Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1206/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Aida Hüseyn Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2001/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan dəqiqləşdirilmə ərizəsi təqdim edərək, Bakı şəhəri, Suraxanı rayonu, X7, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2001/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, X7, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı) təqdim edilməmişdir və özbaşına tikilidir. Bundan əlavə, müvafiq qeyri-yaşayış binası yaşıllıq sahəsində yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1488/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2001/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, X7, “Q” yaşayış massivi 27 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair tələbi rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1488/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləvğ edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 181/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)- 1488/2021 nömrəli qərarı ləğv edilmiş, işə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışıdır. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2001/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı qeyd edilən daşınmaz əmlakdan istifadə edir, həmin daşınmaz əmlakın ticarət fəaliyyəti ilə məğul olmaq üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 16 aprel 2004-cü il tarixli № 277 saylı sərəncamı ilə eskiz layihədəki ölçülərdə daşdan tikilməsinə icazə verilmişdir. Odur ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla, çıxarışın verilməsi” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Hazırki işə ilk dəfə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Lakin bu işə baxmış Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının VÖEN-ə malik olmamasının, eləcə də işin materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 16 aprel 2004-cü il tarixli № 277 saylı sərəncamının arxasına 34 saylı notariat kontoru tərəfindən müvafiq qeydin yazılmasının iddiaçının hazırkı iddia tələbinə heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq sözügedən məsələlər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılma predmeti olmamış, sadəcə fakt kimi yazılmışdır. Digər tərəfdən, mübahisəli torpaq sahəsinin kimə (dövlət və ya bələdiyyəyə) məxsus olması da apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Halbuki bu məsələ inzibati mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün həlledici xarakter daşıyır. Belə ki, obyektin yerləşdiyi torpaq sahəsi dövlətə məxsus olduğu halda, iddiaçının tələbi, o zaman qüvvədə olmuş maddi hüquq normalarının müddəaları nəzərə alınmaqla həll edilməli, Bələdiyyəyə məxsus olduğu halda isə Bələdiyyə işə cəlb edilməli və onun rəyi də soruşulmalı, bu istiqamətdə araşdırma aparılmalıdır. İnzibati-Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X2 ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli **********65 saylı məktubda qeyd edilmişdir ki, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmiş və istismara qəbul aktı sənədlər toplusuna əlavə olunmamışdır. Həmçinin, qeyri-yaşayış binasına idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. - Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında № **********17 saylı Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı tərəfindən verilmiş arayışdan görünür ki, X3 ********** saylı vöen verilmiş ondan ötrü ki, o ünvan 3 ünvanı ərazisində xx.xx.2004-cü il tarixdən ərzaq mağazası işlədir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Birinci instansiya məhkəmə tərəfindən göndərilmiş sorğuya Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən daxil olmuş 26 oktyabr 2020-ci il tarixli 803 nömrəli cavab məktubunda Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 16 aprel 2004-cü il tarixli №277 saylı sərəncamın və eskiz lahiyyəsinin təsdiq edilmiş surətləri göndərilmişdir. Sərəncamın surətindən görünür ki, X7 “Q” yaşayış sahəsi 27 saylı binanın qarşısındakı sahədə vətəndaş İddiaçı istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 277 nömrəli 16 aprel 2004-cü il tarixli “Ticarət fəaliyyəti üçün köşkün daşdan tikilməsinə icazə verilməsi haqqında” sərəncamına əsasən Bakı şəhər Suraxanı rayon Yeni Günəşli “Q” yaşayış sahəsi ev 27 saylı binanın qarşısındakı sahədə yerləşən və onun istifadəsində olan köşkün eskiz layihəsindəki ölçülərdə tikilməsinə icazə verilmişdir. Sözügedən ərazidə yerləşən sahədə ticarət mağazasının tikilməsi üçün eskiz layihə hazırlanmış həmin sərəncama uyğun olaraq tikili inşa edilmişdir. Suraxanı rayonu Layihə-smeta bürosu tərəfindən verilmiş olan bu eskiz layihə Bakı şəhər icra hakimiyyətinin Memarlıq, Şəhərsalma Baş İdarəsi tərəfindən “Sərəncama” uyğun olaraq 18/03-8/1986/ saylı razılaşdırılma ştampına əsasən təsdiq edilmişdir. Həmin tikiliyə dair bütün vergilər və dövlət rüsumları iddiaçı tərəfindən ödənilmişdir və uçota alınması barədə vergi orqanına aid arayış iş materiallarına əlavə olunmuşdur. İddiaçı hazırda onun istifadəsində olan qeyri yaşayış sahəsinə dair çıxarışın verilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.25-ci bəndinə görə inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan müvafiq texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək Xidmətin vəzifələrinindən biridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1206/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 2-1(103)-1206/2022 saylı qərardadda qoyulmuş sualla bağlı mütəxəssis rəyində göstərilmişdir ki, naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və ərazinin yerquruluşu sxeminə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, X7, “Q” yaşayış massivi, 27 nömrəli binanın qarşısında yerləşən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: İş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, X7, “Q” yaşayış massivi, 27 nömrəli binanın qarşısında yerləşən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi döviət mülkiyyətinə aid torpaq sahəsidir. Göründüyü kimi, Ali Məhkəmənin qərarındakı məcburi göstərişə uyğun araşdırma aparılaraq mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu müəyyən edilmişdir. Deməli, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin Başçısı 277 nömrəli 16 aprel 2004-cü il tarixli sərəncamla iddiaçıya öz yurisdiksiyasına aid ərazidə obyektin tikilməsinə icazə vermişdir. Bundan başqa, həmin sərəncam verildiyi dövrdə cavabdehin iradlarını təşkil edən əsas tələblər (məsələn, mübahisəli obyektin istismar aktının olmaması və s.) aktual olmamışdır, bu haqda qanunvericilik sonradan qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1 maddəsində deyilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır. Həmin Məcəllənin 146.1-ci maddəsində deyilir ki, Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İş materiallarından da görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlər mövcuddur, lakin cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2001/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4810/2020 saylı ,18 noyabr 2020-ci il tarixli qərarının qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1206/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1206/2022
16.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver