Məhkəmə qərarları › İş №2-1(103)-1204/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1204/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1204/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/2-A-25116/2024 nömrəli məktubdan görünür ki, onun Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 31,05.2023-cü il tarixli 05-23 nömrəli arayışında xx.xx.1996-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə uyğun olması barədə hər hansı məlumat göstərilməyib. Eyni zamanda, "AZFEN” BM-nin ona dair xx.xx.2023-cü il tarixli AZF-2023/22-K nömrəli arayışında xx.xx.2002- 01,07.2004-cü il tarixləri arasındakı dövr ərzində quraşdırıcı, xx.xx.2004-15.01,2008-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində boruçu, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində boru işləri üzə usta vəzifələrində, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01-v7/356 nömrəli arayışında isə xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda quraşdırıcı vəzifələrində çalışdığı müddətlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə, boruçu vəzifəsində çalışdığı müddətdə sənaye dəmir-beton borularının çəkilməsi ilə, boru işləri üzə usta vəzifəsində çalışdığı müddətdə isə tikinti və quraşdırma işləri üzrə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, "xxxx" MMCnin xx.xx.2002-ci il tarixli 17-lRD/M-x-nömrəli ona dair arayışında xx.xx.2012- xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində X3 1 №li Quraşdırma sahəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda, "xxxx" MMC-nin fəaliyyət sahəsi göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır.

2. "xxxx" MMC-nin 17-İRD/M-x nömrəli, xx.xx.2022-ci il tarixli güzəştli arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-nin X3 1 N-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinin 10-cu dərəcəli iş içraçısı vəzifəsində çalışmışdır. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12№-li qərarının 29-cu fəslinə əsasən bilavasitə zərərli iş hesab edilir. Güzəştli pensiya üçün staj: 2 (iki) il, 6 (altı) gün təşkil edir (məhkəmənin müvafiq sorğusuna əsasən eyni məzmunlə arayış məhkəməyə təqdim edilmişdir).

3. "xxxx" MMC tərəfindən verilmiş 05-23 nömrəli, xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixində Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Turbin Təmiri və Quraşdırılması sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1996-cı il. Əmr № 05/K). xx.xx.1996-cı il tarixdən həmin sexdə daimi işə keçirilmişdir (xx.xx.1996-cı il. Əmr № 126/K). xx.xx.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olmuşdur ("xxxx" SCEİB xx.xx.2001-ci il Əmr № 80). xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasına Turbin təmir sahəsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2001-ci il. Əmr № 269/K). xx.xx.2001-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Turbin və köməkçi avadanlıqların təmiri sexinə alçaq təzyiqli armaturların təmiri briqadasına buxar-qaz turbin avadanlıqlarını təmir edən 6-cı dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (xx.xx.2001-cı il. Əmr № 326/K). xx.xx.2002-ci ildə Azərbaycan Respublikası ƏMN-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir ( xx.xx.2002-ci il. Əmr № 339/K). Zərərli iş şəraitində işlədiyi üçün 2001 - 2002-ci illərdə 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. Məlumat üçün, “Azərenerji ASC”- nin xx.xx.2001-ci il tarixli əmrinə əsasən Xüsusiləşdirilmiş Təmir quraşdırma müəssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC- Azərbaycan İstilik Elektrik X1 Cəmiyyət adlandırılmışdır. Arayış "xxxx" MMC-nin Arxivində saxlanılan XTQM-in kadr və Az.DRES- nin kadr və mühasibatlıq sənədlərinə əsasən yazılmışdır. (məhkəmənin müvafiq sorğusuna əsasən eyni məzmunlə arayış məhkəməyə təqdim edilmişdir).

4. "xxxx" MMC tərəfindən verilmiş 07 nömrəli, xx.xx.2024-cü il tarixli “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışdan görünür ki, İddiaçı (FİN xxxxxxx) "xxxx" MMC-nin X3 1 N- li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2015-ci il tarixinədək (əmr 02-kş/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu hissəsinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri fəslinin "b" (rəhbərlər və mütəxəssislər) bəndinin 2-ci sətrində müəyyən edilmiş "iş icraçıları" vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylıq Qərarına əsasən "Güzəştli şərtlərə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 N-li Siyahısının XXVİİ fəslinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" fəslinin "b" (rəhbərlər və mütəxəssislər) bəndinin 2290000b24441 kodlarına əsasən "iş icraçılan" vəzifələri ilə eynidir və xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 0 (sıfır) ay, 6 (altı) gün təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o uzun illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. 01 yanvar 2006-cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 № li siyahı ilə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay işlədiyi və 25 il ümumi iş stajı olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyri-qanuni və əsassız olaraq müxtəlif bəhanələr göstərməklə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, o, 12 il 6 aydan da artıq müddətə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. Ona görə də hesab edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə ona pensiya təyin etməkdən imtinası tamamilə qeyri-qanuni, əsassız və cavabdehin bu imtinası onun hüquqlarını kobud şəkildə pozmuşdur.

7. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) fəhlələr yarımbəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, sənaye dəmirbeton borularının boruçəkənləri, mütəxəssislər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2023- cü il tarixli 05-23 nömrəli arayışında xx.xx.1996- xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə uyğun olması barədə hər hansı məlumat göstərilməmişdir. Eyni zamanda, “AZFEN” BM-nin iddiaçıya dair xx.xx.2023- cü il tarixli AZF- 2023/22-K nömrəli arayışında xx.xx.2002-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində quraşdırıcı, xx.xx.2004-15.01,2008-ci il tarixləri arasındakı dövr ərzində usta, xx.xx.2008xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində boruçu, xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində boru işləri üzrə usta vəzifələrində, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01-v7/356 nömrəli arayışında isə xx.xx.2009-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışlarda quraşdırıcı vəzifələrində çalışdığı müddətlərdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması ilə, boruçu vəzifəsində çalışdığı müddətdə sənaye dəmirbeton borularının çəkilməsi ilə, boru işləri üzə usta vəzifəsində çalışdığı müddətdə isə tikinti və quraşdırma işləri üzrə məşğul olubolmadığı barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, "xxxx" MMC-nin xx.xx.2002-ci il tarixli 17-İRD/M-x-nömrəli iddiaçıya dair arayışında xx.xx.2012xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində X3 1 №li Quraşdırma sahəsində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda, "xxxx" MMCnin fəaliyyət sahəsi göstərilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.

14. Cavabdeh təşkilat məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası apellyasiya şikayətinə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümükn hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

17. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 22.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 23.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 24.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilmədiyindən güzəştli iş stajı olmadığı üçün ona 60 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

25. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, onun ümumi iş staajının 25 ildən artıq olduğu sübut olunur.

26. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

27. Bununla bağlı işin apellyasiya baxışı zamanı müxtəlif müəssisələrə sorğular verilmişdir.

28. Belə ki, "xxxx" ASC tərəfindən verilmiş 06 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən iddiaçı həqiqətən xx.xx.2009-cu ildə "xxxx" ASC- nin "xxxx" MMC-nin Tikinti Layihəsinin Quraşdırma sahəsinə quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.2009cu ildə (əmr №-72/21-kş, xx.xx.2009-cu il) həmin sahədə usta vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə (əmr №-145/21-kş, xx.xx.2011-ci il) həmin sahədə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci ildə (Əmr №-741-kş, xx.xx.2012-ci il) X3 1 №-li Quraşdırma sahəsinin Hazırlama bölməsinə iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2012- ci ildə (Əmr№- 48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə və vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” fəhlələr bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndinə əsasən quraşdırıcıların işi və “b” mütəxəssislər bəndində usta və iş icraçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il, 06 ay, 28 gün təşkil edir. Məlumat üçün, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərancamına əsasən "xxxx" MMC "xxxx" ASC adlandırılmışdır.

29. AZFEN BM tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.2002-xx.xx.2004-cü illərdə X4 AZF-067 layihəsində quraşdırıcı peşəsində 1 il 11 ay 14 gün (bir il, on bir ay, on dörd gün) çalışmışdır (Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsi "Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında a) fəhlələr bölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndi), xx.xx.2004-xx.xx.2008-ci illərdə X4 AZF-067 layihəsində usta vəzifəsində 3 il 6 ay 15 gün (üç il, altı ay, on beş gün) çalışmışdır (sözügedən qərarın 29cu maddəsi "Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi), xx.xx.2008-xx.xx.2008-ci illərdə X4 AZF-073 layihəsində boruçu peşəsində 8 ay 11 gün (səkkiz ay, on bir gün) çalışmışdır (sözügedən qərarın 29-cu maddə "Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında “Sənaye dəmir-beton borularının boruçəkənləri”), xx.xx.2008-xx.xx.2009-cü illərdə X4 AZF-058 layihəsində boru işləri üzrə usta 5 ay 4 gün (beş ay, dörd gün) çalışmışdır (sözügedən qərarın 29-cu maddə " Bina,qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin tikinti və quraşdırma işləri üzrə ustalar bəndi). xx.xx.2023-cü il tarixinə cəmi 6 il 7 ay 24 gün (altı il, yeddi ay, iyirmi dörd gün). Vidadi Sabir oğlunun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxanda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.

30. "xxxx" MMC tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik stansiyasına Turbin təmir sahəsinə 6-cı dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2001-ci il. Əmr № 269/K). xx.xx.2001-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Turbin və köməkçi avadanlıqların təmiri sexinə alçaq təzyiqli armaturların təmiri briqadasına buxarqaz turbin avadanlıqlarını təmir edən 6-cı dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (xx.xx.2001-cı il. Əmr № 326/K). xx.xx.2002-ci ildə Azərbaycan Respublikası ƏMN-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir ( xx.xx.2002ci il. Əmr № 339/K). Zərərli iş şəraitində işlədiyi üçün 2001 - 2002-ci illərdə 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək tutduğu buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin “a” bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqgötürmə avandanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur.

31. Göründüyü kimi, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda iddiaçının işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, iddiaçının işlədiyi peşələrin əmək funksiyaların Siyahının 29-cu bəndində qeyd olunan bölməsinədki peşəyə uyğun olması ətraflı şəkildə izah edilməklə müvafiq icra hakimiyyəti orqanının qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında” vəzifə kodu dəqiq şəkildə göstərilmişdir.

32. Eyni zamanda məhkəmə kollegiyası cavabdeh orqan tərəfindən "xxxx" MMC-nin fəaliyyət sahəsinin göstərilməməsi dəlilinə münasibətdə bildirir ki, İddiaçı (FİN xxxxxxx) "xxxx" MMC-nin X3 1 N- li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2015-ci il tarixinədək (əmr 02-kş/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu hissəsinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri fəslinin "b" (rəhbərlər və mütəxəssislər) bəndinin 2-ci sətrində müəyyən edilmiş "iş icraçıları" vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylıq Qərarına əsasən "Güzəştli şərtlərə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 N-li Siyahısının XXVİİ fəslinin "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" fəslinin "b" (rəhbərlər və mütəxəssislər) bəndinin 2290000b-24441 kodlarına əsasən "iş icraçılan" vəzifələri ilə eynidir və xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 2 (iki) il, 0 (sıfır) ay, 6 (altı) gün təşkil edir.

33. Göründüyü kimi, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının ümumi stajı mübahisə predmeti olmadığından bu hissədə araşdırılma aparılmasına lüzum olmadı.

34. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 36.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 37.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 38.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6758/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar