Məhkəmə qərarları › İş №2-1(103)-1213/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1213/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1213/2023 02.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu il üçün təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi xx.xx.2020-ci il tarixində təqdim olunmuşdur və xx.xx.2020-ci il tarixində bəyannaməyə kameral münasibət bildirirlmişdir. Göründüyü kimi bəyannamənin təqdim edilməsindən 30 gündən artıq müddət keçmişdir ki, bu da Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinin pozulması deməkdir. xx.xx.2020 tarixdə **********724100 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqları barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, “Bildiririk ki, tərəfinizdən 2019-cu il üzrə təqdim edilmiş Mənfəət vergisi bəyannaməsinin 1 saylı Əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdir” sütununda 1237321,54 manatlıq ehtiyatların ləğvi göstrilsə də, bununla bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansı məlumat təqdim edilməmişdir.” Halbuki bu qeyd olunan məlumat da kameral vergi hesablaması üçün əsas hesab olunmur. Əlavə olaraq qeyd edilməlidir ki, müəssisə sonradan elektron olaraq mənfəət vergisi bəyannaməsinə dəqiqləşdirilən bəyannamə təqdim etmiş, dəqiqləşdirilən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi qəbul edilmiş, kameral münasibət bildirilmiş, ləğv etmə bəndinə aydınlıq gətirilmişdir. Bəyannamə üzrə əlavə vergilər hesablanmasına əsas yaranmamışdır. 2019-cu il ərzində silinmişdir bölməsində qeyd edilmiş 1 779 356.40 manat material silginin tərkibində olan 1 237 321.54 manat material silgisinin açıqlaması ondan ibarətdir ki, xx.xx.2020 tarixində hesablama metodu üzrə təqdim edilmiş 2019-cu ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə qalığı dəyişdirmək mümkün olmadığından həmin dövr üçün vergi orqanı tərəfindən təqdim edilmiş bəyannaməyə kameral münasibət bildirildiyi səbəbindən ehtiyyatlar üzrə qalıq 2018-ci il mənfəət vergisi bəyannaməsi təqdim edildiyindən və həmin bəyannamə üzrə vergi orqanın kameral münasibət bildirmə müddəti keçdiyinə görə vergi orqanı tərəfindən keçmiş ilin qalıqları təsdiqləndiyi səbəbindən 2018-ci il üzrə hər hansı bir uyğunsuzluq verilmədiyindən 2019-cu il üzrə bəyannamə dövrü aktiv olduğu üçün və bu dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi mümkün olduğu üçün tərəfimizdən 2019-cu il üçün təqdim etdiyimiz dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamədəki rəqəm səhvini riyazi olaraq düzəliş edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır (VÖEN: **********). - Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli, **********666300 №-li çıxarışından görünür ki, İddiaçı (VÖEN: **********) qanuni təmsilçisi X2r. - Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli, **********666300 No-li çıxarışından görünür ki, İddiaçı (VÖEN: **********) nizamnamə kapitalının miqdarı (ödənilməmiş) 29,984,310.00 manatdır. Təsisçilər və onların nizamnamə kapitalında mayalarının miqdarı X3 – 30%, X4 – 30% və X5 – 40% təşkil edir. -İddiaçı MMC tərəfindən vergi orqanına təqdim edilmiş sentyabr 2020-ci il vergi dövrü üzrə əlavə dəyər vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmaqla hesabat dövründəki dövriyyə üzrə əlavə dəyər vergisinin hesablanması: ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 76,762.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 73,481.33 manat, əlavə dəyər vergisi məbləği 13,226.64 manat; malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 76,762.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 73,481.33 manat, əlavə dəyər vergisi məbləği 13,226.64 manat; ƏDV-nə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar: təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 34,890.00 manat, əlavə dəyər vergisi 31,25 manat; əməliyyatlar üzrə cəmi - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 111,652.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 73,481.33 manat, əlavə dəyər vergisi məbləği 13,226.64 manat; hesabat dövrü üzrə debitor borclarının (ƏDV nəzərə alınmadan) hərəkəti barədə məlumat: debitor borclar üzrə -hesabat dövrünün əvvəlinə debitor borc məbləği 190,361.49 manat, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 51,179.29 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 241,540.78 manat; ƏDV-nə 18 faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə -hesabat dövrünün əvvəlinə debitor borc məbləği 190,361.49 manat, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 16,289.29 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 206,650.78 manat; ƏDV-nə 0 (sıfır) faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 34,890.00 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 34,890.00 manat; xx.xx.2020-ci il tarixə olan debitor borclar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 4,028,655.19 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 4,028,655.19 manat; ƏDV-nə 18 faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1,868,653.58 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 1,868,653.58 manat; ƏDV-nə 0 (sıfır) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 2,160,001.61 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 2,160,001.61 manat; VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ – dövriyyə məbləği (ƏDV-siz) 20,885,30 manat, əlavə dəyər vergisi məbləği 3,759.35 manat; idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 480.00 manat, əlavə dəyər vergisi məbləği 86.40 manat; idxalda ƏDV-dən azad olunan mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 50,100.00 manat; əməliyyatlar üzrə cəmi dövriyyə məbləği (ƏDV-siz) 71,465.30 manat, əlavə dəyər vergisi məbləği 3,845.75 manat; büdcəyə ödənilməli əlavə dəyər vergisi məbləği 9,380.89 manat bəyan edilmişdir. - Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş **********724100 No-li, 26 noyabr 2020-ci il tarixli vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə qərardan görünür ki, vergi ödəyicisi İddiaçı MMC sentyabr 2020-ci il üçün əlavə dəyər vergisi üzrə 9.380,89 manat bəyan etmiş, vergi orqan tərəfindən aparılmış kameral yoxlama nəticəsində 289.874,93 manat vergi öhdəliyi müəyyən edilmiş və 280.494,04 manat əlavə vergi hesablanmışdır. - Vergi orqanı tərəfindən müəyyən edilmiş İddiaçı MMC-nin sentyabr 2020-ci il vergi dövrü üzrə əlavə dəyər vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olmaqla hesabat dövründəki dövriyyə üzrə əlavə dəyər vergisinin hesablanması: ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 76,762.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 1,631,781.58 manat, əlavə dəyər vergisi 293,720.68 manat; malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 76,762.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 1,631,781.58 manat, əlavə dəyər vergisi məbləği 293,720.68 manat; ƏDV-nə sıfır (0) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar: təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 34,890.00 manat, əlavə dəyər vergisi 31,25 manat; əməliyyatlar üzrə cəmi - təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) 111,652.12 manat, daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) 1,631,781.58 manat, əlavə dəyər vergisi məbləği 293,720.68 manat; hesabat dövrü üzrə debitor borclarının (ƏDV nəzərə alınmadan) hərəkəti barədə məlumat: debitor borclar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 190,361.49 manat, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 51,179.29 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 241,540.78 manat; ƏDV-nə 18 faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 190,361.49 manat, hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 16,289.29 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 206,650.78 manat; ƏDV-nə 0 (sıfır) faiz dərəcə iə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 34,890.00 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 34,890.00 manat; xx.xx.2020-ci il tarixə olan debitor borclar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 4,028,655.19 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 4,028,655.19 manat; ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1,868,653.58 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 1,868,653.58 manat; ƏDV-nə 0 (sıfır) faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə - hesabat dövrü (ay) üzrə yaranan debitor borc məbləği 2,160,001.61 manat, hesabat dövrünün sonuna debitor borc məbləği 2,160,001.61 manat; VM-nin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə-fakturalar (elektron vergi hesab-fakturalar) üzrə nağdsız qaydada ödənilmiş məbləğ – dövriyyə məbləği (ƏDV-siz) 20,885,30 manat, əlavə dəyər vergisi məbləği 3,759.35 manat; idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 480.00 manat, əlavə dəyər vergisi məbləği 86.40 manat; idxalda ƏDVdən azad olunan mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ - dövriyyə məbləği (ƏDV-siz) 50,100.00 manat; əməliyyatlar üzrə cəmi - dövriyyə məbləği (ƏDV-siz) 71,465.30 manat, əlavə dəyər vergisi məbləği 3,845.75 manat; büdcəyə ödənilməli əlavə dəyər vergisi məbləği 289,874.93 manat müəyyən edilmişdir. - İddiaçı MMC tərəfindən verilmiş 2019-cu ilə dair dəqiqləşdirilmiş Mənfəət vergisinin bəyannaməsindən görünür ki, əsas fəaliyyət növü yaşayış və qeyri-yaşayış binalarının tikintisi olan İddiaçı MMC-nin hesabat dövrünün gəlirləri 2,701,055.32 manat, ümumi gəliri 2,920,425.07 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı cəmi xərclər 3,358,881.91 manat, ümumi gəlirdən çıxılan xərclər 3,358,881.91 manat, zərər 438.456,84 manat, mənfəət vergisi 0.00 manat bəyan edilmişdir. - Həmin bəyannaməyə 1 №-li Əlavədən görünür ki, cəmiyyətin hesabat dövrünün sonuna aktivləri 47,322,133.17 manat, əsas vəsaitlərin dəyəri 33,595,410.34 manat, ehtiyatlar 381.678,16 manat, debitor borcu 10,493,020.40 manat, pul vəsaitləri 129,666.12 manat, digər aktivlər 2,722,358.15 manat, cəmi kapital öhdəlikləri 47,322,133.17 manat, cəmi öhdəlikləri 17,337,823.17 manat qeyd edilmişdir. - Əlavədən həmçinin görünür ki, 1.3 bəndə göstərilmiş “Ehtiyatlar” hissəsində hesabat dövrünün əvvəlinə 1.368.880,82 manat, dövr ərzində daxil olmuş 810,824.95 manat, 1,798,027.61 manat silinmə, hesabat dövrünün sonuna 381,678.16 manat qeyd edilmişdir. - İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 079 nömrəli arayışdan görünür ki, İddiaçı MMC (VÖEN: **********) tərəfindən xx.xx.2021-ci il tarixində hesablama metodu üzrə təqdim olunmuş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsində malların təqdim olunması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı gəlir 2.926.429,57 manat, malların təqdim olunması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı xərclər 3.358.881,91 manat olmuşdur. Müəsissə 2019-cu ildə 432.452,34 manat zərərlə işləmişdir. xx.xx.2021-ci il tarixində hesablama metodu ilə 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində 1.3 bəndində ehtiyyatlar sətrində dövrün əvvəlinə ehtiyyatlar üzrə qalıq 1.368.880,82 manat mövcud olmuş, dövr ərzində 810.824,95 manat mədaxil olmuş, dövr ərzində 1.779.356,40 manat silinmişdir və dövrün sonuna 400.349,37 manat ehtiyyatlar üzrə qalıq mövcud olmuşdur. Qeyd edilir ki, 2019-cu il ərzində silinmişdir bölməsində qeyd edilmiş 1.779.356,40 manat material silginin tərkibində olan 1.237.321,54 manat material silgisinin açıqlaması ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixində hesablama metodu üzrə təqdim edilmiş 2019-cu ilin dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə qalığı dəyişdirmək mümkün olmadığından, çünki həmin dövr üçün vergi orqanı tərəfindən təqdim edilmiş bəyannaməyə kameral münasibət bildirildiyi səbəbindən ehtiyyatlar üzrə qalıq 2018-ci il mənfəət vergisi bəyannaməsi təqdim edildiyindən və həmin bəyannamə üzrə vergi orqanın kameral münasibət bildirmə müddəti keçdiyinə görə vergi orqanı tərəfindən keçmiş ilin qalıqları təsdiqləndiyi səbəbindən 2018-ci il üzrə hər hansı bir uyğunsuzluq verilmədiyindən 2019-cu il üzrə bəyannamə dövrü aktiv olduğu üçün və bu dövr üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsi mümkün olduğu üçün tərəfimizdən 2019-cu il üçün təqdim etdiyimiz dəqiqləşdirilmiş mənfəət vergisi bəyannamədəki rəqəm səhvini riyazi olaraq düzəliş edilmişdir. Faktiki olaraq 2019-cu il üzrə 1.779.356,40 manatlıq mal silgisi olmamışdır. Sadəcə 2019-cu ilin dövrün əvvəlinə qalıq 1.368.880,82 manatla dövr ərzində mədaxil 810.824,95 manat dövrün sonuna olan 400.349,37 manat qalığ arasında fərqi düzəltmək üçün bu əməliyyat aparılmışdır. Bu əməliyyat sırf balansda düzəlişə əsaslanır. Material hesabatlarından göründüyü kimi iddiaçının 2019-cu il üzrə əsassız material silgisi aparılmamışdır. 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirildiyindən və bəyannamə təsdiq olunduğundan dövrün sonuna qalığı düzəltmək yalnız 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə dəqiqləşmiş verərək düzəlişi mümkün olunduğundan 2018-ci ilə dəqiqləşmiş bəyannamə təqdim edilmədən 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edərək həmin qalıqları düzəltmək məqsədi ilə belə bir riyazi düzəliş edilmişdir. Amma faktiki olaraq bu dövrdə material silgisi aparılmamış və mal, iş, xidmət təqdim edilməsi olmamışdır. Əlavə olaraq qeyd edilir ki, mühasibat uçotu haqqında qanunda da qeyd olunur ki, mühasibat uçotunda hesabatlarda müvafiq düzəlişlər aparıla bilər. Mühasibat uçotunun balansında və ya mühasibat uçotu aparılan proqramda bu düzəlişlər edilir, lakin mənfəət vergisi bəyannaməsinin əlavəsində düzəliş deyilən bənd olmadığından 1.237.321,54 manat qalıqlardakı fərqi riyazi olaraq balans üzrə qalıqları düzəltmək üçün mənfəət vergisi bəyannaməsində yalnız ona uyğun gələn ləğv edilmiş, silinmişdir bəndi olduğu üçün həmin məbləğ 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində silinmişdir bəndində qeyd olunmuşdur. Faktiki olaraq 2019-cu il üzrə 1.237.321,54 manat məbləği qədər mal silgisi olmamış, nə də müəssisə tərəfindən bu məbləğ qədər mal, iş, xidmət təqdim edilməmişdir. Bir daha qeyd edilir ki, 2019-cu il üzrə 1.237.321,54 manat məbləğində mal silgisi olmamış və bu məbləğ dövrün əvvəlinə olan qalıqla dövrün sonuna olan qalıq arasındakı fərqdir. Bu fərqi 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə kameral münasibət bildirildiyindən və bəyannamə təsdiq edildiyindən bu fərqi 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin əlavəsində riyazi olaraq düzəliş aparılmışdır. Bundan əlavə olaraq bildirilir ki, 2019-cu ilin mənfəət vergisi bəyannaməsinin təqdim etmə müddəti 1 aprel 2020-ci il tarixindən gec olmayaraq olan müddətdir yə 2019-cu ilin mənfəət vergisi bəyannaməsi bu tarixədək təqdim edilir. Təqdim edilmiş bəyannamə üzrə uyğunsuzluq yarandığından və həmin uyğunsuzluqları aradan qaldırmaq üçün dövrün əvvəlinə olan qalıqla dövrün sonuna olan qalıq arasında uyğunsuzluq yarandığından həmin riyazi əməliyyatı başa çatdırılması üçün edilib. Təqdim etdikləri hesabatlarından göründüyü kimi material hesabatlarında dövrün əvvəlinə qalıq ilə mənfəət vergisi bəyannaməsinin dövrün əvvəlinə qalıq arasında 1.237.321,54 manat fərq yaratdığından dövrün sonuna material üzrə qalığı düzəltmək üçün 1.237.321,54 manat məbləğində material silgisini dövr ərzində silinmişdir bölməsinə əlavə edilmişdir. 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli qərardan xx.xx.2020-ci il tarixində şikayət etsələr də, həmin qərar ləğv edilməmiş və şəxsi hesab vərəqəsində heç bir düzəliş aparılmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4125 Noli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan mühasibat sənədlərinə (elektron qaimələr, bank çıxarışları, material hesabatları, depozit hesabından çıxarışlar və s.) və s. sənədlərə və Vergi Məcəlləsinin tələblərinə (yuxarıda qeyd edilən və digər tələblərinə əsasən) əsasən iddiaçının məhəkəmənin ekspertiza təyini haqqında qərarında qeyd etdikləri (əlavə olaraq hesablanmış ƏDV məbləğinin düzgün olmaması ilə bağlı) arasında fərqlilik müəyyən olunmamaqla 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış əlavə ƏDV məbləğinin düzgünlüyü müəyyən olunmadı. Yəni hazırkı tədqiqatla vergi ödəyicisi tərəfindən 2020-ci ilin sentyabr ayı üzrə büdcəyə hesablanmış ƏDV məbləğinin düzgün olmaması müəyyən edilmədi. Eyni zamanda qeyd edilir ki, Mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.3 (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdirmi” sütununda göstərilmiş 1.237.321,54 manat və 1.798.027,61 manat fərqinin silinməsi əməliyyatının aparılmasının əsasının nə təşkil etməsinin səbəbi hazırki məhkəmə-mühasibat ekspertizasının təyin edilməsi haqqında qərardadda (iddiaçının qeyd etdikləri ilə bağlı hissədə), iş materiallarında olan iddia ərizəsində və digər sənədlərdə öz əksini tapmışdır. Hazırkı tədqiqat isə yuxarıda qeyd edildiyi kimi təqdim edilmiş iş materiallarında olan mühasibat sənədlərinə və Vergi Məcəlləsinin tələblərinə uyğun aparılmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2001-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İddiaçı MMC tərəfindən verilmiş 2019-cu ilə dair mənfəət vergisinin bəyannaməsinə əsasən cəmiyyət hesabat il ərzində ümumi gəlirini 2,920,425.07 manat, ümumi gəlirdən çıxılan xərcləri 3,358,881.91 manat, zərəri 438,456.84 manat, mənfəət vergisini 0.00 manat bəyan etmiş, həmçinin bəyannamənin 1 №-li Əlavəsində “Ehtiyatlar” 1.3-cü sətrində 1.237.321,54 manat məbləğində ehtiyatların ləğv edilməsini qeyd etmişdir. İddiaçı MMC sentyabr 2020-ci il üçün vergi orqanına təqdim etdiyi bəyannamə üzrə vergi öhdəliyini 9.380,89 manat bəyan etmiş, vergi orqan tərəfindən aparılmış kameral yoxlama nəticəsində isə əlavə olaraq 280.494,04 manat vergi hesablanmışdır. Vergi orqanı bunu vergi ödəyicisinin 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdir” sütununda 1237321,54 manatlıq ehtiyatların ləğvi göstərilsə də, bununla bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansı məlumat təqdim edilməməsi ilə əsaslandırmışdır. Hazırda iddiaçı MMC vergi orqanın həmin qərarını inzibati məhkəmə icraatında mübahisələndirir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, «... iddiaçı tərəfindən ehtiyatların silinməsini təsdiq etmək üçün 2019-cü il üzrə material-hesabatlar təqdim edilmişdir. Lakin həmin materialhesabatların Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2017-ci il tarixli, Q-08 No-li ilə təsdiq edilmiş “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə” akt formasına uyğun tərtib edilmədiyi müəyyən edilmişdir.» Qeyd edilən mövqeyi əsassız hesab edən kollegiya qeyd edir ki, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1237321,54 manatlıq ehtiyatların ləğvi göstərilsə də, işin faktiki hallarından ümumiyyətlə 2019-cu il üzrə belə bir silinmənin olmadığı müəyyən edilmişdir. Belə ki, işdə olan material-hesabatlardan, apelyasiya şikayətinin məzmunu və iddiaçı tərəfin izahatlarından aydın olmuşdur ki, 2019-cu il üzrə təqdim edilmiş xx.xx.2020-ci il tarixli mənfəət vergisi bəyannaməsində əlavə olaraq qeyd edilmiş 1237321,54 manatlıq ehtiyatların ləğvi əslində 2019 deyil, 2018-ci ilə aid olmuş, lakin, 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi təsdiq olunaraq, vergi orqanı tərəfindən kameral münasibət bildirildiyindən və dövrün sonuna qalığı düzəltmək yalnız 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə dəqiqləşdirmə verərək mümkün olduğundan, 2018-ci ilə dəqiqləşmiş bəyannamə təqdim edilmədən 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edərək həmin qalıqları düzəltmək məqsədi ilə iddiaçı MMC tərəfindən belə bir riyazi düzəliş edilmişdir. Amma faktiki olaraq bu dövrdə material silgisi aparılmamış və mal, iş, xidmət təqdim edilməsi olmamışdır. Belə olan halda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin olmayan material silgisi üzrə Maliyyə Nazirliyinin “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə” akt formasına istinad etməsi əsassız olmuşdur. Eyni zamanda, işin faktiki hallarından aydın olur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə sonuncu dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, həmin bəyannaməyə vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə kameral münasibət bildirilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də görünür ki, xx.xx.2020-ci il tarixdə ödəyicinin 280.494,04 manat vergi borcunun olması qeyd edilsə də, xx.xx.2021-ci il tarixə azaldılma ilə şəxsi hesab vərəqəsindən həmin borc məbləği silinmişdir. Digər tərəfdən, cavabdehin iddia etdiyi kimi, iddiaçı tərəfindən həqiqətən 2019-cu il üzrə 1237321,54 manatlıq mal, iş, xidmət təqdim edilməsi və s. həyata keçirilmiş olsa belə, müvafiq vergidən yayınma halı vergi orqanı tərəfindən 2020-ci ilin sentyabrında verilmiş bəyannamə üzrə müəyyən edilmiş, buna münasibətdə ƏDV üzrə borc hesablanması isə həmin ilin noyabr ayında hazırda mübahisələndirilən qərarla qəbul edilmişdir. AR Vergi Məcəlləsinin 166-cı maddəsinin xx.xx.2020-ci ildən sonrakı redaksiyasına əsasən: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; ... Vergi Məcəlləsinin 12-ci maddəsi vergilərin müəyyən edilməsinin əsas şərtlərini tənzimləyir. 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Goründüyü kimi vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2020-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2020-cü ilin sentyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2020-cü ilin sentyabr ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun. Məhkəmə kollegiyası hesab edir ki, 2020-ci ilin sentyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən əsassız qərar qəbul etmişdir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; AR İPM-nin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə olan halda vergi orqanının dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləğini məhz hansı sübutlara əsasən hesablamasını təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.-1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Sadalananlardan da göründüyü kimi, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı mütləq şəkildə mənbəyi bəlli olan rəsmi məlumatlara və ya sənədlərə əsaslanılmalıdır. İş materiallarından isə inzibati orqanın iddiaçı MMC tərəfindən vergidən yayınma hallarına yol verilməsi nəticəsinə gələrkən və müvafiq vergi məbləğini hesablayarkən qanunla nəzərdə tutulmuş hər hansı tədbiri görməsi (xronometraj keçirilməsi və s.) müəyyən edilməmişdir. Digər tərəfdən cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsasına dair hər hansı mötəbər sübut da məhkəməyə təqdim edilməmiş, apelyasiya şikayətinə əlavə edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4125 №li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış əlavə ƏDV məbləğinin düzgünlüyü müəyyən olunmamışdır. AR Vergi Məcəlləsinin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan aldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqın-da” xx.xx.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Hazırki mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı MMC tərəfdən vergidən yayınma hallarına həqiqətən yol verilmiş olması faktı öz təsdiqini tapmır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilən qanunvericilik normalarının tələblərindən də aydın göründüyü kimi, rəsmi və mötəbər hesab edilə bilən məlumatlar əsasında qəbul edilməmiş və lazımi qaydada əsaslandırılmamış inzibati akt qanunsuz əlverişsiz akt kimi qiymətləndirilir. AR Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edlməli, iddia tələbi təmin edilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar