Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1205/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlunun və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi filialı) qarşı “pensiya məbləğində yaranmış fərqlərin ödənilməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1750/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə yenidən apellyasiya qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küç., 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi X1rşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, iddiaçının əmək pensiyanın xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı qarnizonu Hərbi Tribunalında hakim vəzifəsində 22 il 07 ay 11 gün işləmişdir. Ona hərbi tribunalın hakimi kimi xx xxxxxxx 2000-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanununa əsasən hakimlərə məzuniyyətə çıxdıqları vaxt 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. xx xxxxxxx 2010-cu il tarixli Azərbaycan Respublikasının qanunu ilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində “iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir” sözləri, “iki aylıq əmək haqqı məbləğində müavinət verilir” sözləri ilə əvəz edilmişdir. Həmin Qanununun 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlərə müalicə olunmaları üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı verilir. İddiaçıya pensiya təyin olunduğu vaxtdan halhazıra kimi bu əlavə məbləğlərdən pensiya hesablanmamışdır. İddiaçı təyin olunmuş pensiyanın qanunamüvafiq qaydada yenidən hesablanması və pensiyanın almadığı fərqinin ödənilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli məktubla müraciətə imtina cavabı vermişdir. İddiaçı iddia tələbinin qanuni olduğundan təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1750/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1750/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının tələb etdiyi məbləğlər onun təminat xərcliyinə daxil edilməmişdir. İddiaçı, ona pensiya təyin edilərkən diqqətə alınmalı olduğunu iddia etdiyi müavinət (m. 107) və pul təminatını (m. 109) aldığını sübut edə bilməmişdir. İddiaçı, işlədiyi dövrdə yalnız aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı ala bilərdi. Başqa sözlə, iddiaçının işlədiyi dövrdə ona 2 aylıq əmək haqqı məbləğində müavinət ödənilməsi MHQ-də nəzərdə tutulmamışdı və iddiaçı da bu məbləği almamışdır. Alınmamış məbləğin iddiaçının pensiyasının hesablanması zamanı diqqətə alınmalı olmasına dair bir dəlil qəbul edilə bilməz. Bu pul təminatının əmək haqqının sonrakı artımı ilə heç bir bağlılığı yoxdur. İddiaçı ona bu məbləğin ödənildiyini təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddianın əsaslı olması ehtimalında belə, tələbin müraciət tarixindən geriyə 3 il üçün təminindən söhbət gedə bilər. Cavabdehin apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2270/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər M.Tağızadə, Ü.Mayılov, K.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1750/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-267/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, Z.Quliyev, A.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2- 1(103)-2270/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası tərəfindən əvvəlki apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili olmuş X2 da (“AAA” Vəkil Bürosu) məhkəmə bildirişi göndərilmişdir. ( 9 saylı notariat ofisində 7E6772 nömrə ilə qeydə alınmış etibarnamə, müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir.) İddiaçı tərəfindən yazılı çıxış və apellyasiya şikayətinə etiraz təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi.Əlavə olaraq, o, hazırda Cəlilabad hərbi məhkəməsinin hakimi olduğunu, 2000-ci ildə hərbçi kimi pensiyaya çıxdığını, əlilliyinin olmadığını, 1992-ci ildən etibarən hakim kimi işlədiyini, 2000-ci ildə Məhkəmələr və Hakimlər haqqında Qanununa dəyişikliklər olduğundan, hərbi tribunalların ləğv edildiyini və stajı tamam olmuş şəxslərin hərbi qulluqçu kimi pensiyaya çıxdığını, özünün də 35 yaşında pensiyaya çıxdığını bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası onun (nümayəndənin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq, o, iddiaçının pensiyaya çıxan zaman pensiya almaq hüququnun olmadığını, iddiaçının qanunla nəzərdə tutulmuş yaş həddinə çatmadığını, sadəcə olaraq, xüsusi rütbəsi olduğundan pensiyaya çıxdığını, hərbi qulluqçu kimi pensiyaya çıxmış şəxsin hakim kimi pensiyaya çıxa bilməyəcəyini, hazırkı halda hərbi qulluqçu kimi pensiya aldığını qeyd etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1750/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, MN seriyalı ZE-52171 nömrəli “Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi”nin surətinə əsasən, iddiaçıya xx.xx.2000-ci il tarixdən polkovnik-leytenant rütbəsi ilə Bakı qarnizonu hərbi tribunal hakimi vəzifəsinə uyğun olaraq 22 il 07 ay 11 gün xidmət illərinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. xx.xx.2007-ci il tarixli “Pensiya ödənişinə icazə”yə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanuna müvafiq olaraq Müdafiə Nazirliyinin pensiyaçısı İddiaçı xx.xx.2007-ci il tarixdən 630 manat 48 qəpik məbləğində pensiya, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 613 N-li xx.xx.2001-ci il tarixli fərmanına əsasən 11 manat müavinət təyin edilmişdir. ZE-52171-009572 nömrəli “Pensiyaçının uçot vərəqi”nə əsasən iddiaçıya xx.xx.2013-cü il tarixdən (vəzifə maaşı - 1325 manat, rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə 20% - 291 manat 80 qəpik, ərzaq təminatı - 64 manat və digər əlavələr 15% - 18 manat 75 qəpik olmaqla, təminat xərcliyinin cəmi 2013 manat 55 qəpik məbləğindən 56% - 1127 manat 58 qəpik), xx.xx.2018-ci il tarixdən (vəzifə maaşı - 1460 manat, rütbə maaşı 134 manat, xidmət illərinə görə əlavə 20% - 318 manat 80 qəpik, ərzaq təminatı - 64 manat və m/də görə əlavə 15% - 219 manat olmaqla, təminat xərcliyinin cəmi 2195 manat 80 qəpik məbləğindən % - 1127 manat 59 qəpik və kommunal müavinat 98 manat 42 qəpik olmaqla, cəmi 1226 manat 01 qəpik) pensiya yenidən hesablanmışdır. İddiaçı hakimlər məzuniyyətə çıxdıqda onlara verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün iki aylıq əmək haqqı məbləğində ödənilən pulun nəzərə alınmaqla, pensiyanın yenidən hesablanıb, hal-hazıra kimi yaranmış fərqin ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin **********0 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaların”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Hərbi qulluqçular və X5 iş idarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilməlidir. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixində polkovnik-leytenant rütbəsi ilə Bakı qarnizonu hərbi tribunal hakimi vəzifəsinə uyğun olaraq 22 il 07 ay 11 gün xidmət müddətinə görə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə görə hərbi qulluqçuların əmək pensiyası onların təminat xərcliyi əsas götürülməklə təyin edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq, təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya işlədiyi müddətdə ödənilmiş müavinətin vəzifə maaşına əlavə kimi təminat xərcliyinin tərkibinə daxil edilmədiyindən əmək pensiyanın ümumi məbləğində nəzərə alınmasını cavabdeh mümkün hesab etmir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi X1rşı hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, iddiaçının əmək pensiyanın xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə yuxarıda qeyd edilən kimi həll edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, iddiaçının tələb etdiyi əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması üçün onun hakim kimi müvafiq stajı və yaşı olmalıdır. Pensiyaya çıxmaq üçün müvafiq yaşı çatmasa əlil olmalıdır. Lakin, apellyasiya instansiya məhkəməsi bu istiqamətdə hər hansı bir araşdırma aparmamışdır. Hazırkı mübahisəyə baxılarkən ilk növbədə pensiyasının yenidən hesablanmasını tələb etdiyi xx.xx.2006-cı il tarixində iddiaçının neçə yaşının olduğu müəyyən edilməli, qanunvericiliklə hakimlər üçün müəyyən edilmiş pensiya yaşının çatıb-çatmadığı, hakim kimi neçənci ilədək işlədiyi araşdırılmalı idi. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinin birinci hissəsinə görə hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Odur ki, hazırkı halda iddiaçının tələbinin əsaslı olması üçün iddiaçının əmək pensiyasının yenidən hesblanmasını tələb etdiyi xx.xx.2006-cı il tarixində hakim kimi pensiyaya çıxmaq hüququ olmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci qrup əlil olmuş sabiq hakimlərə hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsi əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi qaydalarını tənzimləyir və həmin maddənin 3-cü bəndinin 4-cü yarımbəndinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Göstərilən maddi hüquq normasının tələbləri baxımından müəyyən olunur ki, hakim kimi pensiya alan şəxslər çalışdıqda, onlara həmin əlavələr ödənilmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsində müəyyən edilmişdir ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanlarına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq, təminat xərcliyi dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artırmalar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxx 2020-ci il tarixli Qərarda “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məhkəmə kollegiyası qeyd edir ki, təminat xərcliyi (pul təmintı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Kollegiya hesab edir ki, iddiaçıya işlədiyi müddətdə ödənilmiş müavinət vəzifə maaşına əlavə kimi təminat xərcliyinin tərkibinə daxil edilmədiyindən, cavabdeh orqan haqlı olaraq müavinət və müalicə pulunun əmək pensiyanın ümumi məbləğində nəzərə alınmasını, pensiya məbləğində yaranmış fərqlərin ödənilməsini mümkün hesab etməmişdir. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin hallarına uyğun deyil, bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1750/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 68, 69, 87, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1750/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X4 üzrə Mərkəzi filialına qarşı “hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, iddiaçının əmək pensiyanın xx.xx.2006-cı il tarixdən yenidən hesablanması və yaranacaq məbləğ fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1205/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1205/2020
22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver