Məhkəmə qərarları › İş №2-1(103)-1208/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1208/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1208/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 20 saylı Vəkil Bürosu), cavabdehin nümayəndəsi və vəkili X1 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakları ilə, İddiaçı1 (xx.xx.1957-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 mənzil 61 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən faktiki yaşadığı ünvan-Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi, ev 10) cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 X3 üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-425/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Bakı şəhəri Pirallahı rayon şöbəsinə (bundan sonra DSMF-nin Pirallahı rayon şöbəsi) qarşı xx.xx.2018-ci il tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1978-ci ildən xx xxxxxx 2006-cı il tarixinə qədər işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alaraq xx xxxxxx 2007-ci il tarixdən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya məbləğinin son 24 (iyirmi dörd) ayda aldığı orta aylıq əmək haqqının 70 faizi məbləğində hesablanması və yaranmış qalığın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin Pirallahı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1957-ci ildə doğulmuş, xx.xx.1974-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin “Neft Daşları” NQÇİ-də tornaçı şagirdi və tornaçı peşələrində çalışmış, 40 ildən çox əmək stajı mövcuddur. Bu fakt öz təsdiqini ona məxsus əmək kitabçasında tapmışdır. İddiaçı ona 50 yaşının tamam olduğu xx xxxxxx 2007-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin Pirallahı rayon şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdehin xx xxxxxxx 2018-ci il tarixli **********8 nömrəli cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahısı üzrə) çalışan kişilərin 60 yaşı olduqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. İddiaçı hesab edir ki, xx.xx.2006-cı ilədək güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan əmək stajını toplamışdır. İşlədiyi tornaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda göstərilən 10200000, İİ Filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi” bölməsinin (kod 1020100a-1753q təmirçi çilingərlər, əl ilə əl qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları) peşəsinə uyğun gəlir. Hesab edir ki, 20 ildən artıq ümumi əmək stajına sahib olmaqla birlikdə, əmək şəraiti zərərli işlərdə də 10 ildən artıq müddətdə işləmişdir. Bu isə onu göstərir ki, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almağa hüququ vardır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının xx xxxxxxx 1974-cü ildən xx xxxxxx 2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, xx xxxxxx 2007-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin son 24 ayda aldığı orta aylıq əmək haqqının 70 faizi məbləğində hesablanması, yaranmış qalığın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edilmiş, xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokoluna əsasən dəyişdirilmiş iddianın icraata qəbul edilməsi göstərilsə də, birinci instansiya məhkəməsi ərizənin icraata qəbul edilməsi haqqında Azərbaycan Respublikası İPM-in 54-cü maddəsində nəzərdə tutulmuş qaydada qərardad qəbul etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-425/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim.X.İmanov) iddianın təmin edilməsi, iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.2006-cı ilədək dəniz şəraitində işlədiyi vəzifənin (peşənin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə güzəştli iş stajına daxil edilərək, 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanması və pensiya hüququ yarandığı xx.xx.2007-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-425/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahısı üzrə) çalışan kişilərin 60 yaşı olduqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İPM-ə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərar qəbul edərkən yuxarıda göstərilən normaları nəzərə almamışdır. Bununla da maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2266/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Pirallahı rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2266/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva və C.Yusifov) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-346/2020 saylı qərarı ilə (hakimlər-A.Hüseynov, R.Nəbizadə, K.Bədəlov) cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 X3 İdarəsinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. İşin yenidən apellyasiya baxışı zamanı xx.xx.2020-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə vəsatət daxil olmuş, vəsatətdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2266/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. İşin yenidən apellyasiya baxışı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə Kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə Kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş yenidən mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işin materiallarında yuxarıda qeyd edilən məzmunda iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və iddianın dəyişdirilməsi haqqında ərizələr olsa da, birinci instansiya məhkəməsinin qərarında (həm də protokolunda) iddiaçı tərəfindən həmin məhkəməyə verilmiş iddianın dəyişdirilməsi haqqında ərizə fərqli məzmunda göstərilmiş, apellyasiya instansiya məhkəməsinin qərarında da iddia tələbinin dəqiqləşdirilməsi qeyd olunsa da, hər iki məhkəmə instansiyalarının göstərdikləri məzmunda iddiaçı hər hansı iddia ərizəsini təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə müvafiq qərarında həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsinin istinad etdiyi 1 saylı Siyahının 10-cu bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna yalnız cihazçılar malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində iddiaçının xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək, xx.xx.1978-ci ildən xx.xx.2006-cı ilədək dəniz şəraitində işlədiyi vəzifənin (peşənin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə güzəştli iş stajına daxil edilərək, 50 yaşının tamam olduğu xx.xx.2007-ci ildən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının 2004-2005-ci illərin orta aylıq əmək haqqından hesablanması və pensiya hüququ yarandığı xx.xx.2007-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsindən (səh. 29) görünür ki, iddiaçının xx xxxxxxx 1974-cü ildən xx xxxxxx 2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, xx xxxxxx 2007-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin son 24 ayda aldığı orta aylıq əmək haqqının 70 faizi məbləğində hesablanması, yaranmış qalığın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə ki, məhkəmə tərəfindən qərarın nəticə hissəsində qeyd olunan nəticə ilə iddiaçının tələbi arasında kəskin fərqlər olduğu görünür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə iddia tələbi ilə yekun məhkəmə aktının nəticəvi hissəsi arasında mövcud olan uyğunsuzluğun araşdırılması məqsədilə hazırkı iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İPM-nin 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi olsa da, birinci instansiya məhkəməsi tərəfindən ərizənin icraata qəbul edilməsinə dair qərardad iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-425/2019 saylı, xx xxx 2019cu il tarixli qərarı ləğv edilərək, iş mahiyyəti üzrə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: CavabdehAzərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 X3 üzrə Mərkəzi Filialınınapellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-425/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı1 Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X4 X3 üzrə Mərkəzi Filialına qarşı “iddiaçının xx xxxxxxx 1974-cü ildən xx xxxxxx 2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə almaqla, xx xxxxxx 2007-ci il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, pensiya məbləğinin son 24 ayda aldığı orta aylıq əmək haqqının 70 faizi məbləğində hesablanması, yaranmış qalığın hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbənin üzərinə qoyulması” tələbi üzrə inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar