Məhkəmə qərarları › İş №2-1(103)-1207/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1207/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1207/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərə görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 17 avqust 1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə ona əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Cavabdeh ərizəsini təmin etməmiş və tələbindən imtina barədə ona 02 oktyabr 2019-cu il tarixli məktub ünvanlamışdır. Həmin imtina məktubu ilə tələbindən imtina səbəbi kimi guya onun tələbinin təmin olunması üçün qanunla tələb olunan 25 illik iş stajı yoxdur və bundan da əlavə tələb olunan 25 illik iş stajının 12 il altı ayının güzəştli şərtlərlə işləməsinə dair də sübutu yoxdur. Halbuki, onun təqdim etdiyi sənədlərindən görünür ki, onun ümumi iş stajı 25 il beş ay doqquz gün olmaqla həmin staj ilinin də 12 il altı ayından artıq hissəsi də zərərli və ağır olan iş şəraitində işləməsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı təsdiq edilmişdir ki, onun işlədiyi peşə sahəsi də həmin siyahıya salınıb. Onun əmək kitabçası tələbində haqlı olduğuna tam cavabdır və həmin əmək kitabçasında bütün işlədiyi dövrlər, hansı yerlərdə işləməsi aşkar göstərilmişdir. İşlədiyi yerlərin bəzilərindən aldığı arxiv sənədləri də var. Lakin cavabdeh orqan onun tələbi ilə əlaqədar müraciətini əsassız şəkildə cavablandırmaqla tələbini təmin etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 57 yaşının tamam olduğu 17 avqust 2018-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: P.Hacıyev) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1634/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2364/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1634/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apelyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İş materiallarında olan NZ seriyalı, ******* nömrəli İddiaçı məxsus hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü ildən xx.xx.1995-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. İş materiallarında olan Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli, 198 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü il tarixədək keçmiş SSRİ SQ-də, xx.xx.1993-cü ildən xx.xx.1995-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək döyüşən ordunun tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Müharibə Veteranıdır. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Sumqayıt Üst Trikotaj fabrikində kompressor sexində maşinist şagirdi işləmişdir, xx.xx.1979cu ildən xx.xx.1980-ci il tarixədək Bakı Dənizçilik Məktəbində təhsil almışdır, xx.xx.1980-ci ildən Bakı dəniz sənaye və reftijerator donanması idarəsi Bakı Balıq Soyuducu Donanma «Xəzərbalıq» Baş balıq sənayesi İdarəsində RMS “Oka” gəmisində motorçu, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək DBE “Suraxanı” gəmisində motorçu işləmişdir, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək ordu sıralarında xidmət etmişdir, xx.xx.1983-cü ildən xx.xx.1984-cü il tarixədək "xxxx" İstehsal Təmir Müəssisəsində qazanxana-təmir sexində 3-cü dərəcəli qazlakəsən işləmişdir, xx.xx.1984-cü ildən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, xx.xx.1986cı ildən metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər, xx.xx.1989-cu ildən anbar müdiri işləmişdir, xx.xx.1989-cu ildən 2 ay müddətinə baş mexanik vəzifəsini müvəqqəti icra etmişdir, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək müvəqqəti olaraq kassir vəzifəsini icra etmişdir, xx.xx.1991-ci ildən Azərbaycan Dəmir yolunun qoruyucu meşəliklərinin Azərbaycan Distansiyasında köçürmə yolu ilə distansiyanın istilikxanasına 4cü dərəcəli çilingər, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək həmin sahənin briqadiri işləmişdir, xx.xx.1992-ci ildən xx.xx.1993-cü il tarixədək "Azəraqroyoltikinti" LTB-nin MYTİ (meliorasiya-yol tikinti idarəsi)-44-də sahə mexaniki işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək «Bəxtiyar» kommersiya müəssisəsində işləmişdir, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək «Azərqumtikinti» birliyində 4-cü dərəcəli çilingər işləmişdir, xx.xx.1997ci ildən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1997-ci ildən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1998-ci ildən t/x “PS-152" gəmisinə 2-ci mexanik, xx.xx.2000-ci ildən “SLV-363” gəmisində böyük mexanik, xx.xx.2006-cı ildən “PSK-45” gəmisində böyük mexanik vəzifələrində işləmişdir, xx.xx.2012-ci ildən hal-hazıradək “PSK-45” gəmisində böyük mexanik vəzifəsində işləyir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X4 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X4 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır). İş materiallarında olan "xxxx" QSC X4 Donanmasının xx.xx.2019-cu il tarixli, EN 01/02-186 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1997-ci ildə "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (xx.xx.1997-ci il tarixli 10-k nömrəli əmr) işə qəbul edilmişdir. xx.xx.1997-ci ildə t/x “PS 152” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (xx.xx.1997-ci il tarixli 71-k nömrəli əmr) keçirilmişdir. xx.xx.1998-ci ildə t/x “PS- 152" gəmisinə 2-ci mexanik (xx.xx.1998-ci il tarixli 129-k nömrəli əmr), xx.xx.2000-ci ildə “SLV-363” gəmisinə böyük mexanik (xx.xx.2000-ci il tarixli 42-k nömrəli əmr), xx.xx.2006-cı ildə isə “PSK-45” gəmisində böyük mexanik (xx.xx.2006-ci il tarixli 204-k nömrəli əmr) vəzifələrində çalışmışdir.xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) (xx.xx.2012-ci il tarixli 1527-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012ci ildə “PSK-45” gəmisinə böyük mexanik (xx.xx.2012-ci il tarixli 1673-k nömrəli əmr) vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazırda "PSK-45” gəmisində böyük mexanik vəzifəsində işləyir. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 08 il 11 ay 10 gün təşkil edir. Əsas: kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X4 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 6 nömrəli və xx.xx.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X4 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 01-ZP/710 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü ildə (əmr № 91- ok, xx.xx.1983-cü il) "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin qazanxana avadalığının təmiri sexində qazan təmiri üzrə 3cü dərəcəli qaz kəsicisi kimi işə qəbul edilmiş və xx.xx.1984-cü il tarixində (əmr № 119-ok, xx.xx.1984-cü il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci fəslinə əsasən Elektrik Stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təmin edən qazla kəsicilərin işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 01 il, 01 ay, 25 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, "xxxx" ASC nin xx.xx.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli AÜ 032№-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2005-ci il tarixli AÜ 040№-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 16/19 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixindən, 393 nömrəli, xx.xx.1978-ci tarixli Əmrə əsasən Sumqayıt Üst trikotaj Fabrikinə maşinist köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdən təhsil ilə əlaqədar olaraq xx.xx.1979-cu il tarixli,756 nömrəli əmr əsasında işdən azad olunmuşdur. Əsas: 12 Dekabr 1979-cu il tarixli, NT-1 N:0495132 nömrəli əmək kitabçası. xx.xx.2008-ci il tarixdə səhmdarların ümumi yığıncağında (xx.xx.2008-ci il tarixli, 08 nömrəli protokolla) qəbul olunmuş qərara əsasən Sumqayıt Üst trikotaj fabrikinin adı dəyışdirilərək, "xxxx" ASC olmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 04/20 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə 393 nömrəli xx.xx.1978-ci tarixli Əmrə əsasən Sumqayıt Üst trikotaj Fabrikinin kompressor sexinə maşinist şagirdi vəzifəsinə qəbul olunmuş, xx.xx.1979-cu il tarixdən 46a nömrəli əmr əsasında 2-ci dərəcəli maşinist dərəcəsi verilmişdir. xx.xx.1979-cu il tarixdən təhsili ilə əlaqədar olaraq xx.xx.1979-cu il tarixli, 756 nömrəli əmr əsasında işdən azad olunmuşdur. Əsas: 12. Dekabr 1979-cu il tarixli, NT-1 N:0495132 nömrəli əmək kitabçası. xx.xx.2008-ci il tarixdə səhmdarların ümumi yığıncağında (xx.xx.2008-ci il tarixli, 08 nömrəli protokolla qəbul olunmuş qərara əsasən Sumqayıt Üst trikotaj fabrikinin adı dəyışdirilərək, "xxxx" ASC olmuşdur. Qeyd: xx.xx.2019cu il tarixli 16/19 nömrəli arayışda texniki səhv olaraq vəzifəsi maşinist şagirdi olduğu halda, maşinist köməkçisi yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli, 01/133 saylı güzəştli arayışından görünür ki, İddiaçı Bakı Balıq Soyuducu Donanma İdarəsində işləmişdir – 1) xx.xx.1980-ci il tarixindən RMS “Oka” gəmisində motorçu vəzifəsində işləmişdir (xx.xx.1980ci il tarixli 95 №-li əmr). 2) xx.xx.1980-ci il tarixindən DBE “Suraxanı” gəmisinə motorçu vəzifəsinə keçirilmişdir (xx.xx.1980-ci il tarixli 254 №-li əmr). 3) xx.xx.1981-ci il tarxindən əsgəri xidmətə çağırışla əlaqədar əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.1981-ci il tarixli 73 №-li əmr). Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli 31 saylı əmrinə əsasən Bakı Balıq Soyuducu Donanma İdarəsi "xxxx" ASC adlandırılmışdır. 25 may 2005-ci il tarixində keçirilmiş Səhmdarların ümumi iclasının 02 saylı Protokoluna əsasən "xxxx" ASC “Bakı Dəniz Balıq Limanı“ ASC-nə birləşdirilmişdir. "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən "xxxx" ASC-i "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Yuxarıda adı çəkilən gəmilər bilavasitə açıq dənizdə balığın tutulması, istehsalı və daşınması ilə məşğul olmuş, balıq sənayesinin balıqçı donanmasını təşkil edir, liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (nəqliyyat) 21.2 b yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixindən Birləşmiş Sənaye Tikinti Müəssisəsində 3-cü dərəcəli yığıcı çilingər, xx.xx.1989-cu il tarixdə xəzinədar vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixdən köçürmə yolu ilə işdən azad edilmişdir. Müəssisənin adı dəyişdirilərək "xxxx" MMC olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin arxiv arayışından (tarix və nömrə göstərilməmişdir) görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixində baş Mexanik bölməsinə 3-cü dərəcəli Metal konstruksiya yığıcı çilingəri peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.1986-cı ildə 4-cü dərəcəli Metal konstruksiyası çilingəri təyin edilmiş, xx.xx.1989-cu il tarixindən BSTMin Anbarına anbardar təyin edilmiş, xx.xx.1989-cu il müvəqqəti olaraq 2 aylığına müəssisənin Baş Mexaniki vəzifəsini də icra etməyə başlamış, xx.xx.1989-cu il tarixində Müəssisənin xəzinədar vəzifəsinin müvəqqəti olaraq icra edilməsinə başlamış, xx.xx.1991ci il tarixində işdən azad edilərək Azərbaycan Dəmir yolları idarəsinin yaşıllaşdırma Distansıyasına köçürülmə yolu işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixindən xx.xx.1989cu il tarixinə qədər işlədiyi sahə və peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin zərərli peşələr siyahısına salınmışdır. Metal layihəsi yığan çilingərdə bilavasitə soyuq metallarda kəsən doğrayan dəzgahlarda işləyən işçidir. xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən baş mexaniki bölməsində işləyən çilingərlərin peşələri zərərli əmək şəraitində sayılan peşələr hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 4 il 3 ay 16 gün təşkil edir. Əsas: Kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəlinə uyğundur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1988-ci ildə trest Sənaye müəssisələri tikintisi Azerbaşmeliorasiya dəyişdirilərək Azərsutikintisi Nazirliyi adlandırlmlşdır. əmr N:2. xx.xx.1988. əmr N: 514. xx.xx.1988-ci il. Hal-hazırda müəssisə özəlləşdrildikdən sonra adı dəyişdirilərək Birləşmiş Sənayetikinti Məhdud Məhsuliyyətli Cəmiyyəti olmuşdur və hüquq varis sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən və güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İşdən görünür ki, iddiaçı onun 57 yaşının tamam olduğu 17 avqust 2018-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının təhsil müddəti və ordu sıralarında xidmət illəri nəzərə alınmaqla, o, xx.xx.2006-cı il tarixədək 25 il 8 ay 4 gün ümumi sığorta stajına malikdir. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçı cəmi 11 il 16 gün güzəştli staja malikdir. Həmçinin məhkəmə nəzərə almışdır ki, iddiaçı əmək kitabçasına əsasən Bakı Balıq Soyuducu Donanmasında xx.xx.1980-ci ildən işləyir, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək təhsil almışdır, lakin "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 01/133 saylı güzəştli arayışına əsasən iddiaçı Bakı Balıq Soyuducu Donanmasında xx.xx.1980-ci il tarixdən işləyir, həmin dövr isə 6 ay 12 gün təşkil edir. Qeyd olunduğu kimi, əmək kitabçasına əsasən iddiaçı həmin iş yerində xx.xx.1980-ci ildən işləyir, belə olan halda iddiaçının güzəştli stajı 10 il 6 ay 4 gün təşkil edir. Məhkəmə iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Sumqayıt Üst Trikotaj fabrikində kompressor sexində işlədiyi maşinist şagirdi peşəsi ilə əlaqədar qeyd etmişdir ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Eyni zamanda məhkəmə iddiaçının işlədiyi xx.xx.1984-cü ildən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3cü dərəcəli çilingər, xx.xx.1986-cı ildən xx.xx.1989-cu ilədək metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər peşələri ilə əlaqədar qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş arayışda həmin sahə və peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-cıi il tarixli 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin zərərli əmək şəraitində sayılan peşələr hesab edildiyi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyi göstərilsə də, həmin arayışda arayışın verilməsi tarixi və qeydiyyat nömrəsi göstərilməmişdir, həmçinin qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda metallurgiya istehsalatı (İİİ və Vİİİ bölmələr) sahəsində nəzərdə tutulmuşdur, iddiaçının işlədiyi sahə isə tikinti sahəsidir. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş (3 il 10 ay 16 gün), əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sumqayıt Üst Trikotaj fabrikində kompressor sexində maşinist şagirdi vəzifəsində (1 il 3 ay 8 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı Dənizçilik Məktəbində təhsil almış (11 ay 2 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı dəniz sənaye və reftijerator donanması idarəsi Bakı Balıq Soyuducu Donanma «Xəzərbalıq» Baş balıq sənayesi İdarəsində RMS “Oka” gəmisində motorçu, DBE “Suraxanı” gəmisində motorçu vəzifəsində (4 ay 28 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək "xxxx" İstehsal Təmir Müəssisəsində qazanxana-təmir sexində 3-cü dərəcəli qazlakəsən vəzifəsində (1 il 1 ay 25 gün), xx.xx.1984-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər, anbar müdiri, 2 ay müddətinə baş mexanik vəzifəsində, müvəqqəti olaraq kassir vəzifəsində (6 il 3 ay 16 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Dəmir yolunun qoruyucu meşəliklərinin Azərbaycan Distansiyasında köçürmə yolu ilə distansiyanın istilikxanasına 4cü dərəcəli çilingər vəzifəsində (1 il 2 ay 27 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək "Azəraqroyoltikinti" LTB-nin MYTİ (meliorasiya-yol tikinti idarəsi)-44-də sahə mexaniki vəzifəsində (10 ay 4 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək «Bəxtiyar» kommersiya müəssisəsində (6 ay 5 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1994cü il tarixədək «Azərqumtikinti» birliyində 4-cü dərəcəli çilingər (9 ay 18 gün), xx.xx.1997-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində motorçu, “PS-152” gəmisində motorçu, “PS-152" gəmisinə mexanik, “SLV-363” gəmisində böyük mexanik, “PSK-45” gəmisində böyük mexanik vəzifələrində işləmişdir (xx.xx.2006-cı il tarixədək 8 il 11 ay 9 gün). xx.xx.2012-ci ildən hal-hazıradək “PSK-45” gəmisində böyük mexanik vəzifəsində işləyir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi xx.xx.2007-ci ildən X4 Donanması adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi xidmət müddəti və təhsil dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 26 il 3 ay 8 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının işlədiyi Bakı Balıq Soyuducu Donanma İdarəsində xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək RMS “Oka” gəmisində motorçu, DBE “Suraxanı” gəmisində motorçu peşəsi (11 ay 10 gün - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXVİİİ bölmə, kod 23003020-14706), xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin qazanxana avadanlığının təmiri sexində qazan təmiri üzrə 3-cü dərəcəli qazla kəsicisi peşəsi (1 il 1 ay 25 gün - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXXİİİ bölmə, kod 23200000-11618), xx.xx.1997-ci ildən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində işlədiyi 1-ci dərəcəli motorçu, xx.xx.1997-ci ildən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, xx.xx.1998-ci ildən t/x “PS-152" gəmisində 2-ci mexanik, xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək “SLV-363” gəmisində böyük mexanik peşələri (8 il 11 ay 9 gün) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısı», XXVİİİ bölmə, kod 23003020-14706; 23003020-23484 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının 1984-cü il 17 sentyabr tarixdən Sənaye-Tikinti Birləşmiş müəssisəsində metal konstruksiyaların 1989-cu il 3 yanvar tarixədək metal konstruksiyaların yığılması üzrə çilingər peşəsi üzrə əmək fəaliyyəti ilə əlaqədar qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş arayışda həmin sahə və peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin zərərli əmək şəraitində sayılan peşələr hesab edildiyi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyi göstərilsə də, həmin arayışda arayışın verilməsi tarixi və qeydiyyat nömrəsi göstərilməmişdir, həmçinin qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda metallurgiya istehsalatı (İİİ və Vİİİ bölmələr) sahəsində nəzərdə tutulmuşdur, iddiaçının işlədiyi sahə isə tikinti sahəsidir. Ona görə də həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin qənaətini bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Əvvəla, məhkəmənin istinad etdiyi arayışda onun verildiyi tarix göstərilmiş, arayış müəssisənin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmışdır (iş v. 85). Arayışda onun qeydiyyat nömrəsinin olmaması isə, arayışda göstərilən məlumatların mötəbərliyini özü-özlüyündə aradan qaldırmır, həmçinin bu, məhkəməni mübahisənin düzgün həlli üçün əlavə məlumat tələb etmək vəzisindən azad etmir. Apelyasiya instansiyası məhkəməsi arayışda qeyd olunan müəssisə tərəfindən sənaye (istehsal) obyektlərinin tikintisi prosesində iddiaçının icra etdiyi işin xarakterinə, habelə işlədiyi müəssisənin fəaliyyət istiqamətinə dair işdə olan sübutları, xüsusilə də iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş yazılı məlumatları xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmalı, yalnız bundan sonra onları qiymətləndirməli idi. Təkrar apelyasiya baxışı zamanı Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq sorğu göndərilmiş və sorğuya cavab olaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 01-11 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü il tarixində baş Mexanik bölməsinə 3-cü dərəcəli Metal konstruksiya yığıcı çilingəri peşəsi üzrə işə qəbul edilmiş, xx.xx.1986-cı ildə 4-cü dərəcəli Metal konstruksiyası çilingəri təyin edilmiş, xx.xx.1989-cu il tarixindən BSTM-nin Anbarına anbardar təyin edilmiş, xx.xx.1989-cu il müvəqqəti olaraq 2 aylığına müəssisənin Baş Mexaniki vəzifəsini də icra etməyə başlamış, xx.xx.1989-cu il tarixində Müəssisənin Xəzinədar vəzifəsinin müvəqqəti olaraq icra edilməsinə başlamış, xx.xx.1991ci il tarixində işdən azad edilərək Azərbaycan Dəmir yollan idarəsinin yaşıllaşdırma Distansıyasına köçürülmə yolu ilə işdən azad edilmişdir. xx.xx.1984-cu il tarixindən xx.xx.1989-cu il tarixinə qədər işlədiyi sahə və peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin Zərəri peşələr siyahısına salınmışdır. Baş mexanik şöbəsində işlədiyi dövrlərdə eləcə də hazır metal konstruksiyalarının rənglənməsi işini bilavasitə görmüşdür. Əmək haqqının hesablanması da bu işə görə hesablanmışdır. Metal layihəsi yığan çilingərdə biləvasitə soyuq metallarda kəsən doğrayan dəzgahlar da işləyən işçidir. xx.xx.2007-ci il tarixli 12 №-li qərarına əsasən baş mexaniki bölməsində işləyən çilingərlərin peşələri zərərli əmək şəraitində sayılan peşələr hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 4 il 3 ay 16 gün təşkil edir. Əsas: Kadr əmrlər, şəxsi vərəqə T-2 ştat cədvəlinə uyğundur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.1988-ci ildə trest Sənaye müəssisələri tikintisi Azərbaşmeliorasiya dəyişdirilərək AzərSuTikintisi nazirliyi adlandrilmişdir, əmr № 2,xx.xx.1988, əmr № 514. xx.xx.1988-ci il. Hal-hazırda Müəssisə özəlləşdrildikdən sonra adı dəyişdirilərək Birləşmiş Sənaye Tikinti Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur və hüquq varis sayılır. Peşə kodları olaraq çilingər yığıcı sənaye avadanlıqları üzrə 7233, rəngsaz bayır işləri tikintisi üzrə isə 7131-dir. Müəssisənin əvvəlki kodu 41200, sonradan dəyişdirildiyi kod 68200-dür. İddiaçı güzəştli pensiya üçün stajı 4 il 3 ay 16 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı xx.xx.2006-cı il tarixədək 15 il 4 ay güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallar düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 17 avqust 2018-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar