Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1211/2022 08.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiаçı İddiaçı, vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(112)-5348/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəsinə müraciət edərək, 52 yaşı tamam olduğu, xx.xx.2014-cü il tarixdən yaşa görə güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (fərq) məbləğin birdəfəlik verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia ərizəsində bildirilmişdir ki, o, xx xxxxxx 1962-ci ildə Cəbrayıl rayonunda anadan olub və ərizəsində göstərdiyi ünvanda yaşayır. 01 sentyabr 1977-ci ildən 22 iyul 1980-ci ilə kimi ünvan Peşə məktəbinin refrejerator qabarlarında soyuducu və dizel avadanlıqlarının təmir çilingəri peşəsi (ixtisası) üzrə təhsil alıb. Liseydə təhsil müddəti 2 (iki il) 10 (on) ay 22 (iyirmi iki) gün davam etmişdir. Bundan sonra 04 sentyabr 1980-ci ildən 06 fevral 1982-ci ilə kimi RF-nin X2 st. Tolyatti vaqon deposunda vaqon təmiri çilingəri, 24 fevral 1982-ci ildən 19 iyul 1982-ci ilə kimi Tolyatti Çörək zavodunda çilingər, 19 iyul 1982-ci ildən 16 avqust 1982-ci ilə kimi Avtovaztəmirtikinti trestində takelajnik (fəhlə) uişləyib, həqiqi hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad olunub. 27 oktyabr 1982-ci ildən 24 noyabr 1984cü ilə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət edib. 18 yanvar 1985-ci ildən 21 yanvar 1986-cı ilə kimi X2 st. Tolyatti vaqon deposunda çilingər, 21 yanvar 1986cı ildən 04 avqust 1988-ci ilə kimi SSRİ DİN-nin Sreqnovsk Dİİ-nin nəqliyyat milisində, 03 oktyabr 1988-ci ildən 16 noyabr 1988-ci ilə kimi "xxxx" QSC-də Yol Emalatxanasında çilingər, 16 noyabr 1988-ci ildən 23 mart 1994-cü ilə kimi teplovoz maşinist köməkçisi, 23 mart 1994-cü ildən 01 sentyabr 1997-ci ilə kimi çilingər, 01 sentyabr 1997-ci ildən 17 aprel 2000-ci ilə kimi teplovoz maşinisti, 17 aprel 2000-ci ildən 14 dekabr 2001-ci il kimi istismar sexində hərəkət hissəsinin təmiri üzrə çilingər, 14 dekabr 2001-ci ildən 16 yanvar 2002-ci ilə kimi kran-drezen maşinisti, 16 fevral 2002-ci ildən 01 mart 2002-ci ilə kimi maşinist köməkçisi, 01 mart 2002-ci ildən 01 may 2002-ci ilə kimi kran və teplovoz təmiri çilingəri, 01 may 2002-ci ildən 18 noyabr 2002-ci ilə kimi yol maşınlarının təmiri üzrə çilingər, 18 noyabr 2002-ci ildən 01 iyul 2004-cü ilə kimi teplovoz maşinisti, 01 iyul 2004-cü ildən 18 avqust 2004-cü ilə kimi istismar sahəsində yol maşınlarının təmiri üzrə çilingər, 18 avqust 2004-cü ildən 07 yanvar 2008-ci ilə kimi teplovoz maşinisti peşəsində işləmişdir. 07 yanvar 2008-ci ildən 16 avqust 2018-ci ilə kimi "xxxx" Açıq Səhəmdar Cəmiyyətində betonçu, 17 avqust 2018-ci ildən 02 noyabr 2018-ci ilə kimi "xxxx" MMC-də botonçu (manqa başçısı), 02 noyabr 2018-ci ildən hal-hazıra kimi (hazırda X5 Korporasiyası "xxxx" ASC-də) betonçu vəzifəsində (peşəsində) işəyir və əmək haqqından sosal sığorta hesabına pul ödənilmişdir. Sorğu zamanı "xxxx" QSC-nin verdiyi 08 saylı 17 may 2019-cu il tarixli arayışından göründüyü kimi işlədiyi teplovoz, elektrovoz maşinisti və maşinist köməkçisi peşələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 14 il 4 ay 27 gün sosial sığorta stajı vardır. Bundan başqa da 07 yanvar 2008-ci ildən işlədiyi betonçu peşəsi də Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin siyahısının XXVİİ bölməsinin 2290100а-11196 şifr əsinə əsasən güzəştli şərtlə pensiya təyin etmək hüququ verən peşələrə aiddir. Hal-hazırda kimi ümumilikdə onun 42 il, güzəştli iş stajı isə 29 ildən artıqdır. İddiaçı Azərbaycan Azprbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fonduna müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə əmək pensiyası hüququ veran istehsalatlarm, peşələrin, vəzifələrin və göstərişlərin Siyahısı” üzrə yaşa görə güzəştli ərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi (20 il) və güzəştli (10) iş stajından artıq stajını xx.xx.2006-cı tarixədək topladığı üçün 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsi tərəfindən müraciətdən imtina edilmiş, 01 yanvar 2006-cı il tarixədək ümumi stajı kifayət etsə də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsi göstərilmişdir. Faktiki olaraq xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanunun 01 avqust 997-ci il tarixdək qüvvədə olmuş 13-cü maddəsinin “ a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin Azərbaycan Respublikası Nazirlər Kobineti tərəfindən təsdiq edilən 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və ən azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini Həmin işlərdə çalışanlar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, İddiaçı “52 yaşdan, yəni xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh hesab edir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, iddiaçı 07 oktyabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 4 sentyabr 1980-ci il tarixli ******* mömrəli əmək kitabçasında xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1994xx.xx.1997-ci il, xx.xx.2000- xx.xx.2001-ci il və xx.xx.2002-17.11,2002-ci il tarixiləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nında nəzərdə tutulmayıb. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay 4 gün) təşkil edir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(112)-523/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddaçı İddiaçı cavabdeh Azərbycan Respublikası ƏƏSMN yanında DSMFnun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa gğra əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iddiası üzrə 2-1(118)-775/2020 saylı inzibati işin aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən onun 57 yaşının tamam olması ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-5348/2021-ci il tarixli Qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(112)-5348/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, xx.xx.1977-ci ildə Bakı şəhəri 2 nömrəli orta texniki peşə məktəbin daxil olmuş və xx.xx.1980-ci ildə “Refrejerator qatarlarında soyuducu və dizel avadanlıqlarının təmir çilingəri” ixtisası üzrə təhsil almış, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. O, xx.xx.1980-ci ildə Tolyatti vaqonların cari təmiri sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci ildə vaqon-qaynaq sexinə hərəkət edən sostavın çilingəri vəzifəsinə keçirilmişdir. xx.xx.1982-ci ildə ƏM 31-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə 3 saylı çörək zavoduna avadanlığın təmiri üzrə 3 dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə RSFSR ƏM 31-ci maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1982-ci ildə İstehsalat texnoloji kompleksə 2-ci dərəcəli takelajçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1982-ci ildə Sovet Ordu sıralarına çağırışla əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1985-ci ildə vaqonyığma sexinə hərəkət edən sostavın 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1986-cı ildə RSFSR ƏM 29.3 b. maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986-xx.xx.1988-ci illərdə qulluğu nəqliyyat milisində keçmişdir. xx.xx.1988-ci ildə Az.d.y yol emalatxanaları motobaza sahəsinə hərəkət edən sostavın 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1988-ci ildə teplovoz maşinistinin köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə hərəkət edən sostavın 5ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997-ci ildə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. xx.xx.2000-ci ildə istismar sexinə 4-cü dərəcəli hərəkət hissəsinin təmiri çilingər keçirilmişdir. xx.xx.2001-ci ildə Kran-drezin maşinisti keçirilmişdir. xx.xx.2002-ci ildə maşinist köməkçisi keçirilmişdir. xx.xx.2002-ci ildə Kran və teplovoz təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmişdir. xx.xx.2002-ci ildə Yol maşınların təmiri üzrə 5-ci dərəcəli çilingər keçirilmişdir. xx.xx.2002-ci ildə teplovoz maşinisti keçirilmişdir. xx.xx.2004-cü ildə İstismar sahəsinə yol maşınların təmiri üzrə 5 dərəcəli çilingər keçirilmişdir. xx.xx.2004-cü ildə teplovoz maşinisti keçirilmişdir. xx.xx.2008-ci ildə AR ƏMnin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2008-ci ildə "xxxx" ASC betonçu peşəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci ildə 6-cı dərəcəli betonçu peşəsinə keçirilmişdir. xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC-yə müddətli əmək müqaviləsi ilə 6-cı dərəcəli betonçu peşəsinə qəbul edilmişdir. xx.xx.2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" QSC İnfrastruktur Departamenti Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emlatxanasının 08 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çalışıb, o cümlədən əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası həssaslıq, zehni gərginliklə bağlı olan şəraitində teplovoz maşinisti və teplovoz maşinistinin köməkçisi peşələrində çalışıb. İşçiyə işlədiyi müddət ərzində əmək şəraitinə görə əlavə 11 təqvim günü məzuniyyət və 12% həcmində əlavə əmək haqqı verilib. Arayışda qeyd olunan məlumatlara əsasən iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək teplovoz maşinistinin köməkçisi vəzifəsində 5 il 4 ay 7 gün, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək teplovoz maşinisti vəzifəsində 4 il 5 ay 27 gün, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək teplovoz maşinisti vəzifəsində 1 il 7 ay 12 gün, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək teplovoz maşinisti vəzifəsində 3 il 4 ay 18 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləmişdir. Ümümi əmək stajı 14 il 10 ay 7 gün təşkil etmişdir. Azərbaycan Respublikasının «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş 03 noyabr 2020-ci il tarixli, **********4 saylı imtina məktubundan görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Nəqliyyat bölməsində (21) Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 4 sentyabr 1980-ci il tarixli ******* mömrəli əmək kitabçasında xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1994-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" QSC-nin Motorlu-rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri Yol Emalatxanasında çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nında nəzərdə tutulmayıb. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay 4 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədinin mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1)nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2)ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın izibati orqana təqdim edilməlidir. İş materiallarında olan hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi, 01 yanvar 2006-cı ilədək iddiaçının təhsil və hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pe-nsiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. "xxxx" QSC-nin 12 avqust 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində xx.xx.1988 - xx.xx.1988-ci il tarixində, xx.xx.1994 xx.xx.1997-ci il tarixində və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, xx.xx.1988 - xx.xx.1994-cü il tarixinədək teplovoz maşinist köməkçisi, xx.xx.1997 - xx.xx.2000-ci il tarixində, xx.xx.2002 - xx.xx.2004-cü il tarixində və xx.xx.2004-cü ildən xx.xx.2008-ci il tarixinədək teplovoz maşinisti peşələrində çalışmışdır. Bu peşələr üzrə İddiaçı iş stajı 18 il 2 ay 14 gün təşkil edir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur. Hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 18540 nömrəli kodu üzrə, teplovoz maşinist köməkçisi peşəsi 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat bölməsinin 23001000 - 16878 nömrəli kodu üzrə, teplovoz maşinisti peşəsi isə 2 saylı Siyahının XXVİİİ. Nəqliyyat -14241 nömrəli kodu üzrə əks olunmuşdur. Apellyasiya baxışı zamanı verilmiş sorğuya "xxxx" QSC-nin 07 oktyabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı ADY-də çalışdığı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 20-ci abzasında və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəratti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 18-ci abzasında (kod: 23001000-18540) nəzərdə tutulmuşdur. Həmçinin, sözügedən peşə üzrə işlərin xüsusiyyətləri təmirə dayanmış hərəkət tərkibinə texniki baxışın keçirilməsi və ya təmir edilməsi, böyük usta və yaxud usta tərəfindən verilən tapşırıq və göstərişlərin yerinə yetirilməsi, texniki baxış və təmir prosesi üzrə dəmir yolu nəqliyyatı üçün müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edilməsindən ibarətdir. Həmin məktuba əlavə edilmiş arayışda qeyd olunmuşdur ki, İddiaçı ondan ötrü ki, o, həqiqətən "xxxx" QSC-nin İnfrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.2000-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək teplovoz maşinist köməkçisi, xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək,xx.xx.2002-ci il tarixindən xx.xx.2004cü il tarixinədək və xx.xx.2004-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək teplovoz maşinisti peşələrində çalışmışdır. Bu peşələr üzrə İddiaçı iş stafı 18 il 2 ay 14 gün təşkil edir. Hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 7, 13, 17 və 20-ci abzaslarında, Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda isə 28-ci bölmənin müvafiq olaraq 8, 14 və 18-ci absazlarında (kod: 23001000—14241, 23001000—16878, 23001000-18540) nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçının xx.xx.2006-cı il tarixədək "xxxx" QSC-də işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, teplovoz maşinist köməkçisi və teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XXVİİİ. “Nəqliyyat” bölməsinin müvafiq olaraq 23001000-18450 kod nömrəli güzəştli iş stajı verən “hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsi, 23001000-16878 nömrəli kod üzrə teplovoz maşinist köməkçisi peşəsi, 23001000-14241 nömrəli kod üzrə teplovoz maşinisti peşəsinə uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı 17 il 2 ay 28 gündən ibarətdir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştl iş stajının olması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(112)-5348/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1211/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1211/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver