Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1208/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 4 saylı Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1940-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2- 1(112)-809/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 12.03.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qaraja dair çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən əri X2 məxsus qeyri-yaşayış sahəsinin (3 saylı daş qaraj) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış binasına aid olan 19 saylı mənzil və 3 nömrəli daş qaraj əri X2 məxsus olmuş, o, 18 iyun 1999-cu il tarixində ölmüşdür. Adı çəkilən mənzili o, sağlığında qardaşı oğluna bağışlamış, sonuncu da öz növbəsində qızı X7 bağışlamış, hazırda bu mənzil İ.A.Əliyevanın mülkiyyətindədir. Lakin, 3 saylı daş qaraj mülkiyyətə keçməmişdir. X3 vəfat etdiyindən onun vərəsəsi kimi Bakı şəhəri, 3 saylı “Asan-Xidmət” Mərkəzinin notariat ofisinə müraciət olunmuş və orada vərəsəlik işi açılmışdır. Bundan sonra 3 saylı “Asan-Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən 2194 saylı 23 noyabr 2019-cu il tarixli məktubla DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (3 saylı daş qaraj) dair hüquqmüəyyənedici sənədin–çıxarış, texniki pasport, arayış (forma-1) verilməsi xahiş olunmuşdur. 10.01.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq, notariat ofisinin 2194 saylı 23 noyabr 2019-cu il tarixli məktubu və ona əlavə edilmiş sənədlər də göndərilməklə, mübahisəli qeyri-yaşayış sahəsinə dair çıxarış, texniki pasport, arayış (forma-1) verilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən adı çəkilən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, sonradan 21.02.2020-ci il tarixli **********67 saylı məktubla müraciətin təmin olunmasından imtina olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən beş mərtəbədən ibarət yaşayış binasına 1962-ci ilin yanvar ayında Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin qərarı ilə torpaq sahəsi ayrılaraq, tikintinin pasportu təsdiq edilmiş, torpaq sahəsinin ayrılması aktı tərtib edilmiş və cizgi layihəsi təsdiq edilmişdir. "xxxx" MTK-nın payçılarının təsdiq edilmiş siyahısından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən 3-cü blok, 2-ci mərtəbə, 3 otaqdan ibarət 19 saylı mənzil əri X2 ayrılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 07.11.2018-ci il tarixli Ə-308 saylı məktubu ilə verilmiş Oktyabr rayon XDS-nin İcraiyyə Komitəsinin 44 saylı 30 may 1984-cü il tarixli qərarı ilə "xxxx" MTK-nın payçılarına binanın kürsülü mərtəbəsində 15 qaraj bölüşdürülərək verilmişdir. Bundan əlavə Oktyabr rayon XDS İcraiyyə Komitəsinin məktubu ilə F.M.Ələskərliyə qeyd olunan ünvanda Oktyabr rayon XDS-nin İcraiyyə Komitəsinin 44 saylı 30 may 1984-cü il tarixli qərarına uyğun olaraq fərdi avtomaşının saxlanılması üçün inventar nömrəsi 3 olan qarajın ayrılması bildirilmişdir. "xxxx" MTK-nın İdarə heyətinin 13 dekabr 2018-ci il tarixli qərarı ilə "xxxx" MTK-nın İnşaatçılar prospekti 12/26 saylı ünvanda kooperativ yaşayış binasına aid olan 3 nömrəli qaraj əri F.M.Ələskərli öldüyü üçün onun adına qeydə alınmışdır. "xxxx" MTK-nın verdiyi 14 yanvar 2020-ci il tarixli 02/01 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 12/26 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binaya məxsus olan 3 nömrəli daş qarajın pay dəyəri F.Ələskərli tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. 03.11.2020-ci il tarixdə iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən əri X2 məxsus qeyri-yaşayış sahəsinin (3 saylı daş qaraj) mərhum əri X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla mülkiyyət hüququna dair arayış (çıxarış) və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2020 saylı, 10.11.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 26.11.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Eyni tarixli vəsatət ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3989/2020 saylı, 01.12.2020-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş, 2-1(112)-3989/2020 saylı inzibati iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, həmçinin "xxxx" MTK və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-809/2021 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx" mənzil tikinti kooperativi və X11 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə qaraja dair çıxarışın (arayışın) və texniki pasportun verilməsi barədə iddiası mümkün sayılmamışdır. 19.02.2021-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-809/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib ,apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - iddiaçıya məxsus Yasamal RPİ tərəfindən 06.12.2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1940-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən 07.11.2018-ci il tarixli Ə-308 saylı məktubla iddiaçıya göndərilmiş keçmiş Oktyabr rayon XDS İKnin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə 30.05.1984-cü il tarixli 44 saylı qərarından müəyyən olunur ki, qeyd olunan qərarla "xxxx" MTK-ya binanın kürsülü mərtəbəsində yerləşən 15 qarajın kooperativ üzvləri arasında bölüşdürülməsi məsələsinə yenidən baxılmasına icazə verilmişdir - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 29.01.2021-ci il tarixli məktubu ilə məhkəməyə göndərilmiş ünvan 6 ünvanında olan, 19 saylı mənzillə bağlı sənədlərdən müəyyən olunur ki, X9 (ünvan 4) ilə X4 (ünvan 6, mənzil 19) arasında 24.03.1998-ci il tarixdə mənzillərin dəyişdirilməsi barədə müqavilə bağlanmışdır. X9 ilə X11 arasında 16.03.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, A.T.Ələskərli tam mülkiyyət hüququ ilə özünə məxsus ünvan 6 ünvanında yerləşən 19 saylı mənzili İ.A.Əliyevaya bağışlamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı “Çıxarış”ın və texniki pasportun surətlərindən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 ünvanında yerləşən iddiaçının mərhum əri X2 məxsus olmuş qeyri-yaşayış sahəsinin (3 saylı daş qaraj) təhkim olunduğu ünvan 6 ünvanında olan, 19 saylı mənzilə dair X6 adına 03.04.2018-ci il tarixdə əmlakın **********90-05301-093025 reyestr nömrəli texniki pasportu tərtib olunmuş və həmin mənzil xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına 06.04.2018-ci il tarixdə qeydə alınmışdır - "xxxx" MTK-nın İdarə heyətinin 13 dekabr 2018-ci il tarixli iclasının 2 saylı protokolundan çıxarışdan müəyyən olunmuşdur ki, Heyətin 2/2 №li qərarı ilə "xxxx" MTK-nın İnşatçılar prospekti, 12/26 saylı kooperativ yaşayış binasına aid olan 3 nömrəli qarajın əri X4 öldüyü üçün İddiaçı adına qeydə alınması qərara alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 29.01.2021-ci il tarixli, **********32 nömrəli məktubuna əlavə edilmiş oktyabr 1997ci (aydın oxunmur) il tarixli, forma № 2 saylı arayışın surətinə əsasən qeyd edilmişdir ki, X5 həqiqətən İnşaatçılar prospekti, ev 12/26 ünvanında olan, 19 saylı mənzilin 5 mərtəbəli binanın 2-ci mərtəbəsində sahəsi 43,56 kv.m olan 3 otaqlı evdə yaşayır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının adına verilmiş **********90-05301-093025 reyestr nömrəli, 03.04.2018-ci il tarixində verilmiş texniki pasportun (Daşınmaz Əmlakın Texniki İnventarlaşdırılması şöbəsinin müdiri R.Babayev tərəfindən imzalanmışdır) surətinə əsasən qeyd edilmişdir ki, hüquq subyekti: X11, ünvan: ünvan 7i il-2000ci il; mərtəbə sayı-9; sənəd üzrə torpaq sahəsi (ha)-0.07656; faktiki sahə (ha)- 0.07656; tikinti altı sahə (ha)-0.07656; yerləşdiyi mərtəbə-2; otaqların sayı-3; ümumi sahəsi (kv.m)-62.0; yaşayış sahəsi (kv.m)-43.0. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, “mübahisəli daş qarajın təhkim olunduğu mənzil iddiaçının mərhum əri tərəfindən sağ ikən (1998-ci ildə) başqa bir şəxsin adına özgəninkiləşdirildiyindən, hazırkı iş üzrə İddiaçı həmin qaraja dair çıxarışın (arayışın) və texniki pasportun verilməsi barədə iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı subyektiv hüququ olmadığından, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87-ci, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2-1(112)-809/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1208/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1208/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver