Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1202/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı vurulmuş maddi ziyana görə cavabdehdən onun xeyrinə 87.600 (səksən yeddi min altı yüz) manat vəsaitin, mənəvi zərərə görə 5.000.000 (beş milyon) manat həcmində təzminatın ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, vurulmuş maddi ziyana görə cavabdehdən onun xeyrinə 90.000 (doxsan min) manat vəsaitin, mənəvi zərərə görə 5.000.000 (beş milyon) manat həcmində təzminatın ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı maddi və mənəvi ziyan barədə iddia tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinə mahiyyəti üzrə baxılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qara- Çuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 2 saylı evin 5 otaqdan ibarət 49 saylı mənzili ona məxsusdur. Mənzil 1992-ci ildə Ağdam rayonundan məcburi köçkünlər X12 və X10 tərəfindən zəbt edilmişdir. Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(010)-560/10 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən cavabdehlər Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin və Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə, Əhmədovların yaşayış sahəsi ilə təmin etməklə ona məxsus mənzildən çıxarılması vəzifəsi qoyulmuşdur. Lakin cavabdehlər 12 il vaxt keçsə də qətnaməni icra etmirlər. 12 il 8 ay ərzində qətnamənin icra edilməməsi nəticəsində iddiaçıya 90.000 manata qədər maddi və misilsiz mənəvi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinə mahiyyəti üzrə baxılmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 18-7607/11-9, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2011 saylı xx.xx.2011-ci tarixli qətnaməsinə əsasən cavabdehlər X12 və X10 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə, iddaçı İddiaçı Nəsurullah oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilindən çıxarılmalıdır. İş üzrə cavabdehlər X12 və X10 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə başqa yaşayış yeri ilə təmin olunması Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi xx.xx.2011-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş cavabdehlərin yaşadığı ünvana göndərilmişdir. İcra vərəqəsində borcluların başqa yaşayış yeri ilə təmin olunması vəzifəsi Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinə həvalə edildiyindən xx.xx.2011-ci il tarixdə icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin məktubuna əsasən hazırda boş mənzil fondu olmadığı üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilində müvəqqəti məskunlaşmış X4 ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin etmələrinin imkanları xaricində olduqlarını bildirmişdirlər. xx.xx.2018-ci il tarixdə təkrar olaraq Komitəyə müraciət edilmiş, komitənin sorğusuna cavab olaraq şöbəyə ünvanlandığı məkdubunda növbəti bir il ərzində qaçqın ailələrinin növbəli şəkildə yeni mənzillərə köçürüləcəkləri bildirilmişdir. Təkrarən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə xx.xx.2018-ci il tarixdə müraciət olunmuşdur. Komitə tərəfindən ünvanlanmış məktubda evlər tikildikdən sonra X5 və onun ailə üzvlərinin mənzillə təmin edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərə yeni mənzilin təklif edilib-edilməməsini müəyyən etmək məqsədilə cavabdeh X12 ilə telefon əlaqəsi saxlanılmış, Komitə tərəfindən hər hansı bir mənzilin onlara təklif edilmədiyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 18-7607/11-9 saylı məktubda qeyd olunur: Suraxanı Rayon Məhkəməsinin 2(010)-129/2011 saylı xx.xx.2011-ci tarixli qətnaməsinə əsasən cavabdehlər X12 və X10 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə, iddaçı İddiaçı Nəsurullah oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilindən çıxarılmalıdır. İş üzrə cavabdehlər X12 və X10 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə başqa yaşayış yeri ilə təmin olunması Azərbaycan Respublikası Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İcra sənədi xx.xx.2011-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında bildiriş cavabdehlərin yaşadığı ünvana göndərilmişdir. İcra vərəqəsində borcluların başqa yaşayış yeri ilə təmin olunması vəzifəsi Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinə həvalə edildiyindən xx.xx.2011-ci il tarixdə icra sənədi icra olunması üçün Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinə və Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi və Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin məktubuna əsasən hazırda boş mənzil fondu olmadığı üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilində müvəqqəti məskunlaşmış X4 ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin etmələrinin imkanları xaricində olduqlarını bildirmişdirlər. xx.xx.2018-ci il tarixdə təkrar olaraq Komitəyə müraciət edilmiş, komitənin sorğuya cavab olaraq şöbəyə ünvanlandığı məkdubunda növbəti bir il ərzində qaçqın ailələrinin növbəli şəkildə yeni mənzillərə köçürüləcəkləri bildirilmişdir. Təkrarən Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə xx.xx.2018-ci il tarixdə müraciət olunmuşdur. Komitə tərəfindən ünvanlanmış məktubda evlər tikildikdən sonra X7 və onun ailə üzvlərinin mənzillə təmin edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərə yeni mənzilin təklif edilib-edilməməsini müəyyən etmək məqsədilə cavabdeh X12 ilə telefon əlaqəsi saxlanılmış, Komitə tərəfindən hər hansı bir mənzilin onlara təklif edilmədiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-305/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(010)-560/2010 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X8, X6, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, başqa yaşayış sahəsinə köçürülməsinin təmin edilməsi vəzifəsinin həvalə edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X12 və X3 yetkinlik yaşma çatmayan uşaqları ilə birlikdə, İddiaçı məxsus Bakı şəhəri Suraxanı rayonu Qara-Çuxur qəsəbəsi Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilindən çıxarılmaları, cavabdehlər X5, X3 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi, İddiaçı Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsindəki 2 saylı evin 49 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(103)-3100/2010 saylı qətnaməsi ilə cavabdeh X13, X10 və Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-305/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə cavabdeh X12 və vəkili X1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2-1(103)-3100/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1491/2018 saylı xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-260/2010 saylı, 26 aprel 2010-cu il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi, dəymiş maddi və mənəzi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (2-1(82)-2135/2017 saylı iş) 30 noyabr 2017-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (2-1(103)-912/2018 saylı iş) 18 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2135/2017 saylı 30 noyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1491/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-912/2018 saylı, 18 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4980/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış faydanın əvəzi olaraq 50.400 manat vəsaitin, mənəvi zərərə görə 5.000.000 manat təzminatın cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4980/2022 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4888/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 42000 manat pulun müştərək qaydada və mənəvi zərərə görə isə 5000 manat pulun ödənilməsi öhdəliklərinin hər bir cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 4888/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-656/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-1(112)-4888/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1772/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-656/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qeyd olunan qərarında (Bənd 29) iddiaçıya icra sənədinin icrası tələbinə dair ərizə ilə müvafiq icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Konstitusiya Məhkəməsinin Plenumu icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1-ci bənd); İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2-ci bənd); İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6-cı bənd). Hazırda iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmaması nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə mnasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bu səbəbdən də iddiaçı icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə ərizə ilə müraciət etməlidir. İddiaçının qeyd olunan məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair digər bir iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1772/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında da icra sənədinin icrası tələbinə dair ərizə ilə müvafiq icra sənədini vermiş məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmuşdur. Beləliklə, qeyd olunanlara əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmamasına dair qərardad qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9537/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1202/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1202/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver