Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1207/2025 13.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs X2, Üçüncü şəxsin vəkili Nümayəndə, Üçüncü şəxs X15, Üçüncü şəxs X3, Üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi özütikili olmaqla qayınatası X24 tərəfindən 2008-cı il tarixdə inşa edilmişdir. Onun oğlu X22 ilə olan rəsmi nikahdan anadan olmuş iki azyaşlı uşaqla birlikdə sözügedən bu özütikili yaşayış evinə 2008-ci il tarixdə daimi yaşamaq üçün qaynatası tərəfindən köçürülmüşdür. Artıq 16 ildir ki, qeyd edilən ünvan 3 ünvanda yaşayır. Kommunal xidmətlərlə əlaqədar qaz, su, işıq təchizatı ilə bağlı müvafiq qurumlarla bağlı müqavilələr onunla bağlanmışdır və müqavilə üzrə öhədəliklər iddiaçı icra olunur. Özütikili bu fərdi yaşayış evi 2 mərtəbəli yaşayış evi olmaqla hər mərtəbəsində iki yaşayış otağından və yardımçı sahələrdən ibarətdir. Birinci mərtəbəsində iki uşağı, həyat yoldaşı X18 və qayınatası Məmməd Rakidə ilə birlikdə yaşayır, evin 2-ci mərtəbəsində isə X8 özünün yaxın qohumu olan iki nəfərlə yaşayırlar. Fərdi yaşayış evində istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı X7 ilə qayınatası Rakidə Məmməd arasında məhkəmə müstəvisində mübahisə olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(011)-2412/2020 nömrəli qətnaməsi ilə sözügedən evdə istifadə qaydaları müəyyən edilərək evin birinci mərtəbəsində yerləşən iki yaşayış otağı və bu otaqlara aid həmin birinci mərtəbədə yerləşən yardımçı sahələr qayınatası X15 istifadəsinə, həmin yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 2 otaq və yardımçı sahələr qayınatasının birinci nikahda olmuş X2 istifadəsinə verilmişdir. Cəmilə X6 ilə 2008-2018-ci illərdə rəsmi nikahda olmuşlar. Qeyd edilən ünvanda yerləşən evin istifadəçisi kimi qayınatası X15 hüququ məhkəmə qaydasında tanınmışdır. İstifadə hüququ Azərbaycan Respublikası Miilki Məcəllənin 152-ci maddəsinə əsasən istifadə hüququ mülkiyyət hüququnun tərkib elementidir. Həmin evə daimi yaşamaq üçün köçməyinin səbəbi və əsası X15 övladı X22 ilə rəsmi nikahda olmağı ilə əlaqədardır. Artıq 16 ildən çox bir müddətdə yaşadığı ünvan 2 ünvanda qeydiyyata alınmaq üçün cavabdehə müraciət etmiş, cavabdeh yazılı müracətinə cavab olaraq həmin ünvana qeydiyyata alınmadan imtina etmişdir, imtinanın səbəbini cavabdeh "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" AR Qanunun 5-ci maddəsində nəzərdə tutulan sənədlərin olmaması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdehin onun həmin ünvana qeydiyyata alınmağı ilə bağlı münasibətinin səbəbini bilməsə də qərəzlidir, ona görə bu mövqeydən çıxış edir ki, cavabdeh tərəfindən həmin ünvana X8 və həmin evə heç bir aidiyyatı olmayan X23, X4 yaşayış yeri kimi pasport qeydiyyata aldığı halda onlardan istinad etdiyi qanun normasında nəzərdə tutulan sənədləri tələb etməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə hazırki iş üzrə X24, X8, X9 və X23 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında cəlb edilmişdirlər.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
6. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilən ünvanda yerləşən mənzil üzrə istifadə qaydaların müəyyən edilməsi üzrə qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-2412/2020 nömrəli qətnaməsi və qətnaməni dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1485/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad edərək həmin evin birinci mərtəbəsinə yerləşən yaşayış sahəsinin X15 istifadəsinə, həmin evin 2-ci mərtəbəsində yeləşən yaşayış sahəsi isə X5 istifadəsinə verməklə istifadə hüquqların tanınmasını, həmin mülki iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs kimi onun İddiaçı və əri Rakidə X1 və X11 qarşı istifadə hüquqların tanınması haqda iddia tələblərinin təmin edilməməsi haqqında qətnaməyə istinad edərək iddia tələbimi təmin etməmişdir. Məhkəmə tərfindən onun İddiaçı və əri Rakidə Təbrizin istifadə hüquqları ona görə tanımamışdır ki, onların həmin mübahisəli evin inşasında, əldə edilməsində iştirakları müəyyən edilməmişdir. Bu əsasla da istifadə hüqunun tanınması barədə tələbləri təmin edilməmişdir. İddia tələbinin təmin edilməməsi ilə əlaqədar məhkəmənin mövqeyi məhz yuxarıda qeyd edilən qətnamələrlə istifadə hüquqlarının tanınmaması olmuşdur. Göründüyü kimi həmin qətnamələrdə həll edilən məsələlər istifadə hüquqların (istifadə hüququ) əldə edilməsi ilə əlaqədar olmuşdur, mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-l(112)-9611 nömrəli, 25 oktyabr 2024-cii il tarixli qərarında həll edilən məsələ hüququn əldə edilməsi ilə bağlı deyil, hüquqi nəticələrə səbəb olmayan qeydiyyata alınması ilə əlaqədardır. İşin bu halı baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin 2-l(112)-9611 nömrəli, 25 oktyabr 2024-cil il tarixli qərarında qanuni qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 2412/2020 nömrəli qətnaməsi və qətnaməni dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)1485/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələrində məhkəmələr tərəfindən müəyyən edilmiş hallara istinad edilə bilməz. Məhkəmənin istinad etdiyi Xəıtai rayon və Bakı Apellyasiya Məhkəmələrin çıxartdığı qətnamələrdə qohumluqda ona qayınata olan X15 Bakı şəhəri Xətai rayonu, İnqilab İsmayılov küç 13/6 ünvanında (qeydiyyata alınmasını arzuladığı ev) yerləşən 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsinə istifadə qaydası və istifadə hüququ tanınmışdır. Faktiki olaraq 2008-ci il tarixdən ailəsilə birlikdə yaşadığı yaşayış sahəsi məhz həmin evin 1-ci qayınatasının istifadə hüququ tanındığı mərtəbəsidir. Digər halda iddia tələbinin təmin edilməməsinə əsas kimi məhkəmə sözügedən daşınmaz əmlak üzrə həmin yaşayış sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq edən sənədin, həmin yaşayış sahəsinə hüququn olması barədə mənzil kirayə müqaviləsinin, icarə müqaviləsinin və həmin yaşayış sahəsinə hüququn qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaranmasına əsas olmuş sənədin olmaması ilə əsaslandırmışdır. Məhkəmənin bu mövqeyi ilə əlaqədar bildirir ki, iddia ərizəsində qeydiyyata alınmağı haqda tələbin əsasını özü də məhkəmə tərəfindən sadalanan hüquqlara malik olan şəxs kimi deyil həmin yaşayış sahəsinə yaxın qohumu Rakidə Məmmədin istifadə hüququnun olması bu hüquq əsasında istifadə hüququ olan şəxsin (Rakidə Məmmədin) ailə üzvü kimi istifadəsində olan yaşayış sahəsinə köçürülməyi və onun qeydiyyata alınmağına razılıq verməsi ilə əsaslandırmışdır, lakin məhkəmə bu hissədə iddia tələbini araşdırmamışdır. Tərəflərin izahatları:
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
10. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
İŞİN HALLARİ:
12. İş materiallarında olan “ASAN 6” tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X8, X9 və X23 ünvan 5 ünvanında yerləşən əmlakda yaşayış yeri üzrə qeydiyyatdadırlar.
13. 98 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatsız yaşayır.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, ünvan 5 ünvanın İddiaçı adına qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
15. Birinci instansiya məhkəməsində icraat zamanı Xətai RİH 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X8, X9, X23, X19 və X20 ünvan 5 ünvanında yaşayırlar.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2412/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi aşağıdaki formada qət edilmişdir: “İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 13/6 saylı evin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar-qovşaq sahəsi, mətbəx, zal tikilisinin sahəsi və 2 yataq otağının sahəsi X15, həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhliz sahəsi, qonaq otağı, 2 yataq otağı, hamam otağı, anbar sahəsi, mətbəx sahəsi, ayaqyolunun sahəsi X2 istifadəsinə verilməklə fərdi yaşayış evindən istifadə qaydası müəyyən edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X22 və İddiaçı cavabdehlər X10 və X11 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilsin.”
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1485/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2412/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 8. Yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina edilməsi Müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi; Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
25. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. İş materiallarından görünür ki, hazırki iddia tələbi üzrə iddiaçının cavabdehin üzərinə qoyulmasını arzuladığı öhdəlik məhz özbaşına tikintiyə pasport qeydiyyatına alınması ilə bağlıdır. Belə olan halda mübahisənin tənzimlənməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında həyata keçirilir.
27. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
28. Qanunvericiliyin tələbindən də aydın şəkildə göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər.
29. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda da qeyd edilmişdir ki, “...Məlumat üçün bildiririk ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Faktiki yaşadığınız sənədsiz evin sənədləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına və ya sözügedən evə qeydiyyata alınma tələbi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq inzibati qaydada məhkəməyə müraciət etməyiniz məqsədəmüvafiqdir.”
30. İşin araşdırılmış hallarından göründüyü kimi iddiaçı tərəfindən mübahisəli yaşayış sahəsinə qeydiyyata alınması üçün müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüququmüəyyənedici sənəd təqdim edilməmişdir. Hazırki iş üzrə iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun olmaması müəyyən olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır.
31. Eyni zamanda yuxarıda qeyd olunan Qanunun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.
32. Həmin normanın təhlili nəticəsində kollegiya bildirir ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir və bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır.
33. Lakin hazırki işin araşdırılmış hallarından məlum olur ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlak üzərində iddiaçının hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçı sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) yalnız birinə malik olmalı olduğu halda, iddiaçının həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir.
34. Sözügedən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir.
35. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından məlum olduğu kimi özbaşına tikili olan ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini X24 və Hüseynova (Rakidə) Cəmilə Məhəmmədəli qızı birgə nikahda olduqları dövrdə, yəni 2013-cü ildə əldə edib, sonradan həmin evdə əsaslı tikinti işləri apararaq, yaşayış sahəsini əhəmiyyətli dərəcədə artırmışdırlar. Nəzərə alınmalıdır ki, adıçəkilən şəxslər həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsalar da, onların mülki məhkəmə icraatı çərçivəsində mübahisə predmeti olan fərdi yaşayış evi ilə bağlı mübahisələrinə baxılmış və məhkəmə qətnaməsi ilə onların fərdi yaşayış evindən istifadə qaydaları müəyyən olunmuşdur. Eyni zaman mülki məhkəmə icraatı çərçivəsində həmçinin iddiaçının da tələbinə baxılmış, lakin məhkəmə hesab etmişdir ki, onun yaşayış sahəsinə dair hər hansı hüququnun mövcudluğu müəyyən olunmadığından, onun yaşayış sahəsinə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı tələbi rədd edilmişdir.
36. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının sözügedən fərdi yaşayış evinə hər hansı hüququnun mövcudluğu müəyyən olunmamış, hətta fərdi yaşayış evinə dair istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı tələbi də təmin olunmamışdır ki, nəticə etibarı ilə onun həmin sahəyə münasibətdə digər şəxslərdən fərqli üstün hüquqa malik olmadığı görünür.
37. Qeyd etmək lazımdır ki, analoji işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığı halda, şəxsin əmlaka qeydiyyata alınması mümkün deyildir. (Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-2392/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; 2-1(102)-53/2020 saylı qərarı, Apellyasiya Məhkəməsinin 2-1(103)-348//2021 və 2-1(103)-1237/2021 saylı qərarları).
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətində isə həm iddianın təmin edilməsinə əsas olacaq, həm də mübahisələndirilən qərarın qanunsuz və ya əsassız olmasını göstərən sübutlar və ya faktlar qeyd edilməmiş, formal mülahizələrdən ibarət şikayət tərtib edilmişdir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
40. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.
42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
43. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9611/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.