfindən icra edilməməklə müxtəlif dövrlər üzrə fəaliyyətinə dair illik hesabat təqdim edilməmişdir. Məhz bu səbəbdən onun barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edilmişdir. Odur ki, bu hesabatların Palata tərəfindən qanunvericiliklə müəyyən edilən qaydada əldə edilməsi mümkün olmadığından, nəticə etibarilə onun və tərkibindəki məlumatların (olduğu yer, idarəetmə orqanları barədə məlumat və s.) təqdim edilməsi və məhkəmə qərarının icrası da qeyri-mümkün olmuşdur. Əlavə olaraq nümayəndə qeyd etmişdir ki, məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 1975/2018 nömrəli qərarı xx.xx.2019-cu il tarixində qanuni qüvvəyə minmişdir və bu qərarın icrasını təmin edilməsi məqsədilə Cəmiyyət ilə bağlı mövcud olan digər (hüquqi ünvanı, dövriyyədə olan və dövriyyədən çıxarılmış qiymətli kağızlar, habelə nizamnamə kapitalı barədə) əlaqəli sənədlər barədə məlumatlar Palata tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixli ********** nömrəli məktubla təqdim edilmişdir. Həmçinin müvafiq sənədlərin iddiaçıya verilməsi ilə bağlı şöbəyə xx.xx.2019-cu il tarixli ********** nömrəli və xx.xx.2019-cu il tarixli **********2 nömrəli məktubla məhkəmə qərarının icrasının nəticəsi barədə məlumat verilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1975/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Azərbaycan Respublikasının Maliyyə X8 tərəfindən tələbkar İddiaçı sənədlərin verilməsindən imtina edilməsi qanunsuz hesab edilməli, tələbkar İddiaçı 2015-ci ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin təsis sənədlərində edilmiş dəyişikliklər və bununla bağlı tərtib edilmiş sənədlər, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 2014-2017-ci illər üzrə emitentin illik idarə hesabatlarının, Cəmiyyətin nizamnamə kapitalı, hüquqi ünvanı və ya olduğu yer, Cəmiyyətin direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvləri barədə məlumatları özündə əks etdirən sənədləri təqdim etmək vəzifəsi Azərbaycan Respublikasının Maliyyə X7 həvalə olunmalıdır. Sözügedən icra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olaraq qanunamüvafiq qaydada icraata başlanaraq borcluya bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə X8 xx.xx.2019-cu il tarixli məktubla Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə müraciət edərək bildirmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə dair müvafiq sənəd və məlumatlar İddiaçı xx.xx.2019-cu il tarixli məktubla göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən 2014-2017-ci illər üzrə illik hesabatlar ilə bağlı məlumatlar Palataya təqdim edilmədiyindən sonuncu barəsində inzibati tənbeh tədbirləri tətbiq olunmuşdur. Həmçinin Cəmiyyətin dövlət qeydiyyatı üzrə hüquqi ünvanına (ünvan 1 Palata tərəfindən 2016 və 2017-ci illər ərzində sorğular və inzibati xəta haqqında icraata başlanacağı barədə bildirişlər göndərilmiş, lakin həmin məktubların cəmiyyətə çatdırılması mümkün olmamış və poçt tərəfindən geri qaytarılmışdır. Bununla da Palata tərəfindən həmin illər üzrə cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Maliyyə X8 tərəfindən mövcud olan bütün sənədlər tələbkara təqdim olunmuş, geri qalan sənədlər Palatada mövcud olmadığından icra sənədinin həmin hissədə icrası mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2713/2019 nömrəli qərardadına əsasən cavabdeh və Nəsimi rayon İcra və Probasiya şöbəsinin apelyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1975/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardaddan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-877/20 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2713/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Nəsimi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətlərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin hallarında müəyyən edilir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının Maliyyə X6 üzərinə onun sərəncamında olan aşağıdakı sənədlərin təsdiq olunmuş surətlərini və məlumatları iddiaçıya təqdim etmək öhdəliyinin qoyulması - “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nizamnamə kapitalı, hazırki hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzrlərinin adı, soyadı, atasının adı barədə məlumatları; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkil edildiyi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktı; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktlarla bağlı tərtib edilmiş sənədləri; “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdar cəmiyyət kimi fəaliyyət göstərdiyi zaman (2014-cü - 2017-ci illər üzrə) tərtib etdiyi illik hesabatları, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və müddətdə səhmdarların ümumi yığıncağını keçirmədiyinə görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin rəhbərliyini inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi barədə inzibati aktın qəbul edilməsi və 2018-ci ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarların ümumi yığıncağının keçirilməsini nəzarət etmək vəzifəsini Azərbaycan Respublikasının Maliyyə X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə 2015-ci ildə Palata tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkil edilməsi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktın, 2015-ci ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktlarla bağlı tərtib edilmiş sənədlərin, ”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 2014-2017-ci illər üzrə illik hesabatlarının, habelə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nizamnamə kapitalı, hazırki hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvlərinin adı, soyadı, atasının adı barədə məlumatlar haqqında sənədlərin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx xxxx 2018-ci il tarixli, 2-1(181)-1975/2018 saylı qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə X8 tərəfindən iddiaçıya sənədlərin verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, İddiaçı 2015-ci ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və bununla bağlı tərtib edilmiş sənədlər, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 2014-2017-ci illər üzrə emitentin illik idarə hesabatlarının, Cəmiyyətin nizamnamə kapitalı, hüquqi ünvanı və ya olduğu yer, Cəmiyyətin direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvləri barədə məlumatları özündə əks etdirən sənədləri təqdim etmək vəzifəsi Azərbaycan Respublikasının Maliyyə X7 tapşırılması, iddia tələbi qalan - 2015-ci ildə Azərbaycan Respublikasının Maliyyə X6 üzərinə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkil edilməsi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktın verilməsi vəzifəsinin qoyulması hissəsində rədd edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2213/2018 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(81)-429/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. İş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası üçün icra vərəqəsi xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi “İcra haqqında“ Qanunun 70.4cü maddəsinə əsasən “İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx xxxx 2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1975/2018 nömrəli iş üzrə verilmiş xx xxxxx 2018-ci il tarixli icra vərəqəsini məhkəməyə qaytarmışdır. Qərarda göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə X6 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə dair müvafiq sənəd və məlumatlar İddiaçı xx.xx.2019-cu il tarixli məktubla göndərilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən 2014-2017-ci illər üzrə illik hesabatlar ilə bağlı məlumatlar Palataya təqdim edilmədiyindən sonuncu barəsində inzibati tənbeh tədbirləri tədbiq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Maliyyə X8 tərəfindən mövcud olan bütün sənədlər tələbkara təqdim olunmuş, qalan sənədlər Palatada mövcud olmadığından icra sənədinin həmin hissədə icrası mümkün olmamışdır. Həmin qərardan tələbkar İddiaçı şikayət vermiş və icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün İcra şöbəsinə göndərilməsi barədə mübahisəli 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1975/2018 saylı qərardadı qəbul edilmişdir. Kassasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya məhkəməsinin qərardadını ləğv edərkən ona istinad etmişdir ki, hazırki iş üzrə apelyasiya şikayətinin dəlillərində icra sənədinin icrasının mümkünsüzlüyünün səbəbləri bildirilsə də, apelyasiya instansiya məhkəməsi tərəfindən bu halların heç biri təhlil edilməmiş və məhkəmə öz nəticəsini əsaslandırmamışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə görə mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Kollegiya işin hallarını və kassasiya məhkəməsinin mövqeyini nəzərə alaraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədinin icrasının mümkün olmaması əsası kimi xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən 2014-2017-ci illər üzrə illik hesabatlar ilə bağlı məlumatların Palataya təqdim edilməməsi, Maliyyə X8 tərəfindən mövcud olan bütün sənədlərin tələbkara təqdim olunması, qalan sənədlərin Palatada mövcud olmaması çıxış edir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2015-ci ildə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və bununla bağlı tərtib edilmiş sənədlər, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 2014-2017-ci illər üzrə illik hesabatlarının, habelə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nizamnamə kapitalı, hazırki hüquqi ünvanı və ya olduğu yer, direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvlərinin adı, soyadı, atasının adı barədə məlumatlar ictimaiyyət üçün açıq olan və cavabdehdə olan məlumatlardır və cavabdeh də həmin məlumatların onda olmamasını nə iddiaçıya məktublarında, nə də məhkəməyə təqdim etdiyi etirazında göstərməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə xx xxxx 2018-ci il tarixli qərarını qəbul edərkən iddiaçının tələb etdiyi sənədlərin məhz cavabdeh X1masını müəyyən etmiş, bununla bağlı cavabdehin iddiaya etirazını əsassız hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-429/2019 saylı qərarında da qeyd edilmişdir ki, cavabdeh iddiaçının tələb etdiyi sənədlərin onda olmasını inkar etməmişdir. Dolayısı ilə, hazırki halda tələb edilən sənədlərin cavabdeh orqanda olub-olmaması məsələsi artıq məhkəmə araşdırmasının predmeti olmuş və bu barədə mübahisə öz həllini tapmışdır. Cavabdeh sənədlərin onda olmaması ilə bağlı müvafiq sübutu nə icra sənədi olan məhkəmə qərarının qəbul edildiyi zaman, nə də hazırki icra sənədinin icrası ilə bağlı baxılan mübahisə üzrə təqdim etməmişdir. Cavabdeh Maliyyə X8 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının icrası ilə bağlı məhkəməyə ünvanlandığı məktublarında, eləcə də nümayəndəsi məhkəməyə verdiyi izahatlarında qeyd etmişdir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin dövlət qeydiyyatı üzrə hüquqi ünvanına (ünvan 1 Palata tərəfindən 2016 və 2017-ci illər ərzində cəmiyyətə sorğular və inzibati xəta haqqında icraata başlanılacağı barədə bildirişlər göndərilmiş, lakin həmin məktubların cəmiyyətə çatdırılması mümkün olmamış və poçt tərəfindən geri qaytarılmışdır. Bununla da Palata tərəfindən həmin illər üzrə cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi mümkün olmamışdır. Halbuki, işdən müəyyən olunur ki, Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin xx xxxx 2015-ci il tarixli arayışına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx xxxx 2015-ci il tarixli qərarına uyğun olaraq qiymətli kağızlar dövlət reyestrində həmin səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərin dövriyyədən çıxarılması barədə X9 orqanı tərəfindən qiymətli kağızların dövlət reyestrində qeydlər aparılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 3864/2018 saylı qərarı ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin iddia tələbi təmin edilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin qiymətli kağızların dövlət reyestrində dövriyyədən çıxarılmış hər birinin nominal dəyəri 0.50 manat olan 2.291.477 ədəd adi, adlı sənədsiz səhmlərin qeydiyyatının bərpa olunması vəzifəsi cavabdeh Maliyyə X6 üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 3864/2018 saylı qərarı Maliyyə X8 tərəfindən icra edilmiş, cəmiyyətin səhmləri bərpa edilmiş və bununla əlaqədar reyestrdə müvafiq qeydlər aparılmışdır. Göründüyü kimi Maliyyə X8 istər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmlərin dövriyyədən çıxarılması barədə qeydlər apararkən, istərsə də məhkəmənin xx.xx.2018-ci il tarixli qərarının icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin səhmlərin qeydiyyatının bərpa olunması zamanı cəmiyyətdən müvafiq sənədləri qəbul etmiş, cəmiyyətin rəsmiləri ilə təmasda olmuşdur. Belə olan halda cavabdehə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ünvanının bəlli olmaması, müvafiq sorğulara cavab alınmasının mümkün olmaması, yaxud cəmiyyətin illik hesabatların tələb edilməsinin unudulması barədə iddialar inandırıcı və ağlabatan hesab edilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 116.1.-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” x xxxxxxxx 2015-ci il tarixli Qərarında məhkəmənin icra sənədinin icra olunması ilə nəzarət səlahiyyətlərinə dair formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci (Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədlərinin icrasının ümumi şərtləri) maddəsinin 70.4-cü bəndində əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Kollegiya işin hallarını nəzərə alıb hesab edir ki, icra məmuru icra sənədi üzrə mübahisənin davam etdiyini nəzərə almadan, qərarın icrasını mümkünsüz edən halları araşdırmadan icra sənədinin icrasının mümkünsüz olması nəticəsinə gəlməklə qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki, Qanun icra məmurunun icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi vəzifəsindən irəli gələrək (“İcra məmurları haqqında” Qanunun 7-ci maddəsi) icra sənədinin icrasının mümkünsüz olması hüquqi faktına daha dəqiq yanaşmasını tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, cavabdeh və Nəsimi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi E.Qulubəylinin apelyasiya şikayətlərində göstərilən dəlillər əsassız olmaqla hazırki qərardadın ləğvinə əsas vermir. Bu əsasdan apelyasiya şikayətləri təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2-1(81)-1975/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh və Nəsimi rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi E.Qulubəyli tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 1975/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: İkram Şirinov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1202/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1202/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver