Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1210/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X8 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2- 1(112)-4483/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********354100 nömrəli Qərarın ləğv edilməsi və iddiaçıya hesablanmış 8859,44 manat vergi borcunun silinməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. O, vergi ödeyicisi kimi ********** VÖEN nömrə ilə fəaliyyət göstərir. Cavabdeh iddiaçı barəsində kameral yoxlama aparmış, 16 noyabr 2023-cü il tarixdə barəsində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********354100 nömrəli qərar qəbul edilmişdir. Qərarın təfsilat cədvəlinin 4-cü bəndində iddiçının 9026,82 manat zərərlə işləməyi qeyd olunub, lakin yoxlama nəticəsində iddiaçıya 8859,44 qəpik vergi hesablanmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********175900 saytı xəbərdarlıq məktubundan görünür ki, X3 xx.xx.2023-cü il tarixli, **********483500 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicisindən qızıl zərgər məmulatlarının alınmasına dair xx.xx.2022-ci il tarixli EBCH seriyalı 878012 nömrəli elektron qaimə-fakturanı əmtəəsiz və riskli əməliyyatların rəsmiləşdirildiyi sənəd kimi qəbul etmişlər. Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyindən, 2022-ci ildə mənə təqdim olunmuş elektron qaimələr əsasında mədaxil olunacaq zərgər məmulatlarının ümumi dəyəri 185785 manat təşkil etsə də, 53324 manatlıq zərgər məmulatlarının əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən xərc sənəd kimi nəzərə alınmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli qərarla əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 53324 manat tərəfimdən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşmanın yaranması qənaətinə gəlmiş və kameral yoxlama ilə müəyyən edərək 8859,44 manat məbləğində vergi hesablamışdır. 2022-ci ildə elektron qaimələr əsasında mədaxil olan malların ümumi dəyəri 53324 manat məbləğdə tərəfimdən azaldılmışdır, yəni 185785 manat yox (185785,00 - 53324,00) = 132461,00 manat təşkil etmişdir. Əlavə olaraq iddiaçı 2022-ci il müddətində müqavilə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən müştərilərin müvafiq girov biletləri üzrə 58985 qızıl zərgər məmulatlarını mədaxil etmişdir ki, nəticədə də mədaxil etdiyi qızıl zərgər məmulatlarının ümumi dəyəri (132461,00 + 58985,00) = 191446,00 manat olmuşdur. Sözü gedən 58985 manatlıq qızıl zərgər məmulatlarının iddiaçı tərəfindən mədaxil olmasını sübut edən sənədlər - girov biletləridir. İddiaçının həmin dövr ərzində mədaxil etdiyi qızıl zərgər məmulatlarının ümumi dəyəri 191446 manat təşkil etmiş, bu da 2022-ci ilin gəlir vergisi bəyannaməsinin 1 №-li Əlavəsinin 1.1. kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3. kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütununda tərəfimdən əks olunmuşdur.
3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsində əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 53 324 manat məbləğ xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmış və bununla bağlı vergi ödəyicisinə məktub ünvanlanaraq qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********730500 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 8859,44 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********636100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(112)-4483/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********354100 nömrəli qərarı ləğv edilmiş və İddiaçı hesablanmış 8859 manat 44 qəpik vergi borcunun silinməsi qərara alınmışdır.
5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qərardan apellyasiya şikayətinin hazırlanması zamanı cavabdeh tərəfindən elektron məhkəmə portalına əlavə edilmiş sənədlərlə tanış olunması zamanı açıq hərracda satışla bağlı sənədlərin iş materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə həqiqətən də hərracın keçirilməsini təsdiq edən sübutlar, eləcə də həmin hərracın yekununda təqdimetmənin həyata keçirilməsi zamanı təqdim edilmiş elektron qaimə-fakturalar olmadan yekunda qanunsuz və əsassız qərar qəbul etmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Musayeva apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı barədə 21 oktyabr 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən yeni qərar qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli **********354100 nömrəli qərar ləğv olunduğundan, yəni mübahisələndirilən iddia predmeti mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-216961/2024 nömrəli qərarla vergi ödəyicisi barəsində 2022-ci ilin gəlir vergisi üzrə yenidən hesablama aparılmış və xx.xx.2023-cü il tarixli **********354100 nömrəli qərar ləğv edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********354100 nömrəli qərar ləğv olunmuşdur və hazırda qüvvədə deyildir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
9. İşdən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.
10. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********354100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasən iddiaçıya 8859,44 manat vergi borcu hesablanmışdır.
11. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən Cəbrayıl Bayramov barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********483500 nömrəli, xx.xx.2023-cü il tarixli qərar məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilmişdir ki, “Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 53,3 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Qızıl sep 60,82 qr., 750 əyar, qızıl monet 31,1 qr., 900 əyar, qızıl komplekt 30,45 qr., 585 əyar və s.” satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.”
12. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 öz ifadəsində bildirmişdir ki, o, iddiaçının bacısıdır. Cəbrayıl Bayramov isə onun atasıdır. Eyni zamanda o, əmək müqaviləsi üzrə Cəbrayıl Bayramovun mühasibi kimi çalışır. Cəbrayıl Bayramov lombard fəaliyyəti göstərir. 2022-ci ildə Cəbrayıl Bayramov ağır xəstə olduğu üçün ondan kredit götürən müştərilərdən kreditin təminatı olaraq qəbul etdiyi qızılzinət əşyalarını iddiaçıya təhvil vermişdir. Belə ki, həmin qızıl-zinət əşyalarının sahibi olan müştərilər öz kredit borclarını ödəməmiş və Cəbrayıl Bayramov da həmin əşyaları satmışdır. Lakin vergi orqanı həmin əşyaların Cəbrayıl Bayramovun alışında müəyyən edilməməsi səbəbindən onu riskli vergi ödəyicisi siyahısına salmışdır. Halbuki, Cəbrayıl Bayramov həmin əşyaları satın almamışdır. Belə ki, həmin əşyalar lombarddan kredit götürmüş şəxslər tərəfindən lombardda girov qoyulmuşdur. Həmin şəxslər krediti ödəyə bilmədiklərindən Cəbrayıl Bayramovun həmin əşyaları satmaq hüququ yaranmışdır. Cavabdeh tələb edir ki, həmin əşyalarla bağlı ya elektron qaimə, ya da alış aktı verilsin. Lakin həmin əşyalar satın alınmadığından alış aktı və ya elektron qaimə verilə bilməzdi. Belə ki, Cəbrayıl Bayramov tərəfindən həmin şəxslərə gorov bileti verilmişdir ki, həmin girov biletlərinin kökü mövcuddur.
13. Apellyasiya baxışı zamanı təqdim edilmiş 21 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 216961/2024 №-li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda göstərilmişdir ki, tərəfinizdən xx.xx.2024-cü tarixdə 2022-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə 9210 manat vergi məbləği azaldılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(112)-4483/2024 nömrəli qərarı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
15. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
16. Beləliklə, iş materiallarından müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(112)-4483/2024 nömrəli qərarı qəbul edildiyi zaman, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********354100 nömrəli qərar ləğv olunmuş və 21 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-216961/2024 №-li “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir.
17. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilən tarixdə hüquqi baxımdan qüvvədə olan və tərəflər arasında mübahisə predmetini təşkil edən hər hansı qərar mövcud deyildi. Bu hal, məhkəmənin maddi hüquq və prosessual norma əsasında düzgün hüquqi qiymətləndirmə aparmaq imkanını istisna edir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində təkrar baxışda iddiaçıya yardım edilərək mübahisələndirilən qərar müəyyən edilərək, dəqiqləşmə barədə ərizə verilməsi təklif edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(112)-4483/2024 nömrəli qərarı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Kamran Əkbərov