Məhkəmə qərarları › İş №2-1(103)-1208/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1208/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1208/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndələri X2 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı «ödəncin hesablanıb ödənilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6741/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi və həmin əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırlmışdır ki, Cavabdehna qarşı kompensasiya ödənilməsi barədə iddiası Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, 1994-cü ildə istifadə etmədiyi 1993/1994-cü iş ili hesabına əmək məzunyyətinə görə kompensasiyanın ona hesablanıb ödənilməsi Cavabdehna həvalə edilmişdir. Məhkəmənin qərarı ilə onun 1993/1994-cü iş ili hesabına əmək məzunyyətinə görə hazırkı Quba rayon prokurorun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin aylıq əmək haqqının iki misli həcmində kompensasiyanın ona hesablanıb ödənilməsi Cavabdehna həvalə edilmişdir. Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanmışdır. Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli qərarı icra olunması üçün Bakı şəhəri Səbai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Lakin Baş Prokurorluq 1993/1994-cü iş ili hesabına əmək məzunyyətinə görə hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin aylıq əmək haqqının iki misli həcmində ona kompensasiyanın hesablanıb ödənilməsi barədə məhkəmə qəraını bu günə kimi icra etməmiş, həmin kompensasiyanı iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinə görə 2000-ci ilin sentyabr ayında işdən çıxdığı zaman verilməli olan bütün ödənclər tam məbləğdə ona işdən çıxdığı gün verilməli idi. Hakim vəzifəsinə təyin edilməyi ilə bağlı 2000-ci ilin sentyabr ayında işdən azad olunduğu zaman ona Baş Prokurorluq tərəfindən son haqq hesab ödənilmiş, lakin 1993/1994-cü iş ili hesabına istifadə etmədiyi əmək məzunyyətinə görə kompensasiya hesablanmamış və ödənməmişdir. 1993/1994-cü iş ili hesabına əmək məzunyyətinə görə kompensasiya onun əmək haqqıma daxil olan məbləğdir, əmək haqqıdır. Həmin məbləğ (əmək haqqı) ona 1994-cü ildə verilməli idi. Həmin məhkəmə qərarının icrası üçün Baş Prokuroluğa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəisinə, Səbai rayon İcra və Probasiya şöbəsinə dəfələrlə müraciət etmişdir.Göstərdiyi dövlət idarələri onun bu müraciətlərinə cavab verməmişlər. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin qanuni qüvvəsini almış həmin məhkəmə qərarının icrasınını təmin etməyə səlahiyyəti çamamışdır. Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsi Baş Pkurorluğun Maliyyə idarəsinin bu qərarı icra etməli olan vəzifəli şəxsləri haqqıda qanuvericilikdə nəzərdə tutulan tədbirləri görməmişlər. Baş Prokuroluğa 17 avqust 2020-ci il taxli müraciətində isə həmçinin xahiş etmişdir ki, əmək haqqını, həmçinin əmək haqqının ödənilməsi cavabdehin təqsiri üzündən gecikdirildiyindən 1994-cü ildən (ən azı 2000-ci ilin sentyabr ayından) gecikdirilən hər gün üçün 1% həcmində ödənc hesablamaqla həmin ödənc məbləği bank hesabına köçürülsün. Lakin Baş Prokurorluq 1993/1994-cü iş ili hesabına istifadə etmədiyi əmək məzunyyətinə görə hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin aylıq əmək haqqının iki misli həcmində mənə kompensasiyanın hesablanıb ödənilməsi barədə məhkəmə qərarını bu günə kimi icra etməmişdir. Həmin əmək haqqının ona ödənişi cavabdeh tərəfindən təmin edilməmiş, Cavabdeh tərəfindən bu günə kimi gecikdirilir. Dəfələrlə müraciətindən sonra yaşadığı ünvana Baş Prokurorluqdan ona 03 fevral 2022-ci İdə 26 yanavr 2022-ci il tarixli 20/88 saylı məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, «xx.xx.2017-ci il tarixli icra sənədi üzrə məhkəmənin qərarına əsasən 1993/1994-cü iş ili hesabına istidə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanmışdır. Kompensasiya məbləği 161,07 manat təşkil etmişdir və məbləğin alınması ilə bağlı Sizə məlumat verilmişdir». Ona guya hesablanan kompensasiyanın məbləği 161,07 manat hansı mənbədən götürülübsə, hansı əmək haqqına əsasən, Azərbaycan manatının hansı vaxt üçün mövcud olan məzənnəsi ilə hesablanıbsa məlumat verilmir. Həmin dövrdəki aylıq əmək haqqının məbləği, 161 manatın aylıq əmək haqqımın iki mislinə bərabər olmasını təsdiq edən məlumatlar iddiaçıya verilən cavabda göstərilməli idi. Məhkəmə qərarını icra etməli vəzifəli şəxs hesablamaları öz istədiyi kimi yox, qanunun tələblərinə uyğun aparmalı idi. Həmin məktubda göstərilmişdir ki, həmin məbləğ məhkəmə qərarına əsasən hesablanmışdır. Məhkəmə qərarına əsasən icra vərəqəsi 24 sentyabr 2018-ci ildə verilmişdir. Lakin ona göndərilən cavabda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün həmin əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanıb- hesablanmaması göstərilməmişdir. İddiaçıya kompensasiya məbləği cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Qanunun tələbi pozularaq cavabdeh tərəfindən əmək haqqının gecikdirilməsinə görə ödənc məbləği isə ümümiyyətlə hesablanmamışdır. Cavabdeh bunları etməməklə onun qanunla qorunan hüquqlarını bu günə kimi pozmaqda davam edir, ona qanuni verilməli kompesasiyanı (əmək haqqını), həmçinin həmin əmək haqqının gecikdirilməsinə ödənci bu gün də hesablamır və ödəməkdən imtina edir. İddiaçı uzun illər, 25 ildən artıq prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. Qanunun tələbinə əsaslanaraq hesab edir ki,kompensasiyanın məbləği Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində hesablanmalı, ona hesablanmalı olan kompensasiyanın və ödəncin məbləği məhkəmə qərarında göstərilməlidir. Cavabdeh tərəfindən məhkəmə qərarı hazırki vaxta qədər icra olunmadığından həmin kompesasiya hazırkı vaxta kimi ödənmədiyinə görə ən azı 01 yanvar 1995-ci ildən 01 yanvar 2022-ci ilə kimi gecikdirilən 27 il və ya 9855 gün üçün cavabdeh hər gecikdirilən günə əmək haqqının bir faizindən az olmayaraq ona ödənc hesablayıb ödəməlidir. Ödənc ödənməsi də cavabdehin təqsirindən həyata keçirilmədiyindən ödənməli ödəncin məbləği də hazırkı Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqına uyğun müəyyən edilməlidir. Cavabdeh bunu könüllü həyata keçirməkdən imtina etdiyindən iddiaçıya ödənilməli kompensasiya və ödənc məbləğləri qanun normalarına istinadən 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla məhkəmə qərarına əsasən məhkəmə qaydasında müəyyən edilməlidir, yəni ona ödənməli kompensasiya və ödənc məbləğləri məhkəmə qərarında öz əksini tapmalıdır. Əmək haqqının həcmi barədə arayış Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-6741/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi “1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-6741/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (iddia tələbi - əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması). İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1293/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1293/2023 nömrəli, 23 fevral 2023cü il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1279/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1293/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi “1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993/1994-cü iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi” hissəsində mümkün sayılmamışdır və qərardad qanuni qüvvəyə minmişdir. Eyni zamanda İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993-1994-cü illəri əhatə edən iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi və həmin əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra edilən günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 dekabr 2022-ci il tarixli qərardadı ilə “1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993-1994-cü illəri əhatə edən iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi” hissəsində iddia mümkün sayılmamışdır. 01 dekabr 2022-ci il tarixli qərarla isə iddianın “həmin əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra edilən günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi” hissəsi təmin edilməmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin istinad etdiyi qanunlar iddianın rədd edilməsinə yox, təmin edilməsinə əsas verir. İş materialları ilə tam təsdiq olunur ki, cavabdeh 1993-1994-cü illəri əhatə edən iş ili üçün məzuniyyət pulunu ödəməmiş, iddiaçı 2000-ci ildə hakim təyin edilərkən haqqhesabı alanda da bu pulu verməmiş, 2016-cı ildə rəsmi tələb edərkən də kompensasiya məbləğinin ona hesablanıb ödənilməsindən yayınmış, məhkəmə qərarını da düzgün icra etməmişdir. Belə ki, Bakı 1 saylı İnzibati İqtisadi Məhkəməsinin 20 iyun 2017-ci il tarixli qərarı ilə İddiaçı iddiası 1994-cü ildə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya hesablanıb ödənməsi hissədə qismən təmin edilmişdir. Həmin iddiada tələb əmək haqqının 2 mislinə yönəlmiş, məhkəmə bu hissədə təmin etmişdir. Cavabdeh isə nəinki 2 mislin, heç 1 mislin necə hesablamasına aydınlıq gətirməmişdir. Göründüyü kimi, ilk tələbdə 1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikiiklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993-1994-cü illəri əhatə edən iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi tələbi öz əksini tapmamışdır. Cavabdeh 161 manat ödəmə verməyə səy göstərdiyindən və “Prokurorluq oqranlarında qulluq keçmə haqqında“ Azərbaycan Respublikası Qanunun 20.8-ci maddəsinə əməl edilmədiyindən hazırkı yeni tələb yaranmışdır. Həmin maddədə göstərilir ki, prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Məhkəmə nəzərə almamışdır ki, məhkəmə-prokurorluq işçilərinə, eləcə də digər dövlət qulluqçularına pensiya hesablananda belə ötən əsrdə verilən məbləğ yox, hazırda alınan məbləğ nəzərə alınır. Məhkəmənin 20 iyun 2017-ci il tarixli qərarına əsasən iddiaçıya 161 manat hesablanaraq məxaric orderi yazılmışdır. Bu sənədin iddiaçıya verilməsini təsdiq edən mötəbər sübut olmasa da, fakt təsdiq olunur ki, cavabdehin təqsiri üzündən ən azı 2017-ci ilə kimi işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirməmiş, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirmiş, məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olmuşdur ki, bu da həmin mübahisəyə Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tətbiqini qaçılmaz edir. Göründüyü kimi, əmək haqqı müəyyən edilmiş vaxt ərzində hesablanmamış və ödənilməmişdir. Məhkəmənin qərarından görünür ki, əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa, həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Qərardakı məhz bu əsaslandırma hakimin qərarının nəticə hissəsinin, yəni “iddianın təmin edilməməsinin” əsassızlığını təsdiq edir. İddiaçı ümumiyyətlə 2015-2016-cı illərə kimi bu məsələdən məlumatsız olmuş, həmin kompensasiyanın ödənməli olmasını, hesablanıb hesablanmamasını bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının iddia etdiyi əmək haqqı cavabdehin mübahisələndirmədiyi əmək haqqıdır. Yəni cavabdeh ona həmin kompensasiyanın - əmək haqqının ödənilməli olmasını heç vax inkar etməmiş, özü etiraf etmişdir. Həmin əmək haqqı ondan asılı olan üzürsüz səbəblərdən ödənilməmiş əmək haqqıdır. Cavabdeh hazırkı məhkəmədə olduğu kimi onun digər iddiası üzrə 2017-2018-ci illərdə keçirilən məhkəmə iclaslarında da həmin əmək haqqı borcunun olmasını etiraf etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında göstərmişdir ki, 1993-1994-cü iş ili üçün əmək məzuniyyətindən istifadə etməmişdir. İddiaçıya buna görə guya 1994-cü ildə kompensasiya hesablanmışdır. Kompensasiyanı almaq üçün Baş Prokurorluğa gəlməli olmağı barədə məlumatlandırılmışdır. İddiaçı Baş Prokurorluğa gəlməmiş, həmin əmək haqqını almamışdır. Bu səbəbdən əmək haqqı ona ödənilməmişdir. Baş Prokurorluğun nümayəndəsinin ona həmin əmək haqqının bu səbəbdən ödənilməməsi barədə göstərdikləri doğru deyildir. Baş Prokurorluq bu əmək haqqını 2000-ci ilin sentyabrın 1-nə kimi hesablamışdırsa, həmin vaxta kimi oranın işçisi olduğundan bu əmək haqqını onun digər əmək haqları ilə birlikdə ödəmək imkanında olmuşdur. Cavabdeh bu əmək haqqını ən azı Prokorluqdan işdən çıxarkən ona son hesabla ödəmək imkanında olmuşdur. xx.xx.2000-ci ildən sonra iddiaçı müxtəlif məhkəmələrdə 16 ildən artıq hakim vəzifəsində işləmiş, iş yeri cavabdehə bəlli olmuşdur. Baş prokurorluqla rəsmi iş əlaqələri olmuşdur. Birinci iddianı qaldırdığı vaxta kimi Baş Prokuroluq bu barədə onun rəsmi iş yerimə məlumat verə bilərdi. Cavabdeh bunu əvvəllər tətbiq edilən praktika-həmin pul məbləğini bankda depozit hesabına keçirməklə edə bilər, yaxud hakim işlədiyi müddətdə Ədliyyə Nazirliyinə onun əmək haqqını almaq üçün Baş Prokurorluğa getməməyi barədə məlumat verməklə edə bilərdi. Lakin cavabdeh bunu etməmiş, onun mübahisə yaratmayan əmək haqqını ona ödənməmişdir. Hakimin qərarında cavabdehin iddianı qəbul etməməsini nə ilə əsaslandırması qeyd olunmamışdır. Hakimin bu qərarında cavabdehin onun iddiası ilə bağlı mövqeyi, iddianı qəbul etmirsə, bununla bağlı dəlilləri, arqumentləri göstərilmir. Cavabdehin təqdim etdiyi “sübutlara” qiymət vermir. Qərarın bu hissəsindəki məlumatlardan belə anlaşılır ki, iddiaçının tələbinin təmin edilməməsinə sübutları cavabdeh yox, məhkəmə təqdim edir. Cavabdehin hərəkətinin qanuni olmasını cavabdeh özü yox, məhkəmə sübut edr. Məhkəmə həmin qərarında təkcə bunu göstərməklə kifayətlənir ki, cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarda həmçinin göstərilir ki, cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmənin qərarında cavabdehin bu sübutları barədə hər hansı məlumat yoxdur. Bunun əvəzinə məhkəmənin onun iddiasını əsassız hesab etmək üçün cəhdlərini əsaslandırmağa yönələn çoxlu istinadlar var. Cavabdeh 1994-cü ildən bu günə kimi heç vaxt israr etməmişdir ki, ona bu əmək haqqı (kompensasiya) ödənilməməlidir. Cavabdeh etiraf etmişdir ki, bu kompensasiya məhkəmə qərarlarından qabaq hesablanmışdır, lakin o, bu kompensasiyanı almamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında göstərmişdir ki, kompensasiya hesablanmışdır, lakin ödənilməmişdir. Guya iddiaçı prokurorluğa getməmiş və həmin əmək haqqını almamışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı Cavabdehna qarşı iddia iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1994-cü ildən hazırki vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə 1993-1994-cü illəri əhatə edən iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi və həmin əmək haqqının ödənişinin gecikdirilməsinə görə 01 yanvar 1995-ci ildən məhkəmə qərarı icra olunan günə kimi hər gün üçün həmin əmək haqqının bir faizi həcmində ödənc hesablanıb ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası “1994-cü ildən hazırki vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişiklilər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla məbləği dəqiq hesablanıb göstərilməklə 1993-1994-cü illəri əhatə edən iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddia tələbindən görünür ki, iddiaçının tələbinin yoxlanılan (mümkünsüz saxlanılan) hissəsi “1994-cü ildən hazırki vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə 1993- 1994-cü illəri əhatə edən iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırki aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi” təşkil edir. Bu iddiaya qədər İddiaçı Cavabdehna qarşı əvvəllər 1982-1999-cu illərdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, bu iddia 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, 1994-cü ildə istifadə etmədiyi 1993-1994-cü illəri əhatə edən iş ili üçün əmək məzuniyyətinə görə İddiaçı kompensasiyanın hesablanıb ödənilməsi vəzifəsi Cavabdehna həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, İddiaçı istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın məbləği 161,07 manat təşkil etmiş, bu barədə ona dəfələrlə məlumat verilmiş, yuxarıda qeyd edilmiş müvafiq məhkəmə qərarlarının olmasına baxmayaraq, iddiaçı məbləğin düzgün hesablanmamasını əsas gətirərək qeyd edilən məbləğdə pul vəsaitini götürməkdən imtina etmişdir. İddiaçının 1994-cü ildə istifadə etmədiyi 1993-1994-cü illəri əhatə edən iş ili üçün əmək məzuniyyətinə görə ona kompensasiyanın hesablanıb ödənilməsi vəzifəsinin Cavabdehna həvalə olunması barədə qanuni qüvvəsini almış məhkəmə qərarları olduğu və həmin qərarlarla həll edilmiş məsələlər məhkəmə qərarının icrası qaydasında həmin işin davamı kimi yenidən həll edilməli olduğu halda, iddiaçı təkrarən məhkəmədə iddia qaldıraraq həmin illərə görə sonrakı illər üzrə indeksasiya və artımlar və s. nəzərə alınmaqla kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hər iki instansiya məhkəməsi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən olunan halların iddiaçının hazırki iddia tələbinin məhkəmə icraatını mümkünsüz sayması barədə nəticəyə gəlməklə düzgün qərardad qəbul etmişlər. Birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflər arasında eyni iddia tələbi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarlarının olduğunu iddiaçı tərəfə izah etmiş, lakin iddiaçı hazırki iddia ərizəsinə mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi qeyd edilən faktiki halları və normativ tələbləri nəzərə almaqla, İddiaçı iddia tələbinin “1994-cü ildən hazırkı vaxta kimi Azərbaycan manatının məzənnəsində dəyişikliklər, inflyasiya faktları nəzərə alınaraq indeksləşmə aparılmaqla, məbləği dəqiq hesablanıb göstərilməklə, 1993-1994-cü illəri əhatə edən iş ili üçün istifadə etmədiyi əmək məzunyyətinə görə Quba rayon prokurorunun 15 ildən artıq iş stajı ilə böyük köməkçisinin hazırkı aylıq əmək haqqının iki misli həcmində kompensasiya məbləğinin ona hesablanıb ödənilməsi” hissəsində mümkün sayılmaması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Eyni zamanda İddiaçı kompensasiyanın cavabdeh Baş Prokurorluğun təqsirindən 1994-cü ildə deyil, hazırda ödənilməli olduğu üçün hesablamanın vəzifəli şəxsin hazırki əmək haqqına uyğun aparılması barədə müraciətinə əsasən Səbail rayon İcra Şöbəsinin icra məmuru 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına izah verilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3306/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, iddia qismən təmin edilmiş, 1994-cü ildə istifadə etmədiyi 1993/1994-cü iş ili hesabına əmək məzuniyyətinə görə İddiaçı kompensasiyanın hesablanıb ödənilməsi vəzifəsi Cavabdehna həvalə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2199/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 3306/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci tarixli məktubda qeyd edilir: İddiaçı prokurorluq orqanlarında işlədiyi dövrdə istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın məbləği 161,07 manat təşkil etmişdir. Bu barədə ona dəfələrlə məlumat verilsə də, müvafiq məhkəmə instansiyalarının qərarlarının (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası) olmasına baxmayaraq, o, məbləğin düzgün hesablanmamasını əsas gətirərək pul vəsaitini götürməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin «Qeyd» hissəsində göstərilir: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olubolmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin tələblərindən göründüyü kimi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin maddənin qeydində isə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» ifadəsinə - əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsinin başa düşülməsi kimi anlayış verilmişdir. Hazırki iddia tələbinə dair mübahisə üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu müəyyən edilmir. İş materiallarında olan və məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdeh tərəfindən əmək haqqının ödənişinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi həcmində ödənc tələb etsə də, əmək haqqının verilməsinin cavabdehin təqsirindən gecikdirilməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6741/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar