Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1209/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalına qarşı “qərarın ləğv edilməsi, pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13241/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13241/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarı ləğv edilmiş və İddiaçı əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə toplanmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqa yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya icraatı zamanı, hazırkı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisənin məhkəmədən kənar qaydada həll edildiyini və iddia tələbinin təmin edildiyini, iş üzrə mübahisənin artıq mövcud olmadığını bildirərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.2 və 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə e-poçt vasitəsi ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, təqdim etdiyi sənədləri iş materialları ilə birlikdə araşdırıb belə hesab edir ki, ərizəsi təmin olunmalı, iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdehin iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 3-17-1/3-7-2036/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, iddiaçının əmək pensiyası onun fərdi hesabında yığılmış pensiya kapitalına görə yenidən hesablanraq xx.xx.2024-cü il tarixdən 2629,66 manata çatdırılmış, bununla da tərəflər arasındakı mövcud mübahisə məhkəmədən kənar qaydada öz həlillini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Eyni zamanda, 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin ərizəsinin təmin olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1209/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1209/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver