Məhkəmə qərarları › İş №2-1(103)-1208/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1208/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1208/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X1 və cavabdehin numayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.). İddianın əsaslarına görə xx.xx.1960-cı il təvəllüdü iddiaçı 06 dekabr 1977-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1980-05 iyul 1982-ci illərdə Bakı Plan Uçot Texnikumunda təhsil almış xx.xx.1998-xx.xx.1998, xx.xx.2009-xx.xx.2010, xx.xx.2010xx.xx.2015-ci illərdə əmtəə operatoru vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.1-ci bəndinə uyğundur. 03 may 2010-cu ildən 11 oktyabr 2010-cu ilədək və 10 iyul 2015-ci ildən bu günədək süzücütökücü (qablaşdırıcı) vəzifəsində işləyir. Bu peşə də, həmçinin Qərarın 10.5.2-ci bəndində göstərilən xammalın, yarımfaktikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurulub boşaldılması, yarılması, qablaşdırılması və nəql edilməsi ilə məşğul olan fəhlələr kateqoriyasındakı peşənin funksiyaları hazırda Heydər Əliyev adına X5 süzücü-tökücü (doldurucu) peşəsi ilə eyni funksiyalara malikdir. Beləliklə, onun mart 2019-cu il tarixinə 20 ildən artıq ümumi stajı və 10 ildən artıq xüsusi stajı vardır. O, cavabdəhə ərizə ilə müraciət edərək cüzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, onun 10 iyul 2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı Neft Emalı” Zavodunda işlədiyi süzücü-tökücü peşəsi həmin Siyahının 10.5-ci bəndində nəzərdə tutulmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçıya ünvanladığı imtina məktubunda qeyd olunan əsaslarla iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Məhkəmə bu qənaətə gələrkən qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı işdə olan kifayət qədər mötəbər sübutlarlarla (əmək kitabçası, arayışlar, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı il təvəllüddür. Onun xx.xx.2019-cu il il tarixinə qədər 55 yaşı olmuş, 20 ildən artıq ümumi, 10 aydan artıq isə xüsusi əmək stajı olmuş və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermişdir. Bununla da, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona xx.xx.2019-cu ildən yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətində cavabdeh tərəfindən mübahisələndirilir ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 3 sentyabr 1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.2010xx.xx.2010-cu il tarixləri arasındaki dövr ərzində və xx.xx.2015-ci il tarixindən bugünədək “Heydər Əliyev adına Bakı X6”nda işlədiyi süzücü-tökücü peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) nəzərdə tutulmamışdır. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 10 ildən az təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1816/2021 saylı xx.xx.2021-ci il qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddianın rədd olunması barədə yeni qərar qəbul edilmişdir. Məhkəmə bu qənaətə gələrkən qeyd etmişdir ki, Siyahıda neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı hissəsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndi (10.5) mövcuddur ki, iddiaçının işlədiyi süzücütökücü vəzifəsi burada qeyd edilən vəzifələrə uyğun deyildir. İddiaçı, Bakı Apellyasiya Məhkəməsinin həmin qərarın kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2343/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə apelllyasiya instansiyası məhkəməsinin həmin qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmənin qərarında ifadə olunan hüquqi mövqeyinə görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticəyə dair əsaslandırmasını İPM-in 12.1, 12.2 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, neftin, qazın, qaz kondensatının emalı texnoloji prosesdir və bu proses müxtəlif istehsalat sahələrində və müxtəlif metod və üsullarla həyata keçirilə bilər. ...Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Belə ki, işin, vəzifənin və peşənin adının müəyyən və ya təyin edilməsi məhkəmənin səlahiyyətinə aid deyil. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Həmidova apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil İ.Qocayev cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını Ali Məhkəmənin qeyd olunan hüquqi mövqeyi baxımından, İPM-in 96.11-ci maddəsinin tələbləri qaydasında yenidən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədən qüvvədə olanredaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan iverdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İş üzrə iddiaçının “ИТ-İ 0427594” nömrəli əmək kitabçasının surətindən görünür aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1977-xx.xx.1979: 219 nömrəli mağazada kiçik satıcı( 2 il 8 ay 13gün); xx.xx.1980 - xx.xx.1982: Bakı Plan Uçot Texnikumu, təhsil (2 il 8 gün); xx.xx.1982-xx.xx.1986:“Kobin” qoyunçuluq sovxozu mühasib (3 il 10 ay 10 gün); xx.xx.1986-xx.xx.1997: həmin sovxozda mühasib (11 il); xx.xx.1998-xx.xx.1998: “Azərneftyanacaq” İstehsalat Birliyində 10 №-li sexin neft məhsullarının doldurulması emalatxanasına 4-cü dərəcəli əmtəə operatoru (1 ay 10 gün) xx.xx.1998-xx.xx.1998: həmin istehsalatda anbardar ( 9 ay 15 gün); xx.xx.1998-xx.xx.2009: “Azərneftyanacaq” X5 yükləmə-boşaltma, neft məhsullarının saxlanılması və göndərilməsi sexində anbardar(10 il 4 ay 12 gün) xx.xx.2009-xx.xx.2010: həmin (neft məhsullarının saxlanılması və göndərilməsi) sexin neft məhsullarının yüklənməsi estakadasına əmtəə operatoru (1 il 20 gün); xx.xx.2010-xx.xx.2010: həmin estakadada süzücü-tökücü (doldurucu)-(5 ay 8 gün); xx.xx.2010-xx.xx.2014: həmin estakadada əmtəə operatoru ( 4 il 6 ay 7 gün); xx.xx.2014-xx.xx.2015: həmin estakadada əmtəə operatoru ( 1 il 2 ay 22 gün) xx.xx.2015-ci il tarixindən indiyədək həmin (neft məhsullarının yüklənməsi) estakadada süzücü-tökücü (doldurucu) – iddia olunan xx.xx.2019-cu il tarixinə kimi - (3 il 8 ay 3 gün); İddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, iddia olunan xx.xx.2019-cu il tarixinə kimi 41 il 9 ay 8 gün ümumi iş stajı toplamışdır. Həmin stajın da 7 il 11 ay 29 gününü o, neft emalı sahəsində neft məhsullarının doldurulması, saxlanılması və göndərilməsi sexlərində əmtəə operatoru kimi, 4 il 1 ay 11 gün həmin sexdə süzücütökücü (doldurucu) kimi işləmişdir. İşə əlavə olunmuş “SOCAR Heydər Əliyev adına X6”nun 09 aprel 2019-cu il tarixli, SOCAR**********81200601A00025 nömrəli arayışa əsasən ki, İddiaçı xx.xx.1998-ci il tarixindən indiyədək həmin zavodda işləmişdir. Onun xx.xx.2009-cu il tarixindən indiyədək neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 №-li sexin, sahənin neft məhsullarının yükləməsi estakadasında, neft məhsulları üzrə qablar parkına xidmət üzrə əmtəə operatoru və hazır məhsulun doldurub-boşaldılması üzrə süzücü-tökücü (doldurucu) kimi fəhlə peşələri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq oalraq Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 10 il, 00 ay, 02 gün təşkil edir. Həmin Siyahının 10.5-ci ( Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsinin 10.5.1-ci bəndinin “a”(fəhlələr) yarımbəndinin 10-cu sətrində - “əmətəə operatorları”, həmin yarımbəndin 12-ci sətrində isə - “xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr” peşələri güzəştli pensiya hüquq verən xüsusilə zərərli iş şəraitinə aid peşələr sırasına aid edilmişdir. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə əldə olunmuş digər oxşar iş üzrə “SOCAR Heydər Əliyev adına X6 07 dekabr 2021-ci il tarixli (No:SOCAR **********81200601B00081) məktubunda qeyd etmişdir ki, Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 10.5ci bəndi ilə təsdiq olunmuş funksiyalar (“xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr” ) Heydər Əliyev adına X5 mövcud ştat cədvəlində olan süzücü-tökücü (doldurucu) peşəsi ilə eynilik təşkil edir (İşə əlavə olunur). Hazırkı mərhələdə işə əlavə olunmuş Heydər Əliyev adına X6 tərəfindən təsdiq olunmuş süzücü-tökücü peşəsinin funksional vəzifələrinidən də görünür ki, sözügedən Siyahının 12-ci sətrində nəzərdə tutulan funksional vəfəzifələr zavodun süzücü-tökücü (doldurucu) ştatınıda çalışan fəhlələrin əsas iş prinsiplərində ehtiva olunur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının süzücü-tökücü kimi çalışdığı fəhlə peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısı”nın 10.5-ci bölməsində nəzərdə tutulmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə müəyyən olunan güzəştli şərtlərələ pensiya təyin olunması üçün tələb olunan yaşa çatdığı onun işdə olan Abşeron RPŞ tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş 0******* No-li şəxsiyyət vəsiqəsinə əsasən də öz təsdiqini tapır. Belə ki, həmin xəsiyyət vəsiyqəsinə əsasən idddiaçı xx.xx.1960-cı il tarixində doğulmuşdur. Belə olan halda onun 55 yaşı xx.xx.2015-ci il tarixində tamam olur. Lakin onun tələb olunan güzəştli iş stajı 59 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixi vəziyyətinə tamamlanır ki, həmin vaxtdan da onun güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Onu da qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən mübahisələndirilməsə belə məhkəmə tərəfindən həmçinin müəyyən olunmuşdur ki, iddiaçının fərdi hesabında bu gün olan məlumata əsasən müəyyən olunmuşdur ki, 68.259,08 manat məbləğində pensiya kapitalı toplanmışdır ki, həmin məbləğ də ona Qanunun qeyd olunan 9.1-ci maddəsində nəzərədə tutulan minimum pensiya məbləğinin ödənişinə imkan verir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına görə pensiya məqsədləri üçün əmək pensiyasının minimum məbləği 200 məbləğində manat nəzərdə tutulurdu (2019-cu il 1 oktyabr tarixindən 2022ci il yanvarın 1-dək olan müddətdə). Belə olan halda, həmin Qanunun 45-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndi ilə müəyyən olunan pensiya ödəniş müddəti (12 il) nəzərə alınmaqla iddiaçının 204 (144+60) aya bərabər olan pensiya ödənişi müddəti üçün tələb edilən pensiya kapitalı 40800 manat təşkil edirdi. Beləliklə də iddiaçıya güzətli şərtlərlə xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə müəyyən olunan bütün şərtlər mövcuddur. Belə olan halda,həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüquq olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması qanunsuz olmuş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə işin halllaına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2689/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2689/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar