Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1204/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “cavabdehin onun təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırılması, 09 aprel 2019-cu ildə haker hücumuna məruz qalmasının qanunsuz hesab edilməsi, ərizəsinin araşdırmamasını, cavab verilməməsinin qanunsuz hesab edilməsi, şikayət ərizəsinə cavab verilməsi və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması vəzifəsinin cavabeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi X1, Digər cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “cavabdehin onun təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırılması, 09 aprel 2019-cu ildə haker hücumuna məruz qalmasının qanunsuz hesab edilməsi, ərizəsinin araşdırmamasını, cavab verilməməsinin qanunsuz hesab edilməsini, şikayət ərizəsinə cavab verilməsi və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması vəzifəsinin cavabeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3821/2019 saylı 24 dekabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “arqument.info” və “arqument.az” saytların baş redaktoru, təsisçisi jurnalistdir. 08 avqust 2018-ci ildə Səbail rayon Məhkəməsinin qərarı ilə sözügedən saytın ölkə ərazisində yayımlanması qadağan edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə sayta qoyulmuş qadağa götürülmüşdür. 08 aprel 2019-cu ildə axşam saatlarında saytlara giriş məhdudlaşdırılmış, məhdudlaşdırılma sayta Cəlilabad rayonunda fermerlərin etiraz etməsi barədə xəbərlər verildikdən sonra baş vermişdir. 09 aprel 2019-cu ildə isə saytlar haker hücumuna məruz qalmış və məlumat bazası tamamilə dağıdılmışdır. Saytların ölkə ərazisində girişinin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətləri daxilindədir. Lakin 08 aprel və 09 aprel 2019-cu ildə nə sayta, nə də jurnalistə hər hansı xəbərdarlıq məktubu təqdim edilməmişdir. O, 10 aprel 2019-cu ildə Baş Prokurora, Daxili İşlər Nazirliyinə, DTX və cavabdehə şikayət ərizəsi ünvanlamış və xahiş etmişdir ki, təsis etdiyi “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08-09 aprel 2019cu ildən məhdudlaşdırılmasının səbəbinin açıqlanması, məhdudlaşdırmanın qanunsuz hesab edilməsi və saytları qanunsuz bloklayan və bazasını dağıdan şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və onlar barədə cinayət işinin başlanması, “arqument.info” və “arqument.az” saytlarına qoyulmuş blokun götürülməsi barədə göstəriş verilsin. Lakin onun ərizələrinə cavabdeh tərəfindən bu günə kimi iddiaçının müraciətinə heç bir cavab verməmişdir. İddiaçı saytın ölkədə yayımlanmasına qoyulmuş qadağanın götürülməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 22 may 2019-cu tarixli imtina məktubunda qeyd olunmuşdur ki, “arqument.info” və “arqument.az” demon adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir tədbir görülməmişdir. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “cavabdehin onun təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırılması, 09 aprel 2019-cu ildə haker hücumuna məruz qalmasının qanunsuz hesab edilməsi, ərizəsinin araşdırmamasını, cavab verilməməsinin qanunsuz hesab edilməsini, şikayət ərizəsinə cavab verilməsi və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması vəzifəsinin cavabeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması”nı xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “arqument.info” və “arqument.az” domeni online internet qəzetidir. Ölkədə kifayət qədər reytinqli, baş verən ictimai fikirə təsir imkanı olan internet qəzetidir. Sayt ölkədə baş verən hadisələri, vətəndaşların şikayətlərini, siyasi, ictimai və s. fikirləri, son xəbərləri verir. Sayt mütəmadi olaraq məmurların özbaşınalığı, korrupsiya halları barədə də geniş yazılar verir. Cavabdehin etirazları: Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iddiaya dair yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3821/2019 saylı 24 dekabr 2019-cu il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarına əsasən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması məhkəmə qərarı ilə həyata keçirilir. Həmçinin təxirəsalınmaz hallarda müvafiq icra hakimiyyəti orqanı öz qərarı əsasında internet informasiya ehtiyatına müraciəti müvəqqəti olaraq məhdudlaşdırır. Hər iki halda müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatının Siyahısına” daxil edir. Lakin ona məxsus informasiya ehtiyatının təxirəsalınmaz hal olaraq cavabdehin qərarı əsasında müvəqqəti məhdudlaşdırılması və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunması halı mövcud deyildir. Birinci inastansiya nəhkəməsi nəzərə almalı idi ki, ölkədə saytlara girişin məhdudlaşdırılması ilə bağlı səlahiyyət yalnız AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və ona tabe olan qurumlardadır. Məhkəmə cavabdehlərin onun saytını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatının Siyahısına” salmadıqları ilə bağlı arqumentləri ilə kifayətləndi. Məhkəmə belə bir məhdudlaşdırmanın digər hansı səbəbdən, hansı orqan tərəfindən tətbiq oluna biləcəyini araşdırmamışdı. Halbuki bu tip başqa bir orqan AR ərazisində fəaliyyət göstərmir. O, iddiasını AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı vermişdi. Lakin Nazirlik məhkəmə iclasında bildirmişdi ki, o, müraciəti müvafiq qaydada araşdırmanı aparmağa səlahiyyətli olan Elektron Təhlükəsizlik Xidmətinə göndərmişdi. Elektron Təhlükəsizlik Xidməti isə iclasda bildirmişdi ki, onlar yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatlarında yerləşdirilməsi halları ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri gömrək və elektron təhlükələrin qarşısının alınması istiqamətində tədbirlər hazırlamağa səlahiyyətlidirlər. Lakin hazırda onun tərəfindən edilmiş müraciətlər əsasında saytlara baxış keçirilmiş və araşdırma nəticəsində hər hansı məhdudiyyətin olması aşkar edilməmişdir. Haker hücumunun araşdırılması isə onun səlahiyyətində deyil. İşə baxmış məhkəmə nəzərə almadı idiki, bu qurum AR Nəqliyyat Nazirliyinin yanında fəaliyyət göstərir və bu nazirlikdən başqa ölkədə saytlara girişi məhdudlaşdıra bilən bir qurum yoxdur. Ölkə ərazisində internetə və internet resurslarının yayımlanmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cavabdehdir, onun təsis etdiyi və baş redaktoru olduğu internet qəzetinin ölkə ərazisində yayımlanmasına qadağa qoyulması birbaşa Nazirliyin göstərişi ilə mümkündür. O, Azərbaycan Respublikası ərazisindən sözügedən saytlara kiberhücum olması barədə dövlət orqanlarına bildirmiş, bu hücumu təşkil edənlərin araşdırılmasını və məsuliyyətə cəlb edilməsini xahiş etmşdir. Lakin cavabdeh bu istiqamətdə də heç bir iş görməmiş və ona bu günə kimi cavab verməmişdi. Onun şikayət ərizəsi Elektron Təhlükəsizlik Xidməti tərəfindən cavablandırılmışdır. Halbuki, Elektron Təhlükəsizlik Xidmətinin Əsasnaməsində onun hər hansı bir tədbir görmək kimi səlahiyyəti yoxdur. Elektron Təhlükəsizlik Xidməti monitorinq keçirərək böhtan xarakterli məqalələr olduğundan sayta blok qoyulması nəticəsinə gəlmişdir. Bundan əlavə Elektron Təhlükəsizlik Xidmətinin 2013-cü il hesabatında 2013-cü ildə baş vermiş Kiberhücumlar və geniş yayılmış ziyanverici proqramlar haqqında araşdırma aparıldığı yazılmış, lakin Elektron Təhlükəsizlik Xidmətinin saytında 2013-cü ildən sonrakı hansısa araşdırmanın aparılması və ya hesabatları öz əksini tapmamışdır. Baxmayaraq ki, Elektron Təhlükəsizlik Xidməti özü birbaşa internet resursları ilə bağlıdır, saytında yenilənmələr edilmir. Deməli, kiberhücumları araşdırmaq Elektron Təhlükəsizlik Xidmətinin vəzifəsi olsa da, həmin qurum vəzifəsini yerinə yetirməmişdi. İşin hallarından göründüyü kimi, cavabdeh ərizə ilə məhkəməyə müraciət etmədən sözügedən sayta girişi bloklamış, sayt bloklanan gün o, mediaya məlumat vermişdi. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-862/2020 saylı 19 sentyabr 2020-ci il tarixli qərarı ilə şikayətin təmin edilməməsi və 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3821/2019 saylı 24 dekabr 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2355/2020 saylı 29 dekabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-862/2020 saylı 2020-ci il 16 sentyabr tarixli qərarının qismən – iddia tələbinin “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsində” ləğv edilməsi və işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında haker hücumu ilə bağlı hər hansı məlumatın, hər hansı məhdudlaşdırmanın da olmamasını, orqana müraciət edilən tarixdə saytın işlək vəziyyətdə olmasını, məhudlaşdırma ilə haker hücumlarının eyni vaxtda mümkünsüz olduğunu bildirmişdir. İddiaçı tərəfindən sayta haker hücumunun edilməsi barədə hər hansı sübut təqdim edilmədiyindən onun bu barədə müraciəti cavablandırılmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə qarşı “cavabdehin onun təsisçisi və baş redaktoru olduğu “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 aprel 2019-cu ildə məhdudlaşdırılması, 09 aprel 2019-cu ildə haker hücumuna məruz qalmasının qanunsuz hesab edilməsi, ərizəsinin araşdırmamasını, cavab verilməməsinin qanunsuz hesab edilməsini, şikayət ərizəsinə cavab verilməsi və internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması vəzifəsinin cavabeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərinə qoyulması”ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab verildiyinə istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsi həmin mövqe ilə razılaşmayaraq qərarı “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” hissəsində ləğv etmiş və həmin hissədə iddia tələbinə yenidən baxılması üçün işi apellyasiya instansiyası məhkəməsinə qatarmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə iddia tələbinin rədd edildiyi hissədə yoxlayır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onun müraciətinə münasibətdə cavabdeh orqanın hərəkətsizliyindən şikayətlənir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilmiş 10 aprel 2019-cu il tarixli saytın ölkədə yayımlanmasına qoyulmuş qadağanın götürülməsinə dair şikayət ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına ölkə ərazisində müraciətin 08 və 09 aprel 2019-cu ildən məhdudlaşdırılmasının səbəbinin açıqlanması, məhdudlaşdırmanın qanunsuz hesab edilməsi, saytları qanunsuz bloklayan, bazaya müdaxilə edən qurum və şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və onlar barəsində cinayət işinin başlanması, “arqument.info” və “arqument.az” saytlarına qoyulmuş blokun götürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 22 may 2019-cu tarixli məktubda “arqument.info” və “arqument.az” domen adları altında fəaliyyət göstərən internet informasiya ehtiyatlarına şikayətdə göstərilən tarixlərdə girişin məhdudlaşdırılması istiqamətində Elektron Təhlükəsizlik Xidməti tərəfindən heç bir tədbirin görülmədiyi bildirilmişdir. İş materiallarında iddiaçıya cavabdehlər tərəfindən hər hansı digər məzmunda cavab verildiyinə dair məlumat yoxdur. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının şikayət ərizəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə mütləq cavab verməlidir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı cavabdehlərin nümayəndələrinin “adı çəkilən sayta haker hücumunun edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyi üçün onun müraciətinə cavab verilməmişdir” barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən haker hücumuna məruz qalma barədə sübutun təqdim edilməməsi cavabdehləri onun müraciətinə cavab verməklə bağlı qanunla müəyyən edilmiş öhdəliyini icra etmək vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3821/2019 saylı 24 dekabr 2019-cu il tarixli qərarı qismən, “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilərək, internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3821/2019 saylı 24 dekabr 2019-cu il tarixli qərarı qismən, “internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və iddiaçıya bununla bağlı məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin rədd edildiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. İddiaçı “arqument.info” və “arqument.az” internet informasiya ehtiyatına edilmiş haker hücumunun araşdırılması və bununla bağlı ona məlumat verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1204/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1204/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver