Məhkəmə qərarları › İş №2-1(103)-1206/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1206/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1206/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair reyestrdən çıxarışın və plan-ölçşünün verilməsi tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı xx xxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər XDS İK Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxxxx 1987-ci il tarixli 326 saylı qərarına əsasən xx xxxxxxxx 1987-ci il tarixdə 20396 saylı qərarı ilə Bakı şəhəri Nizami Rayon XDS İK-nın kollektivinə bağçılıq-yoldaşlıq təsərrüfatı yaradılması məqsədilə keçmiş Əzizbəyov (indiki Pirallahı) rayonu, Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmışdır. Nizami XDS İK-nın nəzdində yaradılmış bağçılıq-yoldaşlıq kollektivinin xx xxxx 1990-cı il tarixli ümumi iclasında 29 nəfərin iştirakı ilə torpaq sahəsinin bölgüsü üzrə püşkatma aparılmışdır. Püşkatmanın nəticələrinə əsasən 1-ci Cənub küçəsi, sahəsi 0,06 ha olan 10 nömrəli bağ sahəsi ona (iddiaçıya) ayrılmışdır. Əvvəlki illərdə müəyyən səbəblərdən bağ sahələrinin sənədləşdirilməsi mümkün olmamışdır. Bütün bunları nəzərə alaraq, xx xxxxxx 2015-ci il tarixdə iddiaçı bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı hazırkı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin o, imtina cavabı almışdır. İmtina onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən x xxxxxx 2000ci il tarixdə keçirilmiş bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin iclasında qəbul edilmiş yeni siyahı mövcuddur və həmin siyahıda onun (iddiaçının) adı aşkar olunmamışdır. x xxxxxx 2000-ci il tarixdə keçirilmiş iclasın 2 saylı protokoluna əsasən ona məxsus olan 600 kv.m torpaq sahəsi onun (iddiaçının) məlumatı olmadan, RİH-in işçisi X7 (1.200 kv.m ölçüdə) ayrılmışdır. Məlum olur ki, RİH-in protokolu ilə işçilərin hər birinə 1.200 kv.m olmaqla torpaq sahələri özbaşına şəkildə yenidən bölüşdürülmüşdür. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi mərhum Anar İbrahimovun arvadı Aybəniz Məmmədovanın müraciətinə rədd cavabı vermişdir. Cavab belə əsaslandırılmışdır ki, 10 nömrəli sahə torpağın plan-sxemi üzrə 600 kv.m ölçüdə qeyd olunmuşdur. Bu sahənin 1.200 kv.m ölçüdə sahə kimi sənədləşdirilməsi qeyri-mümkün sayılmış, yerində baxış zamanı göstərilən sahə üzrə tam uyğunsuzluq təşkil etmişdir. Onun (iddiaçının) DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etdiyi sənədlərdən məlum olur ki, həmin İdarənin ona ünvanlanmış imtina cavabı hüquqi sənədlərə yox, qondarma faktlara əsaslanmışdır. Göründüyü kimi, bağ sahəsi ona 2000-ci ildən əvvəl 1990-cı ildə ayrılmışdır. Nizami RİH tərəfindən x xxxxxx 2000-ci il tarixdə keçirilmiş bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin iclasında qəbul edilmiş yeni siyahı onun hüquqlarını pozmuş və bu iclasın hüquqi nəticəsi olaraq tərtib edilmiş protokolun ona (iddiaçıya) aid olan hissəsinin etibarsızlığı barədə 2 saylı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırılmış və məhkəmənin xx xxx 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, x xxxxxx 2000-ci il tarixli protokolu ona (iddiaçıya) xx xxxx 1990-cı il tarixli protokolla ayrılmış torpaq sahəsinə münasibətdə etibarsız sayılmışdır. Məhkəmə qərarı qüvvəyə mindikdən sonra o, xx xxxxxxx 2018-ci il tarixdə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh imtina cavabı vermiş və imtinada bildirilmişdir ki, onun adı x xxxxxx 2000-ci il tarixli protokolda aşkar olunmamışdır, İdarəyə həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün digər fiziki şəxslər müraciət etmişlər, məhkəmə qərarı ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar İdarəyə daxil olmamışdır. Göstərilənlərə əsaslanaraq, onun (iddiaçının) Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın, texniki pasportun, cizgi-planın verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi iddiaya qarşı yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İdarənin arxiv qovluğunda iki siyahı mövcuddur. Belə kiİ, onun adı xx xxxx 1990-cı il tarixli 3 saylı protokoldan çıxarışda qeyd edilsə də, bağçılıq yoldaşlığının x xxxxxx 2000-ci il tarixli 2 saylı protokolundan çıxarışda aşkar olunmamışdır. Bundan başqa, sözügedən sahəyə dair İdarəyə digər fiziki şəxsin müraciəti daxil olmuşdur. Çöl-ölçmə işlərinin aparılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən ərazi qonşu sahə ilə bir hasar daxilindədir, ara sərhədləri şərtidir. Ərizəyə əlavə edilmiş məhkəmə qətnaməsi İdarəyə rəsmi daxil olmamışdır və məhkəmə qətnaməsi ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bu səbəbdən iddiaçının ərizəsinin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə ona xx xxxxxx 2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 10.2-ci, 11-ci, 12.1-ci, 23-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1-ci, 65-ci, 66.1-ci, 67-ci, 109-cu, 111.1ci maddələrinə, “Yerli icra hakimiyyəti idarələrinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2007-ci il tarixli sərəncamına, eləcə də İPM-in 48.2-ci maddələrinə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş olunur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10 saylı bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarış və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, idarənin arxiv qovluğunda iki siyahı mövcuddur. İddiaçının adı xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda aşkar qeyd edilsə də, bağçılıq yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokolundan çıxarışda adı aşkar olunmamışdır. Bundan başqa idarəyə digər fiziki şəxsin (mərhum X6 vərəsəsi X2) müraciəti daxil olmuş və çöl-ölçmə işlərinin aparılması nəticəsində müəyyən olmuşdur ki, sözügedən ərazi qonşu sahə ilə bir hasar daxilindədir, ara məsafələri şərtidir. Qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Bundan əlavə iddiaçının ərizəsinə əlavə etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-736/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı idarəyə rəsmi qaydada daxil olmamış və həmin qərarda idarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2216/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-344/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2216/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1206/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə Nizami rayon İcra Hakimiyyəti və X4 üçüncü şəxs qismində məhkəmə icratına cəlb edilmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə iddiaçıya və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilmiş, iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından müəyyən edilmişdir ki, Nizami rayon XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlıq kollektivinin ümumi iclasının xx xxx 1990-cı il tarixli 2 №-li protokoluna görə Nizami rayon XDS İK-nin kollektivinin işçiləri üçün Bakı şəhəri XDS İcraiyyə Komitəsi 26/326 saylı, xx xxxxxxxx 1987-ci il tarixli qərarı ilə M.Əzizbəyov rayonu Dübəndi qəsəbəsində torpaq sahəsi ayrılmış və kollektivin bağçılıqyoldaşlıq təsərrüfatının 36 nəfərlik siyahısı təsdiq olunmuş, eyni zamanda həmin bağçılıqyoldaşlıq kollektivinin ümumi iclasının xx xxxx 1990-cı il tarixli, 3 saylı protokolundan çıxarışa əsasən İddiaçı 1-ci Cənub küçəsi, 10 №-li, sahəsi 600 kv.m olan bağ sahəsi ayrılmış, ona bağçılıq-yoldaşlığın üzvlük kitabçası verilmiş, Nizami rayon XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlığın torpaq sahəsinin xx xxxx 1990-cı il tarixli 3 saylı protokolu əsasında bölüşdürülməsinin siyahısı və sxeminə görə isə iddiaçının adı 10-cu sırada yer almış və həmin saylı bağ cizgidə öz əksini tapmış, iddiaçı, həmin bağ sahəsinə çıxarış almaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xx.xx.2018-ci il tarixli məktubla İdarənin arxiv qovluğunda iki siyahının mövcud olduğuna, onun xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda adı qeyd edilsə də, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokoldan çıxarışda adının aşkar olunmadığına, bundan başqa İdarəyə digər fiziki şəxsin, yəni hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X2 müraciətinin daxil olduğuna, sözügedən ərazinin qonşu sahə ilə bir hasar daxilində olduğuna və ara məsafələrin şərti olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-736/2018 saylı xx xxx 2018-ci il tarixli qərarı ilə x xxxxxx 2000-ci il tarixli protokol hazırkı iddiaçıya ayrılmış torpaq sahəsinə münasibətdə (aid hissədə) etibarsız sayılmışdır. Həmin qərarla hazırkı iş üzrə cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmaması və qərarın surətin İdarəyə daxil olmaması zəruri olmamış, inzibati mübahisə iddiaçı ilə Bakı şəhəri Nizami RİH arasında mövcud olmuş və hazırkı cavabdeh həmin iş üzrə tərəf və üçüncü şəxs kimi çıxış etməmişdir, eləcə də bu hal iddiaçının hüquqlarının inzibati icraat üzrə qeydiyyata alınmasına mane ola bilməz. Bundan başqa, bağın başqa bağla bir hasar daxilində olması, ara sərhədlərinin şərtiliyi hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Bağla bağlı başqa şəxsin ərizəsinin İdarəyə daxil olmasına gəldikdə isə, cavabdeh iddiaya qarşı yazılı etirazında bu məlumatı qeyd etməklə kifayətləndiyindən, bununla bağlı həmin ərizəçinin adını açıqlamadığından, zəruri sənədləri məhkəmə icraatına təqdim etmədiyindən, imtinadakı bu xüsusat da əsaslı sayılmır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd olmuşdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, iş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəsini almış 2-1(82)-736/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı üzrə tərəflər İddiaçı, cavabdeh isə Nizami rayon icra hakimiyyəti olduğundan, hazırkı iş üzrə cavabdeh reyestr xidməti həmin iş üzrə tərəf olmadığından istinad edilən qərar hazırkı iş üzrə preyudisial qüvvəyə malik ola bilməz. Həmin qərarla Nizami rayon İcra Hakimiyyəti nəzdindəki bağçılıq-yoldaşlığın xx xxxxxx 2000-ci il tarixli protokolunun İddiaçı xx xxxx 1990-cı il tarixli protokolla ayrılmış torpaq sahəsinə münasibətdə etibarsız sayılması cavabdeh orqan tərəfindən iddiaçının göstərdiyi torpaq sahəsinin qeyd-şərtsiz çıxarış verilməli olduğu anlamına gəlmir. Bundan əlavə cavabdehin etiraz və şikayətlərində idarənin arxiv qovluğunda iki siyahının mövcud olduğu, iddiaçının adının xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda qeyd edilməsinə baxmayaraq bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokolundan çıxarışda aşkar olunmadığı, bundan başqa idarəyə digər fiziki şəxsin (mərhum X6 vərəsəsi X2) müraciətinin daxil olduğu və çöl-ölçmə işlərinin aparılması nəticəsində sözügedən ərazinin qonşu sahə ilə bir hasar daxilində olduğu, ara məsafələrin şərti olduğu, qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafıq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfındən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafıq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qeyd olunan normalarına əsasən yalnız üzvlük kitabçasını deyil, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Lakin birinci instansiya məhkəməsi xidməti vəzifəsinə uyğun olaraq bu torpaq sahəsinin ayrıldığı 1990-cı ildə keçən müddət ərzində iddiaçının torpaqdan məqsədli təyinatına görə istifadə edib-etmədiyini, bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il tarixli protokol qərarına əsasən onun hansı səbəblərdən bağçılığın üzvlüyündən çıxarıldığını araşdırmamış, bu məqsədlə nəzdində bağçılıq yoldaşlıq yaradılmış Nizami rayon icra hakimiyyətini, bağçılıq-yoldaşlığı və həmin sahəyə dair hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş mərhum X6 vərəsəsi X3 işə baxılmasına cəlb etməmiş, rayon icra hakimiyyətinin və bağçılığın yaranmış mübahisəyə münasibətini öyrənməmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisəli sahəyə dair hüquqlarının rəsmiləşdirilməsi üçün müraciət etmiş mərhum X6 vərəsəsi X4 üçüncü şəxs qismində məhkəmə iclasına cəlb olunsa da, o, məhkəmə iclasına gəlməmiş, iddiaya dair hər hansı bir münasibətini bildirməmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırki işdən görünür ki, iddiaçının adı xx.xx.1990-cı il 3 saylı protokoldan çıxarışda qeyd edilməsinə baxmayaraq bağçılıq-yoldaşlığın xx.xx.2000-ci il 2 saylı protokolundan çıxarışda aşkar olunmamışdır. Mübahisəli sahəyə digər fiziki şəxsin (mərhum X6 vərəsəsi X2) müraciətinin daxil olmuş və çöl-ölçmə işlərinin aparılması nəticəsində sözügedən ərazinin qonşu sahə ilə bir hasar daxilində olduğu, ara məsafələrin şərti olduğu, qonşu bağ sahəsinin mülkiyyətçisi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilmədiyi müəyyən olunmuşdur. İş materiallarında iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluq olduğundan və qanunun normalarında nəzərdə tutulmuş əsaslar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinasi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və qeyd edir ki, müvafiq torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vətəndaş İddiaçı ərizəsinə dair cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməli (İPM-87.6), şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-729/2019 saylı xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair reyestrdən çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar