Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1202/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2- 1(112)-4349/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-4349/2020 qərarı ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında (indiki Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 19 mart 2020-ci il tarixli **********198502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi qərara alınmışdır (hakim R.Kərimli). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 mart 2020-ci il tarixli **********198502 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 25 dekabr 2018-ci il tarixli **********172588 nömrəli qərarına əsasən İddiaçı KM-in 1 oktyabr 2015-ci tarixdən 30 sentyabr 2018-ci il tarixədək fəaliyyəti üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir. Vergi yoxlaması ilə iddiaçı tərəfindən icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 1 oktyabr 2015-ci tarixdən 30 sentyabr 2018-ci il tarixədək olan dövr üzrə AR Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması cavabdehin əməkdaşları tərəfindən Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla təqribən 1 il 2 aydan artıq bir müddətdə aparılmışdır. Vergi yoxlamasının keçirildiyi ilk günlərdən cavabdehin 4 yanvar 2019-cu il tarixli qərarına əsasən yoxlanılan dövrdə iddiaçı tərəfindən icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın həmin dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair ekspertiza təyin edilmişdir. Ekspertizanın keçirilməsi barədə qərarla müəssisənin rəhbərliyi Vergi Məcəlləsinin 44.6-cı maddəsinə əsasən tanış edilməmiş və ona həmin Məcəllənin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməmiş və bu hüquqların həyata keçirilməsi təmin edilməmişdir. Qeyd edilən ekspertizanın keçirilməsi haqqında qərarda onun icrası “Azərekspertiza” Birliyinin bir ekspertinə (mərhum) tapşırılmış, qeyd edilən qərar həmin Birliyin digər ekspertinə elan edilmiş, sonuncu tərəfindən 11 aprel 2019-cu il tarixli vergi qanunvericiliyinin tələbləri pozulmaqla əsassız rəy verilmiş və vergi orqanının müfəttişləri tərəfindən AR Vergi Məcəlləsinin tələbləri kobud şəkildə pozulmaqla 17 iyul 2019-cu il tarixli səyyar vergi yoxlamasına dair **********180034 saylı akt tərtib edilmiş, iddiaçının guya 15.400,72 manat verginin azaldılmasına yol verməsinə və guya vergidən yayınma məbləğinin 50% məbləğində 9.800 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair birinci əsassız akt yazılmışdır. Sonradan vergi orqanı əməkdaşlarının qanunsuz hərəkətləri və Vergi Məcəlləsinin tələblərinin pozulması ilə keçirilmiş və qanunvericiliyin tələblərinə zidd olaraq ekspert qarşısında yoxlama dövrünü əhatə edən ötən üç il üçün icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair sual qoyulması ilə əlaqədar təkrar ekspertizanın keçirilməsi barədə iddiaçının vəsatətinə əsasən cavabdeh tərəfindən yenidən ekspertiza keçirilməsi barədə qərara əsasən “Azərekspertiza” Birliyindən başqa ekspert dəvət edilmiş, ekspert qarşısında yenidən eyni sual qoyulmaqla 30 sentyabr 2019- cu il tarixli qərarla təkrar ekspertiza təyin edilmişdir. Təkrar ekspertiza qarşısında iddiaçının icarəyə verdiyi müvafiq ünvanında yerləşən daşınmaz əmlakın 1 oktyabr 2015-ci tarixdən 30 sentyabr 2018-ci il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyən edilməsinə dair sual qoyulan zaman iddiaçının etiraz və vəsatətlərinə və AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarının tələbləri pozulmaqla rəy verilməsi tələb edilmişdir. Bundan sonra müəssisə tərəfindən ekspertizanın AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə zidd təyin edilməsi və ekspert qarşısına qoyulmuş sualın qanunvericiliyə və Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli məlum qərarına zidd olması barədə şikayətlər verilməsinə baxmayaraq cavabdeh ekspertin 16 oktyabr 2019-ci il tarixli rəyi əsasında 31 oktyabr 2019-cu il tarixdə ikinci dəfə **********180034 saylı səyyar vergi yoxlamasının nəticələrinə dair akt tərtib etmişdir. Həmin aktın əsassızlığını hər hansı bir müqayisəli sənədlər olmadan və ekspertin yalnız şəxsi mülahizələrinə əsaslanaraq yazılmasına dair iddiaçının növbəti şikayətindən sonra heç bir yeni araşdırma və ekspertiza rəyi alınmadan 7 fevral 2020-ci il tarixli üçüncü səyyar vergi yoxlaması aktı tərtib edilərək 31 oktyabr 2019-cu il tarixli aktda göstərilənlər köçürülməklə ekspertin 16 oktyabr 2019-cu il tarixli əsassız və qanuna zidd rəyindəki icarə haqqının orta bazar qiymətinin müəyyən edilməsinə dair qiymətlərə uyğun əsassız vergi hesablanmış və maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin aktla bir daha qeyd edilən 31 oktyabr 2019-cu il tarixli aktda müəyyən edilmiş məbləğdə, yəni 30.430 manat verginin guya azaldılması müəyyən edilmiş və həmin məbləğin 50 faizi məbləğində 15.215 manat maliyyə sanksiyasının tətbiq edilməsinə təklif verilmişdir. Cavabdehin sifarişi ilə dəvət edilmiş özəl kommersiya təşkilatı olan birliyin eksperti tərəfindən iddiaçının daşınmaz əmlakının yoxlama dövründə icarə haqqının orta (real) bazar qiymətinin müəyyən edilməsi olaraq rəyində müəyyən etdiyi hər 1 kv.m üçün qiymətlərin, yəni 2015-ci ilin yoxlama dövrünə dair bir kv.m. üçün 10 manat, 2016-cı il üçün 12 manat, 2017 – 2018-ci illərin yoxlama dövrünü əhatə edən aylar üçün 15 manat müəyyən edilməsi hər hansı bir müqayisəli qiymətlərlə (sübutlarla), o cümlədən rəsmi sənədlərə, vergi orqanının və vergi ödəyicilərinin məlumatlarına və digər mötəbər sübutlara əsaslanmamışdır. Ekspert öz rəyində 2015-ci ildə və sonrakı illərdə qiymətlərin artmasına dair gəldiyi nəticəni əsaslandırmamış, göstdiyi qiymətlərin icarə bazarında necə formalaşdığını müəyyən etməmiş, bu qiymətlərin icarə bazarında dinamikasına dair hər hansı bir əsaslandırmanı rəydə əks etdirməmiş, yoxlama dövründə icarə qiymətlərinə dair iddiaçının cavabdehə təqdim etdiyi icarə qiymətlərinin cavabdeh tərəfindən qəbul edilməsinə və bu əsasdan hesabatlar təqdim etməsinə və s. rəy verilməsi üçün zəruri olan hallara dair mütəxəssis kimi fikir bildirməmiş, nəticədə ekspert cavabdehin sifarişi əsasında yalnız özünün şəxsi təxəyyülünün nəticəsi olaraq qeyd edilən qiymətlər barədə rəy vermişdir. Digər tərəfdən, qeyd edildiyi kimi cavabdehin AR Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə zidd ekspert qarşısında yoxlama dövrünü əhatə edən müddət üçün icarə haqqının orta (real) bazar qiymətini müəyyən etmək barədə rəy verilməsinə dair kommersiya müqaviləsi bağlaması qanunvericiliyə ziddir. Ekspertiza orqanı kommersiya təşkilatı olaraq öz nümayəndəsi vasitəsi ilə bir tərəfli şəkildə müəyyən etdiyi və heç bir mötəbər mənbəyə əsaslanmayan rəy yazmaqla həmin rəy əsasında vergi orqanı tərəfindən vergi orqanı üzərinə öhdəlik qoyulması Konsitusiyaya və AR Vergi Məcəlləsinin tələblərinə ziddir. Qanunvericilikdə səyyar vergi yoxlaması zamanı 3 il yoxlama dövrü üçün real bazar qiyməti müəyyən etmək adı altında verginin azaldılmasının müəyyən edilməsi qaydasını müəyyən etməmişdir və hazırki halda cavabdehin qanunvericiliyin aqeyd edilən tələbləri pozmaqla qəbul etdiyi 19 mart 2020-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh qanunvericiliyin tələblərinə zidd tərtib edilmiş 7 fevral 2020-ci il tarixli akt əsasında 19 mart 2020-ci il tarixli **********198502 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmiş, həmin qərarla yoxlama dövrüq üzrə guya iddiaçının 30.430 manat vergini azaltması və 4.035 manat maliyyə sanksiyası tətbiq edilməsi qanunsuzdur və ləğv edilməlidir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, işin faktiki halları ilə bağlı nümayəndə bildirdi ki, vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 25.12.2018-ci il tarixli **********172588 saylı Qərarına əsasən vergi ödəyicisi üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (Vergi Məcəlləsinin həmin vaxtı qüvvədə olan redaksiyası üzrə) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015-sentyabr 2018 vergi dövrlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Səyyar vergi yoxlamasına 26.12.2018-ci il tarixdə başlanılmış, 03.02.2020-ci il tarixdə başa çatdırılaraq, 07.02.2020-cu il tarixli **********180034 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir. Nümayəndə qeyd etmişdir ki, səyyar vergi yoxlaması zamanı xüsusi bilik tələb edən hallar mövcud olduğundan ekspert cəlb edilmiş və vergi ödəyicisinin müəyyən aylar üzrə gəlirlərinin müəyyən edilməsində ekspert rəyindən istifadə edilmişdir. Yoxlama ilə aşağıda qeyd edilən tədiyyələr üzrə vergidən yayınma halları müəyyən edilmişdir: Mənfəət vergisi 2015ci il üzrə: Səyyar vergi yoxlamasının gedişində təyin olunmuş ekspertiza əsasında verilən rəyə əsasən müəssisənin 2015-ci ilin 4-cü rübü üzrə gəliri 20000,00 manat təşkil etmiş, əvvəlki 9 ay ərzində gəliri isə 1500,00 manat olmaqla il üzrə cəmi gəliri (20000,00+1500,00) 21500,00 manat, həmin dövr üzrə xərcləri 1975,37 manat təşkil etmiş və nəticədə (21500,00-1975,37) 19524,63 manat mənfəəti yaranmışdır. Mənfəət vergisi (19524,6 x 20%) 3904,93 manat, müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisinin 804,93 manat olduğu nəzərə alınmaqla, yoxlama ilə (3904,93-804,93) əlavə 3100,00 manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisi 2016-ci il üzrə: Müəssisənin 2016cı il üzrə gəliri 100800,00 manat, həmçinin quraşdırılmış qüllə üçün “xxxx” MMC-dən 900,00 manat və “xxxx” MMC-dən 600,00 manat icarə haqqı alınması nəzərə alınmaqla, ümumilikdə gəliri (100800,00+900,00+600,00) 102300,00 manat, həmin dövr üzrə xərcləri 2389,56 manat təşkil etmiş, nəticədə (102300,00-2389,56) 99910,44 manat mənfəəti yaranmışdır. Yoxlama ilə müəssisəsinin mənfəət vergisi (99910,44 x 20%) 19982,09 manat müəyyən edilmiş, müəssisə tərəfindən təqdim edilmiş mənfəət vergisinin 722,09 manat olduğu nəzərə alınmaqla, yoxlama ilə (19982,09-722,09) əlavə 19260,00 manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisi 2017-ci il üzrə: Yoxlama ilə müəssisənin 2017-ci il üzrə gəliri 44850,00 manat, həmçinin quraşdırılmış qüllə üçün “xxxx” MMC-dən alınmış icarə haqqından gəliri 4800,00 manat olmaqla, cəmi gəliri (44850,00+4800,00) 49650,00 manat, həmin dövr üzrə isə xərcləri 5476,53 manat təşkil etmiş, nəticədə (49650,00-5476,53) 44173,47 manat mənfəəti yaranmışdır. Beləliklə, yoxlama nəticəsində mənfəət vergisi (44173,47 x 20%) 8834,69 manat müəyyən edilmiş, müəssisə tərəfindən təqdipı edilmiş mənfəət vergisinin 764,69 manat olduğu nəzərə alınmaqla, yoxlama ilə (8834,70-764,69) əlavə 8070,00 manat mənfəət vergisi hesablanmışdır. Nümayəndə bildirdi ki, müəssisənin əsas fəaliyyəti daşınmaz əmlakın icarəyə verilməsi olsa da, vergi ödəyicisi ictimai iaşə fəaliyyəti ilə məşğul olmaq məqsədilə 04.06.2017-ci il tarixdə vergi orqanına müraciət etmiş və nəticədə onun sadələşdirilmiş vergi üzrə mükəlləfiyyəti aktivləşdirilmişdir. Vergi ödəyicisi 2017-ci ilin İİ və İİİ rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrini zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 220.1-1.2-ci maddəsinin tələblərinə əsasən 8 % dərəcə ilə təqdim etmişdir. Lakin yoxlama ilə 2017-ci il üzrə sadələşdirilmiş verginin 4199,28 manat artıq hesablanması müəyyən edilmiş, qeyd edilən dövr üzrə ümumi hasilata 4% tətbiq etməklə vergi hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş 19.03.2019-cu il tarixli **********198502 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla vergi ödəyicisinin 2015-ci ilin mənfəət vergisinin 3100,00 manat, 2016cı ilin mənfəət vergisinin 19260,00 manat, 2017-ci ilin mənfəət vergisinin 8070,00 manat azaldılması müəyyən edilmiş, 2017-ci ilin mənfəət vergisi üzrə 8070,00 manat yayındırılmasına görə 4035,00 maliyyə sanksiyası tətbiq edilmişdir. İşin hüquqi hallarına gəldikdə, məhkəmə qərarında bildirir ki, keçirilmiş səyyar vergi yoxlaması ilə bağlı müddətin artırılması və yoxlamanın dayandırılması barədə qərarların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir və bu hal reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Cavabdeh məhkəmənin qeyd edilən mövqeyinin inzibati iş üzrə icraatın mahiyyətinə zidd olduğunu qeyd edərək, bildiririk ki, məhkəmə qeyd edilən halın mövcudluğunu aydınlaşdırmadan qərarın əsaslandırma hissəsində həmin hala istinad etməkdə haqlı olmamışdır. Məhkəmə səyyar vergi yoxlaması ilə bağlı müddətin artırılması və yoxlamanın dayandırılması barədə qərarların reyestrə daxil edilib-edilmədiyini müəyyən etmək üçün heç bir hərəkət etməmiş, yalnız cavabdeh tərəfindən reyestrdən çıxarışla bağlı məhkəməyə sübut təqdim edilmədiyini qeyd etməklə kifayətlənmişdir. Halbuki, vergi orqanı qeyd edilən qərarların reyestrə daxil edilməsi ilə bağlı tələblərə əməl etmiş və həmin qərarlar reyestrdən çıxarışda öz əksini tapmışdır, (reyestrdən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Məhkəma qərarın digər əsası kimi keçirilmiş səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinin pozulduğu, vergi qanunvericiliyi ilə müəyyən edilmiş 3 illik müddət tələbinə yoxlama zamanı əməl olunmadan 2015-2016-cı illər üzrə mənfəət vergisinin yoxlanıldığını qeyd etmişdir. İşin hallarından göründüyü kimi səyyar vergi yoxlaması vergi orqanının 25.12.2018-ci il tarixli qərarına əsasən başlanılmış və yoxlama ilə mənfəət vergisi üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan (2015-2017-ci illər) fəaliyyəti əhatə olunaraq yoxlanılmışdır ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsi də yoxlamanın əhatə etdiyi müddəti qeyd edilən qaydada təsbit etmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsindən və işin hallarından aydın olduğu kimi səyyar vergi yoxlaması ilə yoxlanılan dövrün vergi qanunvericliyinin tələblərinə uyğun olduğuna baxmayaraq məhkəmənin hansı hala əsasən yoxlama ilə əhatə edilən müddətin qanunvericiliyə zidd olması barədə nəticəyə gəlməsi aydın deyildir. Səyyar vergi yoxlaması üzrə hesablama ilə bağlı məhkəmə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14-cü maddəsinə nəzərdə tutulan üsullardan istifadə olunmadan bazar qiymətini müəyyən etmək üçün birbaşa ekspertin cəlb edilməsinin əsassız olduğunu vurğulamış və Vergi Məcəlləsinin 14.2-ci maddəsində vergitutma məqsədləri üçün malların qiymətinin tərəflərin əməliyyatda təsbit etdikləri qiymət qəbul edildiyinə istinad etmişdir. Məhkəmənin sözügedən yanaşmasına münasibətdə bildiririk ki, Vergi Məcəlləsinin 14.2-ci maddəsi tərəflərin əqddə təsbit etdiklərin qiymətin bazar qiyməti kimi qəbul edilməsini ümumi müddəa kimi nəzərdə tutmuşdur. Lakin Məcəllənin 14.3-cü maddəsinin tələblərinə nəzər yetirdikdə aydın olur ki, qanunverici bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasının konkret hallarını müəyyən etmiş və vergi orqanı yoxlama ilə vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi zərurəti yarandığını nəzərə alaraq bazar qiymətinin müəyyən edilməsi üçün bu maddədə qeyd edilən tədbirləri görmüşdür. Səyyar vergi yoxlaması aktından da aydın olduğu kimi bazar qiymətinin Vergi Məcəlləsinin 14-cü maddəsində qeyd edilən üsullardan biri ilə təyin etmək mümkün olmadığından ekspert tərəfindən müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi barədə qərar qəbul edilmiş və ekspert rəyi alınmışdır. Lakin, göründüyü kimi məhkəmə hüquq normasını yanlış şərh etməklə prosessual pozuntuya yol vermiş və qanunsuz qərar qəbul etmişdir. Həmçinin məhkəmənin qərarın əsaslandırma hissəsində iddianın təmin edilməsi əsası kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada vergilərin hesablandığını qeyd etmişdir. Lakin məhkəmə “vergi qanunvericiliyi ilə nəzərdə tutulmayan qaydada” verginin hesablandığına istinad edərkən əsaslandırma aparmamış, nəyi nəzərdə tutduğunu qərarda açıqlamamışdır. Belə ki, işin hallarından aydın olduğu kimi vergi orqanı Vergi Məcəlləsinin 44.1-ci maddəsində nəzərdə tutulduğu kimi səyyar vergi yoxlamasının gedişində ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğundan ekspert cəlb etmiş və ekspertin rəyi, o cümlədən verginin hesablanmasına əsas verən digər məlumatlar əsasında hesablama həyata keçirmişdir. Səyyar vergi yoxlamasının gedişində ekspertin cəlb edilməsi və yoxlama zamanı eskpert rəyindəki məlumatlara əsaslanaraq hesablama aparılması vergi qanunvericliyində birbaşa nəzərdə tutulduğundan məhkəmənin yuxarıda qeyd edilən mövqeyini əsassız hesab edirik və həmin mövqe ilə cavabdeh orqan razılaşmır. Digər tərəfdən nümayəndə qeyd etmişdir ki, məhkəmənin də qərarında qeyd etdiyi kimi səyyar vergi yoxlaması üzrə hesablamanın əsasını yoxlamanın gedişində cəlb edilmiş ekspert tərəfindən daşınmaz əmlakın aylıq icarə haqqı ilə bağlı tərtib olunmuş rəy, o cümlədən işin faktiki hallarında cavabdeh tərəfindən qeyd edilən iddiaçının digər gəlirləri təşkil etmişdir. Lakin məhkəmə işi araşdırarkən iddiaçının qeyd edilən digər gəlirlərini ümumiyyətlə nəzərə almamış və qeyd edilən hallara toxunmadan sadəcə ekspert rəyi əsasında daşınmaz əmlakın icarə haqqı məbləği barədə verdiyi rəyi əsas götürməklə hesablamanın əsassızlığı barədə nəticəyə gəlmişdir. Eyni zamanda sözügedən ekspert rəyinə cavabdeh tərəfindən təqdim olunmuş mülahizədəki dəlillərə də qiymət verilməməsi məhkəmənin qərarının qeyri-obyektivliyini bir daha təsdiq edir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş mülahizədə ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməsini istisna edilən hallar əks etdirilməsinə baxmayaraq məhkəmə həmin halları qərarın qəbulu zamanı nəzərə almamışdır. Halbuki, mülahizədə də qeyd edildiyi kimi ekspert rəy verərkən obyektin yerləşdiyi ərazi, tələb və təklif, nəqliyyat magistrallarına münasibliyi, ekoloji vəziyyəti, kommersiya baxımından cazibədarlığı, aşınması və digər icarə qiymətinin formalaşmasına təsir edən əsas faktorları nəzərdən qaçırmış, 2015-ci ilin oktyabr ayından 2018- ci ilin oktyabr ayındək olan dövr üzrə müəyyən etməli olduğu icarə haqqını obyektin 2020-ci ildəki təmir vəziyyətinə əsasən qiymətləndirmişdir. Odur ki, qeyd edilən halların birmənalı şəkildə eksper rəyinin əsassızlığı təsdiq etməsinə baxmayaraq məhkəmə həmin rəy əsasında yekun nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilən hallar məhkəmə qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini və bu səbəbdən də qanunsuz olduğunu təsdiq edir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-1(112)-4349/2020 saylı qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 4 yanvar 2019-cu il **********173483 nömrəli qərarı və həmin tarixli müqavilə əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 9 aprel 2019-cu il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (Vİ. Təqdim edilən sənədlər) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə İddiaçı KM-in direktoru X3 ilə X6 arasında bağlanmış 7 sentyabr 2017-ci il tarixli və X5 arasında bağlanmış 20 iyun 2018-ci il tarixli müqavilələr, icarəyə verilmiş və icarəyə götürülmüş obyektlər barədə məlumat; - (Vİİİ. Ekspertizanın keçirilməsi proseduru) Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 4 yanvar 2019-cu il tarixli **********173483 nömrəli qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında İddiaçı KM tərəfindən icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən daşınan və daşınmaz əmlakın 1 oktyabr 2015-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə bu rəyin 6-cı bəndində sadalanan sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra Departamentin müvafiq şöbəsinin əməkdaşının iştirakı ilə obyektə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ünvan 3 ünvanında kafe-restoran fəaliyyət göstərir. Obyekt yaxşı təmirlidir. Əsas yolda Bakı Dövlət Sirkinin yanında yerləşir. Təqdim edilmiş icarə müqaviləsinə əsasən icarəyə götürülən sahənin ölçüsü 330 kv.m-dir; - (Xİ. Ekspert yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir) Suala cavab: İddiaçı KM (VÖEN **********) tərəfindən icarəyə verilmiş ünvan 4 ünvanında yerləşən daşınan və daşınmaz əmlakın 1 oktyabr 2015- ci il tarixdən 30 sentyabr 2018-ci tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiyməti müəyyən edildi: 1 ay üçün icarə haqqı 330 kv.m üçün 5.000 manat. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 3 sentyabr 2019-cu il tarixli **********144500 nömrəli məktubu, 30 sentyabr 2019-cu il tarixli **********190851 nömrəli qərarı və 30 sentyabr 2019-cu il tarixli müqavilə əsasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - (Vİ. Təqdim edilən sənədlər) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə İddiaçı KM-in direktoru X3 ilə X6 arasında bağlanmış 7 sentyabr 2017-ci il tarixli və X5 arasında bağlanmış 20 iyun 2018-ci il tarixli müqavilələr; - (Vİİİ. Ekspertizanın keçirilməsi proseduru) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 3 sentyabr 2019-cu il tarixli məktubu və 30 sentyabr 2019-cu il tarixli qərarının tələblərinə uyğun olaraq ekspert qarşısında təkrar ekspertiza keçirilməsi məqsədi ilə İddiaçı KM tərəfindən icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən daşınan və daşınmaz əmlakın 1 oktyabr 2015-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi sualı qoyulmuşdur. Bu sualın həlli üçün ekspertə bu rəyin 6-cı bəndində sadalanan sənədlər təqdim edilmişdir. Ekspert təqdim edilmiş sənədlərlə tanış olduqdan sonra Baş İdarəsinin əməkdaşlarının iştirakı ilə ilə obyektdə 2 dəfə olmuşdur. Ekspertə obyektə baxış keçirmək üçün şərait yaradılmamışdır. Müəyyən edilmişdir ki, ünvan 2 ünvanında kaferestoran fəaliyyət göstərir. Mümkün müşahidə aparıldığı qədər məlum oldu ki, obyekt yaxşı təmirlidir. Əsas yolda Bakı Dövlət Sirkinin yanında yerləşir. Ekspert obyektin yerləşdiyi ərazidə olan icarə obyektləri üzrə, o cümlədən digər kafe-restoranların, ticarət obyektlərinin icarəsinin təklif qiymətləri üzrə məlumatları araşdıraraq icarənin orta bazar qiymətini müəyyən etmişdir. Eyni zamanda ekspert qiymətləndirilən obyektin kriteriyalarına cavab verən obyektlər üzrə zəruri hesab etdiyi hər cür məlumatı şifahi formada üçüncü şəxslərdən əldə etmişdir («Qiymətləndirmə fəaliyyəti haqqında» AR Qanununun 9-cu maddəsi). İcarə bazarında tələb və təkliflər nəzərə alınmışdır; - (Xİ. Ekspert yuxarıda göstərilənləri nəzərə alaraq aşağıdakı nəticəyə gəlmişdir) Suala cavab: İddiaçı KM tərəfindən icarəyə verilmiş ünvan 4 ünvanında yerləşən daşınan və daşınmaz əmlakın 1 oktyabr 2015-ci il tarixdən 30 sentyabr 2018-ci tarixədək olan dövr üzrə icarə haqqının real bazar qiyməti müəyyən edildi: aylıq icarə haqqı 1 kv.m üçün 2015ci ilin İV rübü üzrə 10 manat, 2016-cı il üzrə 12 manat, 2017-ci il üzrə 15 manat, 2018-ci ilin İ – İİİ rübləri üzrə 15 manat. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 25 dekabr 2018-ci il tarixli **********172588 nömrəli qərarına əsasən İddiaçı KM-in 2017 – 2018-ci illər üzrə fəaliyyəti üzrə keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri həmin İdarənin yoxlamanı həyata keçirən əməkdaşlarının tərtib etdiyi 7 fevral 2020-ci il tarixli **********180034 nömrəli aktla rəsmiləşdirilmişdir. Aktda aşaağıdakılar qeyd olunmuşdur: - Yoxlama 25 dekabr 2018-ci il tarixdə başlanmış 3 fevral 2020-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama üzrə 7 fevral 2019-cu il, 11 mart 2019-cu il, 11 aprel 2019-cu il, 13 may 2019-cu il, 13 iyun 2019-cu il tarixlərdə yoxlamanın müvəqqəti dayandırılması, 2 sentyabr 2019-cu il tarixdə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi, 8 oktyabr 2019cu il tarixdə yoxlamanın müvəqqəti dayandırılması, 16 dekabr 2019-cu il tarixdə isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə müvafiq qərarlar qəbul olunmuşdur. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi və yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin ünvan 2 ünvanında yerləşən ictimai iaşə obyekti var. Müəssisə yoxlama ilə əhatə olunan dövr ərzində mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Vergi yoxlaması müəssisə tərəfindən təqdim ediulmiş icarı müqavilələri və 16 oktyabr 2019-cu il tarixli ekspert rəyi əsasında aparıldı. Yoxlama ilə əhatə olunan dövr ərzində bank idarələri ilə kredit müqaviləsi imzalanmamış və kredit götürülməmişdir. Müəssisənin uçot məlumatları (rekvizitləri) aparılan yoxlama ilə araşdırıldı və kənarlaşma müəyyən olunmadı. Yoxlanılan dövrdə vaxtı keçmiş debitor və kreditor borcları olmamışdır. Yoxlama ilə əhatə olunan dövrdə kiçik müəssisə tərəfindən icarəyə verilmiş daşınmaz əmlakın aylıq icarə haqqı üzrə real bazar qiymətini müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin edilmişdir. AR Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən İddiaçı KM-də yoxlanılan 2015 – 2018-ci illər üzrə 30.430 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19 mart 2020-ci il tarixli **********198502 nömrəli qərarı ilə İddiaçı KM-ə 30.430 manat mənfəət vergisi üzrə borc (2015-ci il üçün 3.100 manat, 2016-cı il üçün 19.260 manat, 2017-ci il üçün 8.070 manat) hesablanmış, 4.035 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib olunmuş 7 fevral 2020ci il tarixli akta istinad olunmuş müvafiq vergi məbləğlərinin hesablanması AR Vergi Məcəlləsinin 14.2, 14.6.3, 38.3.5, 58.1-ci maddələrinin tələbləri ilə əsaslandırılmışdır. Məhkəmənin 19 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi “xxxx” MMC-yə və “xxxx” MMC-yə həvalə olunmuşdur: - İddiaçı KM-ə məxsus ünvan 1 ünvanında yerləşən obyektin 2015-ci ilin oktyabr ayından 2018-ci ilin oktyabr ayınadək olan dövrdə aylıq icarə haqqı məbləğlərinin müvafiq ərazidə yerləşən eyni əlamətlərə malik obyektlərə münasibətdə bir neçə mənbədən alınmış məlumatlar da əsas götürülərək müəyyən edilməsi. “xxxx” MMC-nin 2 oktyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş həmin tarixli 253 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - İddiaçı KM-ə məxsus ünvan 4 ünvanında yerləşən obyektin hazırkı 1 kv.m sahəsi üçün 1 aylıq icarə haqqı ayrı-ayrı illər üçün təxminən müəyyən edildi: 2015-ci ilin oktyabr – noyabr ayları üçün 5,32 manat (11,55m-54%), dekabr ayı üçün 10,53 manat (11,55m- 8,83%), 2016-cı il üçün 10,67 manat (11,55m7,59%), 2017-ci il üçün 11,55 manat, 2018-ci il üçün 30 sentyabr tarixədək 11,55 manat. “xxxx” MMC-nin 20 oktyabr 2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş QR 323M nömrəli rəyində (qiymətləndirmə hesabatında) aşağıdakılar bildirilmişdir: - İddiaçı KM-ə məxsus ünvan 4 ünvanında yerləşən obyektin 1 kv.m üçün 1 aylıq orta icarə haqqı ayrı-ayrı illər üzrə təxminən müəyyən edildi: 2015-ci ilin oktyabr – noyabr ayları üzrə icarə haqqı üçün 5,04 manat, dekabr ayı üzrə 9,99 manat, 2016-cı il üzrə icarə haqqı 1 kv.m üçün 10,12 manat, 2017-ci il üzrə icarə haqqı 1 kv.m üçün 10,95 manat, 2018-ci ilin 30 sentyabr tarixədək icarə haqqı 1 kv.m üçün 10,95 manat. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli məktubunda iş üzrə 19 iyun 2020-ci il tarixli məhkəmə qərardadı əsasında təqdim olunmuş 2 oktyabr 2020-ci il tarixli ekspert rəyi ilə bağlı aşağıdakı məzmunda mülahizə bildirilmişdir: - Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ekspert rəyi ilə razılaşmır və rəyin mötəbər sübut kimi qiymətləndirilməməsini məhkəmədən xahiş edir. Belə ki, səyyar vergi yoxlamasının gedişində təyin edilmiş ekspertiza üzrə təqdim edilmiş ekspert rəyinə əsasən İddiaçı KM-ə məxsus ünvan 4 ünvanında yerləşən kaferestoran kimi icarəyə verilmiş qeyriyaşayış obyektinin 1 m2 -nın aylıq icarə haqqı 2015-ci ildə 10 manat, 2016-cı ildə 12 manat və 2017 – 2018-ci illərdə isə 15 manat müəyyən edilmişdir. Ekspertiza üzrə gəlinən yekun nəticə belə olmuşdur ki, obyektin hər kv.m üçün aylıq icarə haqqı 2015-ci ilin oktyabr – noyabr ayları üzrə 5,04 manat, 2015-ci ilin dekabr ayı üzrə 9,99 manat, 2016-cı il üzrə 10.12 manat, 2017-ci il üzrə 10,95 manat, 2018-ci ilin 30 sentyabrınadək 10,95 manat. Ekspert rəyinin təsvir hissəsində sözügedən qeyri-yaşayış obyektinə baxış keçirildiyi, o cümlədən qiymətləndirilən obyektlə müqayisə oluna bilinən və daha yaxın zamanlarda satılan və ya icarəyə verilən obyekt barədə müfəssəl məlumat toplanılmaqla müəyyən edilən icarə qiymətlərindən qiymətləndirilən obyektin təmirliliyi səviyyəsi aşağı olduğundan 20% çıxılmaqla nəticəyə gəlindiyi qeyd edilmişdir. Qarşısında 2015-ci ilin oktyabr ayından 2018-ci ilin oktyabr ayındək olan dövr üzrə aylıq icarə haqqının müəyyən edilməsi üzrə sual qoyulmuş ekspert obyektin 2020-ci ildəki təmir bərpa vəziyyətini nəzərə almaqla nəticəyə gələrkən obyektin hazırkı təmir vəziyyətinin həmin dövrdəki icarə haqqının müəyyən edilməsinə təsiri olmadığını nəzərdən qaçırmışdır. Belə ki, obyektinin hazırkı təmir vəziyyəti 2015 – 2018-ci illərdəki təmir vəziyyəti haqqında dəqiq nəticəyə gəlməyə imkan verən hal deyildir. Yoxlanılan dövrdə obyektin təmiri yaxşı vəziyyətdə ola bildiyi halda illər ərzində lazımi baxım olmadığından aşağı səviyyəyə düşməsi mümkündür. Odur ki, qeyd edilən hal müəyyən edilməli olan qiymətlərə təsir etmədiyindən, əhəmiyyətsizdir. Digər tərəfdən ekspert rəyində daşınmaz əmlakın icarə qiymətini müəyyən edərkən nəzərə alınmalı olan amillər sadalansa da, yekun nəticəyə gəlinməsi zamanı ABŞ dollarının Azərbaycan manatına nəzərən məzənnəsində baş vermiş dəyişikliklər və respublikamın əmlak bazarında qiymətlərdə baş vermiş dəyişikliklər barədə məlumatlar əsas götürülməklə icarə haqqı müəyyən edilmişdir. Lakin ekspert rəyində də qeyd edildiyi kimi obyektin yerləşdiyi ərazi, tələb və təklif, nəqliyyat magistrallarına münasibliyi, ekqloji vəziyyəti, kmommersiya baxımından cazibədarlığı, aşınması və digər icarə qiymətinin formalaşmasına təsir edən əsas faktorlar olmasına baxmayaraq, rəyin tərtibində ümumiyyətlə nəzərə alınmamışdır. Belə olan halda ekspert rəyinin dəqiqliyi və mötəbərliyi sual altına alınır. Odur ki, yuxarıda qeyd edilən hallar ekspert rəyinin mötəbər sübut kimi qymətləndirilməməsi üçün kifayət qədər əsas verir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. «İnzibati icraat haqqında» AR Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 48.5-ci maddəısinə görə müddətlər təqvim günləri ilə hesablanır. Həmin Qanunun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.2-ci maddəsinə görə Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: (14.3.3) 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə. Həmin Məcəllənin 14.6-cı maddəsinə görə bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar ertəsi qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: (14.6.3.3) Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: (38.3.1) verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; (38.3.2) vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; (38.3.3) ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; (38.3.4) artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; (38.3.5) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; (38.3.6) cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; (38.3.7) bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə; (38.3.8) vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; (38.3.8-1) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; (38.3.9) Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Həmin Məcəllənin 38.4-cü maddəsinə görə səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (49.1.1) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (49.1.2) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; (49.1.3) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; (49.1.4) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; (49.1.5) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; (49.1.6) yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənm müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Həmin Məcəllənin 149.1.1-ci maddəsinə görə rezident müəssisələr bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). Birinci instansiya məhkəməsi iş üzrə tərəflərin, o cümlədən iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın – 19 mart 2020-ci il tarixli **********198502 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbulu üzrə inzibati icraatda aşağıdakı pozuntulara yol verildiyini müəyyən etmişdir: - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddətlərdə aparılmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 gündən artıq davam edə bilmədiyini və müstəsna hallarda yuxarı orqanın əsaslandırılmış qərarı ilə bu müddətin 90 günədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin işdə olan materiallardan görünür ki, 26 dekabr 2018-ci il tarixdə bağlanmış yoxlamanın son müddəti 26 yanvar 2019-cu il tarixinə təsadüf etdiyi halda, vergi orqanı yoxlamanın müvəqqəti dayandırılması barədə ilkin qərarı 7 fevral 2019-cu il tarixdə, yəni qanunla müəyyənləşdirilmiş müddət başa çatdıqdan 12 gün sonra qəbul etmişdir. Hətta bundan sonra yoxlama müddətinin artırılması barədə digər tarixlərdə növbəti qərarlar qəbul olunsa da, həmin qərarlar da 30 günlük (təqvim günü) müddətinin bitməsinə qədər verilməmişdir. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı kimi AR Ədliyyə Nazirliyi tərəfindən aparılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə səyyar vergi yoxlamasının dayandırılması və müddətinin artırılması barədə qərarlar daxil edilməlidir. Cavabdeh tərəf yoxlama müddətinin dayandırılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi (bu qərar özündə yoxlama müddətinin artırılmasını ehtiva edir) barədə qərarların yuxarıda qeyd olunan reyestrə daxil olunmasını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə hal, həmin reyestrdə “qeydiyyata alınmamış” yoxlama ilə eynilik təşkil etmiş sayılır. Eləcə də keçirilən səyyar vergi yoxlamasının hansı əsaslarla “növbədənkənar” keçirilməsi ilə bağlı tutarlı hər hansı dəlil də təqdim etməmişdir. Bununla da müəyyən edilir ki, vergi orqanının keçirdiyi səyyar vergi yoxlamasının nəticəsi üzrə qərar qəbul olunarkən «İnzibati icraat haqqında» AR Qanunun 48-ci maddəsinin, AR Vergi Məcəlləsinin 38.2-ci maddəsinin, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5 və 3.4-cü bəndlərinin tələbləri pozulmuşdur; - Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015 – 2016-cı ilər üzrə mənfəət vergisinin məbləğləri AR Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyinə əsasən səyyar vergi yoxlaması zamanı yoxlamanın dayandırılması, habelə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların qəbulu səlahiyyətləri vergi orqanına verilsə də, bu barədə əsaslandırılmış qərarların qəbulu məhz yuxarıda qeyd olunan 3 illik müddətin axımı şərtsiz olaraq davam edir, yəni dayandırılmır. Nəzərə alınmalıdır ki, vergi orqanının qeyd olunan (əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi və bir neçə dəfə yoxlamanın dayandırılması barədə) qərarlarının əsaslandırılması sübutetmə yükü daşıyan cavabdeh tərəfindən məhkəmə icraatına təqdim olunmamışdır. Bununla da, yoxlama üzrə yekun 19 mart 2020-ci il tarixli qərar qəbul olunarkən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin də tələbləri pozulmuşdur; - İnzibati icraatda vergi orqanı tərəfindən vergi ödəyicisi kimi hazırkı iddiaçıya mənfəət vergisi iddiaçının icarəyə verdiyi qeyri-yaşayış sahələrinin icarə haqqı icraata cəlb olunmuş ekspertin müəyyən etdiyi qiymətlərlər əsas götürülməklə Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə istinadən hesablanmışdır. Məhkəmə vurğulayır ki, inzibati orqanın həmin normanı tətbiq etməklə vergi məbləğləri hesablaması əsassıdır. Çünki, Məcəllənin 14.6.3.3-cü maddəsinin müddəaları 14-cü maddədə nəzərdə tutulmuş digər üsullardan istifadənin mümkünsüz olduğu halda tətbiq oluna bilərdir. Hətta Məcəllənin 14.2-ci maddəsində göstərilir ki, həmin maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Halbuki, yoxlama zamanı inzibati orqan tərəfindən həmin maddədə sadalanan nəinki bütün üsulların, hətta onların bir qisminin mümkünlüyü yoxlanılmamış və bu barədə əsaslandırma aparılmamışdır. Qeyd olunanlarə əsasən birnci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən 19 mart 2020- ci il tarixli **********198502 nömrəli qərar qanuna ziddir. Bununla belə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan 19 mart 2020-ci il tarixli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda müvafiq vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar qanuni əsaslarla yenidən inzibati icraatın aparılmasına maneə deyil. Həmçinin birinci instansiya məhkəməsinin qənaətinə görə mübahisələndirilən inzibati akt (19 mart 2020-ci il tarixli **********198502 nömrəli qərar) qanuna zidd sayılmaqla yanaşı, qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun (əsas vergi borcu və maliyyə sanksiyasının) ödəmək öhdəliyi yaranır. Halbuki, Vergi Məcəlləsinin 3.8ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-1(112)-4349/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xumar Mərdanova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1202/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1202/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver